AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları
529
həyatının axır günlərinədək onun mənsəbi əlindən alınmadı və o, ali divandan
kitabdarlıq [vəzifəsinin] məvacibini almaqda davam etdi” [Türkman 2009: 368].
Sadiqinin həyat və yaradıcılığı respublikamızda geniş şəkildə tədqiq edilmiş,
onun “Qanunüs-
süvər” və “Məcməül-xəvas” əsərləri Bakıda nəşr edilmişdir [Kənd-
li 1964; Muradova 1999; Əfşar 2008; Musalı 2007: 165-170]. Sadiqinin türkcə
şeirləri AMEA Əlyazmalar İnstitutu tərəfindən çap olunmuşdur. Şairin türkcə
şeirlər toplusu 5 qəsidədən, 40 qəzəldən, 1 saqinamədən, 1 məsnəvi formalı şeir-
dən, 1 tərkibbənddən və 1 qitədən ibarətdir və cəmi 478 beytdir [Əfşar 2010: 8].
Azərbaycanın türk tayfalarına mənsub şairlərdən biri də Qasım bəy Halətidir
(vəfatı: 1591/92):
“Qasım bəy Haləti – o, əslən türkdür və türkman oymağına mənsubdur. Rey
vilayətində anadan olmuş və Tehran şəhərində yaşamışdır. Bir müddət Qəzvində
fazillərin və alimlərin yanında elmləri öyrənmişdi. Söz ustadlığı sahəsində özünü
tay-
tuşlarından üstün sayardı. Qəsidələr və qəzəllər yazmışdır. Mirzə Salmanı (baş
vəzir idi – N.M.) və Müseyib xanı (təkəlü tayfasının başçısı idi – N.M.) mədh
edərdi. Bu beytləri qocalıb əldən düşdüyü vaxt qələmə almışdır:
Əsalı qocayam, qalmışam naçar,
İldən-ilə ömrüm olur ahu-zar.
Baxışım dumanlı, əllərim titrək,
Gözüm zəif, ayağımda ağrılar” [Türkman 2009: 385].
Qasım bəy Halətinin tərcümeyi-halına və yaradıcılığına “Tarix-i aləmara-yi
Abbasi”nin şairlərdən bəhs edən fəslində yer verilmişdir. Bu fəsil “Cənnətməkan
şahın (I Təhmasibin – N.M.) vəfatı zamanı söz ustadlığı sahəsində çalışan şairlər
təbəqəsi və nəzm sahibləri haqqında” adını daşıyır və struktur baxımından təzkirə
səciyyəsinə malikdir. Orada 26 şair barəsində məlumat verilmişdir [Türkman 2009:
371-
389]. Haləti buraya daxil edilmiş yeganə Azərbaycan türk şairidir. Əsərin bu
hissəsində bəzi həmədanlı və qəzvinli şairlərdən də söz açılmışdır. Amma onların
dəqiq surətdə Azərbaycan türkləri olub-olmadığı bəlli deyildir və bu üzdən də biz
bu şairləri məqaləmizə daxil etmədik.
Halətiyə dair məlumat mənbənin Tehran nəşrində yer almamış və Bakı
əlyazmaları əsasında tərcümə edilmişdir. Bu şairimizin yaradıcılığından Sadiqi
təzkirəsində də bəhs edilmiş və onun divan bağladığı bildirilmişdir [Əfşar 2008:
137].
İsgəndər bəy Münşi bəzi hadisələri qələmə alarkən əhvalatı daha dolğun
şəkildə təsvir etmək üçün müasiri olduğu bəzi azərbaycanlı şairlərin şeirlərinə
müraciət etmişdir. Belə ki, o, 1585-ci ildə Osmanlı ordusunun hücumu nəticəsində
Təbrizdə baş vermiş dağıntılardan bəhs edərkən təbrizli şair Vüquinin bir beytini
misal gətirmişdir:
“Xülasə, sevinc bəxş edən Təbriz şəhəri malik olduğu bütün şadlıq və
şənliklə birlikdə viranə qalmış vəziyyətdə nəzərə gəlirdi. Onu müşahidə etməkdən
könüllər həyəcana gəlir və hətta daş ürəkli insanların da halı pərişan olurdu.
Mövlana Vüqui Təbrizi o vəziyyətə münasib olaraq bu beyti deyibdir:
Beyt
Kərbəla hadisəsini dərdimə təskin verirəm, çünki,
Təbrizə həsrət ürəyim Təbrizdən də viranədir” [Türkman 2009: 610].
Mənbənin Tehran nəşrində bu şairin təxəllüsü Vüqui əvəzinə Füruği deyə
yazılmışdır. Halbuki təzkirəçilər o dövrdə belə bir təbrizli şairin olduğunu qeyd
AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları
530
etməmişlər. Biz Bakı əlyazmaları əsasında mətni təshih edərək, onun Vüqui
olduğunu müəyyənləşdirmişik. Vüquinin əsl adı Məhəmməd Şərif olmuş və o,
1609-
cu ildə vəfat etmişdir. Vüquinin haqqında bir sıra təzkirələrdə, o cümlədən
“Məcməül-xəvas” və “Danişməndan-i Azərbaycan” təzkirələrində məlumat
verilmişdir [Əfşar 2008: 227-228; Tərbiyət 1987: 60-61].
Bəllidir ki, Səfəvilər dövründə türk dilinin əhəmiyyətinin artması ilə
əlaqədar olaraq, türkdilli poeziyaya maraq yüksəlir və bu dildə yazıb-yaradan
şairlərin də sayı durmadan artırdı. Onların sırasında qızılbaş oymaqlarından olan
şairlər də az deyildi. Dövrün təzkirəçilərindən Sam mirzə Səfəvi və Sadıq bəy
Əfşar öz əsərlərində türk şairlərinə xüsusi fəsillər ayırmışlar [Musalı 2007:
148,167].
İsgəndər bəy Münşi də bir Azərbaycan türkü olaraq, öz xalqının doğma dildə
yaratdığı poeziya nümunələrinə biganə qalmamışdır. O, bəzi tarixi hadisələri şərh
edərkən qızılbaş tayfalarına mənsub olan şair əmirlərin türkcə misralarını əsərinə
daxil etmişdir. Təkəlü oymağının başçısı Müseyib xan Şərəfəddinoğlunun 1580-
ci ildə Şah Məhəmməd Xudabəndəyə yazıb göndərdiyi türkcə rübai bu qəbildəndir.
Belə ki, adlı-sanlı qızılbaş sərkərdələrindən olan Müseyib xan şahın bacısı Fatimə-
sultan xanımı sevirmiş və şahın bu xanımı ona ərə verəcəyini ümid edirmiş. Lakin
onun bu ümidi puça çıxır. Şah öz bacısını onunla deyil, mosullu oymağının başçısı
olan Əmir xanla evləndirir. Hələ üstəlik, bu azmış kimi, Müseyib xan da Əmir
xanın solduşu təyin edilir. Toy üç gün və üç gecə davam edir. O zamankı adətə
görə, toyu olan şəxsin sağduşu və solduşu da bu münasibətlə öz evində toy ziyafəti
təşkil etməli və axırda bu ziyafətə toplanmış toy adamlarını hədiyyələrlə birlikdə
toyu olan bəyin evinə göndərməli imiş. Ona görə də şahın sözündən çıxa bilməyən
Müseyib xan öz evində Əmir xanla Fatimənin izdivacı üçün toy ziyafəti qurdurmalı
olur. Amma axırda bütün bunlardan inciyən Müseyib xan türkcə bir rübai yazaraq
şaha göndərir və çox yumşaq bir tonda öz giley-güzarını dilə gətirir. İsgəndər bəy
bu barədə belə yazır:
“Müseyib xan İsgəndər şanlı nəvvaba (Şah Məhəmməd Xudabəndəyə –
N.M.) yaxınlığı cəhətdən özünün [şah nəsli ilə] qohum olmaq mərtəbəsinə
ucalmaqda Əmir xandan daha layiq olduğunu düşünürdü və səltənət dənizinin
pakizə gövhərini özü ilə bir sapa düzəcəklərini gözləyirdi (yəni Fatimə-sultan
xanımı ona verəcəklərini ümid edirdi – N.M.). Lakin iş elə gətirdi ki, bəzi
məsləhətlər üzündən onun bu arzusu baş tutmadı və bu böyük ərməğan Əmir xana
nəsib oldu. Buna görə də sözügedən [solduş] toyunun təşkili ona təklif ediləndə o,
əlini gözünün üstünə qoyub bu təklifi qəbul etməsinə və hökmdarın göstərişinə
uyğun olan ləvazimatın tərtib olunması ilə məşğul olmasına baxmayaraq, bu türkcə
rübaini deyib, İsgəndər şanlı nəvvabın hüzuruna göndərdi:
Rübai
Ey şahi-cahan,
bi-əsər oldu diləyim,
Tutdu
qəm əli, ələm tikanı ətəyim.
Yüz ildəki xidmətimlə dərgahında,
Solduş əməyinə döndü axır əməyim” [Türkman 2009: 516-517].
Müseyib xanın şairliyindən Sadiqi təzkirəsində də bəhs edilmişdir [Əfşar
2008: 41]. Amma Sadiqidən fərqli olaraq, İsgəndər bəy bu xanın farsca deyil,
türkcə misralarına yer vermişdir. Xanın şaha yazdığı bu kiçik mənzum müraciət
həm də Səfəvilər dövründə türk dilinin yüksək dövlət xadimləri arasında yazışma