Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə16/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   12   13   14   15   16   17   18   19   ...   41

 
50
ərazisindəki areal etnotoponimlərdəndir. Abana, Abnik, Avan və 
Qacaran toponimlərinin tərkib hissəsi olan aran eyni bir əsasdan 
aban etnonimindən olması faktını qismən açıqlamaq lazım gəlir.  
Əvvəla, Abana etnotoponiminin tərkibindəki a sonluğu türk dil-
lərinin toponimlərinə xas olan şəkilçidir. Məsələn, Adana (Tür-
kiyə), Astana (Qazaxıstan) və s. Avan və Aban etnonimlərinin 
eyniliyi isə şübhə doğurmur. Burada v > b  əvəzlənməsi özünü 
göstərir. Qeyd etmək lazımdır ki, Türkiyədə Avanos («os» 
yunan mənşəli  şəkilçi), Batum əyalətinin Artvin dairəsində 
Avana, Borçalı  qəzasında Oban (132) etnotoponimləri vardır. 
Yuxarıda hələ qədim dövrdə Albaniya ərazisində bu toponimin 
qeydə alınması göstərilmişdir. Aban sözünün Urartu dilindəki 
«ebani» ilə eyniləşdirilməsi şübhə doğurur. «Ebani» çox güman 
ki, eba- ev, eb, oba sözü ilə səsləşir(23, 40). Borçalı qəzasındakı 
Oban toponimi də bu faktı təsdiqləyir. 
Avnik etnotoponiminə  gəlincə isə onun evnik variantına 
«Kitabi-Dədə Qorqud» dastanlarında rast gəlinir.  Şarafxan 
Bidlisi XVI əsrdə Anadoluda Avnik qalasının olduğunu gös-
tərmişdir.  
QAFAN- Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur 
qəzasında (indi Ermənistanda r-n mərkəzi) kənd adı-kapan 
(peçeneq) 
Hazırda Qafan Ermənistanda respublika tabeliyində  şə-
hərdir.  Şəhərin adı keçmişdə mövcud olan indiki Qafan şə-
hərindən 10 km şimal –qərbə doğru, Oxçu çayının sağ sahilində 
yerləşmiş Qapan kəndinin adı ilə bağlıdır. 1918-ci ildə indiki 
Qafan şəhərinin bilavasitə yanında Qatar adlı azərbaycanlı kəndi 
olmuşdur.  
X əsrdə Cənubi Asiya çöllərindəki peçeneklərin içərisində 
yaşamış Konstantin Baqyanorodnı erdim, kapan, çur, kuerçi, 
kuloba, karabay adlı tayfaların adlarını sadalayır. Ermənistandakı 
Qafan toponimində qapan tayfasının adının əksini tapması barədə 
ədəbiyyatda fikirlər vardır(46, 95).  


 
51
Qeybullayevin araşdırmalarına görə bu peçenq tayfaların 
bir hissəsidir(44, 109). Peçeneqlərin digər hissəsi isə kopon 
(əslində quqarçi) və b. tayfalardan ibarət idilər. Bu tayfalardan 
bəzilərinin adları ilə bağlı toponimlərin Ermənistanda hələ V-
VII  əsrlərdə mahal adları kimi qeyd olunması belə  nəticə 
çıxarmağa imkan verir ki, onlar eranın əvvəllərindən artıq orada 
yaşayırdılar. 
Ermənistanın Qafan rayonunun adı (qədim erməni 
mənbələrində mahal adı kimi 1074-cü ildən məlumdur) şübhəsiz 
ki, peçeneqlərin yuxarıda qeyd etdiyimiz kapan tayfasının adını 
əks etdirir. Bu etnonim ermənilərdə şəxs adına da çevrilmişdir. 
Onlarda Kapansyan familiyası  məhz Kapan tayfasının 
adındandır (gürcülərdə Kapanadze familiyası da bu etnonimlə 
bağlıdır) (45, 111).  
Belə  nəticəyə  gəlmək olar ki, Kopon /Kaban/ Ko-
pan/Kapan/Koypan eyni fonetik tərkibə malik etnonimdirlər (88, 
42). 
 
Azərbaycanda  
rayonun  adı 
Kəndin adı   
Tərtər Qapanlı 
 
4 kənd. Bu kəndlərin əhalisi Ermə-
nistanın keçmiş Qafan (Qapan) 
mahalından köçüb gəlmişlər. 
 Y.B.Yusifov., S.K.Kərimov «To-
ponimikanın əsasları» B.1988, s. 
199 
 
 
Ermənistanda  
Xaricdə 
Qafan   1.Şimali Qafqazda-Kopan 
2. XV1 əsrdə- Kazan xanlığında 
bir neçə Kopan mənşəli toponim 
qeydə alınmışdır. 
3.Türküstanda –Kapançı adlı kənd 
4.Başqırdstanda Kaypon – topo-


 
52
nimi. 
5.Ukraynada Kopanka hidronimi 
 
2.2. ABAR əsaslı areal etnotoponimlər. 
Abar qədim türk mənşəli tayfanın adıdır. Bu tayfa adının 
avar variantı da məlumdur. Eramızın II-III əsrlərində Kür 
sahilində Obaren adlı tayfanın yaşaması  ədəbiyyatda göstərilir 
(76, 97). V əsr erməni müəllifi Yeqişenin Balasakanda aparan 
adında tayfanın yaşadığını qeyd etmişdir(21, 96). Etnonim av+ar 
formasında düzəlmişdir. Tədqiqatçılar ar, ər sözünün türk 
dillərindəki ər «kişi, qəhrəman, igid» mənasında olduğunu qeyd 
edirlər. Etnonimin birinci hissəsi olan av elementinə gəlincə isə 
onun ab variantının işlənməsi türk dilləri üçün xarakterik olan b-
v keçidi ilə  əlaqədardır. Beləliklə, qədim türk tayfasının adı 
abar(avar) olmuş və bu tayfa Qafqazın müxtəlif regionlarında, o 
cümlədən də Ermənistan  ərazisində yaşamışdır. Ermənistanda 
türk mənşəli abar(avar) tayfasının adından düzəlmiş  Aşağıdakı 
etnotoponimlər qeydə alınmışdır: ABARAN- Irəvan xanlığında 
mahal adı; Alagöz (Ələyəz) və  Pəmbək dağ silsilələri arasında 
Kasax (əsli Qazax) çayının yuxarı axınında yaylaq adı; Irəvan 
qəzasında çöl adı, Irəvan xanlığının Abaran mahalında çay 
adı(157); 1728-ci ildə Irəvan əyalətinin Karbi nahiyyəsində kənd 
adı; ABARANOĞLU – 1590-cı ildə  Rəvan  əyalətinin Abaran 
nahiyyəsində  kənd adı; AVARAN-Irəvan quberniyasının 
Eçmiadzin qəzasında kənd adı; BAŞ  ABARAN  - Irəvan 
xanlığında mahal adı.  
Əsasında abar(avar) tayfasının adı duran etnotoponimlər 
yalnız Ermənistan  ərazisində yayılmamışdır. Bu etnotoponimin 
başqa  ərazilərdə yayılması da aşkara çıxarılmışdır. XIX əsrdə 
Şimali Qafqazda Kuban əyalətinin Maykop dairəsində 
Abarançay, Azərbaycanın Qusar rayonunda Avarandağ, Xaçmaz 
rayonunda Avaran kəndi qeydə alınmışdır.  
R.Əliyeva Azərbaycanın Qusar rayonunda Avaranqışlaq 
kənd adının olduğunu qeyd edir. Onun kitabının  əlavəsində 


 
53
verilmiş Azərbaycan toponimləri siyahısında Abarançay adı  və 
onun yanında bu adın hazırda Kamiçay olması    göstərilir (31, 
67, 108).  
Beləliklə, abar(avar) əsaslı etnotoponimlərin yayılma are-
alları cədvəlini qurmaq olar.  
Etnotoponimin  əsasın-
da duran etnonim 
Etnotoponim Arealı 
Abar(avar) Abaran 
 
 
Abarançay 
 
 
 
 
Baş Abaran 
Avaran 
 
 
Abaranoğlu 
Avarandağ 
 
Avranqışlaq 
Ermənistan – 5 toponim 
mahal, yaylaq, çay, çöl, 
kənd adı  
RF, Kuban əyaləti –çay 
adı R.Əliyeva. 
Azərbaycan toponimləri. 
Bakı, 2002, s.108 
Ermənistan –kənd adı 
Ermənistan –kənd adı 
Azərbaycan Xaçmaz 
rayonu –kənd adı 
Ermənistan –kənd adı 
Azərbaycan Qusar 
rayonu 
Azərbaycan Qusar 
rayonu 
2.3.ABBAS  əsaslı areal etnotoponimlər.  
Abas  etnoniminin  Xəzər tayfalarından birinin adı olması 
şübhə doğurmur. Abas tayfa adının abaz forması da vardır. 
Q.Qeybullayev Abaslı tipli toponimlərin  əsasında abas(abaz) 
tayfa adının durduğunu qeyd etmişdir(89, 139).    Onu da qeyd 
etmək lazımdır ki, ərəb dilindən olan Abbas antroponimi 
əsasında yaranmış toponimlər də istisna edilə bilməz. Bir çox 
hallarda bu iki tip toponimin bir-birindən fərqləndirilməsi 
müəyyən çətinlik törədir. Göstərilən çətinliyin yaranma 
səbəblərindən birini belə toponimlərin qeydə alınması  və 
rəsmiləşdirilməsi zamanı orfoqrafik səhv buraxılması ilə 
əlaqələndirmək mümkündür. Yəni toponim yanlış olaraq Abbas 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə