Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə30/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   26   27   28   29   30   31   32   33   ...   41

 
98
adlanan  ərazidə yaşamışlar. O, bu sözün semantikasını erməni 
dilinin materialı əsasında açmaq istəyir və onun mağara mənası 
ilə eyniləşdirir(151, 192). 
Y.Həməviyə görə «Sul» Xəzər ölkəsində  şəhər Dərbəndə 
yaxın olan rayonlardan biridir. 
Çul adı -çul toponimi xəzərlərin dövründə olmuşdur. Əgər 
Çul etnoniminə türk dillərinin – lu şəkilçisini  əlavə etsək 
Azərbaycanda rast gəlinən üç toponimin əsasında bu etnonimin 
durduğunu görərik. Inqilabdan əvvəl Qafqazda beş Çullu 
toponimi olmuşdur. 
Q.Qeybullayevin fikrincə çul-qədim türk etnonimi Çulım 
adında qalmışdır və bu Tambov vilayətində XIX əsrdə yaşamış 
çulım tatarları ilə  əlaqədardır. Çulım sözündə Çul etnonimi və 
mənsubiyyət şəkilçisi -ım vardır. 
Çox güman ki, bu etnonim bolqar tayfası çelmat adının 
əsasını da təşkil edir. 
Çul/Çol/Çullu/Çoq/Tsur/Sul/Corlu və digər variantlarda 
toponimlərin mənşəyi haqqında müxtəlif mülahizələr söyl-
ənilmişdir(86, 168; 25; 125, 327). 
M.Seyidov çul etnonimini «çauq» sözü ilə bağlayır, onu 
mifoloci təfəkkürlə  əlaqələndirərək «ça» və «uq» kompo-
nentlərinə ayırır. Uq-un bir sıra türk dillərində, o sıradan Qazax, 
Altay dilində, «ailə», «soy» mənaları da vardır. Onda «çauq»-un 
iki anlamı olur: biri- «yay-ox» digəri isə «ça»-yay, yay soyu 
ailəsi. Deməli, erkən orta yüzillikdə erməni qaynaqlarındakı qala 
adı «Çauq» Azərbaycan  mifoloci inamları ilə, dövlət qurluşu ilə 
bağlı yaranmış Azərbaycan, türk dili sözüdür. 
 V.V.Radlovun  qeyd  etdiyi  kimi, «ça» bir çox türk dillə-
rində «yay» deməkdir. Onun «ya», «sa» variantı da vardır. Türk 
dillərində «ç», «y», «s» səsləri əvəzlənir.  
Musa Kalanqatlı qeyd edir ki, qədim erməni dilində IX-X 
əsrlərə  qədər «l» hərfi olmadığından «Çol» «Çoq» şəklində 
işlənmişdir. Çor isə erməni dilində dərə sözü mənasını verir.  


 
99
I.Markvart bu toponimi Iran mənşəli hesab edir. 
I.Q.Əliyev yazır ki, «Çol» adında Strabonun qeyd etdiyi «il» 
etnonimi gizlənmişdir. Çul o zaman Qafqaz Albaniyasının 
tərkibinə daxil olmuşdur. 
Lak dilində çor sözü dar dərə  mənasını verir. 
A.P.Novoseltsevə görə çul oykonimi Pamir dillərindən olan yaq-
noy dilinə aid olub dar dərə mənasındadır(129, 39).  
Ərəb mənbələrində  də Çol sözünün müxtəlif mənalarına 
rast gəlinir. 
Əl-Kufi qeyd edir ki, ərəbcədən olan əs-Sul dağ kəndinin 
adı çul etnonimi ilə ilə bağlıdır. Ərəb mənbələrində «Sul xalqı», 
«Sul keçidi», «Sul darvazaları» «həmsərhəd Sul vilayəti kimi 
məfhumların işlədilməsi sul –çol soylarının bu yerdə olmalarına, 
Çola  şəhərinin adının onların gəlişi ilə bağlılığına  əsaslı 
sübutdur. 
 S.T.Yeremyan Çulun təkcə keçid, dərə,  şəhər deyil, eyni 
zamanda xaqanlıq da olmasını göstərir. Bu xaqanlıq indiki 
Qusar, Xudat, Xaçmaz və Quba rayonlarının  ərazisini  əhatə 
edirdi. 
S.T.Yeremyanın bu mülahizəsi Q.Voroşilin və S.Əliya-
rovun Albaniya sərhədlərinin şimalında müstəqil Hun knyazlığı 
olması barəsindəki mülahizələri ilə  həmahəng səslənir. 
Q.Voroşil Çul barəsində bütün mülahizələr üzərində da-
yandıqdan sonra belə  qənaətə  gəlir ki, Çol/Çul öz mənşəyi 
etibarilə türk sözüdür və çuvaş dilində dərə, qaya mənasını verir 
və Çol toponimi öz adını  məhz həmin sözdən – oronimdən 
götürmüşlər(46, 38-40). 
Çul etnonimi və bu etnonim əsaslı etnotoponimlər haq-
qında Q.I.Məşədiyev də geniş təhlil vermişdir          (53, 62-64).  
Çul sözünün arealı çox böyükdür. Azərbaycanın Cəbrayıl 
rayonunda Çullu, kəndi, Çullu dağı, Zərdabda Çallı  Kəndi, 
Apşeronda Çullu təpəsi, Qubadlıda Çullu dərəsi adlı yerlər 
vardır(53, 164).  


 
100
Çola adının hələ  təkcə Azərbaycanda 7-dən çox arealı 
Ağdamda Çulobad; Cəbrayılda-Çullu, Qarabağ  ərazisində 
keçmiş  Şuşa Zəngəzur və Qaryagin qəzalarında, Qutqaşendə-
Corlu, Yardımlıda–Çoryurd, Kəlbəcər, Laçın rayonlarında - 
Çorman yaşayış  məntəqələri; Özbəkistan, Iran, Türkiyə, 
Gürcüstan, Türkmənistan  ərazilərində Çol/Sul variantda 
areallarına rast gəlinir (57, 190-194; 73, 175-179). 
R.Eyvazova çul etnonimli etnotoponimin Əfqanıstanın 
Pərvan adlı mahalında olduğunu qeyd edir(25, 76).  
Ermənistan  ərazsisində 2 yerdə: Qafan və  Əzizbəyov ra-
yonları ərazisində kənd adlarında bu etnonim qalmışdır. Hər iki 
kəndin  əhalisi XX əsrin  əvvəllərində erməni-müsəlman 
davasında köçürülmüşdür.  
H.Mirzəyev Ermənistanda Dərələyəzdə (Paşalı, Əzizbəyov 
rayonu) olan Cul kəndi və onun tarixi haqqında ət-raflı məlumat 
vermişdir(57, 190-194).  
Ermənistanda ÇORLU-Qukasyan rayonununda kənd adı; 
Irəvan xanlığının Talin mahalında kənd adı;  ÇUL  –Irəvan 
quberniyasının  Şərur-Dərələyəz mahalında kənd adı; ÇULLU-
Yelizavetpol quberniyasının Zəngəzur qəzasında kənd adı 
etnotoponimlərinin  əsasında çul etnonimi durur. Bu 
etnotoponimlər Ermənistanın müxtəlif yerlərindədir. Bu da 
etnotoponimlərin həm Ermənistan  ərazisi daxilində, həm də 
ondan kənarda geniş arealda yayılan olduğunu göstərir.  
 
III FƏSIL 
 
QƏRBI AZƏRBAYCANIN TÜRK MƏNŞƏLI 
ETNOTOPONIMLƏRININ STRUKTUR, FONETIK, 
LEKSIK-SEMANTIK VƏ QRAMMATIK 
XÜSUSIYYƏTLƏRI 
 
Qeyd etmək lazımdır ki, etnotoponimlərin struktur, fone-
tik, leksik-semantik və qrammatik xüsusiyyətlərinin ayrıca 


 
101
araşdırılması onların bu xüsusiyyətlərinin digər toponimlərlə 
müqaisəli təhlili üçün geniş material verir. Bunu nəzərə alaraq 
bu fəsildə tədqiqat müqaisəli şəkildə aparılacaqdır. Daha doğrusu 
etnotoponimlərlə yanaşı, toponimlərin müvafiq xüsusiyyəti 
öyrəniləcək və  nəticələrin müqaisə edilməsi yolu ilə oxşar və 
fərqli cəhətlər aydınlaşdırılacaqdır. 
 
3.1.  Ermənistanın türk mənşəli etnotoponimilərinin 
struktur xüsusiyyətləri. 
 
Ermənistan  ərazisindəki türk mənşəli etnotoponimlərin 
struktur tiplərə görə ümumi mənzərəsini araşdırmaq üçün 
onları sadə, düzəltmə mürəkkəb və çoxkomponentli toponimlər 
şəklində qruplaşdırmaq məqsədəuyğundur. 
 
Quruluşca sadə etnotoponim olmayan toponimlər.  
Bu tipli toponimlər sayca böyük çoxluq təşkil etmir. Eyni 
zamanda, qeyd etmək lazımdır ki, qurluşca sadə saydığımız bir 
çox toponimlərin tərkib ünsürlərini müəyyənləşdirmək çətindir. 
Ola bilsin ki, onların müəyyən Qisminin ilkin formaları başqa 
şəkildə olmuşdur. Ermənistan  ərazisindəki türk mənşəli 
toponimlər sırasında qurulşuca sadə olanlara aşağıdakı 
toponimləri aid etmək olar: Avuş, Arpa, Bahar, Bədəl,  Vedi, 
Qoytur, Doqquz (Doxquz), Dərə, Zaq, Zağa, Zar, Eylas, Elar, 
Zeyvə, Zeytə, Zor,  Zorba, Ibiş, Yeşil, Yuva, Kotyak, Maqda, 
Manes, Moz, Mor,  Mos, Moğes, Muz, Məzrə, Pipis, Polad, Por, 
Sos, Tolk, Tərp, Urut, Xot, Şahab,  Şəfəq,  Şəhriz, Hasik, Haxs, 
Hovit, Cələb, Cəngi, Gyabut, Gomur, Gümüş, Güney, Göl, Əyar 
və s. 
 
Quruluşca sadə etnotoponimlər.  
Belə etnotoponimlər də sayca çox deyildir. Əlbəttə qur-
luşca sadə etnotoponimlərin çox olmaması  təbiidir. Çünki hər 
bir etnotoponimin əsasında etnosun adı durmalıdır. Etnosların 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə