Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə18/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   14   15   16   17   18   19   20   21   ...   41
    Bu səhifədəki naviqasiya:
  • AYRIM

 
57
yetmiş iki coğrafi adın olması bu tayfanın geniş sahədə ictimai-
siyasi fəaliyyət göstərdiyinə  dəlalət edir. Türk dillərinə, o 
cümlədən azərbaycancaya xas olan metateza hadisəsinə görə 
Eymur sözünün Ayrum (Eyrum) şəklinə düşməsi təbiidir. Beş 
fonemdən ibarət olan bu sözün üçüncü foneminin «m» fonemi 
ilə beşinci fonemin -«r» bir-birini əvəzləməsi hadisəsi 
aşkarlanır. Ayrum (Eyrum) etnoniminin Eymurdan əmələ 
gəldiyi ədəbiyyatda qeyd edilmişdir. Eymur coğrafi adının Imer, 
Imir  şəkilləri də geniş yayılmışdır. Türkmənistanda Ilyalı 
rayonunda yaşayan Imrəli (variantları: Imr, Emheli, Avmur) 
tayfalarının da eyni ayrum tayfasından olması aydın nəzərə 
çarpır. Imir antroponiminin türkdilli arealda yayılması da 
müşahidə olunur. Mövlüd Süleymanlının «Köç» əsərinin qəhrə-
manlarından birinin adı Imirdir və əsər əslində eymur tayfasına 
həsr olunmuşdur. 
Ermənistan ərazisində AYRIM- Noyemberyan və Tuman-
yan rayonlarında kənd adları, BÖYÜK AYRIM- Tiflis qu-
berniyasının Borçalı  qəzasında (indi Ermənistanın Tumanyan 
rayonunda) kənd adıdır. IMIRLI-Irəvan quberniyasının 
Eçmiədzin qəzasında kənd adı olmuşdur. «Kiçik Qafqazda və 
Qazax qəzasında səpələnmiş ayrımlır Ağsaq Ayrum, Quşçu 
Ayrum, Baqanis Ayrum, Dadanis Ayrum, Polad Ayrum və 
başqa qollara bölünmüşlər» (21, 115). 
 
2.6. Əfşar əsaslı areal etnotoponimlər.  
Afşar (Avşar/Ovşar/əfşar). Ermənistan  ərazisində e.ə. 
məskunlaşmış qədim oğuz-türk mənşəli tayfalardan biri də Afşar 
(avşar//ovşar/əfşar) tayfası olmuşdur. Bu tayfa səlcuq 
oğuzlarının Avşar tayfasıdır. Onun adı Mahmud Kaşğarinin və 
Rəşidəddinin  əsərlərində  çəkilir. Səfəvilər dövlətinin Qızılbaş 
tayfalarından biri də əfşarlar olmuşdur.  
Ermənistanın Vedi rayonu ərazisində avşar  əsaslı iki et-
notoponim özünü göstərir. 


 
58
Birinci yaşayış məntəqəsi rayon mərkəzindən 7km cənub-
şərqdə, Yerevan-Naxçıvan avtomobil yolunun üzərində yerləşən 
Avşar/Kəl Balavan/ kəndidir. 1940-cı illərin axırında 
azərbaycanlıların Ermənistandan zorla köçürülməsi dövründə 
kəndin azərbaycanlı əhalisi respublikamıza gəlmişdir. 
Ikinci yaşayış məntəqəsi Ovşar adlanmış /Düzyurd Ovşar, 
Surenavan, Spandaryan/ rayon mərkəzindən 15 km cənub-
şərqdə yerləşmişdir. 1918-ci ildə  kənd Daşnaklar tərəfindən 
dağıdılmış,  əhalisi qovulmuşdur. O dövrdən sonra bu kənddə 
azərbaycanlı yaşamamışdır. Indi erməni qəsəbəsidir (30, 218-
232). Ermənistanda AFŞAR KƏLƏVAN- kəndi də olmuşdur. 
Bu kənd 1728-ci ildə Irəvan  əyalətinin Karni nahiyəsində 
yerləşmişdir.  
Avşar//ovşar etnotoponiminin müxtəlif areallarda 
paralelləri vardır. 
Bu toponimin Avşar variantı Azərbaycan respublikasının 
Ağcəbədi rayonunda da mövcuddur. Tədqiqatçılardan Bayram 
Əhmədovun fikrinə görə bu toponim həmin  ərazidə yaşamış 
tayfanın məşğuliyyəti ilə bağlıdır. Müəllif qeyd edir ki, bu tayfa 
qoyunçuluqla məşğul olmuşdur. B.Əhmədov belə hesab edir ki, 
avşar//ovşar-qoyunsağma üsulu deməkdir (27, 197).  
Ovşar və Avşar toponimlərinin  əsasında duran appelya-
tivin ov sözü olması  və toponimin ov həvəskarı  mənasını bil-
dirməsi fikrini irəli sürənlər də vardır.  
Tədqiqatçılar «Abşeron» toponiminin əfşar etnonimi əsa-
sında yaranmasını qeyd edirlər.  
Cənubi Azərbaycan  ərazisində  də  əfşar//ovşar tayfa adından 
düzəlmiş Əfşar, Əfşarcik etnotoponimləri qeydə alınır.  
 
2.7. BAYANDUR əsaslı areal etnotoponimlər. 
Bayandur oğuz tayfalarından birinin adıdır. Oğuz tayfa  
birliklərinin adları Mahmud Kaşğari, Fəzlullah Rəşidəddin, 
Yazıçı  oğlu  Əli və  Əbülqazi Xan Xivəli tərəfindən qeydə 
alınmışdır. Mahmud Kaşqari özünün «Divani-lüğət-it türk» adlı 


 
59
əsərində  Oğuzun 22 boydan (qəbilə-tayfa birlikləri) ibarət 
olduğunu göstərir. 
Fəzlullah Rəşidəddinin «Cami-ət təvarix» (bütün tarixlər) 
əsərində  Oğuzların 24 boydan ibarət olduğunu göstərir. Qeyd 
olunan müəlliflər Bayandur tayfa adını qeyd etmişlər. Mahmud 
Kaşqaridə Bayandur adı üçüncü, Rəşidəddində 13-cü çəkilir. 
Yazıçıoğlu  Əlinin «Səlcuqnamə»sində  və  Əbulqazi xan 
Xivəlinin  əsərində tayfanın adı Bayandur deyil, Bayandır kimi 
verilmişdir. 
Bayandur xan adı Orxon-Yenisey abidələrində yüksək 
titul, fəxri ad hesab olunurdu. Ağqoyunlu tayfa birləşmələrində 
bayandurlar tayfasının hakim rol oynaması  və  ağqoyunlu 
hökmdarlarının bu tayfadan çıxması faktı ilə səsləşir (32, 47).  
Tarixi mənbələrdə Bayandur həm antroponim, həm də 
etnonim kimi işlədilməsi məlumdur (16, 48).  
Bayandur antroponimi də Oğuz Xaqanın «Boz ox-boyun-
dan olan Göy xanın dörd oğlundan biridir. Oğuzların «Boz ox» 
boyundan olan Göy xanın dörd oğlundan birinin adı 
«Oğuznamə»də Bayandur kimi verilmişdir.  
«Kitabi-Dədə Qorqud» dastanlarında Bayandur xan Oğuz 
elinin xanlar xanıdır. Bundan əlavə dastanda Bayandır çay, 
Bayandurlu, Bayandır yaşayış məntəqə adları vardır. 
Türkmənistanın toponimiyasında türk dilli etnotoponimlər 
sırasında Bayandır adı mövcuddur. 
Bayandur sözünün mənşəyinə  gəldikdə isə  tədqiqatlarda 
onu müxtəlif cür izah edirlər. 
1. Bayandır-«nemətli» mənasındadır. 
Bayandır adının kökü əski türk sözü olan «bay»-dır. Mə-
nası «varlı», «zəngin»dir. Bu məna indi də qalır. «Orxon-
Yenisey» abidələrində də bay sözü göstərilən semantik mənada 
işlənmişdir. «Oğuznamə»də  də Bayandur «çox təminatlı», 
«varlı» kimi izah edilmişdir. Sözün tərkibindəki –an şəkilçisi isə 
bəzən bitişdirici bəzən də sözdüzəldici  şəkilçi kimi işlənmişdir 
(16, 48).  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə