3)
horbi mohkəmələr;
4)
ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə;
5)
yerli iqtisad məhkəmələri;
6)
beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsi;
7)
Naxçıvan Muxtar Respublİkasmm Ali Məhkəməsi;
8)
apellyasiya məhkəməsi;
9)
Azərbaycan Respublİkasmm İqtisad Məhkəməsi;
10)
Azərbaycan Respublikasının Ali Məhkəməsi.
MPM-lə müəyyən olunan qaydada bir sıra işlərə münsiflər məhkəmələrində,
beynəlxalq
arbitraj məhkəmələrində baxılması ədalət mühakiməsini məhkəmənin həyata keçirməsi
prinsipinə zidd deyil. Belə ki, bu hallarda məhkəmə qətnamələri dövlətin deyil, mübahisəni
həll edən məhkəmənin admdan çıxarılır və məhkəmə qətnaməsi qarşısında qoyulan ciddi
tələblər bu məhkəmələrin aktlarma şamil olunmur.
Dövlət məhkəmələri MPM-in müəyyən etdiyi qaydalar əsasmda işlərə baxdığı halda, bu
qaydalar münsiflər məhkəmələri üçün məcburi deyil və hansı prosessual qaydada işə baxılması
tərəflərin, və ya məhkəmənin rəyindən asılıdır.
Maddə 7.
Hakimlərin müstəqilliyi
7.1.
Ədalət mühakiməsini həyata keçirərkən hakimlər müstəqildirlər.
7.2.
Hakimlər mülki işləri və iqtisadi mübahisələri kənar müdaxilə təsirindən azad
şəraitdə həll edirlər.
7.3.
Başqası tərəfindən məhkəmə icraatının bilavasitə və yaxud dolayısı ilə
məhdudlaşdırılması, qanunsuz təsir, hədə-qorxu, müdaxilə yolverilməzdir və qanunla müəyyən
olunmuş məsuliyyətə səbəb olur.
1.
Azərbaycan Respublikası Konstitusiyasmın I27-ci maddəsinə əsasən, hakimlər
müstəqildir, yalnız Konstitusiyaya və qanunlara tabedirlər.
Hakimlərin müstəqilliyi və qanuna tabeçiliyi - ədalət mühakiməsinin konstitusion
prinsipləridir. Hakimlərin əsl müstəqilliyi o halda təmin edilə bilər ki, mülki işlərə baxılarkən
maddi və prosessual hüquq normalarına dəqiq əməl edilsin. Bu İsə hakimlərin səviyyəsindən
və hüquq düşüncəsindən asılıdır.
Hüquq düşüncəsinin dolğunluğu hakimə imkan verir ki, qanunun məzmununu düzgün
dərk edib, onu doğru təfsir etsin, iş üzrə toplanmış faktiki materialları araşdırıb qanuna əsasən
qiymətləndirsin və iş üzrə qanuni və əsaslı qətnamə çıxarsm.
2.
Hakimlər mülki işləri və iqtisadi mübahisələri kənar təsirdən azad şəraitdə o halda həll
edə bilərlər ki, ölkənin siyasi və hüquq sistemi hakimlərin həqiqi müstəqilliyinə təminat versin.
Yəni ədalət mühakiməsini həyata keçirərkən heç bir dövlət, ictimai, mərkəzi və yerli
hakimiyyət orqanları hakimə konkret işə necə baxmalı olduğu haqqında göstəriş verməyə haqlı
deyildir. Hətta yuxarı məhkəmə orqanlarınm da hakimə işə necə baxmalı olduğu barədə
göstəriş vermək hüququ yoxdur.
3.
MPM-in 7.3-cü maddəsində göstərilən müddəalar bütövlükdə mülki mühakimə
icraatınm normaları ilə təmin olunur. Azərbaycan Respublikası ərazisində
heç bir
orqan və vəzifəli şəxs məhkəmə icraatını düzünə və ya dolayı yolla məhdudlaşdıra və
məhkəməyə qanunsuz təsir edə bilməz.
Bu tələblərin pozulması qətnamənin ləğv edilməsi üçün əsasdu- və onu pozan şəxslər
cinayət məsuliyyəti daşıynlar.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq ədalət mühakiməsinin
həyata keçirilməsinə mane olma məqsədilə məhkəmə fəaliyyətinə hər hansı formada müdaxilə
etmə (CM, 286-cı maddə), işin və ya uyğun materiallarm məhkəmədə baxılması ilə əlaqədar
hakimi, andlı iclasçılan, habelə onların yaxın qohumlarını öldürməklə, onlarm sağlamlığma
zərər vurmaqla, əmlakmı məhv etməklə və ya əmlakını zədəloməklə hədələmə (288-ci
maddə), məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə (289-cu
maddə) kimi əməllər ictimai təhlükəli olmaqla, cəzalandırılmalı olan əməllər sırasına aid
edilmişdir.
Madda 8. Qamın və məhkəmə qarşısında bərabərlik
8. L Mülki işlər və
iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və
məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
8.2.
Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən,
əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar
ittifaqlarına və
digər ictimai birliklərə mənsubiyyoündən. hüquqi şəxsin olduğu yerdən,
tabeçiliyindən. mülkiyyət formasından və
qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı
olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.
1.
Hammın qanun və məhkəmə qarşısmda bərabərliyi prinsipi Konstitusiyanm 25-ci
maddəsində təsbit olunub.
Hammın qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi mülki prosesin bütün
mərhələlərində, bütün icraat növlərində ardıcıl olaraq gözlənilir. Məhkəmənin bu və ya başqa
səbəblərə görə proses iştirakçılarından hansınasa üstün hüquq verməsi yolverilməzdir.
2.
Konstitusiyanın 25-ci maddəsinin II bəndinə uyğun olaraq dövlət irqindən,
milliyyətindən, dinindən, diiindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq
mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai
birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlan- nın bərabərliyinə
təminat verir. İnsan və vətəndaş hüquq və azadlıqlarmı irqi, milli, dini, cinsi, dil, mənşə, əqidə,
siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
Konstitusiyanm göstərilən müddəalarmın MPM-in 8.2-ci maddəsində nəzərdə tutulması
və konkretləşdirilməsi bu prinsipin həyata keçirilməsi üçün əsas təminatlardan biridir.
Maddə 9, Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında
həyata keçirilməsi
9.1.
Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçi-
10