Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə19/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   15   16   17   18   19   20   21   22   ...   41

 
60
Salman Mümtaz isə bay sözünü -varlı, böyük, bəy 
mənasında açıqlamışdır (11).  
Azərbaycanın şimal rayonlarının dialektində «bay» sözü –
hündür/iri/böyük/ canlı mənalarında qalmaqdadır. 
Qərbi Azərbaycan, indiki Ermənistan ərazisində Bayandur 
etnotoponiminin variantlarının müxtəlif areallarda yaşayan izləri 
də bu yerlərin məhz türk torpaqları olduğunu sübut edir. 
Ermənistan  ərazisində, Gorus rayonunda 2 Bayandur kəndi, 
Düzkənd rayonunda isə başqa bir Bayandur toponimi vardır. 
Bayandur etnotoponiminin müxtəlif areallarını göstərmək olar.  
Q.Qeybullayev Bayandur tayfasını  qədim albanlarla əla-
qələndirmiş  və onun izlərinin Tərtərdə Bayandur oykonimində, 
Xanlar rayonunda isə Bayandurçay hidronimində saxlandığını 
qeyd etmişdir (89, 74-75; 88, 52).  
Bundan  əlavə Bayandır Laçın və  Bərdə rayonlarının  əra-
zisində qeydə alınmışdır.  
Ermənistan  ərazisində BAYANDUR- Yelizavetpol (Gən-
cə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın 
Sisyan rayonununda) kənd adı; BIRINCI BAYANDUR
Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi 
Ermənistanın Gorus rayonunda) kənd adıdır. 
Ermənistandakı Bayandur Azərbaycanlı  kəndi olub, əv-
vəllər Gəncə quberniyasına Zəngəzur qəzasına daxil olmuşdur. 
Kənd Xanazax sovetliyinə daxil idi. 1897-ci ildə  Bəyəndur 
kəndində 153 nəfər azərbaycanlı əhali olmuşdur. 1918-ci il milli 
qırğınından sonra azərbaycanlılar kənddə tamamilə  qırılmış, 
qovulmuş, kənd erməni kəndinə çevrilmişdir. 1969-cu ildə isə 
ermənilər kəndin adını dəyişib Vağadur qoymuşlar. 
Digər Bayandur da azərbaycanlı kəndi olub, əvvəllər Gən-
cə quberniyasının Zəngəzur qəzasına daxil olmuşdur. 1897-ci 
ildə kənddə ancaq azərbaycanlılar (210 nəfər) yaşamışlar. Kənd 
sovet hakimiyyəti illərində Xandzorik sovetliyinə daxil 
olmuşdur. 1918-ci ildə Andranikin dəstəsi bu kəndləri 
dağıtdıqdan sonra orada azərbaycanlılar qalmamışdır (30, 164).  


 
61
Bayandur həmçinin Düzkənd rayonuna daxil olan kənd və 
dəmiryol qəsəbəsinin adıdır. Orada daha bir Bayandur kəndinin 
olması  və 1926-ci ilədək Gümrü zəlzələsində uçub xaraba 
qalması söylənilir. Kəndin qədim sakinləri türklər 1918-ci ildə 
oradan qaçqın düşmüşlər. Mənbələrdə Bayandur kəndində 
erməni və yunanların 1918-20-ci illərdə Muş və Bitlisdən gəlib 
məskunlaşması qeyd edilir. Türkiyədə Bayandır coğrafi adının 
arealları çox genişdir. 
F.Sumər Anadoluda Bayandur adlı 52 oykonimin olmasını 
qeyd etmişdir( 65). 
Bundan  əlavə Qazaxıstan  ərazisində Bayan, Bayandur 
etnotoponimləri vardır.  
Azərbaycanın Laçın rayonundakı Zabux çayının qolu və 
Tərtər rayonundakı  kəndin adıdır. Bundan başqa, Daşkəsən və 
Oğuz rayonlarında Bayan adında kənd vardır   (9, 63). 
 
2.8. BAYAT əsaslı areal etnotoponimlər. 
Bayat tayfası haqqında hələ 1300 il bundan əvvəlki 
«Kitabi-Dədə Qorqud» abidəsində məlumat vardır.  
«Bayat boyundan Qorqud ata derlər bir ər qopdu. Oğuzun 
ol kişi bilicisiydi». Xalqımızın qədim və möhtəşəm abidəsi, 
məhəbbət və  qəhrəmanlıq dastanı «Kitabi-Dədə Qorqud» bu 
sözlərlə başlanır. E.ə. «boy»-qəbilə, tayfa, orta əsrlərdə isə el, 
mahal, yurd mənasında işlənib. 
Dədə Qorqud Bayatlı-Bayat soylu, Bayat elli, qopuz çalıb 
boy boylayan, söz söyləyən ozanlar ozanı olub. Zaman keçdikcə 
onun məclislər açıb ozanlıq etməsi ilə dastandakı qəhrəmanların, 
yerlərin, nəhayət oğuz tayfalarının ünvanları, inamları  və 
adətləri ilə bağlı çoxlu adlar yaranmışdır(36, 46).  
Bayat etnotoponiminin çox geniş arealda yayıldığı da bəl-
lidir.  
Orta  əsr tarixçiləri öz əsərlərində bugünkü bəşərin Nuh 
Əleyhüssəlam övladları olduğu fikrini təsdiqləyirlər. Tufanda 


 
62
Nuh gəmisində Nuhun Ham, Sam, Yasəf adlı 3 oğlu varmış. 
Yasəfin nəvəsi Alınca xanın nəvəsi Qara xanın oğludur. 
Oğuz xanın da 6 oğlu olmuşdur. Onlardan üçü (Günxan, 
Ayxan, Ulduzxan) -«Boz ox» adı ilə hakimiyyəti idarə etmiş üçü 
(Məngli xan, Dağ xan, Dəniz xan) - «Üç ox»-lar isə onlara tabe 
olmuşdur 
Əldə olan qaynaqlara görə  nəinki Qərbi Azərbaycanın 
hətta bir çox türk xalqlarının kökü oğuzlarla bağlıdır. Məlum 
məsələdir ki, oğuzlar da ayrı-ayrı türk uruqlarının, qəbilələrin 
birləşməsindən yaranmışdır. 
Bayat bu uruqlar bu qəbilələr içərisində özünəməxsus yer 
tutan – təpərli  ərənləri,  ərdəmli igidləri, düşüncəli ağsaqqalları 
ilə ad çıxarmışdır. Bayat uruğu öz adını tanınmış bir şəxsdən-
«Bayat»-dan götürmüşdür. Bayat Oğuz xanın nəvəsi Gün xanın 
oğludur. 
Böyük tarixçi və döyüşçü  Əbülqazi Bahadur xan Xivəli 
(1602-1664) özünün məşhur «Şəcəreyi-Tərakemə türk» əsərində 
yazmışdır ki,  Bayat Oğuz xanın oğlu Gün xanın ikinci oğludur. 
Gün xan oğlu Bayat oğuz uruqlarının toplantılarında xanın 
sağ yanında oturar, oğuz ordusunun sağ qoluna başçılıq edərmiş. 
Oğuz kübarlarına məxsus «Bəy şülən» deyilən məclislərdə o, xan 
ilə birlikdə qoçun sağ budunu yeyərdi.  
Bayatların çox ölkələrdə dağılmaları və Dış oğuzların apa-
rıcı qolunu təşkil etmələrini göstərən prof. Z.V.Toğan yazır: 
«Şimaldan qalxıb Cənuba yerləşən Uyrat-Uyğurlar, Qayat-
Qayalar, Qanıqlıyut-Qanıqlılar və Bayaut-Bayatlar ismini 
daşıyan qəbilələr  əslən türk olub, bir qismi Cingizin zuhuru 
zamanına qədər moğollaşmış idilər.  
Cozef Dögün isə bu haqda belə yazır: «Bayatlar Cingiz 
xana kölə deyil, onun ətrafında toplaşan bir çox qəbilələrdən 
biridir. 
Asiyanın geniş ölkələrindən Azərbaycana, Anadoluya
Iraqa, Volqa boylarına qədər izləri görünən bayatların tarixi 
varlığı haqqında çeşidli qaynaqlarda geniş bilgilər vardır.» 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə