Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə28/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   24   25   26   27   28   29   30   31   ...   41

 
90
sitaiş etmələri haqqındakı mülahizəyə görə maq sözü qədim türk 
dillərindəki bükə (m-b əvəzlənməsinə görə) «böyük ilan»,yakut 
dilində moqay «ilan», monqol dilində –moqoy «ilan», muqa 
«ilan» və b. müqaisə edilmişdir. Lakin tədqiqatçılar bu zaman 
müəyyən qədər diqqətsizliyə yol verirlər. Onlar farsların maqları 
mar -«ilan» kimi adlandırılmasını irəli sürdükdə unudurlar ki, 
erməni mənbələrində midiyalıların mar adlandırılması ilə fars 
dilindəki mar «ilan» sözü arasında əlaqə tapmaq çətindir. Çünki 
qədim erməni dilindəki mar («midiyalı») sözü parfiya dilindəki 
mad («midiyalı») sözündəki «d» səsinin «r» səsinə çevrilməsi 
nəticəsidir. Doğrudur Midiya ərazisində mar adlı qədim tayfanın 
yaşaması  də  məlumdur. I.H.Əliyev öz əsərində bu tayfa 
haqqında ətraflı məlumat vermişdir. Lakin həmin mar tayfasının 
adı farsların Iran yaylasına gəlişindən (e. ə. IX-VIII əsrlər) 
əvvələ aid qədim mənbələrdə  çəkilmişdir, deməli, həmin etno-
nimdə fars dilindəki mar «ilan» sözü iştirak edə bilməzdi. 
Əlbəttə, bu, heç də maq sözünün türk mənşəli olmasını 
istisna etmir. 
Güman etmək olar ki, hələ qədimdə muğ adını daşıyanlar 
Azərbaycanı  ərazisinə  də keçmiş  və burada məskunlamışlar. 
Bunu Quba rayonundakı Muğ dağının adı ilə Səngi Muğan (fars 
dilindəki sənq «daş» və muqan) adasının adı. Azərbaycanın 
şimal-qərb zonasında «moq», muq» sözləri ilə başlayan bir sıra 
toponimlər aydın göstərir. Hələ  qədim gürcü mənbələrində 
Albaniyanın  şimal-qərb hissəsində Movakan adlı dövlətin adı 
qeyd olunmuşdur. Maraqlıdır ki, ərəb coğrafişünasları  həmin 
toponimi də bu Muğan kimi qeyd etmişlər (24, 308-311).  
K.Əliyev və A.Fazili həmin yer adının Iran dillərinə məxsus 
«mük» toponimi ilə bağlayırlar. Mük+an// Muğ+an. R.Yüzbaşov 
və N.Məmmədov onların bir fikrinə zidd çıxaraq yazırlar ki, 
Muğan düzündə mük/mik adlı tayfanın yaşayıb-yaşamadığı dəqiq 
məlum deyil. «Muğan» oykoniminin «Maş», «Miki», «Muqi» 
etnonimi ilə heç bir əlaqəsi yoxdur. 


 
91
S.Karayev Öbəkistanın Cizk vilayəti  ərazisindəki Muğan 
oykonimini «muğlar» (atəşpərəstlər) kimi izah edir. Ümu-
miyyətlə  tədqiqatçıların fikirlərində iki başlıca ideya hökm 
sürür: 
a) həm adonim, həm də oykonim kimi işlənən iki «Mu-
ğan» toponimi eyni mənşəli deyildir
b) həmin toponimlər eyni kökdən-muq //müq etnonimin-
dən ibarətdir. 
Ikinci ideya daha ağlabatandır. Orta əsrlərdə Kür çayının 
sol sahilində Balakən-Şəki zonasıda mövcud olan Muğan 
adonimi və daha qədim tarixə malik olan Muğan oykonimi öz 
tərkibində Kaspi dənizi sahillərində yaşamış Muğ//Müq 
tayfasının adını yaşadır. 
A.Qurbanov Azərbaycan dilində areal toponimlər cəd-
vəlində Muğanlı toponiminin Azərbaycanda areallarını gös-
tərmişdir: Ağdam, Ağcəbədi, Bərdə, Qazax, Qubadlı, Zaqatala
Zəngilan, Kürdəmir, Şamaxı, Iliç(Şərur), Martuni 
Azərbaycan toponimlərinin Gürcüstan ərazisində geniş 
yayıldığına da rast gəlmək olur. Məsələn, Muğanlı bir neçə 
kəndin adıdır. Muğanlı, Girəc Muğanlı, Yor Muğanlı və s. (24, 
357-361).  
«Xəritələr dövrü» başlayanda isə həmin üç oymaq Böyük 
Midiya  Kiçik Midiya və Muğan (Aymağan) kimi tanınmışdır. 
Muğan da Midiya kimi başlanğıcda Maqay, sonra Maq Ana 
adlanmış və zaman keçdikcə Maq Ana-Maq-Muğ Ana, nəhayət 
Muğan şəklini almışdır (35, 75).  
Nəhayət, Şamaxının qədim Asmaxi variantı diqqəti çəkir. 
Araşdırmamız göstərir ki, bu As-Az-Azərbaycan maqlarıdır. 
Maday-Aymaq, mat-mannas adları  Şimali Azərbaycanda da 
çox geniş  ərazidə müxtəlif fonetik dəyişikliklərlə  iştirak 
etmişdir. Mənbələrdə Kür-Araz ovalığının həm də Kürmux, 
Kürmuğanı adlandığı yada salınır. Muğana–Muğan, Maqana-
Mon yeri, «Muq»-dan, «Muc»-«muc» – «mucçina»-od insan-
«Od ana»-dır. Maq Muğ «qatı od» kimi həm də «yer-torpaq» 


 
92
mənasında düşünülüb. «An» «yer» (üstündə olmaq) mənasında 
«ana» Sözünün baş komponentidir. Muğan ərazi kimi Madayın 
davamıdır. Onun tarixi–coğrafi sərhəddi Arazın, sonralarsa Kü-
rün aşağı axınınadək davam edib. Kürmeya-Kür muğanı Xəzər 
sahillərindən indiki Borçalı çökəkliyinədək uzanırmış. VIII-IX 
əsrlər xəritəsində Kürün şimalı,  Şirvanın aran hissəsi 
«Muqaniya «-muq ana kimi qeyd olunub (35, 86).  
Azərbaycanda Muğan adı altında həm  şəhər, həm də bö-
yük düz olmuşdur. IX yüzillik ərəb müəllifi ibn-Xordadbeh 
Xəzər dənizi sahilində  Dərbəndlə  Ərdəbil arasında Muğan 
şəhərinin adını  çəkir. Tarixi ədəbiyyatda Muğan oykonimi 
oronimini hələ miladdan qabaq IV yüzillikdə yaşamış Heketay 
Miletli və V yüzillik müəllifi Herodotun qeyd etdiyi myuklar
muğlar soyunun adı ilə bağlayırlar. Həmin müəlliflər bu ərazidə 
myukların-muğların məskun olmalarını göstərirlər. 
Tədqiqatçıların bəzilərinin fikrinə görə, Myuk-Muğ  və Iran 
dillərində  cəm göstəricisi «an» sonluğunun birləşməsindən 
Muğan toponimi və oronimi yaranmışdır. Muğan tayfası 
hunların tərkib hissəsi olmuş, IV-V yüzilliklərdə Muğan –Mil 
düzlərində  məskunlaşmışlar. Hazırda Azərbaycan  ərazisində 
Muğan etnonimi ilə bağlı on üç oykonimin olması onların 
yayılma ərazisinin böyüklüyünü göstərir(72, 272). 
Alimlər göstərirlər ki, bir qrup alimlər «muqocar» sözünün 
mənasını «zirvədə yerləşmiş uca uçurum» kimi, digərləri isə 
türk nəslindən olan «muğ» tayfasının adı ilə bağlayırlar. 
«Muqoçar» sözünü monqol (türk dillərində monqol, monqul, 
moqol) sözü ilə də əlaqələndirirlər.  
Türkmənistanda Muğanla bağlı  cəmi iki toponim Muqal 
və Muqalbala olduğu halda, Azərbaycanda onların sayı 18-dir(8, 
184-185).  
Qərbi Sibirdə «muq» etnonimi ilə bağlı toponimlər vardır. 
Iranda isə Moq, Muq etnonimi əks etdirən coğrafi adlar 
onlarcadır. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə