AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları
527
xanəndələr tərəfindən oxunduğunu irəli sürmüşdür: “Farsca şeiriyyatın bilicisidir.
Şeiri yaxşı fəhm edir və qavrayır. Bəzən şeir nəzm etməklə məşğul olur. Musiqidə,
ədvar, qövl (süita – N.M.) və əməl (nəğmə – N.M.) elmlərində zəmanənin
öndəgedənidir. O həzrətin təsniflərinin bəziləri mütrüblər arasında məşhur və
məruf, saz əhli arasında dillər əzbəridir” [Türkman 2009: 715]. I Abbasın farsca və
türkcə bəzi şeirləri məlumdur [Tərbiyət 1987: 17; Xəyal 2000: 101-104].
Səfəvilər sülaləsinin üzvləri ilə yanaşı, bəzi azərbaycanlı dövlət xadimləri də
şairliklə məşğul olurdular. Təbrizli Xoca Cəlaləddin Məhəmməd Keçəçi
belələrindən idi. İsgəndər bəy onun da bir rübaisini əsərinə daxil etmişdir. Xoca
Cəlaləddin I Şah İsmayılın hakimiyyətinin sonlarında, 1523-cü ildə ali divanın
vəziri Mirzə Şahhüseynin sui-qəsdə qurban getməsindən sonra bu vəzifəyə təyin
olunmuşdu. Mirzə Şahhüseynlə dost olduğu üçün ali divana vəzir təyin olunduğu
gün onun ölümü barədə bu rübaini demişdi:
“Ey
cahanın gözünün nuru, de, necə dözüm,
Sən getdin, gecə kimi qara oldu gündüzüm.
Sanki biz bir-
birinə bağlı iki şam idik,
Əyyam səni öldürdü, mən də yanıram özüm”.
I Şah Təhmasibin hakimiyyətinin əvvəlində Xoca Cəlaləddinlə şahın vəkili
Div sultan Rumlunun arasında narazılıq yaranmış və bu səbəbdən də şair vəzir
edam edilmişdi [Türkman 2009: 338].
İsgəndər bəy Münşi Təbrizin məşhur Keçəçilər nəslinin dövlət qulluğunda
olan digər bir nümayəndəsinin – Xoca Əmir bəyin də şairlik bacarığını qeyd edir.
“Xoca
Əmir bəy Keçəçi Təbrizi – Mir Zəkəriyya Keçəçinin (I Şah İsmayılın ilk
vəziri olmuşdur – N.M.) qohumlarından olub, Əmir bəy Möhürdar [adı] ilə məşhur
idi. O, qabiliy
yəti, istedadı və fəziləti özünə şüar etmiş bir kişi idi. Əvvəlcə
möhürdar Qa
zı xan Təkəlünün vəziri olmuş, sonra bir müddət Xorasanda da vəzir
ol
muşdu. Cəfr (falçılıq – N.M.), əedad (ədədlər – N.M.) və nirəncat (sehrbazlıq –
N.M.)
elmlərində böyük məharətə malik idi. O, günəşin qabağını tutmaqda ittiham
olunub, bir
müddət Ələmut qalasında məhbus edilmişdi. İsmayıl mirzə zamanında
həbsdən nicat tapsa da, öz həyat vədəsini ölüm mələyinə tapşırdı (öldü – N.M.)”
[Türkman 2009: 341]. İsgəndər bəy onun özbək hökmdarı Übeydulla xanla bir
deyişməsinə yer vermişdir. Belə ki, 1532-ci ildə Übeydulla xan qızılbaşların əlində
olan Herat şəhərini mühasirə edən vaxt Xoca Əmir bəy də orada idi və o da şəhərdə
mühasirədə qalmışdı. Xoca Əmir bəyin şair olduğunu bilən Übeydulla xan 4
beytlik bir şeir yazıb ona göndərir. Bu kiçik şeirdə özbək hökmdarı şəhərin
müdafiəçilərini hədələyir, onları lovğalıqda və cahillikdə ittiham edir, özünün nə
qədər böyük bir hökmdar olduğunu xatırladır. Bu mənzum müraciəti Xoca Əmir
bəy 4 beytlik şeirlə cavablayır və öz şeirində Übeydulla xanı “boşboğaz”
adlandırır, ona qarşı təhqiramiz ifadələr işlətməkdən çəkinmir və tezliklə Şah
Təhmasibin gəlib onu cəzalandıracağını bildirir. Həqiqətən də, bir müddət sonra
Səfəvi şahı öz ordusu ilə Xorasana gəlmiş və Übeydulla xan Buxaraya qaçmağa
məcbur olmuşdu [Türkman 2009: 149-151].
İsgəndər bəy öz müasiri olan məşhur Azərbaycan naqqaşı, şairi və
təzkirəçisi, saray kitabxanasının müdiri, “Sadiqi” ədəbi təxəllüsünə malik Sadıq
bəy Əfşardan (1533-1610) geniş surətdə söz açmışdır. Sadiqinin tərcümeyi-halına
dair mənbənin Tehran çapında olmayan bəzi təfərrüatlar Bakı əlyazmalarında yer
almışdır:
AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları
528
“Sadiqi bəy Əfşar – o, əfşar tayfasının türklərindən idi. Özünəməxsus
təbiətə malik olan rəngarəng bir şəxs idi. Sadiqi təxəllüsündən istifadə edirdi və
cavanlığının başlanğıcından naqqaşlıq üzrə məşq etməyin zövqünü tapıb,
zəmanənin nadiri olan Ustad Müzəffər Əlinin yanında gecə-gündüz çalışmağı
qərara aldı. [Həmin şəxs] onun əhvalı üzərində qabiliyyət və tərəqqi nişanələrini
müşahidə edib, ona [naqqaşlığı] öyrətməyə səy göstərdi. [Sadiqi bəy] onun şagirdi
olaraq, kamillik mərtəbəsinə yüksəldi. Bir müddət nəfsinin qüruru və təbiətinin
dikbaşlığı üzündən, naqqaşlıq işində uğurlu gələcəyin olmadığını və zəmanənin öz
arzularına uyğun tərzdə dövr etmədiyini düşünərək, o peşəni tərk etdi və
zahirpərəstlik libasını soyunub, qələndərlər zümrəsi ilə birlikdə səyahət etdi və
gəzib-dolaşdı. O vaxtlar Həmədan hakimi olan Əmir xan Mosullu onun halından
xəbər tutub, onu qələndərlik libasından çıxararaq, öz mülazimi etdi və onunla
insaniyyətçiliklə davrandı. O, öz türklüyünün təbiətindən və öz qızılbaşlığının
ənənəsindən irəli gələn igidlik və şücaət iddiası edib, o zamanın şücaətlilərini
utandırardı. İsgəndər şanlı nəvvab (Şah Məhəmməd Xudabəndə – N.M.)
zamanında İsgəndər xan Əfşarın və onun qardaşı Bədr xanın mülazimətində olmuş
və Astarabaddakı yaka türkmənlərinə qarşı döyüşdə dəlilik həddinə çatan igidliklər
göstərmişdi. Amma heç vaxt naqqaşlıq peşəsindən əl çəkməmişdi. Axırda böyük
bir tərəqqi edərək, əvəzsiz bir rəssam, incə qələmli bir naqqaş və misilsiz bir tərrah
(yaxşı eskiz, layihə, rəsm çəkən şəxs
–
N.M.) olmuşdu. O, məharətli qələmi ilə
minlərlə bədii rəsm yaratmış, qabiliyyət və istedad zinəti ilə bəzənmiş, şairlik və
söz ustadlığı yaraşığı ilə süslənmişdi. Rəğbət doğuran qəsidələri, qəzəlləri və
məsnəviləri vardır” [Türkman 2009: 367]. İsgəndər bəy Münşi, Sadiqinin döyüş
barədə yazdığı bir beyti əsərinin ilk cildinin iki yerində xatırlatmış və şairin bu
beytinə dəyər vermişdir:
“Çəyirtkətək oxla dolanda hava,
Həyat tarlasına səpildi bəla” [Türkman 2009: 139,367].
Burada Sadiqi müharibə zamanı havada uçuşan oxların döyüş meydanındakı
cəngavərləri öldürməsini obrazlı şəkildə çəyirtkələrin tarladakı sünbülləri məhv
etməsi ilə müqayisə etmişdir.
Lakin Səfəvi tarixçisi Sadiqinin naqqaşlıq qabiliyyətini şairliyindən daha
üstün saymış və bu üzdən onun tərcümeyi-halına şairlərə dair fəsildə deyil,
naqqaşlardan bəhs edən fəsildə yer ayırmışdır. Müəllif yazır: “O, (yəni Sadiqi –
N.M.) bu fənnin (naqqaşlığın – N.M.) sənətkarları zümrəsindən olduğu üçün onun
adı şairlər silki daxilində qeyd olunmayacaq və onun haqqında yalnız burada
məlumat verilməklə kifayətləniləcəkdir. O, İsmayıl mirzə zamanında kitabxana
işçilərindən idi. Amma Allahın kölgəsi olan əlahəzrət şah (I Abbas – N.M.)
zamanında o, yüksək dərəcəli kitabdarlıq mənsəbinə təyin edilib, şəfqət və
mehribanlıqla əhatə olundu. Amma olduqca bədxasiyyət, lovğa və kəmhövsələ idi.
Q
ılıqsızlığı, kobudluğu və bədxasiyyətliliyi ucbatından heç vaxt nəfsani
qərəzlərdən rahatlıq tapmazdı. Həmişə dostlarına və [digər] insan oğullarına
münasibətdə təbiətinə uyğun davranaraq, pis rəftarda həddini aşardı və onlar
ləyaqət bazarında rəva görülməyən bu cür kasad malı ondan satın alardılar (yəni
onlar onun ko
bud rəftarına dözməli olurdular – N.M.). O, ayağını dairədən və
insafdan kənara qoyaraq, hamıya münasibətdə qaba xasiyyət nümayiş etdirmək ba-
xımından ifrata varırdı. Məhz buna görə o, [şaha] yaxınlıqdan və yüksək mövqedən
uzaqlaşdırıldı və yuxarıda qeyd olunmuş xidmətdən məhrum edildi. Amma