rakçılarımn izahatlarında, sübutların araşdıniması prosesində, məhkəmə çıxışlarında və s.
prosessual hərəkətlərin edilməsi zamanı iş üçün önəmli olan yeni hallar meydana çıxa bilər.
Eləcə də, məhkəmə prosesinin hər hansı mərhələsində iş iştirakçılan məhkəməyə sübutlar verə
və ya sübutlarm əldə olunması üçün prosessual addımlar atılmasmı istəyə bilərlər. Hətta
məhkəmə çıxışları zamanı və bundan sonra, iş üçün önəmli olan yeni halların aydmiaşmasmı
və ya yeni sübutları araşdırmağı gərəkli sayarsa, məhkəmə işə mahiyyəti üzrə baxılmasmı
yeniləşdirə bilər (MPM, 212-ci maddə).
Məhkəmə iş üçün önəmli olan hallarm dairəsini daim diqqət mərkəzində saxlamaqla,
proses iştirakçılarmm verməli və ya istəməli olduqları sübutların çevrəsini müəyyənləşdirərək
onlara bu hüquqlarını və vəzifələrini anlatmalı, eləcə də həmin şəxslərin verdikləri və ya
istədikləri sübutlarm işə aid olub-olmaması məsələsini həll etməlidir.
Məhkəmə qəmamənin əsaslandnıcı hissəsində bu və ya başqa sübutları rədd etmək üçün
gətirdiyi dəlilləri göstərməlidir (MPM. 220.4-cü maddə). Apellyasiya məhkəməsi apellyasiya
şikayətinin mümkünlüyünü tanıdığı zaman iş üçün önəmli olan halların dairəsini tam
aydmtaşdırmağa çalışmalıdır. Apellyasiya məhkəməsi İş iştirakçı lannın verdikləri əlavə
sübutlarm və birinci instansiya məhkəməsinin götürmədiyi və ya nəzərə almadığı sübutlarm
işə aid olub-olmadığı məsələsini həll etməlidir.
Madda 81. Sübuilarm mümkünlüyü
Qanuna va ya başqa normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə
təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
1.
Sübutun mümkünlüyünü araşdnımaq, onun MPM-in 76.2-ci maddəsində göstərilən
sübutetmə vasitələri ilə, yəni yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə. yerində gözdən
keçirməklə, səs və video yazılan ilə, şahidlərin ifadələri İlə, iş iştirakçı lannm şəxslərin
izahatları ilə əldə olunduğunu aydmiaşdırmaqdır.
İşin düzgün həlli üçün önəmli olan sübutlar bu vasitələrin hər hansı birinin və ya bir
neçəsinin köməyi ilə əldə oluna bilər. Bununla birlikdə, normativ hüquqi aktlarda hər hansı
faktm varlığı və ya yoxluğunun təsdiqi kİmİ götürülən və ya götürülməyən konkret sübutetmə
vasitəsi göstərilə bilər. Məsələn, MM-in 333.1-ci maddəsinə görə, əqdin sadə yazılı formasma
əməl etməmiş tərəflər mübahisə halında əqdi və onun şərtlərini təsdiq etmək üçün şahid
ifadəsinə söykənə bilməzlər. Göstərilən faktlar şahid ifadələrindən başqa, hər hansı digər sübut
vasitələri İlə təsdiq edilə bilər.
Eyni qayda əqdin notarial formasına uymadıqda da tətbiq olunmalıdır. Əqdin no- tarial
formasma uymamaq onun etibarsızhğma gətirib çıxara bilər. MM-in 335-ci maddəsinə görə,
tərəflərdən biri belə əqdi tamamilə və ya qismən icra etmişsə, başqa tərəf isə əqdin notarial
qaydada təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi
etibarlı saymaq ixtiyarı vardır.
2.
Şəxsin fəaliyyət qabiliyyətli olmayan sayılması işində onun ruhi xəstə olması faktı
yalnız məhkəmə psixiatriya ekspertizasmm rəyi ilə təsdiq oluna bilər (MPM, 319-cu maddə).
Uyğun ekspert rəyi olmadan məhkəmədə hər hansı başqa sübutetmə
111
vasitələrinə əsaslanmaqla şəxsin ruhi xəstə olması faktını təsdiq etmək olmaz.
Maddo 82. Sübut etmokdon azad otmaq üçün əsaslar
82. l. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta
ehtiyacı yoxdur.
82.2.
Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak
edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir.
82.3.
Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan
faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir.
82.4.
Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin
olub-olmaması və
bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan
məhkəmə və vö
hakim üçün məcburidir.
1.
İş Üzrə sübutetmə predmetinə daixl olsa da, aşağıdakılar sübut olunmadan doğru hallar
və faktlar kimi götürülürlər. Bunlar; 1) hamıya bəlli olan; 2) preyudisial, yəni məhkəmənin
qüvvəyə minmiş qətnaməsi və ya hökmü ilə müəyyən olunmuş; 3) hüquq normasma əsasən
varlığı güman olunan hallar və faktlardu.
2.
Hamıya bəlli olan hallar və faktlar - varlığı bəlli ərazidə insanların çoxunun, o sıradan
hakimlərin bildiyi hallar və faktlardır. Hamıya bəlli olan faktlar şərti olaraq üç növə bölünürlər.
Varlığı bütün dünyada (məsələn, ikinci dünya müharibəsi) və ya bir neçə ölkədə bəllİ olan
faktlar beynəlxalq önəmli, ölkə içində insanlarm çoxuna bəlli olan faktlar (məsələn, Şuşanı
ermənilərin işğalı) ölkə önəmli, varlığı hər hansı bölgədə bəlli olan faktlar (məsələn, hər hansı
çayın daşması, və ya torpaq sürüşməsinin baş verməsi və s.) isə yerli Önəmli faktlar sayılular.
Faktların hamıya bəlli olması yalnız bəlli şəxslər dairəsi, ərazi ilə deyİl, həm də zamanla
bağlıdır. Hadisənin baş verməsindən nə qədər çox vaxt keçirsə, o, hamıya məlum olma
özəlliyini daha çox itirmiş olur.
Hamıya bəlli olan faktlarm varlığı açıq-aydın bilindiyi üçün onlarm sübut olunması artıq
bir şey olardı. Faktın hamıya bəlli olması nisbi xarakter daşıdığından, bütün hallarda konkret
faktm hamıya bəlli olan sayılmasmı məhkəmə həll etməlidir.
Məhkəmə qətnamənin əsaslandıncı hissəsində faktı hamıya bəlli olan kimi götürdüyünü
və bunu nəyə əsasən etdiyini göstərməlidir. Əks halda, faktm varlığmdan xəbəri olmayan yuxan
məhkəmə instansiyası həmin faktı sübut olunmamış fakt saya bilər.
3.
82.2-ci maddəyə görə hər hansı məhkəmənin qüvvəyə minmiş qətnaməsi ilə bəlli
edilən və iş iştirakçılarma aid olan hallan başqa işə baxan məhkəmə üçün sübut olunmuş fakt
sayılır. Başqa məhkəmənin başqa iş üzrə bəlli etdiyi hallar o halda preyudisial hallar, yəni
doğruluğunu başqa məhkəmələrin əlavə sübutetmə olmadan tanımalı olduqları o hallar
sayılırlar ki:
1)
onlar məhkəmənin qüvvəyə minmiş qətnamə və ya hökmündə bəlli olunsunlar;
2)
baxılmış iş üzrə iştirakçı olmuş şəxslərə aid olsunlar.
İşin iştirakçısı olmayan şəxs barədə qətnamə və ya hökmdə
bəlliləşən hallar pre-
112