sına ötürülərkən sübut edilməli faktlar barədə bilgilərin itirilməsi və ya təhrif olunması qorxusu
yaranır. Belə bir ehtimalm varlığı heç də ilkin sübutlarm törəmə sübutlardan üstün olmasını
deməyə əsas vermir. Bununla belə, mülki işlər üzrə məhkəmə təcrübəsində törəmə sübutlardan
çox halda ilkin sübutların aşkar olunması, habelə onla- rm yoxlanması üçün istifadə edilir.
Sübut edilməli faktla sübut arasında bağhlığm özəlliklərinə görə sübutlar düzünə və
dolayı sübutlara bölünürlər. Düzünə sübutlar sübut edilən faktla birmənalı bağlıdır, yəni həmin
faktm varlığı barədə güvənli nəticə çıxarmağa əsas verir. Məsələn, tərəflərin imzaladıqlan
təhvil-təslim aktındakı bilgilər əşyanm verildiyini təsdiq edən düzünə sübutdur.
Sübutdan faktm varlığı barədə bir neçə fərqli nəticə çıxarmaq olarsa, belə sübut dolayı
sübutdur. Dolayı sübutlara əsasən sübut edilən faktm varlığı az və ya çox dərəcədə ehtimal
oluna bilər. Birinin başqasma pul verməsi barədə qəbz onlar arasmda alqı-satqı
münasibətlərinin olmasmı birbaşa təsdiqləmir. Bu həmin faktı ehtimal etməyə əsas verən dolayı
sübutdur. Səhvə yol verməmək üçün mülki prosesdə yalnız dolayı sübutlar əsasmda nəticə
çıxararkən aşağıdakı qayda əsas tutulmahdu:
1)
güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə dolayı sübutun olmalıdır;
2)
sübutlarm heç birinin güvənlihyi şübhə doğurmamalıdır;
3)
bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdu";
4)
bu sübutlar birlikdə dəyərləndirilməlidir;
5)
bu sübutlar birlikdə sübut olunan faktm varlığı barədə birmənalı nəticə çıxarmağa əsas
verən sistem yaratmahdu".
Mülki prosesdə dolayı sübutlardan həm ayrıca olaraq, həm də düzünə sübutlarla birlikdə,
onları gücləndirən və ya zəiflədən sübutlar kimi istifadə edilir. Düzünə sübutun güvənliliyinə
şübhə yarandıqda, faktm varlığmm təsdiqi üçün dolayı sübutdan yararlanmağa daha çox gərək
olur.
5.
Sübutetmə predmetinİn çevrələdiyi faktlar barədə bilgilərin daşıyıcıları, başqa sözlə
sübut qaynaqlan iş üçün önəmli faktlar barədə bilgisi olan (həmin faktlarm izlənməsi və s.
nəticəsində) İnsanlar və həmin faktlann hər hansı təsirinin izini saxlamış əşyalardır.
Yeni MPM-də sübutetmə predmetini yaradan hüquqi faktlar haqqmda bilgilərin
daşıyıcılarının - sübutetmə vasitələrinin dairəsi bir qədər genişləndirilib. Aşağıdakılar
sübutetmə vasitələri sayılırlar: yazılı və maddi sübutlar, ekspertlərin rəyləri, yerində müayinə
keçirilməsi, səs və video yazılan, şahidlərin ifadələri, iş iştirakçılannm izahatları.
MPM-in 76.2-ci maddəsində verilən sübutetmə vasitələri sırasma mütəxəssis rəyləri və İş
iştirakçılannm nümayəndələrinin izahatlan salınmayıb. Mütəxəssis rəyləri sübutetmə vasitəsi
sayıla bilməz. İş iştirakçılarmm nümayəndələrinin izahatları iş üçün önəmli hallar barədə
bilgilər verir. Nümayəndələr təmsil etdikləri şəxslərin bütün prosessual hüquqlarmı
gerçəkləşdirirlər. Onlar öz səlahiyyətləri çərçivəsində təmsil olunan admdan maddi-hüquqi
münasibətlərə girirlər. Məhkəmə təcrübəsində iş iştirakçılarmm nümayəndələrinin izahatlarmm
sübut qaynağı kimi qəbul edilməsinə heç bir hüquqi əngəl yoxdur. Onlarm izahatları iş
iştirakçılarmm izahatları kimi götü
101
rülür.
Mülki işin yalnız bəlli sübutetmə vasitələri (məsələn, yazılı sübutlar) ilə sübut oluna bilən
halları hər hansı başqa sübutetmə vasitələri (məsələn, şahid ifadələri) ilə təsdiq oluna bilməz.
Məsələn, MM-in 333.1-ci maddəsinə görə, əqdin sadə yazılı formasına əməl etməmək
mübahisə halında oqdi və onun şərtlərini təsdiq etmək üçün tərəflərin şahid ifadələrinə
söykənmək hüququnu əlindən alır.
6.
Məhkəmədə sübutetmə zamanı yalnız qanuni yolla əldə edilən sübutlara söykənməyə
yol verilir. Bu şərt Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 4-cü
hissəsində göstərilən «Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilən
sübutlardan istifadə oluna bilməz» müddəasına əsaslanır.
Hər hansı qanunsuz üsuldan (aldatma, hədə-qorxu gəlmə, işgəncə vermə, zorakılıq etmə,
saxtalaşdırma və s.) yararlanmaqla əldə olunan sübutlar qanunsuz sübutlar sayılırlar.
Konstitusiya ilə verilən hüquq və azadlıqlarının pozulması ilə əldə olunan sübutlar qanunsuz
sayılacaqdu.
Konstitusiyanm 46-cı maddəsinə görə, «heç kəsə işgəncə və əzab verilə bilməz, heç kəs
insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz». İşgəncə verməklə alman
sübutlar qanunsuzdur.
Konstitusiyanm 33-cü maddəsi qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı
olmadan hər hansı kənar şəxsin mənzildə yaşayanlarm iradəsi ziddinə mənzilə girməsini
qadağan edir. Mənzildə hər hansı qanunsuz axtarış nəticəsində əldə olunan sübut qanunsuz
sayılmalıdır.
Konstitusiyanın 32-ci maddəsi hər kəsə şəxsi və ailə sirrini saxlamaq hüququ verir.
Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi heyata qarışmaq qadağandır, öz razılığı
olmadan kimsənin şəxsi həyatı haqqında bilgi toplanılmasına, saxlanmasına, istifadəsinə və
yayılmasma yol verilmir. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və başqa rabitə
vasitələri ilə ötürdükləri bilgilərin gizli saxlanması hüququna dövlət təminat verir.
Bu və qanunda göstərilən başqa hüquqlann pozulması ilə əldə olunan sübutlar ke- çərli
deyillər. Onlar hüquqi nəticələr yaratmırlar. Belə sübutlar məhkəmənin qərarı- nm ə,sasına
qoyula bilməzlər.
Maddo 77.
Sübut etmə vəzifəsi
77.1.
Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları
sübut etməlidir.
77.2.
Dövlət orqanlarının, icra və
s. orqanların aktlarının etibarsız hesab edilməsi barələ
mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut et- nək
vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.
77.3.
İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə gərəkli əlavə
sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
Sübutetmə vəzifəsi mülki prosessual hüquq üçün özəl olan anlamda başa düşülür.
Hüquqda vəzifə dedikdə, qanunla yol verilən məcburetmə vasitələrinin köməyi ilə yerinə
yetirilən lazımi davranış tədbirləri düşünülür. Mülki prosessual hüquqda tə
102