tələbi ilkin iddiaçının tələbi ilə predmetinə və əsasına görə üst-üstə düşür.
Mübahisənin predmeti ilə bağlı müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbinin ilkin
iddiaçmm tələbi ilə predmetinə və əsasma görə üst-üstə düşmədiyi hallardan birini nəzərdən
keçirək: Rüstəmovun Bədəlova qarşı mənzil sahəsinin bölüşdürülməsi və ayrıca şəxsi hesabm
açılması ilə bağlı iddiası üzrə mülki işdə mübahisənin predmetinə dair müstəqil tələb irəli sürən
mənzil-istismar orqanı ilkin iddiaçının və cavabdehin mənzilə hüquqları olduğunu İnkar edir və
onlarm mənzildən çıxarıl- malarmı tələb edir.
Bu işlə bağlı ilkİn iddiaçmm iddİasmın predmeti bir neçə şəxsin birgə istifadəsində olan
mənzilin bölüşdürülməsi ilə bağlı tələbdir, İddianm əsası İsə, mənzilin kirayə müqaviləsidir ki,
həmİn sənədə görə, göstərilən şəxslərin hamısı mənzilin istifadəçiləridir. Üçüncü şəxsin -
mənzil-istismar İdarəsinin tələbinin predmeti isə, mənzil kirayə müqaviləsinə xitam verilməsi,
tələbin əsası isə, ilkin tərəflərin mübahisəli mənzildən istifadə hüquqlarmm itməsini təsdiq
edən faktlardır.
Bu halda hər iki tələb predmetinə və əsasma görə fərqlidir. Lakİn hər iki tələb eyni
mübahisə obyektinə hüquqlardan doğub.
2.
Mübahisənin predmeti ilə bağlı müstəqil tələb irəli sürən üçüncü şəxslər həmin
kateqoriya mübahisələr üçün qanunda və ya müqavilədə nəzərdə tutulmuş, iqtisad
məhkəməsində cavabdehlə mübahisənin məhkəməyə qədər həlli (pretenziya) qaydasma əməl
olunması vəzifəsi istisna olmaqla, iddiaçmm bütün hüquqlarmdan istifadə edir və onun bütün
vəzifələrini daşıyırlar. Həmin şəxslərə tərəflər üçün səciyyəvi olan hüquqlar (iddianm əsasmı
və ya predmetini dəyişmək, iddia tələbinin həcmini artırmaq və azaltmaq, iddiadan imtina
etmək, barışıq sazişi bağlamaq) da şamil edilir.
Maddo 56. Işo borpa etmək haqqında işlər üzrə üçüncü şəxslərin cəlb edilməsi
56.1.
Qanunsuz olaraq işdən çıxarılan və ya başqa işə keçirilən işçilərin işə bərpa
edilməsi haqqında işlər üzrə sərəncamı ilə işçini işdən çıxarmış və ya başqa işə keçirmiş
vəzifəli şəxsi məhkəmə cavabdehin tərəfində üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edə bilər.
56.2.
Məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun
aşkar surətdə pozulduğunu müəyyən eldikdə, çarəsizlikdən məcburi iş buraxma müddəti üçün
və ya aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar hüquqi şəxsə
vurulmuş zərəri və ya işçiyə vurulmuş mənəvi zərəri ödəmək vəzifəsini təqsirli vəzifəli şəxsin
üzərinə qoya bilər. Belə hallarda vəzifəli şəxslərdən tutulmalı olan məbləğin miqdarı əmək
qanunvericiliyi ilə müəyyən edilir.
1.
İşdən qanunsuz çıxarılan və ya başqa işə keçirilən şəxslərin işə bərpası barədə işlərə
üçüncü şəxslərin cəlb olunmasınm özünəməxsusluğu ondadır ki, əvvəla, bir mülki işdə hüquqi
şəxsin iddiaçı, təqsirli vəzifəli şəxsin isə öz təşkilatı qarşısmda maddi məsuliyyəti məsələlərinə
eyni vaxtda baxılır, ikincisi isə, vəzifəli şəxsə qarşı heç kim iddia irəli sürmür. Vurulan zərərin
vəzifəli şəxsdən tutulması üçün onun üçüncü şəxs qismində prosesə cəlb edilməsi kifayətdir.
İddianı həll edərkən, məhkəmə eyni vaxtda öz təşəbbüsü ilə üçüncü şəxsin üzərinə
reqress məsuliyyət də qoyur, halbuki ümumi qaydada bunun üçün müstəqil req-
73
ress iddia verilməsi tələb olunur.**
Təşkilatın qanunsuzluğa yol vermiş vəzifəli şəxsinin prosesə cavabdehin tərəfində
üçüncü şəxs qismində cəlb olunması əvvəla, bu yolla hüquqi şəxsə qanunsuz işdən çıxarılmış
və ya başqa işə keçirilmiş işçiyə ödədiyi məbləği daha tez almaq imkanı verir, ikincisi,
çarəsizlikdən məcburi iş buraxılma üçün və ya aşağı maaşlı işin görüldüyü müddət üçün
haqqın və ya işçiyə vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar dəyən zərərin
ödənilməsinin vəzifəli şəxsin üzərinə qoyulması qanunsuz işdən çıxarma və başqa işə keçirmə
faktlarının qarşısının alınmasına, həmçinin bununla əlaqədar hüquqi şəxslərə dəyən maddi
zərərin ödənilməsinə kömək edir.
Məhkəmə iddianı təmin etdikdə, qətnamədə iddiaçınm (işçinin) cavabdehə (hüquqi
şəxsə) qarşı iddiasının ödənilməsi və işçinin qanunsuz işdən çıxarılmasında və ya başqa işə
keçirilməsində təqsirkar olan vəzifəli şəxsdən hüquqi şəxsin xeyrinə zəruri məbləğin tutulması
göstərilməlidir.
2.
Vəzifəli şəxsi işə cəlb etmək məhkəmənin vəzifəsi yox, hüququdur. İşə cəlb etmə
məhkəmənin qərardadı İlə həyata keçirilir. Həmin qərardaddan şikayət vermək olmaz.
Vəzifəli şəxs yalnız cavabdehin tərəfində üçüncü şəxs qismində prosesə cəlb oluna bilər.
Yalnız o vəzifəli şəxs prosesə üçüncü şəxs qismində cəlb oluna bilər ki, işçi həmin şəxsin
əmri və ya sərəncamı ilə qanunsuz olaraq işdən çıxarılıb və ya başqa işə keçirilib.
56.1 -ci maddənin mətnindəki vəzifəli şəxs anlayışı altında, həmçinin kommersiya və
qeyri-kommersiya (qeyri-hökumət) təşkilatlarında işəgötürən qismində çıxış edən, idarəçilik
funksiyaiarmı yerinə yetirən və işə qəbul və ya başqa işə keçirmə barədə əmr (sərəncam)
vermək səlahiyyəti olan şəxslər başa düşülür.
3.
İşçinin qanunun aşkar surətdə pozulması ilə işdən çıxarılması və ya başqa işə
keçirilməsi dedikdə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 59-cu, 68- 80-ci
maddələrinin tələblərinin yerinə yetirilməməsi nəzərdə tutulur.
Məhkəmə işçinin qanunun aşkar surətdə pozulması ilə işdən çıxarılmasmı və ya başqa işə
keçirilməsini müəyyən etdikdə, elə həmin prosesdə vəzifəli şəxsin üzərinə
Ümumiyyətlə götürdükdə, sovet müIkİ-proscssual qanunvericiliyindən miras qalan bu
norma yeni MPM-in bəyan etdiyi əsas prinsiplərə ziddir. Əgər sovet mülki-prosessual
qanunvericiliyinin əsas vəzifələri sırasına nələrin daxil edildiyini yadımıza salsaq, bunu başa
düşmək olardı: bu yolla dövlət müəssisələrinə və idarələrinə vurulan ziyanın opertiv şəkildə
ödənilməsinin təmin edilməsi nəzərdə tutulurdu. Lakin iqtisadi münasibətlərdə köklü
dəyişikliklərin baş verdiyi indiki dövrdə hakimə şərh olunan maddədə göstərilən hallarda
məsələn, hər hansı kommersiya təşkilatının bunda təqsirli olan vəzifəli şəxsini öz təşəbbüsü ilə
cavabdehin tərəfində üçüncü şəxs qismində prosesə cəlb etməklə, mübahisəni həll edərkən
eyni vaxtda onun üzərinə reqress məsuliyyət qoymaq hüququnun verilməsi, başqa sözlə, elə
həmin qətnamədə çarəsizlikdən məcburi iş buraxılma üçün və ya aşağı maaşlı işin görüldüyü
müddət üçün haqqın və ya işçiyə vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar
dəyən zərərin ödənilməsinin vəzifəli şəxsin üzərinə qoyulması anlaşılmazdır. Özü də, əgər
nəzərə alsaq ki, bu, hakimin vəzifəsi yox, hüququ kimi müəyyən olunub, hakimin hansı
meyarlardan çıxış edərək bir halda vəzifəli şəxsİ üçüncü şəxs kimi cəlb etməsi, dİgər halda isə
bu hüquqdan istifadə etməməsi qaranlıq qalır.
74