Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə2/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   2   3   4   5   6   7   8   9   ...   41

 
5
GIRIŞ 
 
Onomastik vahid olan  etnotoponimlər dil tarixi ilə bağlı 
qiymətli mənbə olmaqla yanaşı, xalqın qədim yaşayış məskənini 
müəyyənləşdirmək, bu ərazidə baş vermiş ictimai-siyasi 
hadisələri, prosesləri qiymətləndirmək, həmin hadisələrin səbəb 
və köklərini araşdırmaq, obyektiv gerçəkliyi, həqiqəti üzə 
çıxarmaq üçün konkret material, sübut və faktlar kimi dəyərlidir. 
Belə faktlar ermənilərin Azərbaycana məxsus  əraziləri, insan 
məskənlərini saxta və qondarma materiallara istinadla öz 
adlarına çıxarmasına qarşı mübarizədə də vacibdir.  
Süni yollarla qədimliyini sübut etmək istəyən, tarixi 
saxtalaşdırmağa çalışan ermənilər türklərə, türkdilli xalqlara 
qarşı 
həmişə düşmənçilik mövqeyində durmuş 
və 
durmaqdadırlar. Ermənilər Azərbaycan və türk mənşəli 
toponimlərə münasibətdə  də  qərəzli mövqe tutmuşlar. Qərbi 
Azərbaycanda, indiki Ermənistanda türk mənşəli toponimlərin 
uzun illər boyu dəyişdirilib erməniləşdirilməsi, türklərin, 
xüsusən də azərbaycanlıların min illər boyu bu ərazidə 
yaşamasını sübut edən faktları saxtalaşdırmaq, xalqın adlara 
hopub  əsrlərlə yaşamış tarixini pozmaq, «tarixin torpağın 
köksündəki izlərini» (A.Axundov) itirmək, onlara başqa don 
geyindirmək məqsədi daşımışdır. Ona görə  də yer-yurd 
adlarımızın tarixin hansı dövrlərində necə dəyişdirilməsinə dair 
tədqiqatlar aparmağımız olduqca əhəmiyyətlidir.  
Yer-yurd adlarımızın dəyişdirilməsi tarixin qədim 
dövrlərinə gedib çıxmır. Çünki belə  qədim dövrlərdə bu adları 
türklər müasir dövrlə müqayisədə yaxşı qoruya bilmişlər. Daha 
qədim dövrlərdə, adamların ovçuluq və  yığıcılıqla məşqul 
olduğu dövrlərdə onların yaşayış qruplarının bilavasitə etnosun 
adı ilə adlanması  şübhə doğurur. Belə qruplar çox zaman 
yaşayış ərazisinə, bu ərazinin relyefinə, digər atributlarına, ərzaq 
ehtiyatlarına, flora və faunasına və i.a. görə adlandırılmışdır. 
Yəni insanın təşəkkül tapıb müxtəlif qruplar şəklində yaşadığı 


 
6
ilk dövrlərdə etnik mənsubluq məsələsi olmamışdır. Bu dövrdə 
insanları  əsas maraqlandıran cəhət zəruri olan ərzaqla təmin 
olunmaq, qorunmaq, onları məhv edə biləcək hər cür qüvvələrə 
qarşı mübarizə aparmaq vərdişlərinə yiyələnmək ön planda idi. 
Bununla yanaşı, qeyd etmək lazımdır ki, çox yaxın  ərazidə 
paylanmış, adlarında ortaq, yaxud eyni semantikaya malik 
komponent olan qrupların bir etnosla bağlılığı  həqiqətə daha 
yaxındır. Çünki kompozitin tərkibindəki komponent ya 
nominantın, ya da nominatorun daşıdığı dilə mənsub olması belə 
bir müddəanı irəli sürməyə tam əsas verir. Eyni zamanda bu 
faktdan çıxış etməklə ya nominantın, ya da nominatorun etnik 
mənsubluğunu aşkara çıxarmaq mümkündür. Çünki yalnız 
onimin semantikasını araşdırmaqla onun hansı etnosun dilinə 
aidliyi haqqında müəyyən fikrə gəlmək mümkündür.  
Etnonimlərlə bağlı problemin iki cəhəti diqqəti xüsusi ilə 
cəlb edir. Birinci cəhət bir-biri ilə qarşılıqlı  əlaqəli olan 
etnonimlərin toplu təşkil etməsidir. Bu topluya eyni etnosun 
müxtəlif adları daxil olur. Etnos adlarında müxtəliflik 
səbəbəlrindən biri də nominatorun fərqlənməsindən irəli gəlir. 
Adların müəyyən qismi etnosa qonşu, yaxud onunla əlaqədə 
olan etnoslar tərəfindən verilir.  
Ikinci cəhət etnonimlərin tarixi dinamikası ilə  əlaqəlidir. 
Etnonim yaranır və tarixi inkişaf prosesi keçir. Bu prosesdə 
etnonimə  həm intralinqvistik, həm də ekstralinqvistik amillər 
təsir göstərir. 
Daha qədim sayılan etnotoponimlərin linqvistik təhlili 
zamanı lokal qruplara məxsus adların leksik-semantik 
xüsusiyyətlərinin müxtəlif aspektləri tədqiqat obyekti kimi 
nəzərə alınmalıdır. Belə  tədqiqatda leksik vahidin semantik 
yükünün bilavasitə etnosa deyil, lokal qrupun yaşadığı yerin 
xüsusiyyətlərinə, onun bu və ya digər istinad nöqtəsindən, yaxud 
motivləşdirmə 
əlamətindən fərqinə görə verilməsi 
yoxlanılmalıdır. Belə  tədqiqatın aparılması  Qərbi Azərbaycan 
ərazisindəki etnotoponimlərin hansı etnoslara mənsubluğunu 


 
7
aydınlaşdırmağa imkan yarada bilər və beləliklə, ermənilər 
tərəfindən saxtalaşdırılaraq dəyişdirilmiş adların daşıdığı tarixi 
yük aşkara çıxarılacaqdır. Buna görə də indi Ermənistan adlanan 
ərazidəki türk-Azərbaycan mənşəli onomastik vahidlərin, 
xüsusən etnotoponimlərin tədqiqi son dərəcə vacib, 
təxirəsalınmaz və aktual məsələdir. Son illərdə bu sahəyə aid 
dəyərli elmi axtarışlar aparılmış, türk-Azərbaycan mənşəli 
onomastik vahidlər toplanmış, qruplaşdırılmış, müəyyən izah və 
şərhlərlə çap edilmişdir (21; 57; 58; 53; 15; 16; 17;19; 20; 44; 
24; 30).  
Qərbi Azərbaycan – indiki Ermənistan  ərazisindəki etno-
toponimlərin öyrənilməsi xüsusi əhəmiyyət daşıyan məsələdir. 
Çünki etnotoponimlər tayfa və  qəbilə adları  əsasında yaranan 
onomastik vahidlərdir. Toponimlərin xalqın daha qədim tarixi 
ilə bağlı olan bu tipinin hərtərəfli öyrənilməsi sahəsində 
müəyyən işlər görülsə  də, onlar yetərincə deyil və indiki 
Ermənistan  ərazisinin tarixən mövcud olmuş ümumi 
etnotoponimik mənzərəsinin açılması üçün kifayət etmir.  
Qərbi Azərbaycan – indiki Ermənistan  ərazisində azər-
baycanlıların etnogenezində müxtəlif qədim türk tayfaları iştirak 
etmişdir. Həmin tayfalar təbii ki, Şimali və Cənubi Azərbaycan 
ərazilərindəki toponimlərdə də iz qoymuşlar. Tarixi faktlar hələ 
eramızdan əvvəl VIII əsrdə türk etnoslarının Qərbi Azərbaycan 
ərazisində yaşamasını  təsdiq edir. Qərbi Azərbaycan 
ərazisindəki toponimlər arasında etnotoponimlərin sayı az 
deyildir. Onların hər biri müxtəlif türk etnoslarının, xüsusilə 
oğuzların bu ərazilərin aborigen sakinləri olduğunu sübuta 
yetirir.  
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan toponimi-
yasında az öyrənilmiş sahələrdən biri etnotoponimlərdir. Azər-
baycan dilçiliyində Qərbi Azərbaycan ərazisindəki türk mənşəli 
etnotoponimlərin tədqiqinə aid ayrıca araşdırma da yoxdur. Bu 
isə qeyd olunan ərazinin etnotoponimik mənzərəsinin 
açıqlanmasına mane olur.  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə