AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları
520
Səfəvilərin bu yürüşündə iştirak edən Venesiya səyyahı eyni zamanda Bakı
şəhəri və Xəzər dənizi haqqında da maraqlı məlumatlar verir: “ Yolçuluq əsnasında
Mahmudabada (Mahmutaga) dörd günlük və Şamaxıya iki günlük yol məsafəsində
olan
Bakara (Baccara) adlı bir yerə çatdıq. Buraya Bakı da (Baccus) deyirlər və
Təbriz şəhərinin limanlarından biri sayılır. Böyük bir limanı olan bu şəhər antik
dövrlərin ən önəmli sahil şəhərlərindən biridir. Buraya başqaları Xəzər dağlarının
adına uyğun olaraq Xəzər dənizi (Caspian) deyirlərsə də, bu şəhərin adı ilə Bakı
dənizi də adlandırırlar. Bəziləri isə Hirkanilərin adı ilə Hirkan dənizi deyirlər (7, s.
90).
Venesiyalı səyyah eyni zamanda Bakı şəhərindən bir günlük məsafədə
yerləşən Sireç adlı bir qala haqqında da məlumat verir: “ Bakının bir günlük yol
uzaqlığında, bir dağın üzərində inşa edilmiş Sireç adlı bir qala var..” (7, s. 90).
Bu dövrdə Azərbaycanda olan digər bir Venesiya səyyahı, adı məlum
olmayan Venesuyalı bir Tacir də Şirvan şəhərləri haqqında maraqlı məlumatlar
verir. O, I Şah İsmayılın II Şirvan səfərində (1509) iştirak etmiş və bu bölgə haq-
qında geniş məlumatlar toplamışdır. Bu barədə o, öz “Səyahətnamə”sində yazır:
“Şeyx İsmayıl 1507-ci ildə Qaramana gəldiyində təsadüfən mən də onun ordusunda
Ərzincanda idim. Şirvan ölkəsi və Şamaxı ilə savaşdığı zaman mən də orda idim.
Səfərimin məqsədinə gəlincə... Bir müddət qaldığım və ticarətlə məşğul olduğum
Hələb-Təbriz yolu arasında yerləşən, Təbrizdən Xəzər dənizinin sahilləri boyunca
və Dərbəndə qədər bütün ölkələr, şəhərlər, qalalar haqqında məlumat verəcəyəm”
(7, s. 126-127).
Qeyd etdiyimiz kimi Venesiyalı Anonim Tacir də Giovanni Maria Ang-
iolello kimi Sah İsmayılın Şirvana yürüşərində iştirak etmiş və bu bölgənin şəhər
və qalaları, həmçinin Bakı və Şamaxı şəhərlərinin siyasi coğrafiyası haqqında geniş
məlumatlar vermişdir. O, öz “Səyahətnamə”sində yazır: “... İsmayıl Kanardan ayrı-
lıb Mahmudabad istiqamətində getdi. Buranın əhalisi müqavimət göstərməyərək
təslim oldular. Çünki keçən dəfə (I yürüş nəzərdə tutulur-müəllifdın) onun mərhə-
mətsizliyini görmüşdürlər... Sonra Şirvan ərazisindəki digər qalaları ələ keçirmək
üçün dəniz sahili boyu irəliləməyə başladılar. Bu uzun sahil boyunca üç böyük şə-
hər və üç qala vardır. Birincisi, dənizə bir günlük məsafədə olan Şamaxıdır. Amma
digər qalalar, yəni Mahmudabad və Dərbənd dənizin yaxınlığında yerləşirlər. ... İlk
hücum edilən və Bakı adını daşıyan qala dərhal təslim oldu... “ (7,s. 210).
Göründüyü kimi, Azərbaycanın şəhərləri haqqında hər iki venesiyalı
səyyahın məlumatları əsasən üst-üstə düşür.
XV əsrin II yarısında Azərbaycanda Venesiyanın rəsmi elçisi vəzifəsinə
təyin olunan Katerino Zeno da Azərbaycanda baş verən siyasi hadisələr, Ağqo-
yunlu hakimiyyətinin beynəlxalq əıaqələri və Azərbaycan-Venesiya münasibətləri
ilə bağlı qiymətli məlumatlar verməklə yanaşı, bu dövrdə Azərbaycan xalqının
sosial-
iqtisadi həyatı ilə də yaxından tanış olmuş və bu barədə maraqlı məlumatlar
vermişdir.
Katerino Zeno da öz həmvətənləri kimi Bakı, Şamaxı şəhərləri haqqında
geniş məlumatlar vermiş, Bakının bir liman şəhəri olaraq beynəlxalq ticarətdə
oynadığı rolu xüsusi olaraq qeyd etmişdir: “Bu şəhər Bakı Dənizinin limanlarından
birinin kənarında yerləşdiyindən zəngin bir şəhərdir. Buradan Təbrizə səkkiz
günl
ük yol olub, Mazandaran və digər yerlərdən Təbrizə, Şamaxıya və digər
yerlərə göndərilmək üçün hazırlanmış ticarət malları ilə dolu gəmilər bu limana
AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları
521
gəlirlər” (3, s. 52).
Venesiyanın Ağqoyunlu sarayındakı elçilərindən biri olan Ambrocco
Kontarini də Bakı, Şamaxı şəhərləri haqqında, xüsusilə də bu şəhərlərin əhalisinin
məşğuliyyəti, həyat tərzi, ipək istehsalı haqqında maraqlı məlumatlar verir.
O, öz səyahətnaməsində yazır: “ 1 noyabr 1475-ci ildə Midiya hökmdarı
Şirvanşaha məxsus şəhərlərdən biri olan Şamaxıya çatdıq. Burada Tolomana
adlandırılan ipək parça ilə atlas parça toxunur. Bu şəhər Təbriz qədər böyük deyil,
ancaq mənə görə hər baxımdan ondan daha yaxşıdır. Hər cür yemək növləri burada
olduqca boldur..” (3, s. 108; 6, s. 161).
Ambrocco Kontarini eyn
i zamanda bu bölgənin yerli əhalisinin qonaqpər-
vərliyi haqqında da maraqlı məlumatlar verir: “ ... 6 noyabrda Dərbəndə getmək
üçün Şamaxıdan ayrıldıq. Dağları və düzənlikləri keçdiyimiz zaman türklərlə məs-
kun olan kəndlərdə qonaq qaldıq və bizə çox yaxşı qonaqpərvərlik göstərdilər...”
(3, s. 109).
Venesiyalı elçi eyni zamanda Xəzər dənizi və bu dənizin faunası haqqında
da məlumatlar vermişdir: “ ... Xəzər dənizi olduqca böyük olub çıxışı yoxdur.
Dərinliyinə və böyüklüyünə görə Qara dəniz qədər olduğunu deyirlər. Çox
miqdarda “morone” və kürü ovlanır. Lakin əhali başqa balıqları ovlamağı bacarmır.
Bu dənizdə çoxlu sayda köpək balığına oxşayan balıqlar da vardır. Xəzər dənizində
təxminən bir yarım “braccio” ölçüsündə başqa bir balıq növü ovlanır. Bu balıq
y
uvarlaq olub başı və bədəni görsənmir. Bu balıqdan bütün ölkədə istifadə olunan
bir növ içki əldə edirlər. Ondan lampa yağı hazırlayır və dəvələri yağlamaqda
istifadə edirlər” (3, s. 109).
Tarixçi Sara Aşurbəylinin fikrincə, Ambrocco Kontarini Xəzər dənizində
olan suitilər haqqında məlumat verir və onların piyindən çıraqlarda işlədilən yağ və
dəvələrə sürtmək üçün məlhəm hazırlandığını qeyd edir (2, s. 96).
Digər Venesiya səyyahı İosafat Barbaro öz “Səyahətnamə”sində Bakı nefti
və onun müalicəvi xüsusiyyətləri haqqında məlumat verərək yazır: “ Dənizin bu
hissəsində Bakı deyilən şəhər – dənizin də adı onun adındandır,- yanında isə bir
dağ var. Həmin dağdan çox pis iyli qara yağ çıxır. Ondan gecələr çıraqları yandır-
maq üçün və ildə iki dəfə dəvələri yağlamaq üçün istifadə olunur (1, 337; 2, s. 96).
Ümumiyyətlə, XV əsrdə Azərbaycanda olmuş əcnəbi elçi və səyyahlar
Azərbaycan şəhərləri, o cümlədən Şirvan bölgəsində yerləşən (Bakı, Şamaxı, Dər-
bənd, Şabran, Mahmudabad) şəhərlər, bu şəhərlərin əhalisi, yerli əhalinin məşğu-
liyyəti, sosial-iqtisadi həyatı haqqında qiymətli məlumatlar vermişlər.
ƏDƏBIYYAT.
1.
Aşurbəyli S. Şirvanşahlar dövləti. Bakı: Azərnəşr, 1997, 408 s.
2.
Aşurbəyli S. Bakı şəhərinin tarixi. Orta əsrlər dövrü.Bakı: Azərnəşr,1997,360 s.
3.
Doğu’da Venedik Elçileri. Katerino Zeno ve Abrogio Contarini’nin Seyahetnameleri.
İstanbul: Yeditepe Yayınevi, 2006, 144 s.
4.
Mahmudov Y.M. S
əyyahlar, kəşflər, Azərbaycan. Bakı: Gənclik, 1985, 188 s.
5.
Mahmudov Y.M. S
əyyahlar Azərbaycana gəlir. Bakı: Gənclik, 1977, 140 s.
6.
Mahmudov Y.M. Az
ərbaycan diplomatiyası. Bakı: Təhsil, 2006, 416 s.
7.
Sultanlar ve Savaşlar. Giovanni Maria Angiolello-Venedikli bir Tüccar ve Vincenzo
D’
Alessandri’nin Seyahetnameleri. İstanbul: Yeditepe Yayınevi, 2007, 248 s.