15.5.
Azərbaycan Respublikası ərazisində xarici dövlətlərin, beynəlxalq məhkəmələrin
və iqtisad məhkəmələrinin aktlarının məcburiliyi Azərbaycan Respublikasının tərəfdar çıxdı-
ğı beynəlxalq müqavilələrlə və
bu Məcəllə ilə müəyyən olunur.
1.
MPM-in 15.1-ci maddəsində məhkəmə aktlarımn dörd növü nəzərdə tuinlub:
qətnamə, qərardad, qərar və əmr.
Qətnamə - məhkəmə iclasında işə baxıldıqdan sonra müşavirə otağında çıxan- lan və işi
mahiyyəti üzrə həll edən məhkəmə aktıdır. Qətnaməni birinci instansiya məhkəməsi və
apcllyasiya instansiyası məhkəməsi çıxarır.
Qərardad - işi mahiyyəti üzrə həll etməyən və işin ayrı-ayrı halları üzrə çıxarılan
məhkəmə aktıdır (məsələn, iş üzrə icraatın dayandırılması, icraata xitam verilməsi, icraatın
təxirə salınması, ckspertizanm təyin edilməsi və s. hallarda çıxarılan məhkəmə aktı).
Qərar - kassasiya və əlavə kassasiya üzrə işə baxılması nəticəsində çıxarılan məhkəmə
aktıdır.
Əmr - əmr İcraatı üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra
sənədi hesab edilir.
2.
Qanun qanuni qüvvəyə minmiş məhkəmə aktlarmın bütün vəzifəli şəxslər, fiziki və
hüquqi şəxslər üçün məcburi olmasını və ölkəmizin bütün ərazisində hökmən icra olunmasını
müəyyən edir.
Məhkəmə aktlarının qanuni qüvvəsi dedikdə:
1)
məhkəmə aktmın qanuni qüvvəyə minməsi üçün qanunda nəzərdə tutulmuş müddətin
tamam olması;
2)
həmin aktın hər hansı dövlət və ya inzibati orqan tərəfindən ləğv edilməsi və ya
dəyişdirilməsi imkanının aradan qalxması;
3)
inzibati orqanlar və ya vəzifəli şəxslərin qanuni qüvvəyə minmiş məhkəmə aktma
zidd olan qərarlar qəbul etməsinin yolverilməzliyi;
4)
təqsirsizlik fərziyyəsinin aradan qaldırılması;
5)
həmin mübahisə üzrə başqa işə baxılmasının yolverilməzliyi və s. anlaşılmalıdır.
Məhkəmə aktlarmın icra olunması qaydaları və formaları ayrıca qanunda nəzərdə
tutulur.
3.
Azərbaycan Respublİkasmm Cinayət Məcəlləsinin 3ü6-cı maddəsinə uyğun olaraq
qanuni qüvvəyə minmiş məhkəmə aktlarmı qərəzli olaraq icra etməmə və ya həmin aktların
icrasma maneçilik törətmə cinayət məsuliyyəti yaradır. Həmin əməlləri vəzifəli şəxs
törətdikdə, məsuliyyətin həddi də artırılır. Həmçinin işdə iştirak edən şəxsləri təhqir etməklə
məhkəməyə hörmətsizlik etmə və ya məhkəmə tərkibinə hörmətsizlik etmək də ictimai
təhlükəli və cəzalandırılmalı əməllər sırasma aid edilmişdir (CM, 289-cu maddə).
4.
Məhkəmədə baxılan mübahisə ilə bağlı marağı olan şəxslərin prosesə cəlb
edilməməsi məhkəmə aktının onlara münasibətdə məcburiIiyini aradan qaldırmasa da, həmin
şəxslər öz hüquqlarmı və qanunla qorunan mənafelərini müdafiə etmək
19
üçün ümumi əsaslarla məhkəməyə müraciət edə bilərlər.
5.
Xarici dövlətlərin, beynəlxalq məhkəmələrin və iqtisad məhkəmələrinin akt- larmm
Azərbaycan Respublikasmm ərazisində məcburiliyi və icraSi qaydası Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyalar, beynəbcalq müqavilələr və
ayn-ayn dövlətlərlə bağladığı ikitərəfli sazişlərlə müəyyən edilir. Belə ikitərəfli sazişlər
su-asına Azərbaycan Rcspublikasuim Rusiya Federasiyası, Türkiyə Respublikası, İran İslam
Respublikası, LHaayna Respublikası və s. dövlətlərlə bağladığı sazişləri aid etmək olar.
Azərbaycan Respublikası, həmçinin xarici arbitraj qətnamələrinin tanınması və icrası
haqqında 1958-ci il Nyu-York Konvensiyasını imzalayıb və bu Konvensiyaya uyğun olaraq
Azərbaycan Respublikası onu imzalamış dövlətlərin arbitraj məhkəmələrinin qərarlarını
tanımalı və öz ərazisində məcburi icraya yönəltməlidir.
Maddə 16. Beynəlxalq müqavilələrin səlahiyyətləri
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq
tərəflər, habelə işdə iştirak edən digər şəxslər, bu Məcəllədə nəzərdə tutulan hüquqi müdaft- ə
vasitələri bitərsə, insan hüquq və azadlıqlarının müdafiəsi üçün beynəlxalq məhkəmələrə
müraciət edə bilərlər.
Bu, Azərbaycanm mülki prosessual hüququ tarixində yeni normadır. Azərbaycan
Respublikasının beynəlxalq hüquq sisteminə inteqrasiya olunması, beynəbcalq təşkilatlara, o
cümlədən Avropa Şurası üzvlüyünə qəbul edilməsi bu normanın tətbiqinə real təminat yaradır.
Avropa Şurasınm qəbul etdiyi İnsan hüquqlarına dair Konvensiya əsasında təşkil edilən
İnsan hüquqlan üzrə Avropa Məhkəməsində şikayətlərin baxılmaq üçün qəbul edilməsinin
əsas şərti dövlətdaxili bütün hüquqi müdafiə vasitələrinin bitməsi nəzərdə tutulur
(Konvensiyanm 35-ci maddəsi). Bu, o deməkdir ki, şəxs yalnız bütün mümkün dövlətdaxili
hüquqi müdafiə vasitələri tükəndikdən sonra Avropa Məhkəməsinə şikayət verməyə haqlıdır.
Məhkəmə bütün daxili məhkəmə müdafiəsi vasitələri bitdikdən sonra və yalnız milli
səviyyədə qəti qərarın qəbul edildiyi tarbcdən başlayaraq altı ay ərzində işİ baxılmaq üçün
qəbul edə bilər.
Məhkəmə yalnız dövlət hakimiyyəti orqanlarının vətəndaşların Konvensiyada nəzərdə
tutulan hüquqlarının pozulmasından verilən şikayətlərə baxdığma görə, o, fiziki şəxslərin,
kommersiya və qeyri-kommersİya təşkilatlarmm və s. hərəkətlərindən verilən şikayətləri
qəbul etmir.
20