Maddə 60, Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının rəy vermək üçün
prosesdə iştirakı
Qanunla nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsi qətnamə çıxaranadək
onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının
vo qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə
iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak
etməyə cəlb edə bilər.
1.
Dövlət idarə və yerli özünüidarə orqanlarının işdə iştirakının digər forması iş üzrə rəy
verilməsidir. Bu halda həmin orqan başqalarınm başladığı prosesə daxil olur.
Dövlət orqanları və yerli özünüidarə orqanları iş üzrə rəy vermək üçün, aşağıda* kılar
nəzərə alınmaqla, prosesdə iştirak etməyə cəlb oluna bilərlər:
-
qanunla nəzərdə tutulmuş hallarda onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi üçün
(təbiətin
mühafizəsi, qəyyumluq və himayəçiliklə bağlı və s. mübahisələrdə);
-
vətəndaşlarm hüquqlannın, azadhqlarmın və qanunla qorunan mənafeyinin müdafiəsi
üçün zəruri olduqda (sağlamlığın, valideynlik, təhsil hüquqlarının və s. müdafiəsi üçün);
-
dövlət və ictimai mənafelərin müdafiəsi üçün zəruri olduqda (vergi, torpaq, müəlliflik
hüququ ilə bağlı və s. mübahisələrdə).
Qeyd olunan orqanlar birinci instansiya məhkəməsində, məhkəmə qətnamə çıxaranadək
rəy vermək üçün prosesə cəlb oluna bilərlər. Məhkəmə bu məsələni qərardad verməklə həll
edir.
2.
Dövlət orqanlarının və yerli özünüidarə orqanlanmn konkret növ mülki işlər üzrə
prosesə daxİl olması və prosesdə iştirakı məsələləri qanunvericilikdə tənzimlənir.
Məsələn, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:
-
26.2-ci maddəsinə əsasən, nikah yaşma çatmayan, eləcə də məhkəmə qaydasında
fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərlə bağlanan nikahm etibarsız sayılması
barədə işə baxılarkən müvafiq icra hakimiyyəti orqanı işdə iştirak etməyə cəlb olunmalıdır;
-
61.3-cü maddəsinə əsasən, uşaqlarmdan ayn yaşayan valideynlər valideynlik
hüququnun həyata keçirilməsi qaydası haqqmda razılığa gələ bilmədikdə, mübahisə onların
(onlardan birinin) tələbi əsasmda müvafiq icra hakimiyyəti orqanmın iştirakı ilə məhkəmə
tərəfindən həll edilir;
-
65.2-ci və 67.3-cü maddələrinə əsasən, müvafiq olaraq məhkəmədə valideynlik
hüquqlarmdan məhrumetmə barədə və valideynlik hüquqlannm bərpası barədə işlərə müvafiq
icra hakimiyyəti orqanımn iştirakı ilə baxılmalıdır;
-
131.2-ci maddəsinə əsasən, övladlığa götürmənin ləğv olunması barədə işə qəyyumluq
və himayə orqanınm iştirakı ilə baxılmalıdır.
Sanitariya-epidemioloji salamatlıq haqqmda Qanunun 34.7-ci maddəsinə əsasən, dövlət
sanitariya-epidemioloji xidmətinin vəzifəli şəxslərinin hüquqlanndan biri də sənaye, ictimai və
yaşayış binalanmn, komplekslərinin, kənd təsərrüfatı müəssisələri
83
nin və qurğularının, digər müəssisələrin və qurğuların qüvvədə olan sanitariya normalarına və
qaydalanna, gigiyena normativlərinə uyğun olub-olmaması barədə rəy verməkdir.
MPM-in 320-ci maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi
haqqmda işə məhkəmə qəyyumluq və himayəçilik orqanmın iştirakı ilə baxır. Şəxsin fəaliyyət
qabiliyyəti olmayan hesab edilməsi haqqmda işə məhkəmə qəyyumluq və himayəçilik
orqanınm nümayəndəsinin məcburi iştirakı ilə baxır.
3.
Dövlət və yerli özünüidarə orqam prosesdə iştiraka cəlb olunursa, rəy vermək onun
hüququ yox, vəzifəsidir. Dövlət idarə orqanlarınm rəyi yazılı sübutdur və iş üzrə sübutlarm
qiymətləndirilməsinin bütün qaydalarma müvafiq olaraq işdə olan digər sübutlarla yanaşı
qiymətləndirilir. Məhkəmənin qərarmda rəyin tam və ya qismən rədd olunması
əsaslandırılmahdır. Qanunda dövlət orqanınm işdə iştirakımn məcburi- liyi müəyyən
olunmasma baxmayaraq, məhkəmə bunu təmİn etməyibsə, bu, onun qərarmm ləğv edilməsi
üçün əsas ola bilər.
4.
Dövlət və yerli özünüidarə orqanmın rəyinin işin həllİ zamanı xüsusi biliklərdən
istifadə olunmasmm formalarından biri kimi ekspert rəyi ilə müəyyən oxşarlığı var. Onlarm
hər ikisİ sübut kimi nəzərdən keçirilir və məhkəmə tərəfindən qiymətləndirilir.
Lakin ekspertdən fərqli olaraq, rəy vermək üçün işə cəlb edilən dövlət və yerli
özünüidarə orqanmın nümayəndələri qəsdən yalan rəy verməyə görə və ya rəy verməkdən
imtina etməyə görə cinayət məsuliyyəti daşıdıqları barədə xəbərdar edilmirlər.
Ekspert rəyində elm, texnika, mədəniyyət və s. üzrə suallara cavablar öz əksini tapdığı
halda, dövlət orqanları öz rəylərində onlarm yalnız səlahiyyətinə aid edilən məsələlərə hüquqi
qiymət verirlər.
Ədalət mühakiməsinin həyata keçirilməsinə yardım edən şəxs kimi ekspertdən fərqli
olaraq, şərh olunan maddədə göstərilən dövlət və yerli özünüidarə orqanlarınm işin həllində
prosessual maraqlan olur.
Maddə 61, Prosesin digər iştirakçıları
İşdə iştirak edən şəxslərdən başqa prosesdə şahidlər, ekspertlər, mütəxəssislər,
tərcüməçilər, nümayortdəior və vəkillər iştirak edə bilərlər.
1.
Mülki prosesin şərh olunan maddədə sadalanan iştirakçıları ədalət mühakiməsinin
həyata keçirilməsinə yardım göstərən şəxslərdir. Həmin şəxslərin hamısı üçün xarakterik olan
ümumi bir cəhət var ki, onlann işdə maddi hüquqi maraqları olmur. İşin həllində prosessual
marağa gəldikdə isə, bu mənada prosesin «digər iştirakçılan- m» iki qrupa bölmək olar: birinci
qrupa daxil olanlarm - şahidlərin, ekspertlərin, mütəxəssislərin və tərcüməçilərin işin həllində
prosessual maraqları da olmadığı halda, ikinci qrupa daxil olanlarm - nümayəndələrin (o
cümlədən vəkillərin) bu cür maraqla
84