rilir.
9.2.
Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mühahhəyə işdə
iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz
tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə
məlumat verməyə borcludur ki. digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.
9.3.
Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin elməlidir. O, öz
qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi
izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün
qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
1.
MPM-in 9.1-ci maddəsində mülki prosessual hüququn əsas prinsipləri -
çəkişmə və tərəflərin hüquq bərabərliyi öz əksini tapmışdır.
Çəkişmə prinsipi mülki prosesin bütün mərhələlərində mülki prosessual hüququn
başqa prinsipləri - qanunçuluq, dispozitivlik, tərəflərin hüquq bərabərliyi prinsipləri ilə sıx
əlaqəli şəkildə özünü büruzə verir. Tərəflərin hüquq bərabərliyi çəkişmə prinsipinin əsasmı
təşkil edir.
Çəkişmə prinsipi mülki işə hərtərəfli və düzgün baxılması üçün zəruri olan faktiki və
sübutetmə materialının tamlığım təmin edir.
Mülki prosesdə sübutları tərəflər və işdə iştirak edən başqa şəxslər məhkəməyə təqdim
edirlər.
Hər bir tərəf tələb və etirazlarmm əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Çəkişmə prinsipinin mahiyyəti mülki prosessual hüququn bir su-a normalarında əks
olunmuşdur.
MPM-in 217-ci maddəsinə uyğun olaraq məhkəmə qətnaməni yalnız məhkəmə
iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi
hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsasltmdınlmalıdu-.
Tərəflərm hüquq bərabərliyi prinsipi - məhkəmədə hər iki tərəf üçün pozulmuş
subyektiv hüquqlann və qanuni mənafeyin müdafiəsi üçün bərabər imkanlarm yaradılmasıdır.
Bir tərəfə konkret prosessual hüquqlar verən qanunvericilik ona uyğun olaraq başqa
tərəfə də analoji hüquqlar verir. Məsələn, iddiaçmm iddia tələbinə qarşı cavabdehin etiraz və
ya qarşılıqlı iddia verməsi imkanı nəzərdə tutulmuşdur.
Beləliklə, mülki prosesdə tərəflərdən heç birinə başqasma münasibətdə üstün hüquq
verilməmişdir.
Tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr
daşıyırlar (MPM, 50-ci maddə).
İşdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual
hüquqlardan vicdanla istifadə etməyə borcludurlar (MPM, 47-cİ maddə).
2.
MPM-in 9.2-ci maddəsində mülki prosessual hüququn bilavasitəlik prinsipi
əks olunmuşdur. Bu prinsipə görə, işə baxan hakim iş üzrə toplanmış sübutları şəxsən tədqiq
etməyə və məhkəmə iclasmda araşdırılmış və işi yoxlanmış sübutlar əsasında həll etməyə
borcludur.
Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və
11
üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı
sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarma qulaq asmağa,
videoyazılara baxmağa və işə baxılması ilə əlaqədar başqa hərəkətləri etməyə borcludur.
Zəruri hallarda iş üzrə sübutlarm tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhətini və
şərhini dinləyir (MPM, !75-ci maddə).
İşdə iştirak edən şəxslər təqdim etdikləri dəlillər, sübutlar və hüquqi nəticələr haqqında
bir-birlərinə məlumat verməyə borcludurlar.
Hakim iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri cavabdehə göndərir və ya
təqdim edir, zəruri hallarda müəyyən edilmiş müddətdə onlara rəy və ya eti- razlarmı və bu
etirazları əsaslandıran sübutları təqdim etməyi təklif edir.
Mülki iş üzrə iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri cavabdehə iddiaçı
özü də verə bilər. Bu halda iddiaçı göndərilən sənədlərin verilməsini təsdiq edən sənədi
məhkəməyə təqdim etməlidir (MPM, 168-ci maddə).
Təqdim edilmiş dəlillər, sübutlar və hüquqi nəticələr barədə işdə iştirak edən şəxslərin
bir-birini məlumatlandırması məhkəmə müdafiəsinin daha səmərəli təşkil edilməsinə xidmət
edir,
3.
Məhkəmə prosesin bütün mərhələlərində çəkişmə prinsipini təmin etməyə borcludur.
Məhkəmə qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun olaraq qəbul etməlidir.
MPM-in 385-ci maddəsinə uyğun olaraq məhkəmə qətnaməsi apcll- yasiya qaydasında
aşağıdakı hallarda ləğv edilə bilər:
1)
məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halla- rm
aydın laşdırılmaması;
2)
birinci instansiya məhkəməsinin müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halları
sübut etməməsi;
3)
birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına
uyğun gəlməməsi.
Göründüyü kimİ, çəkişmə prinsipinin tələblərinin pozulması və ya ona əməl edilməməsi
ağn prosessual hüquqi nəticələrə səbəb olur.
Məhkəmə, qərarmı tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəlİ sürdüyü
hüquqi dəlillərlə əsaslandıra bilməz. Tərəfləri məhkəmə baxışma dəvət etmədən məhkəmənin
mülahizələri üzrə qətnamə çıxarması çəkişmə prinsipinin kobud şəkildə pozulmasıdır.
Qiyabi icraat qaydasmda işə baxılması bu bəndin tələblərinə zidd deyildir. Belə ki,
iclasın vaxtı və yeri haqqmda məhkəmənin lazımi qaydada xəbərdar etdiyi cavabdeh məhkəmə
iclasına gəlmədikdə və gəlməmənin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz
etmədikdə, işə qiyabi icraat qaydasmda baxılır.
Göstərilən şərtlər olmadıqda, qiyabi icraat qaydasmda işə baxılması mümkün deyildir və
məhkəmə çəkişmə prinsipinin tələblərinə əməl etməklə, ümumi iddia icraatı qaydasında işə
baxılmasmı davam etdirməlidir.
12