Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə253/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   249   250   251   252   253   254   255   256   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

548 



ölçüde imanını muhafaza etmiş olması ve bağımsızlıktan sonra da inancını sahip 

çıkmasıdır. Oysa insanlara zorla kabul ettirilen bir inancın asla kalıcılığı yoktur. 

 

 

  



Analyasis of Treaty of Text Conducted 

During the Conquest of Azarbaijan by the Muslims From the 

Perspective of Islamic Law 

-Is there a sword Islam in question?- 

 

Summary 

I stayed in Azarbaijan between 1999-2002. I hold the position of vice-dean 

of the Faculty of Divinity in Baku State University and gave courses on Islamic 

Law. At the same time, I gave courses on Islamic Law at the Faculty of Law in the 

same university and at the Faculty of Divinity in Qafqas University and Hazar 

University. During this period of time, I sometimes heard the sayings that “we 

became Muslims under the pressure of sword.” I considered this subject very 

interesting since that time. For, the two basic sources of Islam, al-Qur’an and al-

Sunnah, definetely were forbidding any kind of force in religion. This article came 

out as such a context. As a result, as far as the historical texts are concerned it has 

been seen that Azarbaijan became Muslims willingly not by force. 

 This article basically deals with this subject-matter. 



Key words: Islamic Law, Muslims,  religion 

 

 



  

 

 



 

 

  




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

549 



XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCAN MİLLİ 

HƏRƏKATI XARİCİ ÖLKƏLƏRİN 

TARİXŞÜNASLIĞINDA 

 

Sevda Süleymanova 

(Bakı Dövlət Universiteti / Azərbaycan) 

 

 Bu gün 93-



cü il dönümünü qeyd etdiyimiz Azərbaycan Cümhuriyyəti XX 

əsrin  əvvəllərində  yetişməkdə  olan  milli  hərəkatın  təntənəsidir.  Azərbaycan 

ziyal

ılarının hələ XIX əsrdən başlayaraq ictimai-siyasi hərəkatın təşəkkülündə fəal 



iştirakı  və  milli  ideologiyanı  işləyib  hazırlamaları  xalqımızın  rus çarizminin yüz 

illik əsarətindən xilas olub istiqlala qovuşmasını şərtləndirirdi. Lakin 70 illik sovet 

qurulu

şu dövründə Azərbaycan tarixinin bu şanlı səhifəsi elmi tədqiqatdan kənarda 



qaldı.  Sovet  tarixşunaslığı  milli  hərəkata  panislamizm  və  pantürkizm  damğası 

vuraraq 


onu əksinqilab kimi qiymətləndirdi. Azadlıq mücahidləri xalqın düşməni, 

burjua-


mülkədar nümayəndələri adlandırılırdı. O dövrdə Azərbaycan milli hərəkatı 

yalnız xarici ölkələrin ədəbiyyatında işıqlandırılırdı. Ancaq Sovetlər ittifaqında bu 

tədqiqatlara  burjua  saxtalaşdırıcıları,  burjua  tarixşunaslığı  damğası  vurulurdu. 

Bununla belə, həmin tədqiqat əsərlərinin Azərbaycanda maarifçilik hərəkatı, islam-

çılıq, türkçülük cərəyanları, siyasi partiyaların fəaliyyətinin tarixinin öyrənilməsidə 

çox böyük rolu olmuşdur. 

 

U.Allen  və  P.Muratovun  «Qafqaz  döyüşləri  meydanı:  Türk  Qafqaz  sər-



hədlərində müharibələr tarixi. 1918-1921» (W.E.D. Allen, P. Muratoff. Caucasian 

Battlefields: A. History of the Wars Turco Caucasian Border (1828-1921) 1953-cü 

ildə Kembricdə nəşr olunmuşdur. Bu əsərdə Azərbaycan milli hərəkatı Qafqazda 

gedən proselərin fonunda verilir. 

 S.A.Zenko

vskinin  «Rusiyada  pantürkizm  və  islam»  (Zenkovsky  S.Pantur-

kism and İslam in Russian) 1960-cı ildə Kembricdə çıxan kitabında isə bu hərəkat 

Rusiya imperiyasının bütün türk xalqının milli mücadiləsi kontekstində araşdırılır. 

O, 

yazır ki, İslam Rusiya müsəlmanlarının həyat tərzidir. Doğrudur, hər iki əsərdə 



azərbaycanla bağlı məlumatlar azlıq təşkil edir. Buna baxmayaraq, onlarda bir sıra 

dəyərli fikir və mülahizələrə rast gəlmək olur. 

 

Milliyətcə polyak olan Amerika alimi Tadeus Svietoçovskinin «Rus Azər-



bay

canı  1905-1920.  Müsəlman  cəmiyyətində  milli  birliyin  yaranması»  (Swieto-

chowski T.Russian  Azerbaijan 1905-1920: The shaping of national indentity in 

Moslem Community) 

əsəri  1985-ci  ildə  Kembric  Universiteti  tərəfindən  nəşr 

edildi.  Bu  monumental  tədqiqat  özünün  sanballı,  mənbə  və  qaynaqlarınının 

zənginliyi,  problemin  konseptual  qoyuluşu  ilə  diqqəti  cəlb  edir.  Uzun  illik  axta-

rişların nəticəsi olan bu əsərdə Azərbaycan milli hərəkatı XX əsrin əvvəllərindən 

Cümhuriyyətin  süqutuna  qədər  olan  bir  dövr  hərtərəfli  səciyyələndirilmiş,  həmin 

mərhələnin siyasi mənzərəsi təsvir olunmuşdur. Kitabın elmi ictimaiyyət arasında 

doğurduğu  geniş  maraq  müəllifi  növbəti  əsəri  yazmağa  ruhlandırdı.  «Rusiya  və 

Azərbaycan.  Sərhədyanı  bölgə  keçid  dövründə» (Russia and Azerbaijan. A 

Borderland in Transition) adlanan 

digər əsəri o, Kolumbiya Universitetinin nəşriy-

ya

tında  çap  etdirmişdir.  2000-ci  ildə  bu  kitab  məhz  Xəzər  Universitetinin  müəl-



limləri tərəfindən ingilis  dilindən ana  dilimizə  tərcümə  edilərək  çap  olunmuşdur. 


AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

550 



Əsərdə  Azərbaycanın  Rusiya  tərəfindən  işğal  olunması  və  ona  qarşı  müqavimət 

kimi 


panislamizm  və  pantürkizmin,  maarifçilik,  siyasi  oyanış  dövrünün  milli 

hərəkatın inkişafına səbəb olması, milli ərazi muxtariyyəti tələbindən milli istiqlala 

doğru  gedən  keçməkeşli  yolun  elmi  araşdırması  böyük  maraq  doğurur.  T.  Swie-

tochowski Cümhuriyyətin süqutu, sovet işğalı və nəhayət yenidən Azərbaycan xal-

qının dövlət müstəqilliyinin bərpasına qədər olan geniş bir dövrü tədqiq etmişdir. 

 

Görkəmli  Azərbaycanşünas  alim  Odri  Alştadtın  «Azərbaycan  türkləri: 



Rusiya idarəsi altında hakimiyyət və milliyət» ( L.Audrey.The Azerbaijan Turks: 

Power and indentity under Russian Rule) əsəri 1992- ci ildə Stenford Universiteti 

tərəfindən  çap  edilib.  Əsərdə  Azərbaycan  Cümhuriyyətinin  yaradılması  ilə  bağlı 

faktlar işıqlandırılır. Müəllifin əsəri bu dövrdə cərəyan edən prosesləri öyrənmək 

və araşdırmaq baxımından böyük əhəmiyyət daşıyır. Müəllif əsərdə Müsavat parti-

yasının yaranması, istiqlalın elan olunmasında, dövlət quruculuğunda rolu, eləcə də 

qurul

tayları,  sovet  hakimiyyətinin  onlara  qarşı  repressiv  tədbirləri  və  s  geniş 



surətdə araşdırır. 

 

Bundan  başqa  R.Pipesin  «Sovet  İttifaqı  Formasiyası.  Kommunist  və 



Millətçilik. 1917-1923» ( R.Pipes The Formation of the Soviet Union Communist 

and Nationalizm 1917-1923) 1964- 

cü ilədə Kembricdə, V.Kolorzin « Rusiya və 

onun müstəmləkələri» (V.Kolorz. Russia and her Colonia ) 1953-cü ildə Londonda, 

İ  Spektorun  «Sovet  İttifaqı  və  Müsəlman  dünyası»  (İ.Spektor. The  Soviet  Union 

the Moslem World) 1958- 

ci  ildə  Vaşinqtonda,  A.Benninqson  və  E.Uimbuşun 

«Sovet  İttifaqında  Müsəlman  Milli  Komunizmi»  (A.Benningsen.  E.Wimbush. 

Moslem National Communizm in the Soviet Union A Revolutionary strategy for 

the 


Colonial  Word)  kitabları  1979-cu  ildə  Çikaqo  və  Londonda,  L.Fişerin  «Bakı 

uğrunda  müharibə», «Neft imperializmi»  (L.Fisher. The war for Baku «Oil 

imperializm») 1976-

cı ildə Londonda, H. Seton-Uotsonun «Yeni imperializm» (H. 

Seton Watson. The New imperialism) 

kitabı 1961- ci ildə Londonda, R.Syuninin 

«Bakı kommunası. 1917-1918: Sinif və Millətçilik» (R. Suny. The Baku Commune 

1917-1918. Class and Nationalism) 1972-

ci ildə Nyu-Yorkda, General Denstervilin 

«Britaniya  imperializmi  Bakıda  və  İranda»  əsəri  1925-ci  ildə  çıxmışlar.  Adları 

çəkilən əsərlərdə Azərbaycan milli hərəkatının müxtəlif məqamlarına toxunulur. 

 

Azərbaycan  siyasi  mühacirətinin  Avropada  və  Türkiyədə  çap  etdikləri 



əsərlərdə də tariximizin bu şanlı səhifələri də şərh olunur. Onların arasında 1938-ci 

ildə Berlində «Qurtuluş» jurnalının mətbəəsində nəşr olunan Mirzə Bala Məmməd-

zadənin «Milli Azərbaycan hərəkatı. Milli Azərbaycan. «Müsavat» xalq firqəsinin 

tarixi » adlı sanballı əsəri xüsusilə fərqlənir. 

 

M.Ə.Rəsulzadənin  Avropa  və  Türkiyədə  çıxan  «Azərbaycan  Cümhuriy-



yəti»,  «Əsrimizin  Səyavuşu»,«Çağdaş  Azərbaycan  tarixi»,  «İran  türkləri»,  «Kaf-

kaziya  türkləri»  əsərlərinin  milli  hərəkat  tariximizin  öyrənilməsində  əvəzsiz  rolu 

var.  Qeyd  edək  ki,  bu  əsərlərin  İstanbulda  nəşr  olunmasında  «Türk  Dünyası 

Araşdırmaları  Vəqvinin»  xüsusilə  çox  hörmətli  Yavuz  Akpınar,  İrfan  Murad 

Yıldırım-selahəddin Çağın, prof. Əli Heydər Bayatın böyük rolu olmuşdur. 

 

Hüseyn Baykaranın « Azərbaycan İstiqlal mübarizəsi tarixi» də 1975-ci ildə 



İstanbulda işıq üzü görüb. Adından göründüyü kimi bu əsərdə XX əsrin əvvəllə-

rindən  başlayaraq  Azərbaycanda  cərəyan  edən  hadisələr,  xüsusilə  ermənilərin 

xalqımıza  qarşı  etdikləri  vəhşiliklər,  siyasi  partiyalar  və  nəhayət  Azərbaycan 

Cumhuriyyətinin yaranması haqqında dəyərli məlumatlar vardır. 




Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə