Madda 10. Mahkama baxıştmn aşkarhğt
10.1.
Məhkəmələrdə işlərə aşkaritg prin.tipi əsasında baxdır.
10.2.
Dövlət, peşə, kommersiya sirrinin açılması, şəxsi və ailə həyatı sirrinin yayılması,
yetkinlik yaşına çatmayan şəxslərin marağının gözlənilməsi səbəbləri istisna olmaqla, bütün
məhkəmələrdə işlərə aşkar baxılır.
10.3.
İşlərə aşkar baxılması demokratik cəmiyyətdə əxlaq, ictimai qayda, dövlət
təhlükəsizliyi baxımından, həmçinin digər xüsusi hallarla əlaqədar ədalət mühakiməsinin
maraqlarına toxunarsa, məhkəmə baxışı və ya onun bir hissəsi qapalı keçirilə bilər.
10.4.
Məhkəmə baxışında iştirak edən şəxs övladlığa götürmə, vərəsəlik,
kommersiya, ixtira və ya vergi sirrinin, eləcə də qanunla qorunan digər sirlərlə yanaşı,
həmçinin şəxsi və ailə həyatının intim məsələlərinin qorunması məqsədi ilə məhkəmə baxışını
qapalı keçirməyi tələb edə bilər.
10.5.
Məhkəmə işə qapalı məhkəmə iclasında baxılması barədə qərardadı işdə
iştirak edən şəxsləri ilkin dinlədikdən sonra qəbul edir.
10.6.
Məhkəmə baxışının qapalı keçirilməsində işdə iştirak edən şəxslər, onların
nümayəndələri iştirak edir. Zərurət yaranarsa, onların şahidləri, ekspertlər, mütəxəssislər və
tərcüməçilər çağırılır.
10.7.
Qapalı məhkəmə baxışı mülki məhkəmə icraatının bütün qaydalarına riayət
olunmaqla aparılır.
10.8.
İşdə iştirak edən şəxs olmayan və ya şahid qismində dəvət edilməyən on altı
yaşına çatmamış şəxslər məhkəmə iclası zalına buraxılmırlar.
10.9.
İşdə iştirak edən şəxslər və açıq məhkəmə iclasında olan digər şəxslər yerlərindən
məhkəmə baxışının gedişatına dair qeydlər apara bilərlər. Məhkəmə iclasının kino və
foto
çəkilişinin, habelə videoyazısının, birbaşa radio və televiziya iransiyasiyasının aparılmasına
yalnız iş üzrə işdə iştirak edən şəxslərin rəyi nəzərə alınmaqla məhkəmənin icazəsi ilə yol
verilir.
10.10.
Şəxsi yazışma və şəxsi teleqraf məlumatları, yalnız onların ünvanlandığı
şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi
xarakterli məlumat daşıyan səs və
video yazıların tədqiqində də tətbiq olunur.
10.11.
Məhkəmə aktları bütün hallarda açıq elan edilir.
1.
Konstitusiyanın 127-ci maddəsinə uyğun olaraq bütün
məhkəmələrdə işlərə, qanunda
göstərilən hallar istisna olmaqla, açıq baxılır.
Məhkəmə baxışmm aşkarlığı prinsipi, konkret mülki iş üzrə KİV və elektron
informasiya vasitələrinin məlumat almaq və məlumat vermək hüququnu da özündə ehtiva edir.
İş mahiyyəti üzrə həll edilənədək məhkəmə öz rəyini həmin orqanlara elan etməyə haqlı
deyildir.
Məhkəmə baxışının aşkarlığı prinsipinin yalnız işdə iştirak edən şəxslər üçün deyil,
həmçinin məhkəmə iclas zalında olan və ya KİV-dən bu prosesi İzləyən şəxslər üçün də
tərbiyəvi əhəmiyyəti vardır. Bu prinsip məhkəmə ilə xalqın qarşılıqlı əlaqəsinin və
ictimaiyyətin məhkəmənin fəaliyyətinə nəzarətinin möhkəmlənməsinə xidmət etməklə, işin
düzgün həll edilməsinə əlavə təminat verir. Məhkəmənin mülki İşə kabinetdə baxması aşkarlıq
prinsipinin kobud surətdə pozulmasıdır və bu hallara yol verilməməlidir.
2.
Mülki işlərə qapalı məhkəmə İclasında baxılması hallan qanunda dəqiq müəyyən
olunmuşdur. Bunlar aşağıdakılardır:
13
1)
dövlət, peşə, kommersiya sirrinin açılmasınm qarşısının aimması;
2)
şəxsi və ailə həyatı sirrinin yayılmasının qarşısının alınması;
3)
yetkinlik yaşma çatmayan şəxslərin marağmm gözlənilməsi.
Göstərilən hallarda işə mütləq qapalı məhkəmə iclasında baxılmalıdır.
3.
MPM-in 10.3-cü maddəsində göstərilən hallarda məhkəmə iclasının bütövlükdə və ya
bir hissəsinin qapalı keçirilməsi məhkəmənin öz təşəbbüsü ilə ola bilər.
Məhkəmə iclasının bir hissəsinin qapalı keçirilməsi dedikdə, şəxsi yazışmaların qapalı
elan edilməsi, tərəflərin, şahidin, ekspertin qapalı dindirilməsi və s. anlaşılmalıdır.
4.
MPM-in 10.4-cü maddəsində sadalanan hallarda iclasın qapalı keçirilməsi məsələsini
işdə iştirak edən şəxslər qaldırır və məhkəmə tərəfindən 10.5-10.10-cu
maddələrdə göstərilən
qaydada həll edilir.
5.
Məhkəmə aktları iclasın açıq və ya qapalı keçirilməsindən asılı olmayaraq bütün
hallarda açıq elan edilir. Lakin məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində iclasın qapalı
keçirilməsinin vacibliyi əsaslandırılmalı, bunu şərtləndirilən hallar (MPM-in 10.2-10.4-cü
maddələrində nəzərdə tutulan) göstərilməlidir.
Maddə İL Məhkəmə icraatının aparıldığı dil
11.1.
Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı Azərbaycan
Respublikasının dövlət dilində - Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin
əksəriyyətinin dilində aparılır.
11.2.
İşdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərə işin bütün
materialları ilə tanış olmaq, izahat, ifadə və rəy vermək, məhkəmədə çıxış etmək, vəsatət
qaldırmaq, ana dilində şikayət etmək, həmçinin bu Məcəlləyə uyğun olaraq pulsuz tərcüməçi
xidmətindən istifadə etmək hüququ izah və təmin olunur.
11.3.
Məhkəmə sənədləri işdə iştirak edən şəxslərə məhkəmə icraatının aparıldığı dildə
verilir.
1.
Konstitusiyanm 21-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasmm dövlət
dili Azərbaycan dilidir.
MPM mülki işlər üzrə ədalət mühakiməsinin aparıldığı dili müəyyən etməklə yanaşı,
həmçinin məhkəmə icraatmm aparıldığı dilİ bilməyən şəxslərin pulsuz tərcüməçi xidmətindən
istifadə etmək hüququnu da təsbit edir. Mülki prosesdə tərcüməçinin iştirakı ilə bağlı yaranan
xərcləri dövlət ödəyir (MPM, 116-cı maddə).
Məhkəmə icraatmm müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılması- nm
tərbiyəvi əhəmiyyəti icraatm aparıldığı dilin həm işdə iştirak edən şəxslər üçün, həm də
məhkəmə iclas zalmda oturanlar üçün anlaqh olması ilə şərtlənir.
2.
Məhkəmə prosesində öz ana dilində o şəxslərin çıxış etmək hüququ vardır ki, onlar
icraatm aparıldığı dili bilməsinlər və yaxud öz fikirlərini həmin dildə sərbəst ifadə edə
bilməsinlər. Həmçinin lal-kar olan şəxslər də bu maddədə məhkəmə icraatmm aparıldığı dili
bilməyən şəxslər üçün nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər.
Mühakimə icraatmm aparıldığı dİIİ bilməyən şəxslərə ana dilində məlumat ver
14