Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə20/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   16   17   18   19   20   21   22   23   ...   41

 
63
Bahadur xan Bayatların ana yurdundan danışarkən qeyd 
edir: «Bayatların qəbilələri çoxdur. Mühümləri «Cidayin nəhri 
kənarında yaşayan «Cidayin Bayatlar» və  Məkrin nəhri 
kənarında yaşayanlar isə «Məkrin Bayatlar»dır.  
Bu haqda geniş məlumat «Türk ensiklopediyası»ndadır. 
Oradakı  məlumata görə, Bayatlar X1 əsrdən öncə  Sır-
Dərya sahillərində və onun şimalındakı bozqırlarda yaşayırdılar. 
Onların bir qismi sonradan səlcuq (yaxud türkmən) fəthlərinə 
qatılaraq Sır-Dəryadan Adalar dənizinə (Egey dənizi) qədər 
uzanan böyük imperiyaların qurulmAsında mühüm rol 
oynamışdır. XIX yüzilliyin ortalarında Mərəş bölgəsində 
Zülqədərin bəyliyini quran və Sivas ətrafında yurd salmağa 
çalışan Şam və ya Özoğlu türkləri arasında mühüm bir mövqeyə 
sahib olan və əksəri bugünkü Yozqad məntəqəsində yerləşən bu 
bayatlar Şam bayatı adı ilə tanınmışdır. 
XV  əsrin başlanğıcında Intab ilə  Hələb arasında yaşayan 
bayatlar XVI əsrdə digər türkmənlərlə birlikdə  Hələb türk-
mənlərini meydana gətirmiş, XVI əsrin  əvvəllərində «Bayadi» 
adı ilə tanınmışlar. Anadolu və Antakyada isə onlar ən məşhur 
oymaqlar olan Xəfərli,  Şərəfli, Qızıldonlu, Ökdənli, 
Qaracaqoyunlu, Mancanıq, Qanqal və Yeni Eldə yurd salmışlar. 
XVI  əsrdə bunların bir qismi Qaraman, bir qismi də Adana 
bölgələrinə köçmüşlər.  
M.Kalankaytlının «Alban tarixi» əsərində Boqayat adlı ya-
şayış yerindən – qaladan danışılır və onun Bərdə  həndəvərində 
yerləşdiyi göstərilir. «Alban tarixi»ndəki Boqayat qalası  Bərdə 
həndəvərindədir.  
Boyat//Bayat//Bayatlılar//Sincan Boyat//Qızıltəpə Bo-
yat//Boyatansüxtə//Bayatlı//Keşlakbayat//Əlbayat//Boqayat 
(Tanrı odu) və s. paralelləri olan bu adın müxtəlif ərazilərdə, o 
cümlədən Azərbaycanda da arealları vardır. 
Azərbaycanda məskun yerlərin siyahısı Kitabında isə Ba-
yat adı ilə bağlı  aşağıdakı  kənd sovetlikləri, kəndlər və onların 
əhalisinin milli tərkibi göstərilmişdir. 1) Ağcəbədi -Bayat kənd 


 
64
sovetliyi, əhalisi 57,9% türklər; 2)Dəvəçi, Sincan Bayat b) Uzun 
Bayat kəndləri 27,150  təsərrüfat, əhalisi 99,9% türk 3) Göyçay -
Bayat – 146 təsərrüfat,  əhalisi 98,2% türk, 4) Şamaxı- Bayat 22 
təsərrüfat, 88% türk (3, 144). 
Hələ XIX əsrdə Azərbaycanın topoqraf alimi Ibrahim ağa 
Vəkilov Azərbaycanda «Bayat» adlı 5 kənd göstərir. Onlardan 
biri əvvəlki Şuşa, o biri Göyçay, biri Salyan, biri Quba, o biri isə 
Şamaxı qəzalarında idi. 
Q.Qeybullayev, Tofiq Əhmədov, Afət Qurbanov da boyat 
tayfalarının Azərbaycandakı yaşayış  ərazilərini göstərib onların 
Azərbaycana gəlmə tarixini qeyd etmişlər. B.Budaqov bayat 
tayfası haqqında danışarkən qeyd edir ki, onlar XIV-XV əsrlərdə 
Səfəvilər dövlətinin yaranmasında fəal iştirak etmişlər (20, 115).  
A.Axundov isə boyatların Azərbaycana gəlişini IX əsrin 
ikinci yarısına aid edir. Bu tayfanın adı ilə bağlı Türkmənis-
tandakı yaşayış məskənlərinin (Darqanata, Dənev, Xocambaz və 
Carcou) adlarını  çəkir, onların Boyat toponimi adı ilə 
adlandığını qeyd edir (2, 41).  
Məhəmməd Həsən Vəliyev Baharrı Boyat tayfalarının 
Azərbaycana gəlişindən söz açmış, onların Səfəvilər tərəfindən 
indiki Quba qəzasında ləzgiləri tabe etmək və yerli hökm-
darların qüvvətlənməsi üçün yerləşdirilməsini qeyd etmişdir. O, 
həmçinin Boyatların öz adlarını verdiyi kəndlərin adını da 
göstərmişdir.  
Göyçay qəzasında –Boyat-Məlik Umud, Bayat-Nadir 
Cavad qəzasında –Sincan Bayat, Uzun Bayat 
Şamaxı qəzasında –Bayat 
Şuşa qəzasında –Bayat 
Beləliklə, Azərbaycan  ərazisində  Ağcəbədi rayonunda 
Boyat kənd adı, Ucar, Neftçala və Şamaxı rayonlarında eyni adlı 
Boyat kəndi, Dəvəçi rayonunda Boyat və Sincan Boyat kəndləri, 
Dərbənddə Boyatlar məhəlləsi var. Yuxarıda adını  çəkdiyimiz 
Qərbi Azərbaycanın Quqark (Qara kilsə) rayonunda Bayatlar 
kəndi olmuşdur.  


 
65
Tədqiqatçılarımız Boyat adının mənşəyini və  mənasını 
müxtəlif baxımdan açıqlayırlar. 
XII  əsr dünyanın  ən böyük dilçilərindən olan Mahmud 
Kaşğarlı özünün «Türk dilinin lüğəti» əsərində boyat qəbiləsinin 
adını  çəkir və onu Oğuz tayfasının bir qolu kimi göstərmişdir. 
O, bu sözün «ulu tanrı» mənası verdiyini qeyd etmişdir(54,718).  
XV əsr türk –uyğur şairi, alim Yusif Balasaqunlu özünün 
məşhur «Kutadqu biliq» əsərində Bayat adını qeyd edir. O, 
Bayat tanrı adını çəkir və «Bayat adlı ilə sözüm başladım»-deyə 
onu yad edir. Düzdür Boyat azərbaycanlıların keçmişdə 
tapındığı tanrı adlarından biridir. Lakin bu tanrının hansı inamla 
bağlı olduğu bilinmir.  
Bəzi tədqiqatçılar Bayatın su ilə bağlı ərən-tanrı olduğunu 
göstərməkdədir. Bu barədə L.N.Qumilyov öz əsərində qeyd 
etmişdir ki, qədim türklər (o sıradan da azərbaycanlılar) təbiətin 
sahibləri sayılan və Yer-Su adlandırılan  ərən-tanrılara inam 
bəsləmişlər(94, 80).  
Əbülqazi xan Xivəli isə «Bayat»ın mənasını «dövlətli» ki-
mi izah etmişdir.  
Əcdər Fərzəli Boyat adının mənasını açırkən yazır: «Bo-
yatla bağlı köhnəlmək mənasında boyat, boyatımaq isə boqu -
tanrıya qalmaq məzmunundadır. Necə ki, andıra qalmaq da elə 
tanrıya qalmaqdır. Və «tanrı»dakı  səslərin yerdəyişməsindən 
yaranmış «andır» (antır) sözü dünya dillərinin bir qismində – ən 
çox hind-Avropa dillərində «tanrı» məzmununda işlənir. Əslində 
«Bayat» tanrı adı da «Bayat» qəbilə adından asılı olmayaraq 
mövcud olub. Dindar qocalar tanrını belə  səciyyələndirərdilər: 
«Ey bu dünyanın sahibi.» Bəy-bay da odlu-sulu yerin - dünyanın 
sahibinə deyilib. Və belə imtiyaz sahibi «ibtidai oğuzun təsəvvü-
ründə» yalnız tanrı ola bilərdi. «Bay»dan törənmiş «Baq» hələ 5 
min il əvvəl Şumer mənbələrində tanrı mənasındadır. 
«Boqoy at» variantında da «boq» komponenti məhz tan-
rını təmsil edir. Boqoyat-Boq ata-Tanrı ata, Boq-od-Tanrı-od… 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə