üzorlorinə qoyulmuş xidməti səlahiyyətlərin və ya vəzifələrin həyata keçirilməsi ilə bağlı
prosesdə iştirak edirlər və bu halda onlarm prosesdə iştirakı digər şəxslərin ma- raqlarmm
müdafiəsi ilə şərtlənir.
Qanunverici belə iştirakın iki formasını nəzərdə tutur:
1)
həmin şəxslərin ərizə ilə məhkəməyə müraciət etməklə mülki iş qaldırması;
2)
başqa şəxslərin başladıqları işə həmin şəxslərin və orqanlarm, onlara həvalə edilmiş
vəzifələri həyata keçirmələri məqsədilə cəlb edilməsi.
Şərh olunan maddədə dövlət orqanları ifadəsi altmda elə orqanlar nəzərdə tutulur ki,
başqa şəxslərin hüquq və mənafelərinin müdafiəsi bilavasitə onlarm səlahiyyətlərindən və
vəzifələrindən irəli gəlir. Onlarm prosesdə İştirakmm əsası kimi dövlət orqanlarmm
vəzifələrindən doğan və dövlətin həmin işlərdə mənafeyi çıxış edir.
2.
Maddənin qaydalarım tətbiq edən zaman nəzərə almaq lazımdır ki, şərh olunan
maddədə göstərilən şəxslər və orqanlar:
1)
başqa şəxslərin maraqlarının müdafiəsi məqsədilə iddia qaldırdıqdan sonra şəxs
iddiadan imtina edərsə, bu, maraqlarmm müdafiəsi məqsədilə iddia verilmiş şəxsi prosesin
davam etdirilməsini tələb etmək hüququndan məhrum etmir. Məhz bu şəxslər mübahisəli
maddi-hüquq münasibətlərinin subyektləri kimi çıxış edirlər və prosesdə məhz onların
maddi-hüquqi maraqlarından söhbət gedir;
2)
yalnız qanunda nəzərdə tutulduğu hallarda başqa şəxslərin hüquqlarınm, azadlıq
larmm və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraeiət edə
bilərlər;
3)
məhkəməyə:
-
həmin şəxslərin
xahişi ilə müraciət edirlər;
-
öz təşəbbüsləri ilə müraciət edirlər. Məsələn, fəaliyyət qabiliyyəti olmayan və yetkinlik
yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişinin olması
tələb olunmur. Buna nümunə olaraq Azərbaycan Respublikasmın Mülki Məcəlləsinin 33.2-ci
maddəsində nəzərdə tutulan halı göstərmək olar. Həmin normaya əsasən, qəyyumlar və
himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda və
ya himayəçil iyində olanlarm hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər.
Azərbaycan Respublikasmın bir sıra qanunvericilik aktlannda başqa şəxslərin maraq
larmm müdafiəsi məqsədilə hüquqi və fiziki şəxslərin məhkəməyə müraciət etmək hüququnu
müəyyənləşdirən normalar nəzərdə tutulub.
Məsələn, Azərbaycan Respublikasmm Ailə Məcəlləsinin:
-
26.1-ci maddəsinə əsasən, nikahm etibarsız sayılmasını tələb etmək hüququ olan
subyektlərin sırasma müvafiq icra hakimiyyəti orqanı da
daxil edilib;
-
65.2-ci və 68.3-cü maddələrinə əsasən, məhkəmədə valideynlik hüquqlarından
məhrumetmə barədə iş valideynlərdən (onlan əvəz edən şəxslərdən) birinin ərizəsinə, habelə
yetkinlik yaşına çatmayanlarm hüququnu müdafiə edən müvafiq icra hakimiyyəti orqanımn
iddiasma əsasən qaldırıla bilər;
-
68.5-ci maddəsinə əsasən, uşağın yaxın qohumları, yetkinlik yaşma çatmayan uşaqları
müdafiə edən orqanlar, məktəbəqədər, ümumtəhsil və başqa müəssisələr valideynlik
hüquqlarınm məhdudlaşdırılması barədə iddia qaldıra bilərlər;
81
-
72-cİ maddəsinə əsasən, uşağm sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduqda,
müvafiq icra hakimiyyəti orqanı uşağı valideynlərdən (onlardan birindən) və ya onu
qəyyumluğa (himayəyə) götürən şəxslərdən təcili olaraq almaq hüququna malikdir. Belə hallar
baş verdikdə, uşağı götürən müvafiq İcra hakimiyyəti orqanı dərhal prokurora məlumat
verməyə, uşağı müvəqqəti yerləşdirməyə borcludur. Həmin orqan uşağm aimması barədə aktm
çıxanimasmdan sonra 7 gün ərzində məhkəməyə valideynlərin valideynlik hüquqlarmdan
məhrum etmə və ya bu hüquqların məhdudlaşdırılması barədə iddia ilə müraciət edə bilər;
-
75.5-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə valideynlər arasmda saziş
olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia
verilmədikdə, müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment
tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir;
-
133-cü maddəsinə əsasən, övladlığa götürmənin ləğv olunmasmı övladlığa götürənlərin
özləri, uşağm valideynləri, övladlığa götürülən 14 yaşına çatmış uşaq və müvafiq icra
hakimiyyəti orqanı tələb edə bilər;
-
141.3-cü maddəsinə əsasən, qəyyumluqda (himayədə) olan uşağı hər hansı təşkilat, şəxs
və ya yaxm qohum qanuni əsas olmadan saxlayarsa, qəyyumun (himayəçi- nin) məhkəmə yolu
ilə uşağm qaytanimasmı tələb etmək hüququ var.
Prokurorluq haqqmda Qanunun 4-cü maddəsində göstərilir ki, prokurorluq dövlət orqanı
kimi məhkəmədə iddia qaldırır, mülki mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi
iştirak edir (MPM həmin hallarm dairəsini müəyyən edib).
İstehlakçılarm hüquqlarmm müdafiəsi haqqmda Qanunun 19-cu maddəsində göstərilir
ki, istehlakçılar üçün nəzərdə tutulan mallarm keyfiyyətinə və təhlükəsizliyinə nəzarət edən
dövlət orqanlannın səlahiyyətlərindən biri də, istehlakçıların hüquqlarının müdafiəsi üçün
müvafiq məhkəmələr qarşısında iddia qaldırmaqdır.
Bələdiyyələrin statusu haqqmda Qanunun 50-ci maddəsinə əsasən, bələdiyyənin
ərazisində yaşayan vətəndaşlar, bələdiyyələr, bələdiyyə orqanları və bələdiyyə or- qanlannın
vəzifəli şəxsləri, dövlət hakimiyyəti orqanlarmm və dövlətin vəzifəli şəxslərinin, bələdiyyələri
və bələdiyyə orqanlarmm və bələdiyyə orqanlarmm vəzifəli şəxslərinin, bələdiyyənin yaratdığı
hüquqi şəxslərin, habelə ictimai birliklərin yerli özünüidarənin hüquqlarmı pozan aktlarmm
etibarsız sayılması barədə məhkəməyə iddia verə bilərlər.
3.
Şərh olunan maddədə göstərilən şəxslər və orqanlar, barışıq sazişi bağlamaq
hüququ istisna olmaqla, iddiaçının bütün hüquqlarmdan istifadə edir və vəzifələrini
daşıyırlar.
4.
Marağmm müdafiəsi üçün məhkəmədə iş qaldırılmış şəxslər məhkəmə baxışı barədə
məlumatlandınlır, məhkəmə qərafmm qanuni qüvvəsi məhz onlara şamil edilir və dövlət idarə
orqanmm ərizədən imtinası, əgər mənafeyi üçün iş qaldmlmış şəxs işin mahiyyəti üzrə davam
etdirilməsini tələb edirsə, iş üzrə icraata xitam verilməsinə səbəb olmur.
82