Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə35/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   31   32   33   34   35   36   37   38   ...   41

 
115
gürcü abidəsində qəbilə başçılarının adı Baqatur şəklində verilən 
as tayfalarının Azərbaycanda,  Şimali Qafqazda, Orta Asiyada 
xeyli izi qalmışdır. Təbəri (VIII əsr) As-tarxan adını qeyd 
etmişdir. Astarxan// Həştərxan, Astara, Aştarak (Ermənistanda) 
toponimləri də həmin as etnonimini əks etdirir. 
Müxtəlif tarixi mənbələrdə xatırlanan bu etnonim 
as//os//aş//yaz//uz allomorfları ilə  nəzəri cəlb edir. Həmin al-
lomorfları *as//az* arxetiplərindən törəmə hesab etmək olardı, 
yəni səsartımı (h,y) ilə, a-o-u, s-ş dəyişmələri və z*/s paralelliyi 
ilə göstərilən variantları izah etmək mümkündür. Lakin tarixi 
mənbələrdə as//az etnoniminin kas//kaz//xaz tipli paralelləri də 
qeyd olunmuşdur ki, bu da həmin arxetipləri bərpa etməyə 
imkan vermir. Ona görə  də ilkin saiti larinqal a şəklində  bərpa 
etmək lazım gəlir. 
Artıq həmin yuvadan törəyən az//as və kaz//kas etnonim-
lərinin –pi,-aq,-ar,-it formantları ilə işlənən kaspi, kasaq//kazax, 
kazar//xəzər, azar//azər, kasit variantlarını izah etmək çətinlik 
törətmir. Azar//Azər etnotoponimi sonralar ba-
qan//bacan//becan//bayqan allomorfları ilə işlənən sözlə birlikdə 
Azərbaycan toponimini yaratmışdır (65, 113). 
Ermənistan  ərazisindəki türk mənşəli etnotoponimlərdə 
fonetik dəyişmələr və fonetik hadisələrlə bağlı külli miqdarda 
başqa misallar da göstərmək mümkündür. 
 
3.3. Ermənistanın türk mənşəli etnotoponimilərinin 
leksik-semantik xüsusiyyətləri. 
 
Indiyədək dilçiliyimizdə leksik və semantik yolla yeni 
sözlər yaranmasının sərhəddi dəqiq müəyyənləşdirilməmiş, 
leksik yolla söz yaratmanın mahiyyəti tam aydınlaşdırıl-
mamışdır. 
Dildəki xüsusi adların böyük bir qismi appelyativlərin kö-
məyi ilə yaranır. Bu hadisə özünü toponimiyada da geniş şəkildə 


 
116
göstərir. Ona görə də onomastik vahidlərin leksik xüsusiyyətlərini 
öyrənərkən bu məsələyə fikir verilməlidir. 
Təbii ki, dildəki bütün appelyativlər onomastik vahidlərin 
yaranmasında iştirak etmir. Apelyativlərin müəyyən qismi bu 
prosesdə  fəal və  məhsuldardır. Bu mühüm dil hadisəsi 
onomastik leksikadakı bütün xüsusi adlar qrupunu əhatə edir. 
Məsələn, 
 
Ümumi söz 
 
 
Xüsusi ad 
 
Abad 
   Abad 
(k) 
Ağ+bənd   Ağbənd (q) 
Ağ+bulaq     Ağbulaq (p) 
Ağ+qaya   Ağqay a 
Balıq-çı   
 
 
Balıqçı (q) 
Balıq-çı-lar     Balıqçılar (q) 
Boz+binə     Bozbinə (k) 
Qala+ça  
 
Qalaça (k) 
Qamış-lı  
 
Qamışlı (k) 
Qara+bağ-lar  
 
Qarabağlar (k) 
Başqa dillərdə olduğu kimi, Azərbaycan dilində də leksik 
yolla söz yaratma prosesi ən qədim derivatoloci hadisədir. Bu 
prosesdə heç bir qrammatik vasitə olmadan sözlər dəyişir, 
ümumilik bildirməklə yanaşı, xüsusi obyekt adlarını da ifadə 
edir. Dilimizin onamastik leksikasında bu hadisə geniş 
yayılmışdır. 
Xüsusi adların bir qismi semantik üsulla konversiya yolu 
ilə yaranır. Belə ki, müxtəlif nitq hissələrinə  mənsub olan bir 
sıra ümumi sözlər substantivləşir və sırf xüsusi ad əmələ gətirir. 
Onomastik vahidlərin semantik üsulla əmələ  gəlməsində 
başlıca  əlamət bu prosesdə bir nitq hissəsinə  məxsus sözlərin 
başqa nitq hissəsinə keçməsi hadisəsidir. Bu cəhətdən onomastik 
vahidlərin aşağıdakı əmələgəlmə tiplərini göstərmək olar. 


 
117
1) Sifətin ismə keçməsi  əsasında: Bu prosesdə sifətlər 
substantivləşir və ismin suallarına cavab verir. Hər biri özü-
nəməxsus məna daşıyır. Hər bir adın da daşıdığı  məna çox 
qədimlərə gedib çıxır. Dilimizin onomastik leksikasında sifət 
+isim modeli aşağıdakı  şəkildə mövcuddur. Ağ  kənd–Ağkənd; 
qara qoyun-qaraqoyunlu; ağ-xaç-ağxaç; 
Göründüyü kimi sifət əsasında yaranmış toponimlərin mə-
nasında həmin sifətlərin bildirdiyi əlamət, keyfiyyət anlayışı 
olduğu kimi qalmır, zəifləyir. 
2) Felin ismə keçməsi  əsasında: Faktlar göstərir ki, felin 
təsriflənməyən formalarından feli sifət və felin əmr, xəbər 
formalarından olan bəzi sözlər substantivləşərək ismin sualına 
cavab verir. Məs: Basar+keçər-Basarkeçər. 
Ermənistan  ərazisindəki türk mənşəli toponimlərin tər-
kibində heyvan adlarının müəyyən tezliklə  işlənməsi müşahidə 
edilir. Bu hadisə ümumiyyətlə türk onomastikası, o cümlədən də 
Azərbaycan onomastikası üçün yayılmış hadisələrdəndir. Hələ 
«Kitabi-Dədə Qorqud» dastanlarında bir sıra heyvan adlarının 
antroponimlərin tərkibində  işlənməsinə aid çoxlu faktlar üzə 
çıxır. Eyni sözləri Orxon-Yenisey abidələri haqqında da demək 
olar. 
«Basat Dəpəgözü öldürdigi boyı»nda Dəpəgöz// Təpəgöz 
Basatdan kimliyini soruşanda onun 
Anam adın sorar olsan- Qaba Ağac 
Atam adım deyirsən- Qaqan Aslan 
cavabı heç də  təsa-
düfü deyildir. Bununla o, ağac heyvan kultu ilə bağlılığını 
göstərmişdir. 
Qurd protooğuzların ilkin soykökü sayıldığından bir növ 
totemlər totemi hesab olunur. Ümumiyyətlə, qurd əksər türkdilli 
xalqlarda güc, qüvvət, məğrurluq, qorxmazlıq rəmzi olmuşdur. 
«Aldədə»  əfsanəsində Aldədənin oğlunun Qurd qayasında 
Bozqurddan süd əmməsi də buna işarədir. Ermənistan 
ərazisindəki türk mənşəli toponimlər sırasında da tərkibində 
qurd sözü olanlar vardır: Qurdqulaq, Qurdqulu və s. 


 
118
Etnonimlər  əsasında toponimlərin yaranması geniş ya-
yılmış haldır. Burada leksik sistemin xüsusi onimlərinin to-
ponim tərkibində yer alması özünü göstərir. Belə vahidlərin 
tapılıb aşkara çıxarılması  mənbələrindən biri də  aşıq poeziyası 
və digər yazılı mənbələrdir. Prof. H.Mirzəyev Aşıq poeziyasında 
işlənən etnonimlərə ayrıca yazı  həsr etmişdir. Müəllif leksik 
qatın tərkibində  məhz etnonimlərlə bağlı olan vahidləri aşıq 
yaradıcılığı nümunələrindən toplaya bilmişdir (55). 
H.Mirzəyev göstərir ki, «Vers» Dərələyaz və Göyçənin 
sərhəddində yerləşən, ən uca dağdır. Bu ətrafda Versdən uca dağ 
yoxdur (3522 m.) Vers dağının Dərələyəzə baxan üzündə 
əvvəllər Qovuşq və Güldüz kəndlərinə  məxsus Soğanlı yaylağı 
və burada Göytəpə, Qaçaqqayısı, Bərkdərə adlanan yerləri 
arasında türk tayfalarının birinci adını daşıyan «Xalaclar» yurdu 
adlı yer də vardır. Türk qəbilələrindən birinin adını daşıyan 
Arpa çayının bir qolu ilk mənbəyini Vers dağının ətəyindən alır. 
Ilk araşdırmalara  əsasən belə bir mülahizə yürütmək olar 
ki, Vers dağının adı da qədim türk qəbiləsinin adı ilə, Ver-
saq||Varsaq sözləri ilə bağlıdır. Bəlkə də bu, qədimdə Vərsaqdağ 
formasında işlənmiş, sonralar isə Versdağ||Versdağı formasına 
düşmüşdür. Qədimdə  şamanların, eləcə  də  vərsaqların 
(//varsaqların)öz ayinlərini uca dağ başında keçirməsi, Göyçə və 
Dərələyəz mahallarında tarix boyu vərsaq (//varsaq)- ozan-aşıq 
sənətinin geniş yayılması və s. bu kimi faktlarda da yuxarıdakı 
mülahizəni söyləməyə  əsas verir ( bu dağ indi Vardenis 
adlandırılır). 
 
Var olsun Qarabağ, əcəb səfadır 
Başa Xaçın axar, ayağa Qarqar.. 
(Aşıq Ələsgər) 
Arpa çayı aşdı-daşdı 
Sel Saranı aldı qaçdı. 
(Xalq mahnısı) 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə