n var.9
2.
Vətəndaşlar öz hüquqlannı şəxsən, vəkillər və nümayəndələr vasitəsilə müdafiə edə
bilərlər.
Prosesdə nümayəndə kimi iştirak edən şəxslərin hüquq təhsilinin olmasını qanun tələb
etmir.
Nümayəndənin iştirakı eyni zamanda qanuni nümayəndənin və vəkilin işdə iştirakım
istisna etmir.
Nümayəndələr (qanuni nümayəndələr) işdə həm təmsil etdikləri şəxslə yanaşı, həm də
onsuz iştirak edə bilərlər.
Vətəndaşlar və hüquqi şəxslər prosesdə bir neçə nümayəndəyə malik ola bilərlər.
Nümayəndə qismində prosesdə iştirak edə bilən şəxslərə aşağıdakılar aiddir:
-
qanuni nümayəndələr;
-
hüquqi xidmət göstərən sahibkarlar;
-
mülki prosessual fəaliyyət qabiliyyətinə malik olan digər şəxslər.
3.
Prosesin iştirakçıları kimi şərh olunan maddədə sadalanan şəxslər prosessual hüquqlara
malikdirlər və vəzifələr daşıyırlar.
Prosesin qeyd olunan iştirakçılarmm prosessual vəzifələrini yerinə yetirmələri müəyyən
tədbirlərlə təmin olunur ki, bunlara ictimai təsir tədbirləri, mülki prosessual və cinayət-hüquqi
xarakterli sanksiyalar daxildir.
Belə ki, çağırılan şahid, ekspert, mütəxəssis məhkəmə tərəfindən üzrsüz hesab edilən
səbəblərə görə məhkəmə iclasma gəlmədikdə, minimum əmək haqqının 100 mislinədək
miqdarda cərimə edilə bilərlər. Şahid üzrsüz səbəbdən ikinci dəfə gəlmədikdə, məcburi qaydada
gətirdilə bilər (MPM, 186-cı maddə).
Şahid yalan ifadə verməyə görə Cinayət Məcəlləsinin 297-ci maddəsinə və ifadə
verməkdən İmtinaya görə həmin Məcəllənin 298-ci maddəsinə görə cinayət məsuliyyəti daşıyır
(MPM, 62-ci maddə).
MPM-in 63-cü maddəsi müəyyən edir ki, ekspert qəsdən yalan rəy verməyə görə və ya
rəy verməkdən imtina etməyə görə cinayət məsuliyyəti daşıyır.
Tərcüməçinin bilə-bilə yanlış tərcümə etməsi, Cinayət Məcəlləsinin 297-ci maddəsinə
əsasən, cinayət məsuliyyətinə səbəb olur (MPM, 65-ci maddə). Tərcüməçi məhkəməyə
gəlməkdən və ya öz vəzifəsini icra etməkdən boyun qaçırdıqda, ona minimum əmək haqqmm
100 mislinədək məbləğdə cərimə tətbiq edilə bilər (MPM,
180.3-
cü maddə).
Maddə 62, Şahid
62 J, Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədilə işin hallan barədə
məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər.
62.2,
Şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və
iş üzrə ona
məlum olan məlumatları və
haları bildirməyə borcludur.
62.3.
Şahid düzgün ifadə verməyə, hakimlərin və
prosesdə iştirak edən şəxslərin
suallarına cavab verməyə borcludur.
*
* Vəkilin də nümayəndə olmasının sübuta ehtiyac olmadığını, MPM-in də dİgər
normalarda bunu bir daha təsdiq etdiyini nəzərə alsaq (məsələn, elə 73.5-ci maddədə), şərh
olunan maddədə «nümayəndələn> ifadəsinin yanında «vəkillər» ifadəsinin işlədilməsi
qanunverieilik tcxnikasındakı qüsurların «ayağına» yazılmalıdır.
85
62.4.
Şahid bilərəkdən yalan ifada verməyə və ifadə verməkdən boyun qaçumağa görə
cinayət məsuliyyəti daşıyır.
Şahid maddi-hüquqi münasibətlərin subyekti deyil və işdə iştirak edən digər şəxslərdən
fərqli olaraq, işİn nəticəsində marağı yoxdur.
Şahidin üzərinə aşağıdakı vəzifələr qoyulub;
-
məhkəmənin və ya hakimin çağırışı ilə məhkəməyə gəlmək;
-
işə aid olan hallarla bağlı ona bəlli olan bütün məiumatlan bildirmək;
-
düzgün ifadə vermək, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab
vermək;
-
məhkəmə iclası qaydalarına və hakimin sərəncamlarına riayət etmək; və s.
Şahid yalan ifadə verməyə görə Cinayət Məcəlləsinin 297-ci maddəsinə və ifadə
verməkdən imtinaya görə həmin Məcəllənin 298-ci maddəsinə görə cinayət məsuliyyəti
daşıyır.
MPM-in bu normasının tətbiqi zamanı aşağıdakılar nəzərə alınmalıdu":
1)
şahid qətnamə çıxarılanadək verdiyi ifadənin yalan olduğunu könüllü olaraq
bildirdikdə cinayət məsuliyyətindən azad olunur;
2)
şəxs özünə, arvadına (ərinə), Övladlanna, valideynlərinə və qanunvericiliklə dairəsi
müəyyən olunmuş digər yaxın qohumlarına qarşı ifadə verməyə məcbur edilərək bilə-bilə
yalan ifadə verdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməz;
3)
şəxs özü, arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən
olunmuş digər yaxın qohumlarma qarşı ifadə verməkdən imtina etdikdə
cinayət məsuliyyətinə
cəlb oluna bilməz;
4)
cinayət məsuliyyətinə cəlb olunmaq üçün müəyyən yaş həddinə çatmamış şahidə iş
üzrə ona məlum olan hər şeyi düzgün danışmaq vəzifəsi izah edilsə də, ifadə verməkdən imtina
etməyə və bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə ona xəbərdarlıq edilmir
(MPM, 194.2-ci maddə).
Maddə 63. Ekspert
63.1.
Xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi
zəruri hesab edilən və məhkəmə tərəfindən təyin edilən şəxs məhkəmədə ekspert qismində çıxış
edə bilər.
63.2.
Ekspertizanın aparılması tapşırılan şəxs məhkəmənin çağırışı üzrə gəlməyə və
qarşısına qoyulan suallar barədə obyektiv rəy verməyə borcludur. Ekspert onun üzərinə
qoyulan vəzifəni yerinə yetirmək üçün zəruri biliyə malik olmadtqda rəy verməkdən imtina
etməlidir.
63.3.
Rəy vermək zəruri olduqda, ekspert iş materialları ilə tanış olmaq, məhkəmə
iclaslarında iştirak etmək, suallar vermək, əlavə materialların təqdim edilməsini məhkəmədən
xahiş etmək hüquqlarına malikdir.
63.4.
Ekspert qəsdən yalan rəy verməyə görə və ya rəy verməkdən imtina etməyə görə
cinayət məsuliyyəti daşıyır.
Ekspert rəyi öz adından verir və rayin düzgünlüyünə görə məsuliyyət daşıyır.
Ekspertin rəy vermək üçün tanış olmalı olduğu materialların həcmi ekspertizanı
86