Azərbaycan Ədəbi dilinin inkişafında rolu olan ziyalılar



Yüklə 21,57 Kb.
səhifə2/2
tarix29.11.2023
ölçüsü21,57 Kb.
#142244
1   2
Azərbaycan Ədəbi dilinin inkişafında rolu olan ziyalılar

N.Nərimanov ana dilinin təlimi əhəmiyyətini göstərməklə bərabər, onun tərbiyəvi rolunu ayrıca qeyd edir. Ana dilinin tərbiyəvi əhəmiyyətindən bəhs edən N.Nərimanov uca səslə deyirdi:
"Ana dili! Nə qədər rəfiq, nə qədər ali, hissiyyati-qəlbiyyə oyandıran bir kəlmə! Nə qədər möhtərəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə! Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini, şəfqəti-madəranəni sənə o dildə bəyan edibdir. Bir dil ki, sən daha beşikdə ikən layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhun ən dərin güşələrində nəqş bağlayıbdır!".
N.Nərimanovun pedaqoji fəaliyyətində və fikirlərində qadın təhsili məsələsi də mühüm yer tuturdu.Azərbaycan qadınının hüquqsuzluğu, təhsildən məhrum olması, kölə halında saxlanılıb istismar edilməsi Nərimanovu daim düşündürürdü. Şərq qadınının faciələrlə dolu həyatına yaxından bələd olan Nərimanov onların azadlığı, təhsili uğrunda daim mübarizə aparmışdır.N.Nərimanov qadınların təhsil almasının, ictimai işlərdə iştirakının qızğın tərəfdarı idi. Onun bilavasitə yaxından köməyi ilə təşkil edilmiş qız məktəblərində təhsil alan yüzlərlə azərbaycanlı qız xalqımızın mədəni inkişafında böyük rol oynamışdır.N.Nərimanovun pedaqoji irsində mərkəzi yerlərdən birini də müəllim, onun şəxsiyyəti, müəllim kadrlarının hazırlığı məsələsi tutur. N.Nərimanov xalq arasında savadın yayılmasında, xalqın ümumi tərəqqisində müəllimin rolunu yüksək qiymətləndirirdi. O, müəllim sözünü geniş mənada başa düşür, müəllimin geniş xalq kütlələri arasında işinə, ictimai fəaliyyətinə böyük əhəmiyyət verirdi. N.Nərimanov xalqın mədəni tərəqqisinə çalışan müəllimlərin işini yüksək qiymətləndirdiyi kimi, xalqın ictimai və mədəni yüksəlişi üçün çalışmayan müəllimləri tənqid edir və onları "çinovnik" adlandırırdı.
Onun müəllimdən tələb etdiyi keyfiyyətlərdən biri, pedaqogikanı, təlim və tərbiyənin prinsip və üsullarını, psixologiyanı bilməsi və ona istinad etməsidir. O, şagirdlərin fərdi xüsusiyyətlərinə istinad etməyi təlim və tərbiyə işində müvəffəqiyyətin rəhni hesab edir və göstərir ki, ...hər uşağın özünə görə bir qeyri-xasiyyəti, təbiəti olmağı binaən hamıya bir qayda və qanun ilə dərs vermək, hamıya bir dildə bəyan etmək olmaz. Hamını bir ölçü ilə ölçmək olmaz. Uşaqların bir parası zehinli, bir parası zehinsiz, fəhmsiz, bir parasının qüvveyi-hafizəsi qüvvətli, bir parasınınkı naqis, bir parası müdhiş hekayələr sevən, bir parası gülünc və fərəhli nağıllardan həzz alan olur. Uşaqlara məhəbbəti olan müəllim bunların hamısını mülahizə edər, hər kəsin öz biliyinə, qanacağına görə hərəkət edərsə, hər kəsin eyibinə görə çarə taparsa, əlbəttə, təilim və tərbiyə düz yol ilə gedib, tərəqqi dərəcəsinə çatar.
Məlum olduğu kimi, Sovet hakimiyyətinə qədər Azərbaycanda müəllim kadrları hazırlayan xüsusi məktəb yox idi. Bütün Zaqafqaziya üzrə müəllim kadrları hazırlayan yalnız Qori seminariyası idi. Bu seminariyanın Azərbaycan şöbəsinin müəllim kadrı hazırlığında xüsusi rolu olmasına baxmayaraq, xalqın daim artan tələbini ödəmirdi.
Qori seminariyasının Azərbaycan şöbəsinin Azərbaycan şəhərlərindən birinə köçürülməsini məqsədəmüvafiq hesab edən N.Nərimanov çox düzgün və əməli əhəmiyyəti olan təkliflər irəli sürdü. O yazırdı: "Açıq deməli, Qori darülmüəllimin Bakıda, ya Gəncədə və ya qeyri-müsəlman şəhərində olsa, padşahlıq xərcinə oxuyan altmış nəfərdən savayı altmış nəfər müsəlman uşağı da daha ziyada öz evlərində olarkən seminariyada elm təhsil etməyə mümkünləri olacaqdır. Yəni gündüzlər padşahlıq xərcinə oxuyan uşaqlar ilə bərabər dərs oxuyub axşamlar öz evlərinə gedərlər...".
1919-cu ildə Həştərxan Quberniya Xalq Maarif Şöbəsinin müdiri vəzifəsində işləyərkən mövcud şəraiti nəzərə alan N.Nərimanov qısamüddətli pedaqoji kurslar vasitəsilə yüzlərlə müəllim hazırlanmasını təşkil etmişdir. Azərbaycanda ilk pedaqoji institut yaradılması və təsis edilməsi N.Nərimanovun adı ilə bağlıdır.
Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu öndər Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı. Hələ 1970-ci illərdən başlayaraq Ulu Öndər ana dilimizin qayğısına qalıb, Azərbaycan dilinin inkişafı üçün öz səyini əsirgəməyib. Ana dilinə böyük məhəbbət, onun incəliklərini dərindən bilmək, sadə, səmimi cümlələrlə insanlarda möhkəm nikbin əhval-ruhiyyə yaratmaq Heydər Əliyevin nitq və çıxışlarının əsas xüsusiyyətlərindən idi.
Ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub. Görkəmli dövlət xadimi ana dilinə - Azərbaycan xalqının milli dilinə daim böyük əhəmiyyət verib. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib.
Azərbaycan dilinin siyasi hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində atılan addımlardan biri də ulu öndərin 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı oldu. Fərmanda həm dilimizin tarixi ilə bağlı bir sıra incə və həssas məqamlara aydınlıq gətirilir, həm də onun keçdiyi inkişaf yolları və mərhələlərinin yığcam təhlili verilir. Fərmanda, həmçinin müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin ölkədə geniş miqyasda tətbiq edilməsi və hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılması qeyd olunur və bu məqsədlə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi bir vəzifə olaraq qarşıya qoyulurdu. Ümummilli liderin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanı Azərbaycan dilinə, onun inkişafına dövlət qayğısının ən bariz nümunəsidir. Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipiallığı nəticəsində respublikamız həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya - latın qrafıkalı Azərbaycan əlifbasına keçdi.


Yüklə 21,57 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə