Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə32/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   28   29   30   31   32   33   34   35   ...   267

yenidən müəyyən edirlər

Banşjq  sazişini  bağlamaq  hüququ  yalnaz  mübahisəli  hüquq  münasibətlərinin 

subyektlərinə  -  iddiaçı,  cavabdeh,  mübahisə  predmeti  barəsində  müstəqil  tələb  İrəli  sürən 

üçüncü şəxslərə məxsusdur. 

4.

 

Barışıq  sazişinin  bağlanmasına,  iddiaçınm  iddiadan  imtina  etməsinə  və  cavabdehin 



İddianı  etiraf  etməsinə  həm  işin  birinci  instansiya  məhkəməsində  məhkəmə  baxışma 

hazırlanması mərhələsində (MPM, 167 və 170-ci maddələr), həm birinci, həm də apcllyasiya 

instansiyası məhkəmələrində (MPM, 370-ci maddə) yol verilir.^ 

5.

 



Məhkəmə:  1)  iddiaçınm  iddiadan  imtina,  cavabdehin  iddiam  etiraf  etməsİ  və  ya 

tərəflərin barışıq sazişi qanunvericiliyə zidd olarsa və ya 2) hər hansı bir şəxsin hüquqlarmı və 

qanunla qorunan mənafeyini pozarsa, bu baı^ə əsaslandınlnnş qərardad çıxarmaqla, iddiaçının 

iddiadan imtina, cavabdehin iddianı etiraf etməsini qəbul, tərəflərin barışıq sazişini isə təsdiq 

etməməli və işə mahiyyət üzrə baxmaqda davam etməlidir (MPM, 191.4-cü maddə). Məsələn, 

belə hallara valideynlik hüquqlarından məhrum edilmə, qanunla müəyyən olunan alİmentİn 

məbləğinin  qanunvericilikdə  müəyyən  edilən  həddən  aşağı  müəyyən  edilməsi,  əmək 

vəzifələrinin yerinə yetirilməsi zamanı İşəgötürənin təqsiri üzündən işçiyə dəymiş ziyana görə 

maddi məsuliyyətdən azad edilmə və s. şərtlərlə bağlanan banşıq sazİşİni nümunə gətirmək 

olar. 


Maddə 53, İddianın dəyişdirilməsi 

İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmeti- 

ni dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. 

1.

 



MPM-in 53-cü maddəsini tətbiq edən zaman aşağıdakı hallar nəzərə alınmalı- dn: 

1)

 



iddianm  predmetİni  iddiaçınm  cavabdehə  yönəltdiyi  konkret  tələb  təşkil  edir. 

Məsələn, borcun qaytarılması, işə bərpa, icarə haqqmın ödənilməməsi ilə əlaqədar müqaviləyə 

xitam verilməsi və s. barədə tələbləri göstərmək olar. 

2)

 



iddianm  əsasını  o  hüquqi  faktlar  təşkil  edir  ki,  iddiaçı  öz  tələblərini  əsaslandırmaq 

üçün  onlara  istinad  edir.  Məsələn,  boreveron  iddia  ərizəsində  iddianm  əsası  kimi  borc 

müqaviləsində göstərilən müddətin başa çatması, borc verilən pulun qaytarılma- ması faktmı, 

işçi  işdən  qanunsuz  azad  edilməsi  faktım,  icarəyə  verən  İcarəçi  tərəfindən  icarə  haqqmm 

ödənilməməsi faktmı və s. göstərir. 

3)

 



iddia  tələbinin  həcmi  -  iddianm  qiymətidir.  İddianm  qiyməti  MPM-in  122-ci 

maddəsinin qaydalanna əsasən müəyyən edilir. 

Şərh olunan maddənin göstərişinə görə, eyni zamanda həm iddianm predmetini 

*

 



*  MPM-in  wİddiaçımn  iddiadan  imtina  etməsi  və  tərəflərin  barışıq  sazişi»  ad!t  370-ci 

maddəsi apcllyasiya şikayəti qəbul edildikdən sonra apcllyasiya instansiyası məhkəməsində 

işə  baxılan  zaman  iddiaçının  iddiadan  imtina  etməsi  və  tərəflərin  banşıq  sazişi  bağlamaq 

hüququnu müəyyən etdiyi halda, cavabdehin iddianı etiraf cbnək hüququnu nəzərdə tutmayıb. 

Apcllyasiya instansiyası məhkəməsində işə baxılması zamanı cavabdehin iddianı etiraf etmək 

hüququnun «əlindən alınması» üçün heç bir əsas görmədiyimə görə, hesab edirəm ki, bu da 

qüsurlu  qanunvericilik  texnikasının  «ayağpna»  yazılmalı,  cavabdehin  qeyd  olunan 

instansiyada həmin hüquqlanm həyata keçirməsi təmin olunmalıdır. 

67 



və əsasını dəyişdirmək olmaz, iddianm ünsürlərindən yalnız biri dəyişdirilə bilər: MPM «və 

ya»  söz  birləşməsini  təsadüfi  işlətmir.  Bu,  həm  də  ona  görə  yolverilməzdir  ki,  iddianın 

predmeti və əsası eyni zamanda dəyişdirildikdə, bu, artıq tamamilə başqa, yeni iddia olacaq. 

İddia  tələbinin  həcminin  dəyişdirilməsini  iddianın  predmetinin  dəyişdirilməsi  ilə 

eyniləşdirmək  olmaz,  çünkİ  burada  söhbət  yalnız  iddia  tələbinin  həcminin  dəqiqləşdi- 

rilməsindən gedir. 

2.

 

İddianın  əsasının  və  ya  predmetinin  dəyişdirilməsinə,  iddia  tələbinin  həcminin 



artırılmasına və ya azaldılmasma yalnız məhkəmə qətnamə çıxarana qədər yol verilir. 

İşə qiyabi icraat qaydasında baxılarkən iddianm əsaslan və ya predmeti dəyişdirilə və ya 

iddia tələblərinin məbləği artırıla bilməz (MPM, 241.3-cü maddə). 

İddiaçı iddianm əsasmı dəyişdirmək hüququnu həm də apellyasiya instansiyasm- da işə 

baxılmasmm gedibində reallaşdıra bilər (MPM, 372.3-cü maddə). 

3.

 



İddianm əsasmm və ya predmetinin dəyişdirilməsi, iddia tələbinin həcminin artırılması 

və ya azaldılması barədə xahiş məhkəməyə yazılı ərizənin verilməsi yolu ilə həyata keçirilir. 

Bu cür ərizələrin verilməsinə görə dövlət rüsumu tutulmur. 

Məhkəmə iddiaçmm iddianm əsasını və ya predmetini dəyişdirdiyini qətnamədə qeyd 

etməlidir. 

Madda 54. Əsl olmayan tərəfin əvəz edilməsi 

54.1.

 

İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli 

olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya 

cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 

54.2.

 

İddiaçı özünün başqa şəxslə əvəz edilməsinə razı olmadıqda, həmin şəxs mübahisə 

predmeti barədə müstəqil tələb irəli sürən üçüncü kimi işə daxil ola bilər. 

54.3.

 

İddiaçı cavabdehin başqa şəxslə əvəz edilməsinə razı olmadıqda, məhkəmə bu şəxsi 

ikinci cavabdeh kimi işə cəlb edə bilər. 

54.4.

 

Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. 

1.  Mülki  işin  gedişində  müəyyən  edilə  bilər  ki,  iddia  tələb  hüququ  olmayan  şəxs 

tərəfindən verilib və ya iddia üzrə cavab verməli olmayan şəxsə ünvanlamb. Bu cür vəziyyətin 

yaranması  onunla  bağlıdır  ki,  tərəflər  prosesin  əvvəlindən  sonuna  qədər  prosessual  hüquq 

münasibətlərinin  şəksiz  subyektləri  olsalar  da,  mübahisəli  hüquq  və  vəzifələrin  və  qanunla 

qorunan mənafelərin yalnız güman edilən daşıyıcılarıdır. 

Belə uyğunsuzluq iş qaldmldıqdan sonra aşkar edildikdə, məhkəmə iddiaçmm razılığı İlə 

ilkin iddiaçını və ya eavabdehi əsl İddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 

Qanun «əsl iddiaçı» məfhumunu şəxsə tələb etmək hüququnun, başqa sözlə desək, maddi 

hüququn  məxsus  olması  ilə,  «əsl  cavabdeh»  məfhumunu  isə  onun  iddia  tələbi  üzrə  cavab 

vermək, başqa sözlə desək, iddia tələbini yerinə yetirmək vəzifəsi ilə əlaqələndirir. 



Əsl  olmayan  tərəf  dedikdə,  ilk  növbədə  elə  iddiaçılar  və  cavabdehlər  başa 

düşülməlidirlər ki, mülki prosesin gedişində məhkəmə tərəfindən tələb hüququnun on 

68 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə