87
rayonununda qəsəbə, Şamaxı rayonunun Mirəkənd sovetliyində
kənd adıdır.
Həmin yer adı etnotoponim kimi Muğan şəklində Əlibay-
ramlı şəhər sovetliyində şəhər tipli qəsəbə, Biləsuvar rayonunun
Arxangelovka kənd sovetliyində qəsəbə kimi mövcuddur. Bundan
başqa həmin toponim Muğan və Muğancıq şəklində mürəkkəb
toponimlərin tərkibində də işlənir.
Muğan Gəncəli - Sabirabad rayonunda kənd soveti və
kənd adıdır.
Muğancıq Mehrab və Muğancıq Müslüm - Şərur Rayo-
nunun Qarxun kənd sovetliyində kəndlərdir. Bu toponimlərin
hamısı respublikamızın qədim yer adlarından olan Muğanla
əlaqədardır.
Muğan Azərbaycanın qədim torpaqlarındandır. N.M.Vəli-
xanova X əsr tarixçilərindən Əl-Məsudinin «Qızıl yuyulan yer
və cəvahirat mədənləri» əsərinə verdiyi 22-ci şərhdə göstərir ki,
Əl-Məsudi iki Muğan ölkəsi adını çəkmişdir. Bunlardan biri
Muğaniya -müəllifin dediyi kimi Qəbələ ilə həmsərhəddir, yəni
Kür çayından şimalda Girdman, Göyçay çaylarının aşağı axarı
boyuncadır. O biri Muğan isə Xəzər dənizi sahilində olmuşdur.
Əl-Məsudi xəbərdarlıq edir ki, bu iki ölkə
qarışdırılmamalıdır(15, 64).
Göründüyü kimi, Muğan nəinki bizim dövrümüzdə, hələ
çox-çox qədim zamanlarda omonim yer adı imiş. Hazırda
Muğan öz ilkin mənasında böyük coğrafi zonanın, düzənliyin
adını bildirir.
Ərəb coğrafişünaslarının və səyyahlarının əsərlərində Mu-
ğan düzü haqqında yox, Muğan şəhəri haqqında danışılır və bu
şəhər haqqında deyilənlər indiki Muğan zonasının mərkəzində
olmuş məskənə uyğun gəlir. Təxminən 946-1000-ci illər
arasında yaşamış məşhur ərəb coğrafiyaşünas səyyahı Əl-
Müqəddəsi özünün «Əhsən-ətsim fi-mərifət əl-əqalim»
(Iqlimlərin öyrənilməsi üçün ən yaxşı bölgü) əsərinin «Ər-Qihab
iqlimi» bölməsində belə yazmışdır: «Muğan –iki çayla və gözəl
88
bağlarla əhatə olunmuş şəhərdir; həmçinin, (şəhər) meydanında
bağlar vardır. O da Təbriz kimi (başdan-başa) bağdır. Bu
(şəhərlər) islam ölkələrində ər-Qihab üçün fəxrdir. Bura Ərdəbil
və Gilan arasındadır. Buradan Bərdəyə 8 (günlük yol) var.
(Muğan) şəhəri gözəldir, kənarları (əkilib) becərilmişdir:
buradan 2 çay axır, (adamların) sifəti ləl və mərcan kimidir.
Onlar çox sərvətli və hörmətcildir.»
Həmin əsərdə müəllifin digər Muğan haqqında da qeydləri
var: «Sərhəd kənarındadır. Burada (əvvəllər) əhali çox idi. Indi
isə əhalisi azalmışdır. Bu şəhər yol üstündədir.
XII əsr ərəb coğrafiyaşünas səyyah alimi Əbu –Həmid Əl-
Əndəlusi Əl-Qərnati (1080-1170) də indiki Muğan düzü
haqqında məlumat vermişdir. Muğan geniş vilayətdir. Onun
kəndləri və çəmənlikləri Azərbaycanda – Ərdəbildən Təbrizə
gedən yolun sağındadır. Bura isti ölkədir. Azərbaycanın başqa
yerləri isə bura nisbətən soyuq olur. Burada türkmənlərin
mənzilləri vardır. Bu (yerlərin) hündürlükləri hədsiz, otlaqları
çoxdur.
Hal-hazırda burada tatarlar qışlayırlar və yerli türkmənlər
isə buranı tərk etmişlər. Əbu-Həmid Əl-Əndəlusi deyir: -Mən
(həmin yerdə böyük bir qala gördüm. Onun çoxlu dustaqları
vardır. Əhalisi isə ilan və gürzələrin çoxluğundan buradan
qaçmışdı. (Əl-Əndəlusi) dedi: Mən oradan (ilanlar olan
yerdənmi?) keçdikdə, bir igid (adam) gördüm və ondan qorx-
dum» Tarixi mənbələrdən göründüyü kimi, Muğan toponimi
şəhər adı, sonralar isə vilayət adı kimi də işlənmişdir. Hazırda o,
yalnız düzənlik adı kimi işlədilir.
Qəbələ ilə həmsərhəd olan, yəni Kür çayından şimalda,
Girdman və Göyçay çaylarının aşağı axarı boyunca yerləşən
vilayətin adı olan Muğan isə bir toponim kimi aradan çıxmışdır.
Tamamilə mümkün ki, Qazax, Zaqatala, Qubadlı, Ağdam,
Şamaxı, Martuni rayonlarındakı Muğan kənd adları həmin
paleotoponimlə bağlı olaraq yaranmışdır. Lakin hər iki Muğan
poleotoponimi eyni sözlə əlaqədardır.
89
Muğan toponiminin mənşəyi barədə müxtəlif mülahizələr
söylənmişdir. Görkəmli toponimist V.A.Nikonov həmin yer
adını atəşpərəst mənalı muq sözü ilə əlaqələndirib göstərir ki,
atəşpərəstlik dini bir zamanlar Azərbaycanda geniş
yayıldığından belə izahat tamamilə mümkündür. Bununla belə,
alim qeyd edir ki, Muğan toponimini indi mənası məlum
olmayan başqa sözlə də bağlamaq olar (112).
Qeyd edək ki, Özbəkistanın Cizak vilayətinin Qalaaral
rayonunda da Muğon adlı kənd vardır.
Muğan toponiminin mənşəyini bu şəkildə aydınlaşdırmağa
X əsr ərəb coğrafişünası və səyyahı Əbu-Dulafın aşağıdakı
qeydləri də imkan verir: Sonra Muğanadək dağlarla
Azərbaycana qayıtdım. Mən böyük Təbəristan dənizinin (Xəzər
dənizinin –A.A) sahili ilə Şirvan vilayətinə daxil olan Bakuya
adlanan yerə çatanacan 80 fərsəx ağacların altı ilə getdim.
Burada neft mədəni gördüm; onun gündəlik icarə haqqı 1000
dirhəmə çatır. Bunun yanında gecə-gündüz zanbaq yağı kimi ağ
neft axan başqa bir mədən də vardır. Muğanın sinəsində hələ də
atəşli çıraqlar yanır (12, 48-52).
Məlum olduğuna görə qədim yunan tarixçisi Herodot
(er.əv. V əsr) Midiya dövlətinin 6 tayfanın birləşməsi əsasında
yarandığını və onlardan birinin maq adlandığını qeyd etmişdir.
Sonrakı tarixi dövrlərdə bu tayfa Maq və Mağ adı altında
tanınmışdır. Məhz Maq və Muğ tayfasının ovsunçuluqla məşğul
olması bir sıra xalqlarda qədim ibtidai icma dinlərindən biri
olmuş ovsunçuluğun «maqiya» adı ilə adlandırılmasına səbəb
olmuşdur. Muğların müəyyən ovsunları musiqi ilə müşaiyət
etmələri çox ehtimal ki, dilimizdəki mağar (toy şənliyinin
keçirildiyi yer, toyxana) muğam (mahnı), (mahnı) müğənni
sözlərinin yaranmasını şərtləndirmişdir.
Maq etnoniminin etimologiyası indiyədək tam aydınlaşdı-
rılmamışdır. Daha dəqiqi, bu etnonim Iran dilləri Vasitəsilə izah
olunmuşdur. Son illərdə bu etnonimin qədim türk dilləri
əsasında izah olunması təşəbbüsü olmuşdur. Midiyalıların ilana
Dostları ilə paylaş: |