Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə48/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   44   45   46   47   48   49   50   51   ...   267

7-

 

ci 



fəsil 

Sübutlar 



Maddə 76. Sübutlar 

76.1.

 

Tərəflərin  tələb  və  etirazlarım  əsaslandıran  halların  və  işi  düzgün  həll  etmək 

üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığım məhkəmə müəyyən 

edərkən  həmin  Məcəllədə  və  başqa  qanunlarda  müəyyən  olunmuş  qaydada  əldə  etdiyi 

məlumatlar sübutlar hesab olunur. 

76.2.

 

Bu  məlumatlar  yazılı  və  maddi  sübutlarla,  ekspertlərin  rəyləri  ilə,  yerində 

müayinə  keçirməklə,  səs  və  video  yazılan  ilə,  şahidlərin  ifadələri  ilə,  işdə  iştirak  edən 

şəxslərin izahatları ilə müəyyən edilir. 

76.3.

 

Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 

1.

 



İşin düzgün həlli üçün önəmli olan halların, yəni sübuletmə predmetini yaradar hüquqi 

faktların  varhğmı  və  ya  yoxluğunu  məhkəmə  sübutetmə  gedişində,  qanunda  göstərilən 

sübutetmə vasitələrinin köməyi ilə bəlliləşdirk. 

2.

 



MPM-in  76.1-ci  maddəsi  mülki  prosesdə  sübutlarm  anlayışını  və  sübutetme 

predmetini müəyyən edir. 



Sübutlar  sübutetmə  predmetinə  daxil  olan  halların  varlığım  və  ya  yoxluğunu 

aydınlaşdırmaq  üçün  məhkəmənin  qanunda  göstərilən  qaydada  əldə  etdiyi  faktik; 

məlumatlardır. Sübutların dörd ayrılmaz əlaməti vardır. Sübutlar; 

1)

 



düşünülən, güman olunan deyil, real var olan hüquqi faktlar haqqmdi məlumatlardır; 

2)

 



konkret  iş  üzrə  sübutetmə  predmetinə  daxil  olan  hallarm  varhğmı  və  ya  yoxluğunu 

təsdiq edən faktlar haqqmda məlumatlardır; 

3)

 

yalnız qanuni yolla əldə olunan məlumatlardır; 



4)

 

qanunda göstərilən sübutetmə vasitələrinin köməyi ilə əldə olunar məlumatlardır. 



Bu əlamətlərdən hər hansı birinin olmaması bilgini sübut kimi götürməyə yol vermir. 

3.

 



Sübutetmə predmeti tərəflərin istək və etirazlarını əsaslandıran hallar və işı  düzgün 

həll etmək üçün önəmli olan başqa hallardır. Tərəflərin tələb və etirazlannı əsaslandıran hallar 

iddia  icraatı  işlərində  və  xüsusi  iddia  icraatında  iddia  ərizəsinin,  xüsusi  icraat  İşlərində  isə 

ərizənin əsasmda duran hüquqi faktlardır. 

İddia icraatı işlərində sübutetmə predmeti iki mənbədən: 1) iddianın və iddiaya etirazm 

əsasmdan; və 2) konkret iş üzrə tətbiq edilməli olan maddi hüquq normasmın hipotezasından 

və dispozisiyasmdan formalaşır. 

76.1-


 

ci maddəyə görə, məhkəmə tərəflərin istək və etirazlannı əsaslandıran hallarla 

yanaşı,  işin  düzgün  həlli  üçün  önəmli  olan  başqa  hallan  da  aydmiaşdırmalıdır.  Buraya  - 

sübutedici  faktlar;  prosesin  gedişi  və  ayn-ayn  prosessual  hərəkətlərin  edilməsi  üçün  gərəkli 

olan faktlar; və ədalət mühakiməsinin tərbiyəvi və önləmə flmksi- yalanmn yerinə yetirilməsi 

üçün məhkəməyə gərək olan faktlar daxildirlər. 



Sübutedici faktlar tərəriərin miəb və etirazlarım əsaslandıran hüquqi faktların 

99 



varlığını və ya yoxluğunu aydınlaşdırmaqdan ötrü istifadə olunan köməkçi faktlardır. Məsələn, 

pulun  verilməsi  faktmın  olub-olmadığmı  axtaru'iq.  Bu  zaman  pulun  verilməsini  təsdiqləyən 

bank  köçürməsi  sənədlərinin  doğruluğunu  (bankın  səlahiyyətli  nümayəndəsi  tərəfindən 

verildiyini  və  imzalandığını,  sənəddəki  yazıların  doğruluğunu)  ay-  dmlaşdırmaq  üçün  əldə 

olunan faktlar sübutedici faktlardır. Sübutedici faktlar hüquqi faktlar kimi, sübutların köməyi 

ilə təsdiq olunurlar. Onlardan iş üçün önəmli olan hallan sübut etmək üçün istifadə olunur. 

Prosesin gedişi və ayrı-ayrı prosessual addımlarm atılmasından ötrü önəmli olan faktlar 

İddia  vermək  hüququ  (məsələn,  iddianın  məhkəmədən  kənar  həlli  proseduruna  əməl 

olunub-olunmaması), iş üzrə icraatın dayandırılması, İddianm təmin olunması üçün tədbirlərin 

görülməsi və s. ilə bağlı olan faktlardn. 

Məhkəmə  bəlli  iş  üzrə  sübutetmə  predmetini  müəyyən  edərkən  yalnız  işdə  tərəflərin 

tələblərini  və  etirazlarmı  əsaslandıran  faktlarla  bağlı  olan  sübutlan  götürür  və  nəzərə  alır. 

İddiaçmın iddiasını və ya cavabdehin etirazmı əsaslandırmaqdan ötrü söykəndikləri faktlar iş 

üçün hüquqi önəm daşımırlarsa məhkəmə onları sübutetmə pred- metinə salmaya bilər. 

Məhkəmə baxışmın gedişində tərəflərin yeni iddialar və ya etirazlar irəli sürməsi ilə bəzi 

hüquqi faktların salmması, bəzilərinin isə çıxarılması nəticəsində sübutetmə predmeti dəyişilə 

bilər. 

Məhkəmə  və  ya  iş  iştirakçıları  sübutetmə  predmetini  raaddi  hüququn  tətbiq  ediləcək 



norması  əsasında  müəyyənləşdirirlər.  Baxılan  iş  üzrə  aydmlaşdırıhnası  gərəkli  olan  hüquqi 

faktların çevrəsinin düzgün müəyyənləşməsi məhkəmənin qarşısmda duran vəzifələrin uğurla 

yerinə yetirməsi baxımından mühüm praktiki əhəmiyyət daşıyır. Əgər işin düzgün həllindən 

ötrü gərəkli hüquqi faktlar sübutetmə predmetinə salınmazsa, bu, məhkəmənin həmin işlə bağlı 

qanunsuz və əsassız qərar çıxarmasına gətirib çıxaracaq. Başqa yandan, sübutetmə predmetinə 

işlə bağlılığı olmayan faktlarm salmması prosesin lazımsız materiallarla yüklənməsinə, proses 

iştirakçılarının vaxtmm və vəsaitinin itkisinə gətirib çıxara bilər. 

4.

 



Sübutlarm praktiki önəm daşıyan təsnifatı bir neçə əlamət üzrə apanln. 

Aimma mənbəyinə görə sübutlar fərdlərdən alman sübutlara (iş iştirakçılannm izahatları, 

şahid  ifadələri,  ekspert  rəyi)  və  əşyalardan  alman  sübutlara  (yazılı,  maddi  və  s.)  bölünür. 

Fərdlərdən  alman  sübutlarm  qaynağı  insanlardır  (iş  iştirakçıları,  onların  nümayəndələri, 

şahidlər və ekspertlər). Əşya sübutlarda bilgi daşıyıcılan iş üçün önəmli hallar barədə bilgiləri 

şərti  işarələrlə  (hərflərlə,  rəqəmlərlə  və  s.),  yaxud  zahiri  əlamət  və  xassələrlə  ötürən  maddi 

obyektlərdir. 

Yaranma üsuluna görə sübutlarm iki növü var: ilkin sübutlar və törəmə sübutlar. 

İş üçün önəmli hallarm varlığı-yoxluğu barədə ilkin qaynaqdan (hadisəni gözü ilə görən 

şahidin  ifadəsindən,  yazılı  sənədin  əslindən  və  s.)  alman  bilgilər  ilkin  sübutlardır.  İlkin 

sübutlar isbat edilməli faktm birbaşa təsirindən yaranır. Bu sübutlarda faktla onu təsdiqləyən 

sübut arasmda duran aralıq qat (başqa sübut) yoxdur. 



Törəmə  sübutlar «ikinci əldən» alman sübutlardır. Onlar ilkin sübutlarm məzmununu 

əks etdirir və yalnız ilkİn sübutlar varsa onlar da var. Törəmə sübutla fakt arasında bir və ya bir 

neçə aralıq qat ota bilər. İlkin qaynaqdan aralıq qata, bir qatdan başqa 

100 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə