Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə45/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   41   42   43   44   45   46   47   48   ...   267

rın  hüquq  və  mənafelərini  məhkəmədə  müdafiə  etmək  üçün  həmkarlar  ittifaqmın  ayırdığı 

şəxslər,  birgə  iştirakçıların  tapşırığı  ilə  birgə  iştirakçılardan  biri  və  ya  bir  neçəsi,  MPM-in 

72-ci maddəsində göstərilən şəxslər və s. çıxış edir. 

Baxmayaraq ki, qanunda bəzi istisnalar nəzərə alınmaqla bütün şəxslərin məhkəmədə 

işin aparıİmasmda nümayəndə kimi İştirak etməsinə məhdudiyyət qoyulmur, təcrübədə hüquq 

sahəsində  zəruri  biliyi  olan  şəxslərə  üstünlük  verilir.  Pullu  hüquqi  xidmətlə  məşğul  olan 

hüquqşünasların  rolu  artdığından,  həmin  sahənin  işçiləri  nümayəndə  qismində  işlərin 

baxılmasına daha çox cəlb edilirlər. 

2.

 

Nümayəndələr işdə iştirak  edən  şəxs  kimi  MPM-in  47-ci  maddəsi  ilə  ona  verilmiş 



prosessual hüquqlardan vicdanla istifadə etməlidir. 

Qanuni  nümayəndələr  məhkəmədə  işləri  özləri  və  ya  nümayəndələri  vasitəsilə  apara 

bilərlər. 

Madda 71. Mohkomadə ttümayondo ola hilmoyon şoxslar 

71.  L  Tam fəaliyyət  qabiliyyəti  olmayan, yaxud  qəyyumluq və ya  himayəçilik  altında 

olan şəxslər məhkəmədə nümayəndə ola bilməzlər. 

71.2.

 

Hakimlər,  müstəntiqlər,  prokurorlar,  Azərbaycan  Respublikası  Milli 

Məclisinin  və  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  deputatları,  onların  prosesdə 

müvafiq orqanın səlahiyyətli təmsilçiləri və ya qanuni nümayəndələr kimi iştirak etdiyi hallar 

istisna edilməklə, məhkəmədə nümayəndə ola bilməzlər. 

71.3.

 

Şəxs, mənafeyi təmsil edilənin mənafeyinə zidd olan şəxslərə həmin iş üzrə hüquqi 

yardım göstərirsə və ya əvvəllər belə yardım göstərmişsə, yaxud hakim, prokuror, ekspert, 

mütəxəssis,  tərcüməçi,  şahid,  hal  şahidi  və  ya  məhkəmə  iclasının  katibi  qismində  iştirak 

etmişsə, eləcə də o, işə baxılmasında iştirak edən vəzifəli şəxslə qohumdursa, nümayəndə ola 

bilməz.. 

71.4.

 

71.5.  Bu  bəndlər  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  25 

mart 2003-cä il tarixli qərarı ilə qüvvədən düşmüşdür. 

1.  Yetkinlik  yaşına,  yəni  18  yaşına  çatmayanların  prosessual  fəaliyyət  qabiliyyəti 

olmadığına,  zəruri  həyat  təcrübəsi  və  hüquqi  biliyi  az  olduğuna  görə  qanunvericilik  haqlı 

olaraq  həmin  şəxslərin  məhkəmədə  işlərin  aparılmasında  iştirakını  istisna  edir.  Həmin 

şəxslərin  hüquq  və  qanuni  mənafeyini  məhkəmədə  onların  qəyyumları  və  hi-  mayəçiləri 

müdafiə  edirlər.  Bununla  belə,  MM-in  28.4,  28.6-cı  maddələrində  göstərilən  hallarda  18 

yaşma çatmayanlar tam fəaliyyət qabiliyyətli olur və onlar məhkəmədə işlərin baxılmasında 

nümayəndə qismində iştirak edə bilirlər. 

MM-in  28.8,  32.1-ci  maddələrinə  əsasən,  ağıl  zəifliyi  və  ruhi  xəstəlik  nəticəsində 

məhkəmənin  fəaliyyət  qabiliyyəti  olmayan  hesab  etdiyi,  spirtli  içkilərdən  və  narkotik 

maddələrdən  istifadə edilməsi nəticəsində fəaliyyət qabiliyyəti  məhdudlaşdırılan şəxslər də 

məhkəmədə işin aparılmasında nümayəndə kimİ iştirak edə bilməzlər. 

Hakimlərin,  müstəntiqlərin,  prokurorların,  Azərbaycan  Respublikası  Milli  Məclisinin 

və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarmın məhkəmə nümayəndəsi kimi 

işlərdə iştirak etməsinə məhdudiyyət qoyulması onunla izah edilir ki, hakimlər müstəqildirlər 

və ancaq qanuna tabedirlər (Konstitusiyanın 127-ci mad 

93 



dəsi,  Məhkəmələr  və  hakimlər  haqqmda  Qanunun  lOÜ-cü  maddəsi),  həmçinin  göstərilən 

şəxslər  başqa  seçkili  və  təyinatlı  vəzifələr  tuta  bilməzlər,  elmi,  pedaqoji  və  yaradıcılıq 

fəaliyyəti istisna olmaqla, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul ola 

bilməzlər.  Bununla  belə,  göstərilən  şəxslər  məhkəmədə  o  halda  nümayəndə  kimi  işin 

baxılmasmda iştirak edə bilərlər ki, onların fəaliyyət göstərdikləri orqanlar mülki işdə tərəf 

kimi çıxış etsin, həmçinin qəyyumu və himayəçisi olduğu şəxsləri təmsil etsinlər. 

2.  MPM-in  71.3-cü  maddəsində  şəxslərin  məhkəmədə  işin  aparılmasında  nümayəndə 

qismində iştirak edə bilməməsinin üç halı nəzərdə tutulub; 

1)

 

şəxs, mənafeyi təmsil edilənin mənafeyinə zidd şəxslərə həmin iş üzrə hüquq yardımı 



göstərirsə və ya əvvəllər belə yardım göstərmişsə. Məsələn, şəxs eyni zamanda həm iddiaçmın 

və həm də cavabdehin nümayəndəsi kimi məhkəmədə iştirak edə bilməz. Burada əsas meyar 

kimi nümayəndənin mənafeyini təmsil etdiyi şəxslərin mənafelərinin bir-birinə zidd olması 

götürülür. Belə olan halda birmənalı demək olar ki, nümayəndə mənafeyini müdafiə etdiyi 

şəxslərdən biri barədə qeyri-obyektiv mövqe tutmalıdır; 

2)

 



nümayəndənin əvvəllər həmin işdə hakim, prokuror, ekspert, mütəxəssis, tərcüməçi, 

şahid, hal şahidi və məhkəmə iclasının katibi qismində iştirak etməsi həmin iş barədə onda 

müəyyən fikirlərin yaranmasına səbəb olur. Belə olan halda nümayəndənin məhkəmədə təmsil 

etdiyi  şəxs  barəsində  obyektiv  mövqe  tutacağma  və  onun  hüquq  və  qanunla  qorunan 

mənafelərini qanunauyğun fonnada müdafiə  edəcəyinə şübhə yaranır. Məsələn, nümayəndə 

əvvəllər həmin iş üzrə ekspert kimi iştirak etmiş və iddiaçının ziyanına qeyri-obyektiv rəy 

vermişdir. Belə olan halda nümayəndə istər iddiaçını, istərsə də cavabdehi təmsil etdikdə onun 

həmin şəxsləri obyektiv müdafiə edəcəyinə şübhə yaranır; 

3)

 

71.3-cü  maddədə  göstərilən  işə  haxtlmasmda  iştirak  edən  vəzifəli  şəxs  dedikdə, 



ümumi hüquqi münasibətlərdən əmələ gələn işlər işlər üzrə icraatda (xüsusi iddia icraatı) və 

xüsusi  icraat  işləri  bölmələrində  göstərilən  vəzifəli  şəxslər  nəzərdə  tutulur.  Məhkəmə 

nümayəndəsi həmin vəzifəli şəxslərin qohumudursa, bu vəzifəli şəxslərin iştirakı ilə aparılan 

işlərdə nümayəndə kimi iştirak edə bilməz. 



Maddə 72. Qanuni nümayəndələr 

72.1.

 

Fəaliyyət  qabiliyyəti  olmayan,  tam  fəaliyyət  qabiliyyəti  olmayan  və  ya  məhdud 

fəaliyyət  qabiliyyətli  hesab  edilən  fiziki  şəxslərin  hüquqlarını  və  qanunla  qorunan 

mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri 

və başqa şəxslər müdafiə edirlər. 

72.2.Müəyyən edilmiş qaydada xəbərsiz ilkin düşmüş hesab edilmiş fiziki şəxsin iştirak 

etməli olduğu iş üzrə xəbərsiz itkin düşmüş şəxsin əmlakının mühafizə və idarə olunması üçün 

təyin edilmiş qəyyum həmin şəxsin nümayəndəsi qismində çıxış edir. 

72.3.

 

Ölmüş  və  ya  müəyyən  olunmuş  qaydada  ölmüş  elan  edilmiş  şəxsin 

nümayəndəsi qismində iştirak edən vərəsə, vərəsəlik heç kim tərəfindən qəbul edilməmişsə, 

miras əmlakın 

94 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə