Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə27/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   23   24   25   26   27   28   29   30   ...   41

 
87
rayonununda qəsəbə, Şamaxı rayonunun Mirəkənd sovetliyində 
kənd adıdır. 
Həmin yer adı etnotoponim kimi Muğan  şəklində  Əlibay-
ramlı şəhər sovetliyində şəhər tipli qəsəbə, Biləsuvar  rayonunun 
Arxangelovka kənd sovetliyində qəsəbə kimi mövcuddur. Bundan 
başqa həmin toponim Muğan və Muğancıq  şəklində mürəkkəb 
toponimlərin tərkibində də işlənir. 
Muğan Gəncəli - Sabirabad rayonunda kənd soveti və 
kənd adıdır. 
Muğancıq Mehrab və Muğancıq Müslüm - Şərur Rayo-
nunun Qarxun kənd sovetliyində  kəndlərdir. Bu toponimlərin 
hamısı respublikamızın qədim yer adlarından olan Muğanla 
əlaqədardır. 
Muğan Azərbaycanın qədim torpaqlarındandır. N.M.Vəli-
xanova X əsr tarixçilərindən  Əl-Məsudinin «Qızıl yuyulan yer 
və cəvahirat mədənləri» əsərinə verdiyi 22-ci şərhdə göstərir ki, 
Əl-Məsudi iki Muğan ölkəsi adını  çəkmişdir. Bunlardan biri 
Muğaniya -müəllifin dediyi kimi Qəbələ ilə həmsərhəddir, yəni 
Kür çayından şimalda Girdman,  Göyçay çaylarının aşağı axarı 
boyuncadır. O biri Muğan isə Xəzər dənizi sahilində olmuşdur. 
Əl-Məsudi xəbərdarlıq edir ki, bu iki ölkə 
qarışdırılmamalıdır(15, 64).  
Göründüyü kimi, Muğan nəinki bizim dövrümüzdə, hələ 
çox-çox qədim zamanlarda omonim yer adı imiş. Hazırda 
Muğan öz ilkin mənasında böyük coğrafi zonanın, düzənliyin 
adını bildirir.  
Ərəb coğrafişünaslarının və səyyahlarının əsərlərində Mu-
ğan düzü haqqında yox, Muğan şəhəri haqqında danışılır və bu 
şəhər haqqında deyilənlər indiki Muğan zonasının mərkəzində 
olmuş  məskənə uyğun gəlir. Təxminən 946-1000-ci illər 
arasında yaşamış  məşhur  ərəb coğrafiyaşünas səyyahı  Əl-
Müqəddəsi özünün «Əhsən-ətsim fi-mərifət  əl-əqalim» 
(Iqlimlərin öyrənilməsi üçün ən yaxşı bölgü) əsərinin «Ər-Qihab 
iqlimi» bölməsində belə yazmışdır: «Muğan –iki çayla və gözəl 


 
88
bağlarla əhatə olunmuş şəhərdir; həmçinin, (şəhər) meydanında 
bağlar vardır. O da Təbriz kimi (başdan-başa) bağdır. Bu 
(şəhərlər) islam ölkələrində ər-Qihab üçün fəxrdir. Bura Ərdəbil 
və Gilan arasındadır. Buradan Bərdəyə 8 (günlük yol) var. 
(Muğan)  şəhəri gözəldir, kənarları  (əkilib) becərilmişdir: 
buradan 2 çay axır, (adamların) sifəti ləl və  mərcan kimidir. 
Onlar çox sərvətli və hörmətcildir.» 
Həmin əsərdə müəllifin digər Muğan haqqında da qeydləri 
var: «Sərhəd kənarındadır. Burada (əvvəllər) əhali çox idi. Indi 
isə əhalisi azalmışdır. Bu şəhər yol üstündədir.  
XII əsr ərəb coğrafiyaşünas səyyah alimi Əbu –Həmid Əl-
Əndəlusi  Əl-Qərnati (1080-1170) də indiki Muğan düzü 
haqqında məlumat vermişdir. Muğan geniş vilayətdir. Onun 
kəndləri və  çəmənlikləri Azərbaycanda – Ərdəbildən Təbrizə 
gedən yolun sağındadır. Bura isti ölkədir. Azərbaycanın başqa 
yerləri isə bura nisbətən soyuq olur. Burada türkmənlərin 
mənzilləri vardır. Bu (yerlərin) hündürlükləri hədsiz, otlaqları 
çoxdur. 
Hal-hazırda burada tatarlar qışlayırlar və yerli türkmənlər 
isə buranı  tərk etmişlər.  Əbu-Həmid  Əl-Əndəlusi deyir: -Mən 
(həmin yerdə böyük bir qala gördüm. Onun çoxlu dustaqları 
vardır.  Əhalisi isə ilan və gürzələrin çoxluğundan buradan 
qaçmışdı. (Əl-Əndəlusi) dedi: Mən oradan (ilanlar olan 
yerdənmi?) keçdikdə, bir igid (adam) gördüm və ondan qorx-
dum» Tarixi mənbələrdən göründüyü kimi, Muğan toponimi 
şəhər adı, sonralar isə vilayət adı kimi də işlənmişdir. Hazırda o, 
yalnız düzənlik adı kimi işlədilir. 
Qəbələ ilə  həmsərhəd olan, yəni Kür çayından  şimalda, 
Girdman və Göyçay çaylarının aşağı axarı boyunca yerləşən 
vilayətin adı olan Muğan isə bir toponim kimi aradan çıxmışdır. 
Tamamilə mümkün ki, Qazax, Zaqatala, Qubadlı, Ağdam, 
Şamaxı, Martuni rayonlarındakı Muğan kənd adları  həmin 
paleotoponimlə bağlı olaraq yaranmışdır. Lakin hər iki Muğan 
poleotoponimi eyni sözlə əlaqədardır. 


 
89
Muğan toponiminin mənşəyi barədə müxtəlif mülahizələr 
söylənmişdir. Görkəmli toponimist V.A.Nikonov həmin yer 
adını atəşpərəst mənalı muq sözü ilə  əlaqələndirib göstərir ki, 
atəşpərəstlik dini bir zamanlar Azərbaycanda geniş 
yayıldığından belə izahat tamamilə mümkündür. Bununla belə, 
alim qeyd edir ki, Muğan toponimini indi mənası  məlum 
olmayan başqa sözlə də bağlamaq olar (112).  
Qeyd edək ki, Özbəkistanın Cizak vilayətinin Qalaaral 
rayonunda da Muğon adlı kənd vardır.  
Muğan toponiminin mənşəyini bu şəkildə aydınlaşdırmağa 
X  əsr  ərəb coğrafişünası    və  səyyahı  Əbu-Dulafın aşağıdakı 
qeydləri də imkan verir: Sonra Muğanadək dağlarla 
Azərbaycana qayıtdım. Mən böyük Təbəristan dənizinin (Xəzər 
dənizinin –A.A) sahili ilə  Şirvan vilayətinə daxil olan Bakuya 
adlanan yerə çatanacan 80 fərsəx ağacların altı ilə getdim. 
Burada neft mədəni gördüm; onun gündəlik icarə haqqı 1000 
dirhəmə çatır. Bunun yanında gecə-gündüz zanbaq yağı kimi ağ 
neft axan başqa bir mədən də vardır. Muğanın sinəsində hələ də 
atəşli çıraqlar yanır (12, 48-52). 
Məlum olduğuna görə  qədim yunan tarixçisi Herodot 
(er.əv. V əsr) Midiya dövlətinin 6 tayfanın birləşməsi  əsasında 
yarandığını  və onlardan birinin maq adlandığını qeyd etmişdir. 
Sonrakı tarixi dövrlərdə bu tayfa Maq və Mağ adı altında 
tanınmışdır. Məhz Maq və Muğ tayfasının ovsunçuluqla məşğul 
olması bir sıra xalqlarda qədim ibtidai icma dinlərindən biri 
olmuş ovsunçuluğun «maqiya» adı ilə adlandırılmasına səbəb 
olmuşdur. Muğların müəyyən ovsunları musiqi ilə müşaiyət 
etmələri çox ehtimal ki, dilimizdəki mağar (toy şənliyinin 
keçirildiyi yer, toyxana) muğam (mahnı), (mahnı) müğənni 
sözlərinin yaranmasını şərtləndirmişdir. 
Maq etnoniminin etimologiyası indiyədək tam aydınlaşdı-
rılmamışdır. Daha dəqiqi, bu etnonim Iran dilləri Vasitəsilə izah 
olunmuşdur. Son illərdə bu etnonimin qədim türk dilləri 
əsasında izah olunması təşəbbüsü olmuşdur. Midiyalıların ilana 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə