Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə31/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   27   28   29   30   31   32   33   34   ...   41

 
102
sayı isə dildəki sadə sözlərə nisbətən çox-çox azdır. Ermənistan 
ərazisindəki türk mənşəli etnotoponimlər sırasında qurulşuca 
sadə olanlara aşağıdakıları aid etmək olar: Aban, Abar, Avar, 
Qaşqa, Zod, Kəvər,  Sisyan,  Çul, Cul, Uz, Gümrü, Ozan, Koğ və 
s. Qeyd olunan sadə etnotoponimlərin tərkib hissələrinə 
parçalanması bir-çox hallarda çətinlik törədir. Bununla yanaşı 
qeyd etmək lazımdır ki, belə etnotoponimlərdə fonetik 
dəyişmələr daha çox nəzərə çarpır. Məsələn,  Avdal 
etnotoponimi Ağ hün tayfası olan qədim Abdal tayfasının adıdır. 
Burada b-v əvəzlənməsi özünü göstərir. Yaxud Avşar 
etnotoponiminin adının əsasında əfşar tayfa adı durur. Bu halda 
həm sait, həm də samitlərdə əvəzlənmə aşkardır. Abnik etnoto-
poniminin  əsasında isə aban tayfa adı durur. Ilkin variantdakı 
sözdən a saiti düşmüşdür. Ehtimal ki, bu söz sonralar –ik 
şəkilçisi qəbul etmişdir.  Şəkilçi sözə kiçiltmə  mənası da verə 
bilər. Quruluşca sadə etnotoponimlərlə etnotoponim olmayan 
quruluşca sadə toponimlərin müqaisəsi göstərir ki, burada əsas 
fərq mənanın aydınlığı ilə bağlıdır. Məlumdur ki, etnoto-
ponimlərin izahı zamanı bu etnotoponimlərin tərkibinə daxil 
olan tayfanın adının izahı əsas götürülür və onun mənasına görə 
şərh, etimoloci təhlil verilir. Lakin bir sıra tayfa adlarının izahı 
zamanı müəyyən çətinliklər meydana çıxır. Konkret olaraq 
etnosun adının hansı  mənanı verməsini bir sıra hallarda 
aydınlaşdırmaq mümkün olmur. Çünki tayfanın adlandırılması 
zamanı  nəyin  əsas götürülməsi haqqında elmi məlumat, yaxud 
fakt  əldə etmək çətindir. Bu zaman dildəki ümumişlək sözlərə 
oxşarlığa görə etimoloci təhlil aparmaq da qüsurlu olub səhv 
nəticəyə gətirib çıxara bilər.  Digər, yəni etnotoponim olmayan 
toponimlərin  əsasında isə bir çox hallarda dilin ümumişlək 
sözləri durur. Hər iki qrupda tərkib ünsürlərinin müəyyənləş-
dirilməsi ilə bağlı çətinliklərə rast gəlinir. Belə ünsürləri müəy-
yənləşdirmə etnotoponimlərdə daha mürəkkəb səciyyə daşıyır. 
Etnotoponimin  əsasında tayfa adının durması onun başqa söz 
əsasında  şərhinə imkan vermir. Bu cür yozumlar etnotoponimi 


 
103
başqa onomastik vahid kimi izah etməyə aparıb çıxarır. 
Ümumilikdə götürüldükdə isə quruluşca sadə toponimlər daha 
çox oxşar səciyyəlidir. 
Quruluşca düzəltmə olan etnotoponimlər.  Quruluşca dü-
zəltmə olan toponimlər sadəyə nisbətən çoxluq təşkil edir. Istər 
düzəltmə etnotoponimlərin, istərsə  də etnotoponim olmayan 
düzəltmə toponimlərin düzəlməsində oxşar ünsürlər iştirak 
edir. Bu səpkidə aparılan araşdırma  əsaslı  fərqlər üzə 
çıxarmır.  Aşağıdakı misallarda oxşarlıq elementləri özünü 
aydın göstərir. Nümunələrdə etnotoponimlər mötərizədə 
ixtisarla (etn)  qeyd olunmuşdur. 
Avadlar, Abdallar(etn), Abdallar(etn), Azaklar(etn), Ba-
yatlar(etn), Ayaslı/Ayazlı, Aynalı(etn), Ayrım(etn), Aralıx, Al-
malı, Armudlu, Alçalı, Arpavar, Acıbac, Ağazor, Baburlu (etn), 
Bazarcıq, Bazmavan Balıxlı/Balıqlı (etn), Bayramlı (etn), 
Barana, Baxçalar, Başnalı/Başnəli(etn), Başkənd, Başgərin. 
-lar, -lər cəm şəkilçisinin artırılması ilə toponimlərin və et-
notoponimlərin yaranmasında fərq nəzərə çarpmır. Baş kom-
penentinin daxil olduğu toponimlərin sırasında etnotoponimlər 
yoxdur. Yuxarıda istisna hal kimi Başnalı/Başnəli etnotoponimi 
qeyd olunmuşdur. Lakin bu etnotoponimin əsasında əslində baş 
ünsürü durmur. Bu və Boznəli etnotoponimlərinin əslındə Basin 
tayfasının adı durur. Bu sözdə fonetik dəyişmə baş vermişdir. 
Ilkin variant yəqin kiBasineli olmuşdur. Onu da qeyd etmək 
lazımdır ki, mənsubiyyət şəkilçisi qəbul etmiş el sözünün (eli – 
el+i) –lı, -li, -lu, -lü sözdüzəldici  şəkilçisi ilə qarışıq salınması 
bir sıra hallarda quruluşuna görə mürəkkəb toponimlərin 
düzəltmə toponimlər cərgəsinə daxil edilməsinə səbəb olmuşdur. 
Birəli etnotoponimi haqqında da eyni fikirləri irəli sürmək 
mümkündür. Altay dillərində birə kiçik çay anlamında işlənir. 
Tədqiqatçılar haqlı olaraq bu kəndin adını kiçik çay anlamı ilə 
bağlamırlar. Onlar kəndin adının peyrəlu tayfasının adından 
yaranması fikrini irəli sürürlər (21, 157). Çox güman ki, bü 
toponimdə də el formantı vardır. 


 
104
Başqa nümunələri nəzərdən keçirək. Bağçılıq, Becaz-
lı/Becazlu/ Becazin, Bitlicə, Boğutlu, Bulaqlı, Buğdaşen Qa-
mışqut, Qazançı (etn), Qaltaxçı (etn), Qanlı(etn), Qalacıq, 
Qalaça, Qapılı, Qaral, Qaranlıq, Qaçağan (etn), Qovuşuq, 
Qovşut, Qonçalı, Quşçu/Quşi (etn), Qəzənfər, Qədirli (etn), 
Qəmərli (etn). 
Qaçağan türkmənşəli bir elin adıdır. Bu etnotoponimin qaç 
+ağan  şəklində morfemlərə ayrılması, zənnimizcə, özünü 
doğrultmur. Qeyd olunan nöqteyi-nəzərdən məsələyə 
yanaşdıqda bu etnotoponimin quruluşca düzəltmə olması istisna 
edilə bilər. Eyni zamanda,  etnotoponimin izahı  və müəyyən 
komponentlərə ayrılması məsələsi də aşkar deyildir. 
Quşçu/Quşi/Quşcu etnotoponimdir. Bu sözün quş+çu şək-
lində parçalanması da düzgün deyildir. Etnotoponimin əsasında 
qədim türkmənşəli Kuşi tayfasının adı durur. Onun quş sözü ilə 
heç bir bağlılığı yoxdur. 
Damcılı, Darabas, Darğalı, Daşlı, Daharlı, Debetaşen, Di-
rəklər Dornı, Dostluq, Dəvəli, Dədəli, Dəlilər, Dəlləkli, Dəmirçi, 
Evli (etn), Evcilər (etn), Erdapin, Zolaxaç, Zöhrablı, Zəngilər 
(etn), Zəhmət, Iydəli (etn), Ilanlı (etn), Imirli (etn), Inəkli 
Yaqublu, Yaycı (etn), Yamanclı, Yasovul, Yekanlar, Yengicə, 
Kalara, Kaftarlı, Kacaran(etn), Ketran, Künən (Getaşen), Keçili, 
Kotanlı, Kotigex, Körpəli, Kələli, Kəngərli(etn), Kərpiçli, 
Ləmbəli, Maqmucuq, Mastara, Mahmudlu (etn), Mehrablı, 
Mehriban, Muncuxlu, Murad təpə, Musluqlu, Muğumlu, 
Məliklər, Məsimli, Məcidli, Nubaraşen, Nərziravan, Nərimanlı, 
Oğruca, Paşalı, Püşkək, Pənah, Revazlı, Reyhanlı (etn), Saybalı, 
Samurlu (etn), Sarvanlar (etn), Saçlı, Siçanlı(etn), Songurlu, 
Spitaq, Susuz, Söyütlü, Tamamlı, Toparlı, Toxluca(etn), 
Tülnəbi, Təkiyə, Təkərli(etn), Təngirli, Uzunlar, Xalisə, 
Xancığaz, Çanaxçı, Çarxec, Çaxmaq, Çivinli, Çiqdamlı, 
Çizixlər, Çiftəli, Çloxan, Çorlu(etn), Çotur, Çubuxlu, Çubuxçu, 
Çıraxlı, Çəmbərək,  Şabadin, Horadiz, Şahablı,  Şağalı,  Şeyx 
Hacı, Şenataq, Şidli(etn), Şirazlı, Şirvancıq(etn), Şorlu(etn), Şıx-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə