Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə29/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   25   26   27   28   29   30   31   32   ...   41

 
93
Ümumiyyətlə, Iranda «moq» və «moğan» sözü ilə bağlı 
25–dən artıq (Moqanen, Moqandek, Bemmoqan, Siazmoqan, 
Moqriz, Moqestan və s) coğrafi ad vardır. 
Maqların Azərbaycanın iki hissəsində, hətta Dərbənd böl-
gəsində yaşaması haqqında fikir söyləmək olar. Indiki Muğan 
toponimi qədim fars mənbələrində 293-cü ildən çəkilir. Digər 
Muğan Kürdən  şimalda Albaniyanın  şimal qərbində gürcü 
mənbələrində Movakan, IX əsr  ərəb coğrafiyaçısı  Məsudinin 
əsərində Muğan (1,61) adı ilə  məlumdur.  Şəki rayonunun 
Göynük kəndində Mühlər məhəlləsi, Maq dağı, Quba rayonunun 
Qaley-Muq dağı, Dərbənd rayonunda Muqartı (qədim türk 
dillərində art «dağlıq  ərazi» deməkdir). və Muq-Aran («kənd» 
sözü  əlavə olunmaqla bu toponim indi «Məhərrəmkənd» 
formasındadır), Dağıstanda Muğam (Ulluçayın ağzında yer adı), 
Şimali Qafqazda Muğal –qaya, Mukal dağı, Mukal çayı (149, 
179) və b. toponimlər də vardır. Ehtimal ki, bəzi antik 
müəlliflərin  Şimali Qafqazda midiyalılara qohum tayfaların 
yaşaması haqqındakı məlumatlar məhz maqlara aiddir (44, 118). 
Lakin E.A.Qrantovski və I.H.Əliyev Muğan toponiminin 
muqlara yox, mik (mük) etnonimi ilə  əlaqələndirmişlər. Onlar 
bunu  əsas tuturlar ki, Təbəri (IX əsr) və Yaqut Həməvi (XIII 
əsr) bu toponimi Mukan kimi yazmışlar. Lakin Yaqut Həməvi 
qeyd edir ki, yerli əhali bu adı «muğan» kimi tələffüz edir(20, 
247).  
Q.I.Məşədiyev qeyd edir ki, Muğan türk toponimidir. 
Çünki, Muğan-Mil zonasında V əsrdən bəri hunlar mövcud ol-
muşlar ki, bunların da bir hissəsi ola bilsin ki, muq yaxud 
Muğan adlanırdı. Azərbaycan SSR-də 13 kəndin adı Muqanlıdır. 
Bu kəndlərin adı Muqan Muğan etnoniminə –lı  şəkilçisini 
artırmaqla əmələ gəlmişdir (53, 57-61).   
Muğamlı (Muğanlı) Ermənistan ərazisindəki Azərbaycanlı 
kəndi olub Mxçyan (Imanşalı) sovetliyinə daxil idi. 1918-ci ildə 
daşnak hökumətinin fitvası ilə  kənd dağıdılmış,  əhalisi işgəncə 
ilə  qərət edilmiş, qaçqın düşmüşdür. 18-ci ildən sonra Türkiyə 


 
94
və Irandan gəlmə erməni mühacirləri kəndə yiyələnmişdir. Indi 
erməni kəndidir. 


 
95
Muğanlı toponiminin paralelləri. 
 
Ermənistan Ağdam Bağbanlar Gürcüstan 
(Muğan) 
(Yeni Bəyazid 
(Kamo) r-da Hacı 
Muğan 
Ağdam 
Ağcəbədi 
Bərdə 
Qazax 
Qubadlı 
Zaqatala 
Zəngilan 
Zəngmian 
Kürdəmir 
Noroşen 
Naxçıvan 
Martuni 
 
Şıxbabalı 
Muğanlı 
Kələntərli 
Muğanlı 
Zilanlı 
Muğanlı 
Hacıalılı 
Gilətac 
Karrar 
Şəhriyar 
 
Türkmənistan 
 
 
Beləliklə, muğ  əsaslı etnotoponimlərin yayılma arealını 
aşağıdakı kimi ümumiləşdirmək olar:  
1. Azərbaycanda – 18 (məs.,  Şəki r. Göynük k. Mühlər 
məhəlləsi. Maq dağı, Quba r. Qaley-Muq dağı və s.) 
Dağıstanda (Dərbənd, Muqartı Muğam Ulluçayın ağzında 
yer adı: Muqartı (qədim türk dillərində «art» «dağlıq  ərazi» 
deməkdir.) 
2.  Türkmənistanda – Muqal və Muqalbala 
3.  Iranda (Moqanen, Moqandek, Bem moqan
Slazmoqan, Moqriz, Moqestan və s.) 
4.  Şimali Qafqazda Muğal-qaya, Mukal dağı, Mukal çayı 
və s. 
5. Tacikistanın dağlıq rayonları. Bu ərazi  Əfqan Bədəx-
şandan (Kukçi hovuzu başlayıb Fərqanə vadisinin şərqində 
qurtarır. Bu qrupun nümayəndələri moqol və ya muğal adları 
altında daha çox Pakistanda və  şimal-qərbi Hindistanda 
yaşayır(25, 57-61).  
6. Ermənistan  ərazisində 2 rayonda Qəmərli və Yeni 
Bəyazid rayonlarında 2 məntəqənin adı Muğanlıdır. 


 
96
Ermənistan ərazisində Muğan qədim türk tayfasının adın-
dan yaranmış etnotoponimlər çoxdur: MUĞANLI-1728-ci ildə 
Irəvan əyalətinin Karbi nahiyəsində kənd adı; MUĞANLI-1728-
ci ildə Irəvan  əyalətinin Xınzirək nahiyəsində  kənd adı; 
MUĞANLU-1590-cı ildə  Rəvan  əyalətinin  Ərmus nahiyəsində 
məzrə adı; MUĞANLU-1728-ci ildə Irəvan  əyalətinin 
Dərələyəz nahiyəsində  kənd adı; MUĞANCIQ-Yelizavetopol 
(Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd adı; 
MUĞANCIQ- Irəvan xanlığının Sərdarabad mahalında kənd 
adı; MUĞANCIQ MIRZƏMÜSLÜM – Irəvan xanlığının 
Sərdarabad mahalında kənd adı  və s. Muğan  əsaslı 
etnotoponimlərin yayılma arealının genişliyi yuxarıda muğanla 
bağlı verilmiş şərhdən aydın görünür.   
 
 
Mxçyan Bağbanlar Ağdam Muğan Gürcüstan 
Yeni Bə-
yazid   
Şıxbabalı 
Ağdam 
Muqal-
bala 
Türkmənistan 
 Muğanlı 
Kələntərli 
Muğanlı 
Zilanlı 
Muğanlı 
Hacıalılı 
Gilətac 
Karrar 
Şəhriyar 
Martuni 
Ağcəbədi 
Bərdə 
Qazax 
Qubadlı 
Zaqatala 
Zəngilan 
Zəngilan 
Kürdəmir 
Naxçıvan 
Martuni 
 
 
Muğam 
 
 
Özbəkistan 
Iran 
Dağıstan 
 
Qərbi Sibir 
 
2.16. Çul əsaslı etnotoponimlər  
Çul türk tayfası olub müxtəlif  ərazilərdə yaşamışdır. 
Q.Qeybullayev Çul tayfasının IV əsrin ortalarında Xəzər və Aral 
sahillərində yaşamasını qeyd etmişdir(89, 57). Prof. H.Mirzəyev 
müxtəlif elmi faktlara istinadla Çul sözünün qədim türk 
tayfasının adı olduğunu təsdiqləyir(55, 190-194). 


 
97
Bu etnonim toponimlərin tərkibində müxtəlif variantlarda 
Çola/Çul/Sul/Tsur/Çulobad/ Çoryurd/Çorman və s. işlənir. 
Hələ orta əsr tədqiqatçıları Albaniyanın  şimal-şərqində, 
indiki Dərbəndlə Quba arasında Çul şəhərinin olduğunu qeyd 
etmişlər. 
M.Ismayılov çul tayfasının ya maskutlar çarlığının ya da 
Şakaşenanın qalığı olduğunu güman edir. Alim eyni zamanda 
Qarabağ  ərazisində  Şuşa, Zəngəzur, Qaryagin qəzalarında bir 
neçə Çullu toponiminin olmasını qanunauyğun hadisə kimi 
qiymətləndirir, çol/çul tayfasının Azərbaycanda çullular kimi 
tanınması qənaətinə gəlir (39, 270).    
V.V.Bartolda görə Çol adlı  oğuz soyu olmuşdur. O ya-
zırdı: «Oğuzların bir hissəsi Monqoliyada uyğurların hakimliyi 
altında qalmış, onlarla qaynayıb qarışmışlar, bir hissəsi isə 
cənuba və  qərbə köçmüşlər. Yəqin qərbə köçən çollər  əvvəl 
Aralın yaxınlığında məskunlaşıblar. IV əsrin 50-ci illərində 
türkdilli çollər Aralın sahillərindən Xəzərin yaxınlığına və şərqi 
Xəzər ətrafı rayonlara köçmüş, burada yerləşmişlər. Çullar həm 
də Çor adlanmağa başlamışlar. V.V.Bartold çulların 
Qırğızıstanın indiki Alamedin kəndinin yerində Çul şəhərinin 
olduğunu göstərmişdir (79, 37). 
Ərəb müəllifi  Ət-Təbəri  ərazisi indiki Krasnovodsk rayo-
nunda olan Çol dövləti sakinlərinin bir qisminin Azərbaycana, 
Albaniyanın  şimalına gəlməsi barəsində  məlumat verir. O, 
Albaniyanın  şimal qonşuluğunda «Sul» adlanın xalq tərəfindən 
tutulmuş Xəzər ölkəsinin adını çəkir. Deməli Sul/Çol soylarının 
bu yerlərə gəlib məskunlaşmasına şübhə yeri qalmır. Lakin Ət-
Təbəri Sulların/Çolların bu yerlərə gəlmə tarixini göstərmir.  
V.V.Bartold ərəb mənbələrində rast gələn sul oykoniminin 
çul kimi oxunmasını düzgün sayır və bunu sad ərəb hərfinin ç 
səsi ilə əvəzlənməsinin nəticəsi sayır(79, 556).  
K.V.Trever S.T.Yeremyanın tərtib etdiyi xəritəyə istinad 
edərək göstərir ki, maskutlar Xəzər dənizinin  şimal-şərq 
sahilində, Samurun mənsəbinin cənubunda V yüzillikdə Çor/Çul 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə