mək, izahat, ifadə və rəy vermək, məhkəmədə çıxış etmək, vəsatət vermək, tərcüməçinin
xidmətindən istifadə etmək hüquqları istər işin baxılmaq üçün hazırlanması, istərsə də
məhkəmə baxışı mərhələsində mütləq izah edilməlidir.
Tərcüməçinin prosesə dəvət edilməsi məsələsi məhkəmə tərəfindən işin baxılmağa
hazırlanması mərhələsində həll edilməlidir.
Mülki prosesdə tərcüməçi, işin nəticəsində marağı olmayan, icraatın aparıldığı dili və
tərcümə edilən dili yaxşı bilən şəxs ola bilər. MPM-in 20-ci maddəsinə əsasən, tərcüməçi İşin
nəticəsi ilə düzünə və ya dolayı yolla maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə
şübhə doğuran kifayət qədər əsas varsa, ona etiraz edilə bilər.
3.
MPM-in 11.3-cü maddəsinə uyğun olaraq məhkəmə sənədləri işdə iştirak edən
şəxslərə məhkəmə icraatının aparıldığı dildə verir. Məhkəmə sənədləri dedikdə, işdə olan
bütün prosessual sənədlər nəzərdə tutulur. Bu sənədlərin siyahısı MPM-in 134-cü maddəsində
nəzərdə tutulmuşdur.
Məhkəmə icraatmm apanidığı dil haqqında qaydalara əməl olunmaması məhkəmə
təcrübəsində mülki prosessual hüquqların kobud şəkildə pozulması hesab edilir və MPM-in
387-ci maddəsinə uyğun olaraq qətnamənin ləğv edilməsinə səbəb olur.
Maddə 12. İşə hakim tərəfindən təkbaşına və kollegial baxdması
12. i. Mülki işlərə və iqtisadi mübahisələrə birinci instansiya məhkəmələrində hakim
tərəfindən təkbaşına baxılır.
12.2.
ApeUyasiya qaydasında işlərə sədrlik edənin və digər iki hakimin, kassasiya
qaydasında isə sədrlik edənin, iki və ya daha çox hakimin iştirakı ilə baxılır.
1.
Şərh olunan maddədə işə təkbaşma və kollegial baxılmasmın uzlaşdırılması
prinsipinin müddəalan əks olunmuşdur.
MPM-in 12.1-ci maddəsinə əsasən, mülki işlərə birinci instansiya məhkəməsi kimi
rayon (şəhər) məhkəmələrində, iqtisadi mübahisələrə isə yerli iqtisad məhkəmələrində hakim
təkbaşma baxır.
2.
MPM-in 12.2-ci maddəsinə əsasən, apellyasiya qaydasında işlərə sədrlik edənin və
başqa iki hakimin, kassasiya qaydasında isə sədrlik edənin, iki və ya daha çox hakimin iştirakı
ilə baxılır. Qeyd edilməlidir ki, kassasiya qaydasında işə sədrlik edənin və iki hakimin iştirakı,
əlavə kassasiya qaydasında isə MPM-in 422-ci maddəsinə uyğun olaraq Azərbaycan
Respublikası Ali Məhkəməsinin Plenumunda baxılır. Ona görə də, daha çox hakimin iştirakı
ilə baxılır dedikdə, işə əlavə kassasiya qaydasm- da Azərbaycan Respublikasının Ali
Məhkəməsinin Plenumunun üzvləri tərəfindən baxılıb, qərarın çıxaniması anlaşılmalıdır.
Maddə 13. Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktlar
13.1.
Məhkəmə
mübahisələri
Azərbaycan
Respublikasının
Konstitusiyasına,
referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası prezidentinin
fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra
hakimiyyəti
15
orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu
beynəlxalq müqavilələrə əsasən həll edilir.
13.2.
Məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar
edərsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul
edir.
13.3.
Azərbaycan Respublikasının qanunvericiliyi sisteminə daxil olan
normativ-hüquqi aktlarla (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul
olunmuş aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq
müqavilələr arasında ziddiyyət olduqda, beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.
13.4.
Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması
olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
13.5.
Belə normalar da olmadıqda məhkəmə öz aktında Azərbaycan Respublika.sı
hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür.
13.6.
Qüvvədə olan normativ hüquqi aktlarla hüquqlar və azadlıqlar pozulduqda, bu
Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğu ilə
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edir.
1.
Azərbaycan Respublikası ərazisində məhkəmələr mübahisələri Azərbaycan
Rcspublikasuım qanunvericilik sisteminə daxil olan aktlar əsasında baxıb həll edirlər. Bu,
mülki prosessual hüququn əsas müddəalanndan biri olan qanunçuluq prinsipinin
məzmunundan doğur. Həmin prinsipə əməl edilməsi həm maddi, həm də prosessual hüququn
normalarını dəqiq tətbiq etmək imkanı ilə şərtlənir.
Azərbaycan Respublikası Konstitusiyasmın 148-cİ maddəsinə uyğun olaraq
qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:
1)
Konstitusiya;
2)
referendumla
qəbul edilmiş aktlar;
3)
qanunlar;
4)
fərmanlar;
5)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;
6)
mərkəzi icra hakimiyyəti orqanlannın normativ aktlan;
7)
Azərbaycan Respublikasmm tərəfdar çıxdığı beynəbtalq müqavilələr.
2.
Sadalanan normativ-hüquqi aktlar arasmda ziddiyyət olduqda, məhkəmə daha yüksək
hüquqi qüvvəsi olan normativ-hüquqi aktm tələbləri əsasmda mübahisəni həll edir. Hüquqi
qüvvəsinə görə Azərbaycan Respublikasmm tərəfdar çıxdığı beynəlxalq müqavilələr
Konstitusiyadan və referendumla qəbul edilmiş aktlardan sonra üçüncü sırada durur. Ona görə
də, beynəlxalq müqavilələrlə Azərbaycan Respublikasmm qanunvericilik sisteminə daxil olan
başqa normativ-hüquqi aktlar arasmda ziddiyyət yarandıqda, həmin müqavilələrin normaları
tətbiq edilir.
3.
Yaşadığımız cəmiyyətdə mövcud olan ictimai münasibətlərin çoxşaxəliyi və məhkəmə
təcrübəsinin müxtəlifliyi ilə şərtlənən elə münasibətlər ola bilər ki, maddi hüquq normaları ilə
tənzim edilməsin. Bu bəndə əsasən, belə hallarda hüququn və ya qanunun analogiyasma yol
verilir.
Qanunun analogiyası dedikdə, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən
qanun olmadıqda, məhkəmənin oxşar münasibətləri tənzimləyən hüquq nor- malarma müraciət
eünəsi anlaşılu.
Məhkəmə həmin münasibətləri tənzim edən normaların olmaması səbəbi ilə
16