Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə26/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   22   23   24   25   26   27   28   29   ...   41

 
84
kunlaşan xalqlar sırasında Muğan coğrafi adının mənşəyinə dair 
çoxlu  əfsanə  və  rəvayətlər mövcuddur. Həmin  əfsanələrin 
bəzilərində Muğanı  qəhrəman bir oğlan kimi, bir qrup 
rəvayətlərdə isə gözəl bir qız kimi təsvir edirlər. Hələ e.ə. VI 
əsrdə yaşamış yunan tarixçisi və coğrafiyaşünası Miletli 
Hekatay Araz çayı yaxınlığında muk adlı tayfanın yaşamasını 
qeyd etmişdir. Bizim e. ə. V əsrdən əvvəl yaşamış qədim yunan 
tarixçisi Herodotun verdiyi məlumata görə Qafqaz dağları 
arasındakı düzlərdə maqa, muki, muqa adlı tayfa yaşamışdır. 
Eramızın 1 əsrində yaşamış coğrafiyaşünas Strabon isə Muğan 
coğrafi adını «Moqan» kimi qeyd edərək onun Kür və Araz 
çayları  ətrafında yerləşməsini göstərir. Bundan əlavə Ibn Əl-
Kəba, X əsrdə yaşamış ərəb tarixçisi Əl Müqəddəsi və Ibn Hey-
kəl, X əsrin coğrafişünası Yaqut Həməvi  və başqaları göstə-
rirlər ki, Muğan vaxtilə  həmin  ərazidə yaşamış muğanlarla 
əlaqədar olaraq meydana gəlmişdir. Həmçinin XIVəsr coğ-
rafişünası  Həmdulla Qəzvini, XIV-XV əsrin görkəmli alimi 
Əbdürrəşid Bakuvi və başqa orta əsr tarixçiləri  əsərlərində 
Muğan adı haqqında bəzi mülahizələr söyləmişlər. 
Muğan coğrafi adına antik müəlliflərin  əsərlərində «Mo-
xoena (Ammian Marselin), Plinidə «Moxan–kur» erməni 
mənbələrində «Muxanx» (Moisey Xorenski), ərəb mənbələrində 
«Muqan», «Muğan» (Balazori, Təbəri, Istəhri, Ibn-əl Kəba
Yaqut Həməvi və b.) gürcü mənbələrində «Mukavan» yazılış 
formalarına rast gəlinir. 
XVIII-XIX  əsrin məşhur Azərbaycan səyyahı coğrafişü-
nası Hacı Zeynalabdin Şirvani «Büstanüs səyyahə» (Səyahət 
bostanı) adlı əsərində Muğan adının mənşəyinə toxunaraq yazır: 
«Elə deyirlər ki, oranı (Muğan vilayətini –N.M) Muğan adlı bir 
adam bina etmişdir və  bəziləri deyirlər ki, oranı muğlar və 
möbüdlər abad eləmişdir, bəziləri də bu fikirdədir ki, Gəncə, 
Qarabağ, Bərdə Muğan  şəhəridir». Coğrafiyaşünas alim 
R.M.Yüzbaşov Hacı Zeynalabdin Şirvaninin bu fikri ilə qismən 
razılaşaraq qeyd edir ki, Muğan  şəhərinin ilk sakinləri muğ 


 
85
qəbiləsinə mənsub əhalidən ibarət olmuşdur. Toponimdəki «an» 
sonluq olub məkan, yurd bildirir. Bir sıra tədqiqatçılar Muğan 
coğrafi adını Midiya tayfalarından biri olan maq tayfasının adı 
ilə  əlaqələndirir. Tarixçi alim Kamal Əliyev Muğan adını muk 
tayfasının adı ilə bağlı olduğunu yazmışdır.  
Muğan adının hansı dilə  məxsus olması  məsələsi də  təd-
qiqatçıları maraqlandırmışdır. Akademik Ziya Bünyadov gös-
tərir ki, hazırda tarixçilərin türk adlandırdıqları  və böyük türk 
qəbilə birləşmələrindən olan hunlar V əsrdə Azərbaycanın 
Muğan ərazisinə köçüb orada məskunlaşmışlar. Ilk orta əsrlərdə 
hunların Kür və Araz düzənliklərində yaşaması tarixi 
mənbələrdən məlumdur. Ziya Bünyadovun əsərində XVII 
əsrlərdə Azərbaycanda Hun tayfalarından olan Muğan adlı bir 
xanın adı  çəkilir. Bizcə, həmin dövrdə Azərbaycanda hun 
tayfalarından olan Muğan xan orada, indiki Muqan ərazisində 
məskunlaşmış  və düz onun şərəfinə Muğan düzü 
adlandırılmışdır. 
Muğan düzündə salınmış Muğan  şəhəri də  təxminən VII 
əsrdən hunların Azərbaycana gəlməsindən/ sonra yaranmışdır. 
Muğan şəhərinin VII əsrdən sonra Muğan düzündə salınması da 
bizim müşahidələrimizi təsdiq edir. 
Müşkür düzü (Quba, Xaçmaz inzibati rayonları ərazisində) 
etnonimik oronimlərdən biridir. Bu coğrafi ad e.ə. Qafqaz 
Albaniyasının şimal-şərqində yaşamış maskut xalq adının təhrif 
formasıdır.  
Yalnız XVII əsrin ortalarında Azərbaycanda olmuş Hol-
landiya dənizçisi Yan Streys müşkür oronimini muskar kimi 
yazmışdır. Deməli, təxminən bir əsr müddətində «muskat» sözü 
«müskür» və «müşkür» formasına çevrilmişdir. XVII əsrin 
sonlarında isə toponimin adı artıq musskür kimi çəkilir. 
Çox qəribədir ki, maskut etnonimi özünün ilkin formasın-
da müasir Xaçmaz və Quba inzibati rayonları arasında mövcud 
olan Maskatar düzü oronimində indiyədək saxlanmışdır. Oronim 


 
86
maskut (maskat) və ləzgi dilindəki «ar» şəkilçisindən ibarət olub 
«Maskut düzü» mənasını daşıyır (53, 153-155).  
Məlumdur ki, bir sıra təkrarlanan eyni oykonimlər Adını 
daşıdığı  məntəqənin keçmişdə  mənsub olduğu  şəxsin adının 
artırılması ilə bir-birindən fərqləndirilir. Azərbaycan to-
ponimiyasında bu model əsasında diferensiallaşdırılmış 6 yerdə 
təkrarlanan üç oykonim qrupa təsadüf edilir. Muğancıq Mehrab 
–Muğancıq Müslüm (Şərur)(29, 130).  
H.Z.Şirvani Muğan toponimi haqqında iki fikir olmasını 
yazır: «Deyirlər ki, oranı Muğan adlı bir adam bina etmişdir. 
Bəziləri isə deyirlər ki, oranı müğlar və möbüdlər abad 
etmişlər.» Eyni zamanda, o, Muğan çölündə Kür çayının 
sahilində uzaq keçmişdə Muğan adında bir şəhərin olmasını, 
şəhərin  əhalisi, üzümçülük, əkinçilik, bağçılıqla məşğul 
olduğunu qeyd etmişdir. Doğurdan da, hələ XII əsrdə 
Azərbaycan  şairi Nizami Gəncəvi (1141-1209) özünün «Leyli 
və  Məcnun» poemasında «Mənə Muğandan  şərab gətirin» –
yazmışdır. XIII əsrdə monqolların hücumu zamanı  şəhər 
xarabazara çevrilmişdir(73, 16). 
Q.Ə.Qeybullayev Azərbaycanda Muğanlı oykonimlərinin 
çoxluq təşkil etdiyini və onların orta əsrlərdə Muğan düzündə 
yaşamış müxtəlif tayfaların toplusunun ümumiləşdirilmiş adını 
ifadə etməsini qeyd edir. Rus səyyahı I.Kotov XVII əsrdə Muğan 
düzündə muğanların yaşadığını demişdir.  
Muğanlı qəbiləsinə daxil olan tayfaların tam adları məlum 
deyildir. XX əsrin  əvvəllərində Muğanda 40-dan çox 
yarımköçəri tayfanın varlığı irəli sürülür.  
XIX  əsrin ortalarında muğanlı tayfa birliyi geniş olmuş, 
ona Aləhmədli, Qarabayramlı,  Əliyetməzli, Mollalar, Qa-
rabaşlar, Sərxanlar və s. nəsillər daxil olmuşdur       (88, 72).  
Muğanlı - Ağcabədi, Qazax, Zaqatala rayonlarında kənd 
soveti, Bərdə rayonunun Kələntərli, Qubadlı rayonunun Zilanlı, 
Zəngilan rayonunun Gilətağ  və Hacallı sovetliyində, Iliç 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə