Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə25/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   21   22   23   24   25   26   27   28   ...   41

 
81
Beləliklə, quşi və quşan tayfasının adı  əsasında yaranmış 
və Ermənistan ərazisində qeydə alınmış etnotoponimlərin geniş 
arealda yayılması faktı sübut olunur.   
 
2.14. Kuyərçi əsaslı etnotoponimlər  
Erkən orta əsrlərdə  Cənubi Rusiya çöllərində yaşayan 
kəngər-peçeneqlərdən danışan X əsr müəllifi onların bir 
tayfasının kuyarçi adlandığını yazmışdır. Kuyarçi etnoniminin 
kuqar etnonimindən düzəlməsini qeyd edirlər. N.A.Baskakova 
görə qədim peçeneqlərin dilində başqa türk dillərindəki «q» səsi 
«y» kimi tələffüz olunurdu: məsələn, başqa türk dillərindəki 
«bək» sözünün Azərbaycan dilində «bəy»kimi tələffüzü, və bəzi 
türk tayfalarının adları üçün səciyyəvi –çı, -çi,- çu, -
şəkilçisindən  düzəlir. Qazançı, Quşçu, Danaçı, Sabunçu kənd 
adları –kazan, kuş, tana və sapan adlı etnonimlərdən və qeyd 
edilmiş  şəkilçilərdən ibarətdir. Quqarçi tayfasının adı 
toponimlərdə Göyərçi (Göyərçin) və Göyərçinli kimi qalmışdır. 
Aydındır ki, onların göyərçin quşunun adı ilə heç bir əlaqəsi 
yoxdur. Yalnız zahiri oxşarlıq vardır. Keçən əsrdə Ermənistanda 
Göyərçin (əslində Quqarçin) kənd xarabalığı, Qars əyalətində 
Göyərçin kəndi və s. vardı. Göyərçin və Göyərçinli adlı kəndlər 
Azərbaycanda da vardır(29, 101). 
Cəbrayıl rayonunda Göyərçin adlı kənd vardır. Keçən əsrə 
aid məlumata görə Qars əyalətinin Kıqızman dairəsində 
Göyərçin adlı 2 kənd və bir dağ, Cavad qəzasında Göyərçin adlı 
qışlaq, Yerevan qəzasında Göyərçin adlı xarabalıq qeyd 
olunmuşdur. 
Qazax rayonu ərazisində bir dağ Göyərçin adlanır. 
Xalq etimologiyasında dağın adı göyərçin quş adı ilə əla-
qələndirilir. Lakin aydındır ki, göyərçin dağlıq yerdə yaşamır və 
adətən yaşayış yerlərində  məskən salır.  Əslində isə bu oronim 
peçeneqlərin kuyerçi tayfasının adının təhrif olunmuş 
formasıdır. Göyərçin qayası (Quba rayonu, Gürzalılar kəndi) və 


 
82
Göyərçin qayası(Laçın r-nu Mişkənd kəndi) oronimləri də 
Küyerçi tayfasının adını əks etdirir. 
Ermənistan  ərazisində yayılmış guyərçi  əsaslı etnotopo-
nimlərə  aşağıdakılar daxildir: GÖYƏRÇILI- 1728-ci ildə Irə-
van  əyaləti Karbi nahiyəsində  kənd adı; GÖYƏRÇIN- Irəvan 
quberniyasının Irəvan qəzasında xaraba kənd adı; GÖYƏRÇIN- 
Irəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında kənd adı; 
GÖYƏRÇIN-Irəvan xanlığının Talin mahalında kənd adı; 
GÖYƏRÇINQALA- Irəvan quberniyasının Aleksandropol 
qəzasında kənd adı; KÖYƏRÇIN- 1728-ci ildə Irəvan əyalətinin 
Şirakel nahiyəsində  kənd adı; GÖYƏRÇINLU- 1728-ci ildə 
Irəvan əyalətinin Şirakel nahiyəsində kənd adı. 
Göyərçin azərbaycanlı  kəndi olmuşdur. Icevan şəhərindən 
16 km cənub  şərqdə yerləşmişdir. 1930-cu ilin axırlarına kimi 
Dilican rayonuna  daxil edilmişdi. 1897-ci ildə kənddə 257 nəfər, 
1904-cü ildə 89 nəfər, 1914-cü ildə 141 nəfər azərbaycanlı 
olmuşdur. 1919-cu ilin əvvəllərində Andranikin quldur dəstəsi 
kəndə hücum edib əhalinin var-yoxunu talan etmiş, onları qanlı 
qırğınlarla öz doğma torpaqlarından qovmuşdur. Yalnız 1922-ci 
ildə  kənddə 143 nəfər, 1926-cı ildə 221 nəfər, 1931-ci ildə 205 
nəfər, 1939-cu ildə 237 nəfər, 1950-ci ildə 107 nəfər azərbaycanlı 
yaşamışdır. Kəndin  əhalisi heyvandarlıq və  əkinçiliklə  məşğul 
olmuşdur. Ermənistan hökumətinin göstərişi ilə 1950-ci ildə  tə-
sərrüfatın gəlir-çıxarını ödəmədiyini bəhanə  gətirib kənd ləğv 
edilmiş, əhalisinin bir hissəsi Azərbaycana, bir hissəsi isə rayonun 
Salah kəndinə köçürülmüşdür. 
Rayonda mövcud olan onlarla azərbaycanlı adı kimi Gö-
yərçin kəndinin də adı itirilmişdir.  
Göyərçin (Şərur-Dərələyaz qəzası)-Əzizbəyov rayonunda 
azərbaycanlıların yaşadığı  kəndin adı olmuşdur. Xarabalıqları 
Paşalı  kəndinin yaxınlığındadır. 1831-ci ildə  kənddə 20 nəfər, 
1873-cü ildə 48 nəfər, 1886-cı ildə 34, 1897-ci ildə 84 nəfər, 
1914-cü ildə 66 nəfər  əhalisi olmuşdur. 1918-ci ildə erməni 


 
83
millətçiləri kəndi dağıtmış, yandırmış,  əhalisini qırıb, 
qovmuşlar. Bu kənd həmin dövrdən məhv edilmişdir.  
Başqa belə adlı  kənd Yeqenadzor rayonu -Irəvan quber-
niyasının  Şərur-Dərələyəz qəzasında azərbaysanlıların yaşayış 
məskəni olmuşdur. Arpa çayının sağ qolu, Her-her çayının 
sahilində bağlı  ərazidə yerləşmişdir. 1831-ci ildə  kənddə 20 
azərbaycanlı evi olmuşdur. 1873-cü ildə erməni daşnakları 
tərəfindən dağıdılmışdır. Indi ölü kənddir       (30, 363).  
Göyərçin  əsaslı etnotoponimlərin areallıq mənzərəsini 
cədvəldə belə göstərmək olar. 
 
Ermənistanda Azərbaycanda 
 
kənd.sov. rayon 
1.Icevan r-nu 
2.Şərur-Dərələyəz qəzası. 
Əzizbəyov r-nu 
3.Yeğenadzor r-nu 
Şahvəlli 
 
Göyərçin 
Cəbrayıl 
 
Qubadlı 
2.15. Muğan əsaslı etnotoponimlər.  
Məlumdur ki, XI əsrdə Azərbaycan monqollar tərəfindən 
işğal edilmiş  və bununla əlaqədar Azərbaycanda monqolların 
tərkibində olan bir sıra türk tayfalarını  əks etdirən toponimlər 
yaranmışdır. Məhz muğan etnonimi də monqol etnoniminin 
fonetik forması kimi bu vaxtdan Qax-Mağal toponimində öz 
əksini tapmışdır. 
Qeyd etmək lazımdır ki, özbəklərin və türkmənlərin 
ərazisində  də Muğan tayfası vardır. Azərbaycanın  şimal-qərb 
zonasında yaşayan saxurların və avarların oradakı azər-
baycanlıları «Muğal» adlandırması da bununla əlaqədardır. 
Qeyd edilməlidir ki, monqolların tərkibində olan tayfaların 
adları da əsasən bu zonadakı toponimlərdə öz əksini tapmışdır. 
Muğan düzü coğrafi adı Azərbaycanın qədim poleoto-
ponimlərindən biridir. Kür və Araz çayına yaxın yerlərdə, Mu-
ğan və  Şirvan zonalarında, habelə Iran Azərbaycanında məs-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə