Azərbaycan ərazisində erkən və qədim dövrlər



Yüklə 20,88 Kb.
səhifə2/2
tarix28.11.2023
ölçüsü20,88 Kb.
#133699
1   2
Tarıx serbers iş

Tunc dövrü: Tunc dövrü Azərbaycanda er.əv. 4–1 minillikləri əhatə edir. Tayfa və qəbilə ittifaqlarının yaranması elə bu ərəfədə başlanır. İnsan məskənlərinin və ümumi əhalinin sayı durmadan artır. Kiçik və Orta Asiya, Mesopotamiya və Şimali Qafqazla ticarət və digər əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycanda erkən tunc dövrü Kür-Araz arxeoloji mədəniyyətinə aid tapıntılar əsasında dərindən öyrənilmişdir. Bu mədəniyyət təkcə Azərbaycanı deyil, həmçinin Cənubi və Şimal-Şərqi Qafqazı və Kiçik Asiyanın şərq ərazilərini də əhatə edirdi. Bu dövrdə insanlar yumşaq misi xüsusi sobalarda əridib onu qalayla (maddə) qatışdıraraq tunc əldə etməyi öyrənirdilər. Tunc misdən daha bərk olduğuna görə tezliklə əmək alətləri, silah və bəzək əşyaları məhz bu materialdan hazırlanmağa başlanır. Bu dövrə həmçinin əkinçilikldə süni suvarma sisteminin formalaşması, bağçılıq təsərrüfatının təkamülü, heyvadarlıqda həm iri, həm də xırda buynuzlu heyvanların saxlanması, atçılıq iti sürətlə inkişafı təsadüf edir. Sənətkarlıqda metal işləmə, zərgərlik, müxtəlif növ parça istehsalı və toxuculuq kimi yeni sahələr formalaşaraq yayılmağa başlayır. Orta tunc dövründə (er.əv. 3–2 minilliyin 1-ci yarısı) möhkəm müdafiə istehkamlı iri yaşayış məntəqələri əmələ gəlir. Bu məntəqələrdəki yaşayış evləri, bir qayda olaraq düzbucaq formasında olub bir neçə otaqdan ibarət idi. Məhz bu dövrə müxtəlif tayfa ittifaqarının yaranması və onlar arasında savaş və hərbi münaqişələrin geniş vüsət alması təsadüf edir.

Dəmir dövrü: Bu dövr ölkədə Xocalı-Gədəbəy, Talış-Muğan, Naxçıvan və Qayakənd-Quruçay arxeoloji mədəniyyətlərinin materialları ilə təmsil olunmuşdur. Azərbaycanda ilkin şəhər-dövlətləri yaranır, təsərrüfatın demək olar ki, bütün sahələri sürətlə inkişaf edirdi. E.ə. 13–12 yüzilliklərdə ölkə ərazisində dəmir dövrü başlanır. Bu ərəfədə sinfi cəmiyyətin yaranmasının təməli qoyulur. Həmin zaman Urmiya gölü ətrafında Zamya, Karalla, Gilzan, Andia, Zikertu və s. kimi kiçik siyasi birliklər peyda olur.
Azərbaycanın ən qədim tayfa ittifaqları haqqında ilk məlumata er.əv. 23-cü yüzilliyə aid şumer-akkad yazılı mənbələrində rast gəlinir. Bu mənbələrdə Azərbaycanda mövcud olmuş kuti, lulubi və hurri tayfa ittifaqları haqqında bəhs edilir. Məlum olur ki, Akkad hakimi Naramsinin dövründə (er.əv. 2236–2200) kutilər Mesopatamiyaya soxulmuş, onların başçısı Enridavazar akkad qoşununu məğlub edərək ölkənin cənub əyalətlərini zəbt etmişdi. Təxminən bu hadisələrdən bir əsr sonra Azərbaycan ərazisində yaranmış yeni tayfa ittifaqı lulubilər kutiləri özlərinə tabe etdirdilər. Lulubeylərin əsas əraziləri Urmiya gölü ətrafında olmuşdur, lakin sonradan onlar öz ərazilərini İran körfəzinə qədər genişləndirə bildilər. Bu tayfa ittifaqının ən parlaq dövrü er.əv. 2 minilliyə təsadüf edir. Hətta qüdrətli Assuriya dövlətini də lulubeylərdən olan sülalə idarə edirdi. Daha sonra tarixin səhnəsinə hurritlərin ittifaqı gəlir.
Hələ er.əv. III minilliyin sonuncu rübündə onların yazısı mövcud olmuşdur. Bu tayfa ittifaqı uzun sürən müharibələr nəticəsində Kiçik və Orta Asiyanın geniş ərazilərini özünə tabe etdirməyə müvəffəq oldu. Eyni zamanda Azərbaycanda kassit tayfaları da mövcud idi. Er.əv. 2 minilliyin əvvəlində kassitlər Babilistanı işğal edərək burada 500 ildən artıq hökmranlıq etmişdilər. Artıq er.əv. 2 minilliyin ikinci yarısında er.əv. 1 minilliyin əvvəllərində ölkədə ibtidai icma münasibətləri süquta yetir və ilk sinfi quruluş quldarlıq formalaşmağa başlayır.
E.ə.321-ci ildə yaranmış Atropatena dövlətinin ilk hakimi Atropat hesab edilir. Araz çayından cənubda yerləşən əraziləri əhatə edən Atropatenanın paytaxtı Qazaka idi. Atropatenada əkinçilik, heyvandarlıq və sənətkarlıq yüksək inkişaf etmişdir.
Ölkədə iri şəhərlər mövcud idi, ölkədaxili və beynəlxalq ticarət əlaqələri durmadan inkişaf edirdi. Atropatenada dövlət dini Zərdüştlük olmuşdur. Er.əvvəl III əsrin 20-ci illərində Artabazanın dövründə ölkənin əraziləri xeyli genişlənərək Xəzər dənizindən Kiçik Asiyaya qədər böyük bir ərazini əhatə etmişdir. Həmin illərə Parfiya imperiyasının (er.əv. 248–227) güclənməsi də təsadüf edir. Özlərinə Mərkəzi Asiya, Cənubi Qafqaz, İran və Mesopotamiyanın bir sıra əyalətlərini tabe etdirərək bu dövlətin hökmdarları qəsbkar siyasət yürüdürdülər. Bu işdə onların əsas rəqibi nəhəng və qüdrətli Roma İmperiyası (e.ə. 6 – e.5 əsrlər) olmuşdur. Roma və Parfiya arasında Qafqazı o cümlədən Azərbaycanı özünə tabe etdirmək uğrunda ardı-arası kəsilməyən müharibələr aparılırdı. İlk mərhələdə Atropatena Parfiyanın müttəfiqi kimi çıxış etmiş və bu dövlətlərin birgə səyi nəticəsində romalılar bir neçə döyüşdə məğlub edilmişdir, lakin e.ə. 20-ci ildə Atropatenada II Ariabarzan hakimiyyətə gəlir. O hələ gənc ikən Romada tərbiyə almış və bu səbəbdən onun pərəstişkarı olmuşdur.
Eramızın 2-ci ilində Atropatena və Roma qoşunu Parfiya və onun müttəfiqlərinin ordusunu həlledici döyüşdə məğlub etdi. Sonradan romalıların bu ərazilərə təsiri zəifləyir. Bundan istifadə edən Parfiya Atropatenanı zəbt edir. Hakimiyyətə Parfiya mənşəli Ərşakilər sülaləsi gətirilir. Bu şəkildə Atropatena Sasani imperiyasının (er. 224–651) yüksəlməsinə qədər mövcud olmuşdur. Qafqaz Albaniyası e.ə IV əsrin sonu III əsrin əvvəllərində yaranmışdı. Araz çayından şimalda yerləşən Albaniyanın paytaxtı Kabala (Qəbələ) idi. Albaniya təsərrüfatında üzümçülük, balıqçılıq və şərabçılıq mühüm yer tuturdu. Q ədim Albanlar çoxallahlı bütpərəstlik dininə inanırdılar.
Yüklə 20,88 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə