riflərin və işdə marağı olan başqa şəxslərin sübutetmə vəzifələrini yerinə yetirmələrini təmin
edən məcburedici sanksiyalar yoxdur. Həmin şəxsləri sübutetmə üzrə fəal prosessual fəaliyyətə
çəkən hərəkətverici stimul işin onlar üçün yaxşı sonluqla bitməsinə olan maraqlandır.
2.
77.1-ci maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını göstərir. Bu
ümumi qaydaya görə, iş iştirakçılan tələb və etirazlarını əsaslandırdıqları faktları isbat
etməlidirlər. Bu “dediyini sübut elə” formulasına əsaslanır. Bu normaya görə, sübutetmə
vəzifələri iddia icraatında tərəflər, xüsusi İddia icraatmda və xüsusi icraatda ərizəçi və maraqlı
şəxslər arasında uyğun olaraq bölünür.
3.
Sübutetmə vəzifəsi iş iştirakçıları arasında 77.1-ci maddədə göstərilən qaydada və
maddi hüquq normalarında göstərilən xüsusi qaydalar əsasmda bölünür. Maddi hüquq
normaları bir sıra hallarda sübutetmə fərziyyələri müəyyən edir və sübutetmə vəzifəsi ilə bağlı
ümumi qaydadan kənara çıxaraq, faktm sübut olunması və ya yalanlan- masmı həmin faktın
varlığım və ya yoxluğunu İddia edən şəxsin deyil, qarşı tərəfin üzərinə qoyur.
Mülki hüquqda sübutetmənin ümumi qaydasmı dəyişdirən çoxsaylı hallar vardır.
Məsələn, MM-in 23.1-ci maddəsinə görə, şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu
ləkələyən, şəxsi həyatmm sirrini və ya şəxsi toxunulmazlığını pozan bilgiləri yaymış şəxs
onlarm doğruluğunu İsbat etməlidir.
Bir su-a hallarda maddi hüquq normaları sübutetmə vəzifəsinin yerinə yetirilməsini tərəf
üçün xoşagələn hüquqi nəticələrin baş verməsi ilə birbaşa bağlayır. MM-in 347.7-ci maddəsinə
görə, çox önəmli yanılmanın təsiri altında bağlanan əqd keçərsiz sayıldığı halda iddiaçı
yamimanm başqa tərəfin təqsiri üzündən baş verdiyini sübuta yetirərsə, özünə dəymiş real
zərərin əvəzini qarşı tərəfdən istəyə bilər. Bunu sübut edə bilmədikdə isə, hətta yamimanm
yamlandan asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da, iddiaçı qarşı tərəfin tələbi ilə
ona dəymiş real zərərin əvəzini ödəməyə borcludur.
Ailə, əmək hüququnda da sübutetmənin ümumi qaydasım dəyişdirən fərziyyələr vardır.
Ailə Məcəlləsinin 44.2-ci maddəsinə görə, uşaq nikahda olan anadan doğulduqda, eləcə də,
nikahm pozulması və ya keçərsiz sayılması və ya ərin ölüm günündən keçən 300 gün ərzində
doğulduqda, uşağın atası ananın əri (və ya keçmiş əri) sayılır və atalıq ərlə ananın nikahı
haqqmda yazı ilə təsdiqlənir. Göstərilən halda atalıq fərziyyəsi vardır. Bundan çıxış edərək
aliment barədə iddialarda uşağm atası olmadı- ğmı sübut etmək vəzifəsi cavabdehin üzərinə
düşür.
Maddi hüquq norraalarmda geniş yayılmış iki sübutetmə fərziyyəsi var: zərər vu- ranm
təqsirliliyi fərziyyəsi; və öhdəliyi yerinə yetirməmiş və ya lazımi qaydada yerinə yetirməmiş
şəxsin təqsirliliyi fərziyyəsi.
MM-in 1097.2-ci maddəsinə görə, mülki hüquq pozuntusunu (delikti) törətmiş şəxs
zərərin onun təqsiri üzündən vurulmadığmı sübuta yetirərsə, zərərin əvəzini ödəməkdən azad
edilir.
14 yaşmadək olan yetkinlik yaşma çatmayanın (azyaşlmm) törətdiyi mülki hüquq
pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya
qəyyumu, azyaşlmm yerləşdiyi tərbiyə, müalicə müəssisəsi və ya qanuna görə
103
onun qəyyumu olan oxşar müəssisə zərərin onların təqsiri üzündən yaranmadığmı sübut
etməsələr məsuliyyət daşıyırlar (MM, 1103.1-ci və 1103.2-ci maddələr).
Göründüyü kimi, mülki hüquq
pozuntusunu törodəno qarşı iddia qaldırmış
şəxs hüquq
pozuntusunun olduğunu və onu cavabdehin törətdiyini MPM-in 77.1-ci maddəsinin müəyyən
etdiyi ümumi formula uyğun olaraq sübut etməlidir. Zərərin özünün təqsiri olmadan
vurulduğunu sübut etmək yükü isə cavabdehin üzərinə qoyulur. Bunu sübut edə bilmədikdə,
zərər vuran vurduğu zərəri ödəməlidir.
İşəgötürənin verdiyi dəyərli əşyalara görə işçinin tam maddi məsuliyyət daşıması haqda
onlar arasmda razılaşma varsa, həmin əşyalara zərər dəydikdə işçi zərərin vu- rulmasmda
özünün təqsirli olmadığını sübut etməlidir.
Eyni qayda öhdəliyin icra edilmədiyi halda da var. Borclunun öz Öhdəliyini yerinə
yetirmədiyini deyən iddiaçı öz tələbini, yəni öhdəlik bağlılığının olmasını, borclunun
razılaşdırılmış öhdəliyini yerinə yetirməməsini və s. ümumi formula əsasən özü sübut
etməlidir, öhdəlik pozulubsa borclunun bunda təqsirli olması güman olunur. Borclu öhdəliyin
yerinə yetirilməməsində öz təqsiri olmadığını sübut etmək yükü daşıyır. Pozuntunun ondan
asılı olmayan səbəbdən doğduğunu, müqaviləni bağlayarkən həmin halı göz önünə ala
biləcəyini ondan gözləməyin, eləcə də bu halm və ya onun nəticələrinin qarşısmı ala biləcəyini
və ya aradan qaldıra biləcəyini ondan gözləməyin əsassız olduğunu isbat edərsə borclu bu
pozuntuya görə məsuliyyətdən azad olunur. (MM, 448.4-cü maddə).
4.
MPM-in 77.2-ci maddəsi sübutetraə yükü ilə bağlı ümumi qaydadan fərqli olan daha
bir özəl hal göstərir. Dövlət və yerli özünüidarə və s. qurumlarının aktlarmın etibarsız
(keçərsiz) sayılması ilə bağlı işlərdə şikayət doğurmuş aktın çıxarılmasım əsaslandıran hallarm
varlığmı isbat etmək yükünü həmin aktı çıxarmış qurum daşıyır. Bununla bağlı MPM-in 287-ci
maddəsinin şərhinə də bax.
MPM-in 77.2-ci maddəsinin məzmunu MPM-in 287-ci maddəsində eynilə təkrar
olunmuşdur. Eyni müddəanm həm mülkİ proses üçün ümumi normalar müəyyən edən
«Sübutlar» fəslində, həm də xüsusi iddia icraatı ilə bağlı normalar müəyyən edən maddədə
verilməsi qanunyaratma texnikası baxımından qüsurlu olsa da, «dövlət orqanları, icra və s.
orqanlam anlayışmı MPM-in 2-ci yarımbölməsində olan anlayışdan daha geniş şərh etməyə
imkan verir. Burada dövlət orqanları, icra və s. orqanlar anlayışı Vətəndaşlarm hüquq və
azadlıqlannı pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi
haqqmda Qanunda, habelə MPM-nin 2-ci ya- rımböl məsində müəyyən olunan xüsusi iddia
icraatı qaydasmda baxılan işlərdə aktları və ya qərarları şikayətə səbəb olmuş orqanlar və
vəzifəli şəxslər kimi başa düşülməlidir. Bunlar bütün dövlət orqanları (qanunvericilik, icra və
məhkəmə orqanları), habelə müəssisə, idarə və təşkilatlar, yerli özünüidarə orqanları, ictimai
birliklər (siyasi partiyalar, həmkarlar ittifaqları, dini birliklər və s.) və s. qurumlar, eləcə də
vəzifəli şəxslərdir.
5.
Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddi- a və
etirazlarmı əsaslandırmaq üçün söykəndiyi hallarm və qanunla sübut etməli olduğu başqa
hallarm sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz.
104