Sübutetmə yükündən azad etməyə yalnız MPM-in 82-ci maddəsində göstərilən hallarda
yol verilir.
6.
Sübutetmə yükü sübutlarm verilməsi, onları istəmək barədə vəsatət verilməsi,
məhkəməyə sübutlarm yerləşdiyi yer barədə bilgi verilməsi, sübutlarm araşdırılmasında iştirak
etməklə işdə olan sübutlarla tanış olmaq yolu ilə yerinə yetirilir.
Əvvəlki MPM-dən ferqli olaraq, yenİ MPM məhkəməyə iş iştirakçılarmm vəsatətləri
olmadan öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutlarm toplanması və
verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Yeni
müUci prosessual qanunvericilikdəki bu yenilik məhkəmə icraatının Konstitusiyanın 127-ci
maddəsinin IV, VII hissələri və MPM-in 9-cu maddəsi ilə müəyyən olunmuş çəkişmə və
tərəflərin bərabərliyi əsasmda həyata keçirilməsi prinsiplərindən doğur.
Lakin qanunvericilikdəki bu dəyişikliyin mülki prosesin «formal gerçəklik» prinsipi
əsasmda keçirilməsinə gətirib çıxarmamasmdan ötrü, MPM məhkəmənin üzərinə bir sıra
vəzifələr qoyur. Məhkəmə tərəflərin tələb və etirazlarmı əsaslandıran halları, işin düzgün
həllindən ötrü önəmli olan başqa hallan, yəni sübutetmə predmetini bəlli edir, işdə olan sübutlar
əsasmda İşə baxmaq mümkün olmadıqda, tərəflərə gərəkli əlavə sübutlar verməyi etməyi təklif
cdİr. Məhkəmə işin faktiki hallarının hüquqi əhəmiyyətini dəyərləndirməli və uyğun tərəfə bu
halları isbat etmək yükünü daşımalı olduğunu anlatmahdu'. Məhkəmə iş üçün hüquqi Önəmi
olan faktlarm tam dairəsini bəlli etməlidir. Tərəflər qanunu bilməməkdən və s. səbəbdən bu
faktlara söykənmədikləri halda məhkəmə bunu tərəflərlə götür-qoy etməlidir.
Məhkəmə işdə olan sübutlarm işə baxmaq üçün yctərsİzliyi düşüncəsinə gəldiyi bütün
hallarda sübutetmə yükünü daşıyan tərəfə uyğun sübutları verməyi təklif etməli, sübutlarm
verilməməsinin və ya gec verilməsinin nəticələrini ona anlatmalıdır.
Maddə 78. Sübutlarm təqdim edilməsi və tələb olunması
78.1.
Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim
edilir.
78.2.
İşdə iştirak edən şəxsin və
İştirak etməyən şə.xsİərdən və ya orqanlardan onlarda
olan gərəkli sübutları müstəqil əldə etmək imkanı olmadıqda, o, həmin sübutları tələb etmək
barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli
olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir.
Gərəkli olan hallarda məhkəmə işdə iştirak edən sübutun əldə edilməsi üçün sənəd verə bilər.
Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud
məhkəməyə çatdırmaq üçün .sorğunu təqdim edən şəxsə verir.
78.3.
Sübut tələb olunan şəxsin həmin .sübutu təqdim etmək imkanı olmadıqda və ya onu
məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə şorunu
aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir.
78.4.
Tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzrsüz hesab edilən
səbəblərə görə yerinə yetirilmədikdə sübutlar onda olan şəxs qanunvericiliklə müəyyən
olunmuş minimum əmək haqqı məbləğinin 200 mislinədək miqdarında cərimə olunur.
78.5.Cərimənin qoyulması tələb olunan sübuta malik şəxsi həmin sübutu məhkəməyə
təqdim etmə vəzifəsindən azad etmir.
105
1.
Sübutları məhkəməyu yalnız iş iştirakçıları verirlər. Hər hansı başqa şəxsin
mohkoməyə verdiyi sübutlar yalnız o halda sübut kimİ götürülə bilər ki, iş iştirakçılarından biri
onun götürülməsini istəsin.
Sübutetmə yükünü daşıyan iş İştirakçıları qanunun yol verdiyi bütün imkanlardan
yararlanmaqla, eləcə də gərək olduqda MPM-də göstərilən qaydada məhkəmənin yardımı ilə,
bütün gərokli sübutları əldə etməli və gecikmədən birinci instansiya məhkəməsinə
verməlidirlər. İş iştirakçılarınm işin düzgün həlli üçün önəmli olan yeni sübutları apellyasiya
məhkəməsinə vermək hüquqları da var. Lakin MPM-in 371-ci maddəsinə görə, apellyasiya
instansiyası məhkəməsi tərəfin birinci instansiya məhkəməsinə verə bilmədiyi sübutları üzrlü
səbəb olmadan gecikmiş və ya apellyasiya prosesini ləngitməyə yönəlmiş və yaxud kobud
səhlənkarlığa görə verilməmiş sayarsa, onları götürməyə bilər.
Apellyasiya instansiyasında tərəflər yalnız o sübutlarm araşdınimasını, o cümlədən əlavə
şahidlərin çağırılması və dindirilməsini tələb edə bilərlər ki, birinci instansiya məhkəməsi
həmin sübutları araşdırmaqdan boyun qaçırmış olsun. Apellyasiya məhkəməsi yeni sübutun
birinci instansiya məhkəməsinə verilməsini mümkünsüz saydıqda onu götürür (MPM, 380-ci
maddə).
Qanuni qüvvəyə minmiş məhkəmə aktlarma yeni açılmış hallar üzrə baxılması üçün
əsaslardan biri məhkəmə aktı çıxarıldıqdan sonra işə baxılarkən bəlli olmayan həlledici
sübutun aşkar olunmasıdır. Məhkəmə aktlarma yeni açılmış hallar üzrə baxan Azərbaycan
Respublikası Ali Məhkəməsinin Plenumuna yalnız belə sübutlar verilə bilər.
Sübutlar məhkəmə icraatınm istənilən mərhələsində, məhkəmə qəmamə çıxarmaq üçün
müşavirə otağına gedənə qədər verilə bİlər. İddiaçmm sübut vermədiyini əsas gətirilməklə
iddia ərizəsini götürməkdən boyun qaçırmaq olmaz. Bİrİncİ instansiya məhkəməsi iş
iştirakçılannm yeni sübut vermək üçün işi sonraya saxlamaq barədə vəsatətlərini, bu, işin
baxılmasmı yubadırsa və tərəflər işə baxılana qədər həmin sü- butlan kobud səhlənkarlıqları
üzündən məhkəməyə verməyiblərsə, gecikmiş saya və belə sübutu götürməyə bİlər (MPM,
184.3-cü maddə).
2.
İş iştirakçılarmm vəsatəti əsasında məhkəmə aşağıdakı prosessual üsullardan
yararlanmaqla sübutların toplanması sahəsində işlər görə bilər; iş iştirakçılarınm vəsatəti
əsasında İş iştirakçısı olan və ya olmayan şəxslərdən onlarda olan maddi və ya yazılı sübutları
istəmək; İşə baxılmasına hazırlıq mərhələsində və ya işə baxılması mərhələsində ekspertiza
təyin etmək (MPM, 98, 99 və 102-ci maddələr); sübutları olduğu və ya saxlandığı yerdə gözdən
keçirmək və ya araşdırmaq (MPM, 79-cu maddə); məhkəmə tapşırıqları vermək (MPM, 83-cü
maddə).
3.
İş üçün önəmli sübutları özləri əldə etmək imkanlan olmadıqda, iş iştirakçıları həmin
sübutları istəyib almaq barədə məhkəməyə vəsatət verə bilərlər. Bu zaman şəxsin istədiyi
sübutun daşıdığı bilgilərin məhkəməyə verilməsi yükünün elə onun üzərinə düşüb-düşmədiyi
əhəmiyyətli deyil.
4.
Bu vəsatət yazılı və ya şifahi ola bilər. Vəsatət işin məhkəmədə baxılmağa
hazırlanması və ya məhkəmə baxışının gedişində verilə bilər. Bu vəsatət məhkəmə tap-
106