102
sayı isə dildəki sadə sözlərə nisbətən çox-çox azdır.
Ermənistan
ərazisindəki türk mənşəli etnotoponimlər sırasında qurulşuca
sadə olanlara aşağıdakıları aid etmək olar:
Aban, Abar, Avar,
Qaşqa, Zod, Kəvər, Sisyan, Çul, Cul, Uz, Gümrü, Ozan, Koğ və
s. Qeyd olunan sadə etnotoponimlərin tərkib hissələrinə
parçalanması bir-çox hallarda çətinlik törədir. Bununla yanaşı
qeyd etmək lazımdır ki, belə etnotoponimlərdə fonetik
dəyişmələr daha çox nəzərə çarpır. Məsələn, Avdal
etnotoponimi Ağ hün tayfası olan qədim Abdal tayfasının adıdır.
Burada b-v əvəzlənməsi özünü göstərir. Yaxud Avşar
etnotoponiminin adının əsasında əfşar tayfa adı durur. Bu halda
həm sait, həm də samitlərdə əvəzlənmə aşkardır. Abnik etnoto-
poniminin əsasında isə aban tayfa adı durur. Ilkin variantdakı
sözdən a saiti düşmüşdür.
Ehtimal ki, bu söz sonralar –ik
şəkilçisi qəbul etmişdir. Şəkilçi sözə kiçiltmə mənası da verə
bilər. Quruluşca sadə etnotoponimlərlə etnotoponim olmayan
quruluşca sadə toponimlərin müqaisəsi göstərir ki, burada əsas
fərq mənanın aydınlığı ilə bağlıdır. Məlumdur ki, etnoto-
ponimlərin izahı zamanı bu etnotoponimlərin tərkibinə daxil
olan tayfanın adının izahı əsas götürülür və onun mənasına görə
şərh, etimoloci təhlil verilir. Lakin bir sıra tayfa adlarının izahı
zamanı müəyyən çətinliklər meydana çıxır. Konkret olaraq
etnosun adının hansı mənanı verməsini bir sıra
hallarda
aydınlaşdırmaq mümkün olmur. Çünki tayfanın adlandırılması
zamanı nəyin əsas götürülməsi haqqında elmi məlumat, yaxud
fakt əldə etmək çətindir. Bu zaman dildəki ümumişlək sözlərə
oxşarlığa görə etimoloci təhlil aparmaq da qüsurlu olub səhv
nəticəyə gətirib çıxara bilər. Digər, yəni etnotoponim olmayan
toponimlərin əsasında isə bir çox hallarda dilin ümumişlək
sözləri durur. Hər iki qrupda tərkib ünsürlərinin
müəyyənləş-
dirilməsi ilə bağlı çətinliklərə rast gəlinir. Belə ünsürləri müəy-
yənləşdirmə etnotoponimlərdə daha mürəkkəb səciyyə daşıyır.
Etnotoponimin əsasında tayfa adının durması onun başqa söz
əsasında şərhinə imkan vermir. Bu cür yozumlar etnotoponimi
103
başqa onomastik vahid kimi izah etməyə aparıb çıxarır.
Ümumilikdə götürüldükdə isə quruluşca sadə toponimlər daha
çox oxşar səciyyəlidir.
Quruluşca düzəltmə olan etnotoponimlər. Quruluşca dü-
zəltmə olan toponimlər sadəyə nisbətən çoxluq təşkil edir. Istər
düzəltmə etnotoponimlərin, istərsə də etnotoponim olmayan
düzəltmə toponimlərin düzəlməsində oxşar ünsürlər iştirak
edir. Bu səpkidə aparılan araşdırma əsaslı fərqlər üzə
çıxarmır. Aşağıdakı misallarda oxşarlıq elementləri özünü
aydın göstərir. Nümunələrdə etnotoponimlər mötərizədə
ixtisarla (etn) qeyd olunmuşdur.
Avadlar, Abdallar(etn), Abdallar(etn), Azaklar(etn), Ba-
yatlar(etn), Ayaslı/Ayazlı, Aynalı(etn), Ayrım(etn), Aralıx, Al-
malı, Armudlu, Alçalı, Arpavar, Acıbac, Ağazor, Baburlu (etn),
Bazarcıq, Bazmavan Balıxlı/Balıqlı (etn), Bayramlı (etn),
Barana, Baxçalar, Başnalı/Başnəli(etn), Başkənd, Başgərin.
-lar, -lər cəm şəkilçisinin artırılması ilə toponimlərin və et-
notoponimlərin yaranmasında fərq nəzərə çarpmır. Baş kom-
penentinin daxil olduğu toponimlərin sırasında etnotoponimlər
yoxdur. Yuxarıda istisna hal kimi Başnalı/Başnəli etnotoponimi
qeyd olunmuşdur. Lakin bu etnotoponimin əsasında əslində baş
ünsürü durmur. Bu və Boznəli etnotoponimlərinin əslındə Basin
tayfasının adı durur. Bu sözdə fonetik dəyişmə baş vermişdir.
Ilkin
variant yəqin ki,
Basineli olmuşdur. Onu da qeyd etmək
lazımdır ki, mənsubiyyət şəkilçisi qəbul etmiş el sözünün (eli –
el+i) –lı, -li, -lu, -lü sözdüzəldici şəkilçisi ilə qarışıq salınması
bir sıra hallarda quruluşuna görə mürəkkəb toponimlərin
düzəltmə toponimlər cərgəsinə daxil edilməsinə səbəb olmuşdur.
Birəli etnotoponimi haqqında da eyni fikirləri irəli sürmək
mümkündür. Altay dillərində birə kiçik çay anlamında işlənir.
Tədqiqatçılar haqlı olaraq bu kəndin adını kiçik çay anlamı ilə
bağlamırlar. Onlar kəndin adının peyrəlu tayfasının adından
yaranması fikrini irəli sürürlər (21, 157). Çox güman ki, bü
toponimdə də el formantı vardır.
104
Başqa nümunələri nəzərdən keçirək. Bağçılıq, Becaz-
lı/Becazlu/ Becazin, Bitlicə, Boğutlu, Bulaqlı, Buğdaşen Qa-
mışqut, Qazançı (etn), Qaltaxçı (etn), Qanlı(etn), Qalacıq,
Qalaça, Qapılı, Qaral, Qaranlıq, Qaçağan (etn), Qovuşuq,
Qovşut, Qonçalı, Quşçu/Quşi (etn),
Qəzənfər, Qədirli (etn),
Qəmərli (etn).
Qaçağan türkmənşəli bir elin adıdır. Bu etnotoponimin qaç
+ağan şəklində morfemlərə ayrılması, zənnimizcə, özünü
doğrultmur. Qeyd olunan nöqteyi-nəzərdən məsələyə
yanaşdıqda bu etnotoponimin quruluşca düzəltmə olması istisna
edilə bilər. Eyni zamanda, etnotoponimin izahı və müəyyən
komponentlərə ayrılması məsələsi də aşkar deyildir.
Quşçu/Quşi/Quşcu etnotoponimdir. Bu sözün quş+çu şək-
lində parçalanması da düzgün deyildir. Etnotoponimin əsasında
qədim türkmənşəli Kuşi tayfasının adı durur. Onun quş sözü ilə
heç bir bağlılığı yoxdur.
Damcılı, Darabas, Darğalı, Daşlı, Daharlı, Debetaşen, Di-
rəklər Dornı, Dostluq, Dəvəli, Dədəli, Dəlilər, Dəlləkli, Dəmirçi,
Evli (etn), Evcilər (etn), Erdapin, Zolaxaç, Zöhrablı, Zəngilər
(etn), Zəhmət, Iydəli (etn), Ilanlı (etn), Imirli (etn), Inəkli
Yaqublu, Yaycı (etn), Yamanclı, Yasovul, Yekanlar, Yengicə,
Kalara, Kaftarlı, Kacaran(etn), Ketran, Künən (Getaşen), Keçili,
Kotanlı, Kotigex, Körpəli, Kələli, Kəngərli(etn), Kərpiçli,
Ləmbəli, Maqmucuq, Mastara, Mahmudlu (etn), Mehrablı,
Mehriban, Muncuxlu, Murad təpə, Musluqlu, Muğumlu,
Məliklər, Məsimli, Məcidli, Nubaraşen, Nərziravan, Nərimanlı,
Oğruca, Paşalı, Püşkək, Pənah, Revazlı, Reyhanlı (etn), Saybalı,
Samurlu (etn), Sarvanlar (etn), Saçlı, Siçanlı(etn), Songurlu,
Spitaq, Susuz, Söyütlü, Tamamlı, Toparlı, Toxluca(etn),
Tülnəbi, Təkiyə, Təkərli(etn), Təngirli, Uzunlar, Xalisə,
Xancığaz, Çanaxçı, Çarxec, Çaxmaq, Çivinli, Çiqdamlı,
Çizixlər, Çiftəli, Çloxan, Çorlu(etn), Çotur, Çubuxlu, Çubuxçu,
Çıraxlı, Çəmbərək, Şabadin, Horadiz, Şahablı, Şağalı, Şeyx
Hacı, Şenataq, Şidli(etn), Şirazlı, Şirvancıq(etn), Şorlu(etn), Şıx-