70
ilə bağlılığı fikrini irəli sürmüşdür. F.Rəşidəddinin «Cami-ət-
təvarix» əsərində Karkın//Qarxun tayfasının adına təsadüf edilir.
Mənbələrdən məlum olduğu kimi, oğuzlar üç ok (iç oğuz)
və «Boz ok» (Daş oğuz) olmaqla iki qola ayrılır. Vahid birlik
təşkil edən bu iki qola ayrı-ayrılıqda boylar, bölüklər daxildir.
Qarkın tayfası Boz ok qoluna aiddir.
Əbülqazi xan karkınların mənşəyinə toxunmuş, onların
oğuz xanının üçüncü oğlu Yulduz xanın nəvələrindən törəmə
olduğunu qeyd etmişdir (110, 513).
Mənbələrdə qaraqalpaqların bir tayfasının qarkın adlan-
ması da göstərilir (110, 321).
Q.Qeybullaevə görə Karkın tayfası Qarxın (Quba rayonu),
Aşaği-Qarxun, Yuxarı Qarxun (Aqdam r-nu) və Qarxun
(Naxçıvan) oykonimlərində izini saxlamışdır.
Karkın ötən əsrdə Qubada qeydə alınmışdır. Karkın kəndi
Dağıstanda, Türkmənistanda, Özbəkistanda, Rusiyanın
Qaraqalpaq vilayətində də vardır (88, 53).
Türkiyədə «Karkın» etnotoponiminin arealları çox geniş-
dir.
Azərbaycanın Iliç (Şərur r.) rayonunda Karxan, Yevlax
rayonunda isə Yuxarı Qarxun və Aşağı Qarxun kəndləri vardır.
Bu da onu göstərir ki, vaxtı ilə qarxınların bir qismi
Azərbaycana gəlmiş, burada yurd salmış, adlarını yaşadıqları
yerlərə vermişlər.
T.Əhmədov mənbələrə əsasən qeyd edir ki, Qarxun
oykonimi əski oğuzların Karkın adlı tayfasının adını qoruyub
saxlayan yer adlarındandır. F.Rəşidəddin bu tayfanın adını ilkin
olaraq Mahmud Kaşğarinin göstərdiyi 22 oğuz tayfasının
sırasına əlavə etmişdir. Əbülqazi xan isə karkınların Oğuz xanın
üçüncü oğlu Yulduz xanın nəvələrindən törədiyini göstərmişdir.
F.Rəşidəddinə görə Qarqın «çox və doyuran aş», Yazıçıoğluya
görə isə «ulu aş, doyurucu aş» mənalarındadır.
71
Onu da qeyd edək ki, Əfqanıstan ərazisində «Qərqin»
toponimi vardır. Bu toponimə Azərbaycan ərazisində də təsadüf
olunur(25, 131).
M.Mirzəyev Yevlax rayonundakı Yuxarı Qarxun, Aşağı
Qarxun, həmçinin Naxçıvan MSSR-dəki Qarxun kəndlərinin ad-
ları eyni mənşəli olub, karkın tayfasının adı ilə bağlı olduğunu
qeyd edir. O, bu yaşayış məntəqəsinin Körpükəndin yaxınlığında
yerləşdiyinə görə bəzən Qarxun Körpükənd, Kür çayına yaxın
olduğuna görə isə Qıraqlı Qarxun da adlandırıldığını diqqət
mərkəzinə çəkir. Keçən əsrin axırlarında kəndin böyüyərək iki
hissəyə - Aşağı və Yuxarı Qarxun kəndlərinə parçalandığını qeyd
edir. Müəllif karkın tayfasının səlcuq oğuzlarından olmasını
göstərir (60, 148).
Quba ərazisindəki bir çox yer adlarının kökünü araşdır-
mağa çalışan T.Əhmədov haqlı olaraq göstərir ki, qarxun
oykonimi əski oğuzların karkın adlı tayfasının adını qoruyub
saxlayan yer adlarındandır(28, 142).
Qarxun kəndinin adının türk uluslarından birinin adını ya-
şatması fikrini başqa tədqiqatçılar da qeyd etmişlər (64, 42-43).
Türkiyədə Karkın adlı 63 kənd vardır(20, 412-413).
Ermənistanda Eçmiədzin rayonunda Aşağı Qarxun
(Şərifabad, Araks,-1946) azərbaycanlıların kəndidir. Rayon mər-
kəzindən 16 km cənubda, düzənlikdə yerləşmişdir. 1918-ci
ilədək kənddə ancaq azərbaycanlılar yaşamışlar. 1831-ci ildə
kənddə 318 nəfər, 1873-cü ildə 369 nəfər, 1886-cı ildə 420
nəfər, 1897-ci ildə 586 nəfər, 1916-cı ildə 631 nəfər
azərbaycanlı əhalisi olmuşdur. 1918-ci ildə Daşnak hökumətinin
fitvası ilə erməni millətçilərinin silahlı bandit dəstələri kəndi
talan edib dağıtmış, əhalisinin çox hissəsini işgəncələrlə qırmış,
salamat qalanlarını isə öz tarixi yurdundan qovmuşlar. 1915-
1918-ci illərdə Türkiyədən gəlmə ermənilər həmin azərbaycanlı
kəndində yerləşdirilmişdir. 1922-ci ildən milli tərkibcə qarışıq
kənd olmuşdur. 1922-ci ildə kənddə 189 nəfər erməni, 169 nəfər
azərbaycanlı. 1926-cı ildə müvafiq sürətdə 240 və 201 nəfər,
72
1931-ci ildə 221 və 212 nəfər olmuşdur. 40-illərin axırlarında
azərbaycanlıların zorla Ermənistandan köçürülməsi dövründə
azərbaycanlılar sıxışdırılıb çıxarılmış və o zamandan erməni
kəndi olmuşdur.
Ermənistan ərazisində başqa bir QARXUN kəndi Irəvan
xanlığının Sərdarabad mahalında olmuşdur.
Ermənistan Azərbaycan Xaricdə
Qarxun
Sərdar-
abad
Qarxun Quba
Aşağı
Qarxun
Eçmi-
ədzin
Qarxun
Qarxun
Körpü-
qarxun
Qıraq-
qarxun
Aşağı
Qarxun
Yuxarı
Qarxun
Iliç
Şərur,
Naxçı-
van
Yev-
lax
Karkın
Karkın
Karkın
Türkiyə - 63
kənd
Cənubi
Qafqazda
Türkmənis-
tanda
2.11. Kabar əsaslı areal etnotoponimlər.
Kabar. Xəzər tayfalarının tərkibinə daxil olan kabar tay-
fasının adı əsasında yaranmış etnotoponimlər Azərbaycan və
Ermənistan ərazisində kifayət qədər yayılmışdır. Bu tayfa
haqqında ilk məlumatı Konstantin Baqranarodnı vermişdir. O,
bu tayfanın xəzərlərdən çıxdığını bildirmişdir. Q.Qeybullayev
bu etnonimin tərkibində ar sözünü ayırır. ar(ər) türk sözü kişi, ər,
qəhrəman mənasındadır. Kabarlar Azerbaycanda kabarli və ya
kəbirli adları altında yaşamışlar. Onların yaşadığı əsas areallardan
biri də Qarabağ olmuşdur.
Azərbaycanda Balakən və Tərtər rayonlarında Kəbirli adlı
iki kənd vardır. Ermənistanın yeni Bəyazid uyezdində Kalar,
73
Şərur-Dərələyəzdə Kəbirli (Kəbirlidağ), Dağlıq Qarabağda X1X
əsrdə Kabirli –qışlaq adı, Kabarrı yeri toponimləri qeydə
alınmışdır. Azərbaycan tarixçisi Mirzə Adıgözəl Bəy kabarları
Qarabağın qədim sakinlərindən biri saymışdır. Qarabağ xanlığı
dövründə kabarların yaşadıqları yerlər Kabarlı mahalı
adlanmışdır(89, 140).
Urartu yazısında Kuarli Q.A.Melikişviliyə görə Kuarli Eç-
miədzin və Yerevan yaxınlığında Karmir–blur (azərbaycanca
Qızıl-təpə toponiminin ermənicə tərcüməsi) arasındakı vadidə
lokalizə olunur. XIX əsrin ortalarına qədər Ermənistanda əhalisi
azərbaycanlılardan ibarət Kəvər (XIX əsrin ortalarından Novo-
Bayazit, indi Kamo) adı ilə məlumdur. Demək, Kuarli toponimi
zaman keçdikcə –«li» şəkilçisi qəbul etmiş Kəvər formasından
düzəlmişdir(45, 56).
Zaqafqaziyada kabar etnonimli etnotoponim XII əsrə aid
mənbədə Kabri formasında əksini tapmışdır. Bu kabar sözünün
qədim erməni dilindəki deyilişidir. Buradakı – i şəkilçisi
mənsubiyyət şəkilçisi ola bilər. Bu etnotoponim Albaniyadakı
Tavus (indiki Berd) qalasının ətrafındakı yaşayış
məntəqələrinin 1139-cu il siyahısına daxil edilmişdir.
Kabarların Don çayı sahilində yaşaması qeyd edilir.
Məlumdur ki, onlar başqa tayfalarla mübarizə apararkən ma-
carların tərəfinə keçmiş və VII əsrin ortalarında Albaniyaya
köçmüşlər. Azərbaycanda Macar yeri (Daşarx kəndi, Naxçıvan,
Şərur), Macar-Karoğlan (Yevlax) toponimləri olmuşdur.
Hazırda Kabri etnotoponimi Ermənistanın Artaşat rayo-
nunda Kasax çayı əvvəlki Tavus çayının yaxınlığında qal-
maqdadır. Bundan başqa Kabri toponimi kabarların Şəmkir
zonasına, ərazicə Tovuza yaxın yerə köçməsini təsdiqləyir.
A.Qurbanov etnohidronimləri araşdırarkən onların
müəyyən hissəsinin Azərbaycan ərazisində hələ orta əsrlərdə
məskunlaşmış Xəzər tayfalarının adlarını əks etdirməsini
göstərir. Mənbələrdə Xəzərlərin bir tayfasının Kabar, yaxud
Kavar adlanması məlumdur. Həmin tayfanın müəyyən hissəsi
Dostları ilə paylaş: |