78
Beləliklə yuxarıda adları çəkilən quşçu oronimləri hələ ilk
orta əsrlərdə Azərbaycana gəlib məskunlaşmış quşçu tayfasının
adı ilə bağlıdır (53, 143).
Əfqanıstan ərazisində olan və tarixən Kuşan adı verilən bu
dövlətə çinlilər qədim tayfa adlarını yaddan çıxarmayıb yenə
«Böyük yüseci dövləti» adını vermişlər. Buna əsaslanaraq
yüsecilər kuşanlardan başqa bir kimsə deyildir (25, 50-52).
Q.Ə.Qeybullayev XIX əsrdə Azərbaycanda Quşi/ Qu-
şan/Quşçu variantlarında 38 toponimin olduğunu qeyd etmişdir.
Quşçu toponiminin müxtəlif variantları qazaxlarda -quşi,
başkirlərdə -quşçu, koşsı; türkmənlərdə -qutçi, qaranoqaylarda -
quşsi, qırğızlarda-quşçu və s. variantlarda Şimali Qafqazda, Orta
Asiyada, Iran və Türkiyədə də yayılmışdır (88, 65).
Tədqiqatçılardan bəzilərinin fikrincə bu toponim hun qəbi-
lələrindən olan quşanların (qara hunların adı ilə bağlıdır (38,
148).
Ilk dəfə N.A.Aristov kuşçu tayfasının hunlarla əlaqədar
olduğunu söyləmişdir.
M.H.Vəliyevə görə quşçular III-VI əsrlərdə Azərbaycana
gəlmiş hunların qalıqlarıdır. Onun fikrincə Azərbaycana 227-ci
ildə gəlmiş hunlar «quşan» (qara hunlar) və hun-Sabirlər idilər.
Abramson və Ə.Hüseynzadə bu etnonimin kökündə türk
və Azərbaycan dillərindəki kuş (quş) sözünün durduğunu və
bütünlükdə etnonimin «Ovlayan quşla məşğul olan» mənasını
verdiyini söyləmişdir. Lakin geniş areala malik Quşçu
toponimləri və Quşçu tayfa adları aydın göstərir ki, onların ov
quşu ilə heç bir əlaqəsi yoxdur.
N.Piqulevskaya yazır ki, kuşanların içərisində türk tay-
faları da vardı. Bunu Kuşan çarlarının yabqu adlanması da aydın
göstərir ki, bu da «şahzadə» deməkdir. Təbəri IX əsr Kuşan
çarlarını «Xoqan» adlandırmışdır. Beləliklə həm tarixdə, həm də
dilçilikdə «ağ quşu saxlayan» Şahzadə «Xoqan» mənalarını
daşıyan bu tayfanın oğuz yurdunda özünəməxsus yeri
olmuşdur(20, 65).
79
Ə.Hüseynzadə isə quşçu tayfasının Azərbaycana gəlişini
monqolların Şimali Qafqazı alması ilə əlaqələndirmişdir. Lakin
Ə.Hseynzadənin fikri inandırıcı deyildir, çünki XII əsrə aid
erməni mənbələrində Azərbaycan ərazisində şirvan, bakan və b.
tayfalar ilə yanaşı quşi tayfasının da adı çəkilir. Maraqlı odur ki,
Zaqafqaziya toponimiyasında bu etnonim həm Quşi, həm də
Quşçu formalarında öz əksini tapmışdır(24, 358-361).
Azərbaycanda kuşi etnonim əsaslı etnotoponimlərin ya-
yılma areallarına aşağıdakı bölgələr daxil edilir: Quba, Şamaxı,
Ağdam, Qazax, Cəbrayıl, Şuşa, Qax, Daşkəsən.
Hələ Məhəmməd Həsən Vəliyev Baharlının «Azərbaycan»
əsərində Azərbaycanda Quşçu tayfa adı ilə bağlı yaranan
aşağıdakı kənd adları çəkilir: Göyçayda-Quşçi, Yengicə;
Qubada-Köhnə Quşçu, Yuxarı Quşçu, Aşağı Quşçu; Şamaxıda-
Quşçu; Ağdaşda-Quşlar; Cavanşirdə-Quşlar; Zəngəzurda-Quşçu
Bələk, Quşçu, Quşçu Təzəkənd; Qazaxda-Quşçu; Cəbrayılda-
Quşçular; Şuşada-Quşçular, Quşaba(68, 34-35).
Bundan əlavə Qax rayonunun Ilisu kəndində məhz bu
etnonim Quşilər formasındadır.
Azərbaycan ərazisində yaşamış quşçu tayfasının adı Şa-
maxı rayonunda Quşçu dağının (hündürlüyü 1421 metr) adında
qalmışdır. Respublikamızda Quşçu dağı Daşkəsən r-nu
ərazisində, Quşçu ayrımı, Quşçu qalası dağı (Laçın rayonu,
Quşçu kəndi) Quşçular dağı (Xocəvənd rayonu) Quşçunun yalı
Gədəbəy rayonu, Göyəli kəndi oronimləri və s. qeydə
alınmışdır.
Oğuz rayonunun Yaqublu kəndinin cənubunda Quşlar adlı
kənd xarabalığı da vardır. Keçmişdə Kuban əyalətində Quşi
xutoru və Quşi adlı bir neçə kənd olmuşdur. Bütün bu faktlar
kuşinin etnonim olmasına sübuta yetirməklə yanaşı, onun geniş
arealda yayılmasını göstərir(25, 38).
Ermənistan ərazisində də kuşi etnonim əsaslı etnoto-
ponimlər çoxdur.
80
Irəvan xanlığının Sürməli mahalında kənd adı. 1878-1832-
ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və
kənd dağıdılmışdır. Qədim türk mənşəli Kuşi (Kuşçu) tayfasının
adını əks etdirir. XIX əsrdə Qafqazda 38 Kuşi və Quşi, Quşçu,
Quşilər toponimi vardı. Quşi (Quşçu) tayfası III-IV əsrlərdə
Cənubi Qafqaza gəlmişdir. Ilk dəfə «VII əsr erməni coğrafiyası»
adlı mənbədə (VII əsr) xuşi kimi qeyd olunmuşdur. Mənşəcə
orta Asiyada Kuşan çarlığını yaratmış (I-III əsrlər) türklərdə
Quşçu, farslarda Kuşan tayfası Orta Asiya Iran və Qafqazda
külli miqdarda toponimlərdə iz qoymuşdur.
Quşi-Irəvan xanlığının Dərələyəz mahalında kənd adı ol-
muşdur. 1828-1832-ci illərdən kənddə ermənilər də məs-
kunlaşmışdılar. 1918-ci ildə azərbaycanlılar kənddən qovul-
muşlar. 1946-cı ildə kənd ermənicə Kecit adlandırılmışdır. Yerli
əhali içərisində kəndə Bilən də deyilmişdir.
Quşi-Irəvan quberniyasının Eçmiədzin qəzasında kənd
adıdır.
Quşidərəsi - Irəvan quberniyasının Novobəyazid qəzasında
kənd adıdır. XIX əsrin sonlarından bəri adı çəkilmir.
Quşioğlu məzrəsi –1590-cı ildə Rəvan əyalətinin Abaran
nahiyəsində kənd adı olmuşdur.
Quşçu –Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur
qəzasında (indi Ermənistanın Qafan r-da) kənd adı olmuşdur.
1950-cı ildə Davidbəy qəsəbəsi ilə birləşdirilmişdir. 1988-ci ildə
əhalisi Azərbaycana qovulmuşdur.
Quşçu –1590-cı ildə Irəvan əyalətinin Karbi nahiyəsində
kənd adı; Quşçu –1728-ci ildə Irəvan əyalətinin Məzrə
nahiyəsində Ağcaqala tərəfdə yerləşən kənd adı olmuşdur.
Quşcaqaya –Yelizavetpol (Gəncə) quberniyasının Qazax
qəzasında (indi Ermənistanın Krasnoselsk r-da) mahal adı
olmuşdur. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar
olaraq kənd ləğv edilmişdir. Qutbi qışlağı –1728-ci ildə Irəvan
əyalətinin Şirakel nahiyəsində kənd adı idi. Beyti –Murad
(Muradxan kəndi) də adlanır(21).
Dostları ilə paylaş: |