moməsi mosəlasinin i^in baxılmaq üçün hazırlamnası mərhəlosindo MPM-in 167.1.12-cİ
maddəsinə müvafiq olaraq həll etməlidir.
Bu barədə məhkəmə yazışmaların və məhkəmə tapşırığının icrasmın xeyli vaxt
apardığını almaqla işi ba.xılmaq üçün təyin etməlidir.
6.
Yuxanda göstərilən prosessual hərəkətləri Azərbaycan Respublikasının xarici ölkədə
yerləşən diplomatik və konsul nümayəndələri icra
edə bilərlərsə, bu halda məhkəmə tapşırığı
bilavasitə icra edilmək üçün onlara göndərilir (məsələn, xarici ölkə ərazisində olan
Azərbaycan Rcspublikasmın vətəndaşmdan şahid kimi İfadəsinin aimması və s.)
7.
Xarici ölkə məhkəmələri ilə Azərbaycan Rcspublikasmın məhkəmələri arasında
məhkəmə tapşırıqlarının yerinə yetirilməsi ilə əlaqədar yaranan münasibətlər Azərbaycan
Respublikasının qanunları və beynəlxalq müqavilələr itə tənzim edilir. Məhkəmə
tapşmqlarınm icrası İlə bağlı şərh edilən maddə ilə Azərbaycan Respublikasının bağladığı
beynəlxalq müqavilə arasında ziddiyyət yaranarsa, bu Məcəllənin 1-ci maddəsinin 5-ci
bəndinə uyğun olaraq beynəlxalq müqavilənin qaydalan tətbiq olunmalıdır.
Maddə 457. Xarici dÖvİəilərin orqanlan tərəfindən verilmiş sənədlərin tanmmasi
Azərbaycan Respublikasmdan kənarda Azərbaycan Respublikasının vətəndaşı və
ya
hüquqi şəxsləri, yaxud əcnəbilər barəsində verilmiş, tərtib edilmiş və
ya xarici dövlətlərin
səlahiyyətli orqanlan tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilmiş sənədlər, əgər
qanunla və
ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa
qayda nəzərdə tutulmamışdırsa, konsul orqanları tərəfindən qanuniləşdirildikdən sonra
Azərbaycan Respublikası məhkəmələri tərəfindən qəbul edilir.
1.
Xarici şəxslərin İştirak etdiyi mübahisələr üzrə Azərbaycan məhkəmələrində işə
baxılarkən xarici şəxslərə, xaricdə yaşayan Azərbaycan vətəndaşlanna və ya hüquqi şəxslərə
məxsus olan sənədlərin tələb və qəbul edilməsi məsələsi ortaya çuxa bilər. Tərəflərin
məhkəməyə təqdim etdikləri xarici sənədlər lazımi qaydada rəsmiləşdirilməlidir və ya başqa
sözlə leqallaşdırılmalıdır.
Leqallaşdırma dedikdə, diplomatın (konsulun) olduğu ölkənin qanunlarına müvafiq
olaraq sənədlərin hüquqiliyinin müəyyən edilməsi və təsdiq edilməsidir. Belə sənədlər
sırasına xarici Ölkədə qeydə alınan hüquqi şəxsin statusunun müəyyən edilməsini təsdiq edən
sənəd, malın keyfiyyət göstəricilərini təsdiq edən sənəd, kommersiya, ticarət sənədləri və s.
aid edilir. Bu sənədlər şərh edilən maddəyə uyğun olaraq konsul orqanları tərəfindən
qanuniləşdirildikdən (leqallaşdınidıqdan) sonra məhkəmələr tərəfindən qəbul edilə bilər.
Həmin sənədlərin həqiqiliyini konsulun müəyyən və təsdiq etməsi sənədə Azərbaycan
Respublikasının ərazisində hüquqi qüvvə verir, lakin məhkəmələr işə baxılan zaman
leqallaşdınlan sənədlə digər sənədləri bərabər əsaslarla araşdırmalı və qiymətləndirməlidir.
Başqa sözlə, sənədi konsulun leqallaşdırması həmin sənədə məhkəmə baxışında əlavə qüvvə
verilir.
2.
Şərh edilən maddənin məzmunundan göründüyü kimi, Azərbaycan Rcspubli- kasmın
tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda xarici
525
sənədlər leqallaşdırılmadan da məhkəmələr tərəfindən qəbul edilə bilər. Bu halda, yalnız
həmin xarici sənədin azərbaycan dilinə tərcümə edilmiş nüsxəsi də işə əlavə edilməlidir.
Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı hüquq yardımı göstərilməsi haqqında
ikitərəfli müqavilələrin əksəriyyətində xarici sənədlərin leqallaşdırılması nəzərdə tutulmayıb.
1961-ci il Haaqa Konvensiyasının üzvü olan dövlətlərin qarşılıqlı münasibətlərində
rəsmi xarici sənədlərin leqallaşdırılması nəzərdə tutulmayıb. Azərbaycan Respublikası bu
Konvensiyanın üzvü deyildir.
Madda 458. Xarici mohkamolorin qotnamohrinin tanınması va icra edilmasi
458.1.
Xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və
ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu
hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra
edilir.
458.2.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa
qayda nəzərdə tutulmamışdırsa, xarici məhkəmələrin qətnamələrinin tanınması şərtləri və
qaydası və icra edilməsi bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
458.3.
Xarici məhkəmələrin qətnamələri, qətnamənin qanuni qüvvəyə mindiyi
andan 3 il müddətində məcburi qaydada icraya yönəldilə bilər.
1.
Xarici məhkəmələrin qətnamələrinin tanınması həmin qətnamələrə Azərbaycan
Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnaməsi hüququnun verilməsidir.
Belə ki, Azərbaycan Respublikasında tanınan xarici məhkəmə qətnaməsi də təkzibedilməziik,
müstəsnalıq, icraedicilik xüsusiyyətlərinə raalİk olmaqla onun icrası bütün dövlət hakimiyyət
orqanları və vəzifəli şəxslər üçün məcburi xarakter alır.
Xarici ölkə məhkəmələrinin tanınması - onun məcburi icrasmm əsas şərtidir.
Şərh olunan maddəyə uyğun olaraq xarici məhkəmələrin qətnamələri Azərbaycan
Respublikası ərazisində aşağıdakı üç halda tanma bilər;
1)
Azərbaycan Respublikası qanunlarında nəzərdə tutulduqda;
2)
Azərbaycan Respublikasınm tərəfdar çıxdığı beynəlxalq müqavilədə göstərildikdə;
3)
qarşılıqlı anlaşma (ikitərəfli müqavilələr əsasında).
Azərbaycan Respublikası 10 iyun 1958-ci il tarixli Xarici arbitraj məhkəmələrinin
qətnamələrinin tanınması və icrası haqqında Nyu-York Konvensiyasmın, 22 yanvar 1993-cü
İl tarixli Mülki, ailə və cinayət İşləri üzrə hüquq yardımı və hüquqi münasibətlər haqqında
Minsk Konvensiyasının, 16 mart 1998-ci il tarixli MDB dövlətlərinin ərazilərində arbitraj,
təsərrüfat və iqtisad məhkəmələrinin qətnamələrinin qarşılıqlı tanınması qaydası haqqında
Moskva müqaviləsinin müddəalarını əldə rəhbər tutur.
2.
Xarici ölkə məhkəmələrinin qətnaməsinin Azərbaycan Respublikasınm ərazisində
tanınması və icra edilməsi üçün o, müəyyən zəruri şərtlərə cavab verməlidir. 1993-cü il Minsk
Konvensiyasmm və Azərbaycan Respublikasınm digər dövlətlərlə
526