Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə29/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   25   26   27   28   29   30   31   32   ...   267

vəzifələr daşıyırlar. 

1.

 



MPM-in 50-ci maddəsi işdə tərəf ola bilən iştirakçılarm dairəsini dəqiqləşdirir,  lakin 

MPM tərəflərin anlayışını vermir. 

Mülki  prosesdə  tərəflər  işdə  iştirak  edən  o  şəxslərdir  ki,  aralarmdakı  maddi-hüquqi 

mübahisə məhkəmədə baxılır və həll edilir. 

Göründüyü kimi: 

1)

 



tərəflər - işdə iştirak edən əsas şəxslərdir; 

2)

 



tərəflər - maddi hüquqlar və qanunla qorunan mənafelər barədə mübahisə edirlər və 

buna görə də, əks maddi-hüquqi maraqlara malikdirlər

3)

 

hüquq  və  qanunla  qorunan  mənafe  barədə  mübahisə  məhkəmə  baxışınm  və 



araşdırmasının predmetidir. 

50.1-


 

ci  maddə  müəyyən  edir  ki,  prosesdə  tərəflər  iddiaçı  və  cavabdeh  hesab 

edilirlər. 

İddiaçı və cavabdeh qismində aşağıdakılar iştirak edirlər: 

1)

 

fiziki şəxslər anlayışı altında Azərbaycan Respublikasınm vətəndaşları, əcnəbilər və 



vətəndaşlığı  olmayan  şəxslər  nəzərdə  tutulur.  Bu  zaman  MPM-in  maddələrinin  qaydaları 

nəzərə alınmalıdır. İddiaçmm və cavabdehin fəaliyyət qabiliyyətinin olması da zəruri şərtdir 

(MPM, 49-cu maddə); 

2)

 



hüquqi şəxslər anlayışı altmda Mülki Məcəllənin 4-cü fəslində nəzərdə tutulan hüquqi 

şəxslər  -  dövlət  qeydiyyatına  aimmış  kommersiya  və  qeyri-kommersiya  (qeyri-höl^mət) 

təşkilatları nəzərdə tutulur; 

3)

 



dövlət  orqanları  anlayışı  altında  Dövlət  qulluğu  haqqmda  Qanunun  7  və  8-ci 

maddələrində göstərilən subyektlər nəzərdə tutulur (MPM-in 46-cı maddəsinin şərhinə bax). 

4)

 

vəzifəli şəxslər anlayışı altında MPM-in 285-ci maddəsində nəzərdə tutulan hallarda 



işə cavabdeh qismində cəlb edilə bilən şəxslər nəzərdə tutulur (MPM, 285-ci maddə). 

Tərəflər  bərabər  prosessual  hüquqlardan  istifadə  edirlər.  Onların  ümumi  hüquqlarının 

həcmi işdə iştirak edən digər şəxslərin hüquq və vəzifələrinin həcmi ilə üst-üstə düşür (MPM, 

50.5-ci maddə). 

Lakin  bununla  yanaşı,  işdə  iştirak  edən  şəxslərin  hamısına  xarakterik  olan  ümumi 

hüquqlardan  əlavə,  tərəflər  MPM-in  52-ci  maddəsində  nəzərdə  tutulan  xüsusi  hüquqlara 

malikdirlər: iddiaçı iddianm predmetini və ya əsasını dəyişdirə bilər, iddia tələbinin həcmini 

artu-a və azalda, iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər. Tərəflər işi banşıq 

sazişi bağlamaqla başa vura bilərlər. 

Tərəflərin məhkəmədən işə onlarm iştirakı olmadan baxılmasmı xahiş etmək hüquqları 

var, lakin məhkəmə onlarm gəlməsini məcburi hesab edə bilər (MPM, 185-ci maddə). 

2.

 



Tərəflər prosesdə öz adlarmdan və öz hüquqlarmm müdafiəsi üçün iştirak edirlər. Bir 

qayda olaraq, məhkəmə prosesi hüquqlan pozulmuş və ya mübahisə edilən şəxsin ərizəsi ilə 

başlanır.  Lakin  məhkəmə  həmçinin  digər  şəxslərin  hüquqlarının  və  qanuni  mənafelərinin 

müdafiəsi üçün məhkəmədə iddİa qaldırmaq hüququ qanunla 

61 



nozürdo tutulan şəxslərin müraciəti əsasında mülki işə baxa bilər. 

Digər şəxslərin ərizəsi əsasında maraqları naminə iş qaldınimış şəxs məhkəmənin yeri və 

vaxtı  barədə  xəbərdar  edilir  və  o,  prosesdə  iddiaçı  qismində  iştirak  edir  (MPM,  140.1-ci 

maddə). 


Qanunda nəzərdə tutulan hallarda fiziki və hüquqi şəxslər başqasının mənafeyi naminə, o 

cümlədən təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq 

müraciəti  olduğu  hallarda  dövlət  mənafeyinin  müdafiəsi  üçün  iddia  qaldırmış  prokuror 

iddiaçılar hesab edilirlər. 

Həmin şəxslər barışıq sazişi bağlamaq hüququndan başqa, iddiaçmm bütün prosessual 

hüquqlanndan istifadə edir və vəzifələrini daşıyırlar (MPM, 59-cu maddə). 

Mənafeyi naminə iş qaldırılmış şəxs başlanmış proses barədə xəbərdar edilir; bu, həmin 

şəxsə məhkəmə baxışmm yerİ və vaxtı, hansı qisimdə məhkəməyə çağırılması barədə çağırış 

vərəqəsi verilməsi yolu ilə edilir (MPM, 140.1-ci maddə). 

Tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr 

daşıyırlar  (MPM,  50.5-ci  maddə).  Tərəflərin  hüquq  bərabərliyi  prinsipinin  pozulması 

məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır (MPM, 387-ci maddə). 

Başqa  şəxslərin  hüquq  və  mənafeyini  müdafiə  elmək  üçün  qanun  üzrə  məhkəməyə 

müraciət  edə  biləcəkləri  hallarda  prokurorun,  dövlət  orqanlarmm,  müəssisələrin,  idarələrin, 

təşkilatların,  siyasi  partiyaların,  həmkarlar  ittifaqlarmm,  ictimai  birliklərin  və  ayrı-ayn 

vətəndaşların  ərizəsi  üzrə  mənafeyi  üçün  iş  başlanmış  şəxs,  başlanmış  proses  haqqmda 

məhkəmə  tərəfindən  xəbərdar  edilir  və  hüquqlarmın  və  qanunla  qorunan  mənafeyinin 

müdafiəsi üçün ərizə vermiş şəxslə yanaşı prosesdə iddiaçı kimi iştirak edir. 

3.

 

MPM-in 50.2-ci maddəsinin göstərişinə görə, özünün mənafeyi naminə iddia qaldıran 



fiziki və hüquqi şəxslərlə yanaşı, aşağıda göstərilən şəxslər də iddiaçılar hesab edilirlər

1)

 



başqasmın mənafeyi naminə iddia qalduınış fiziki və hüquqi şəxslər

2)

 



təsisçisi  dövlət  və  ya  dövlət  idarəsi,  yaxud  təşkilatı  olan  hüquqi  şəxslərin  müvafiq 

müraciəti olduğu hallarda, dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror. 

Başqasmın mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər və prokuror başqa 

şəxslərin hüquqlannı və qanunla qorunan mənafeyinin müdafiə olunması ilə bağlı məhkəməyə 

ərizə  ilə  müraciət  etdikdə,  mülki  prosessual  qanunvericiliyə  əsasən  o,  prosesdə  iddiaçı 

qismində çıxış edir. Lakin həmin fiziki və hüquqi şəxslər, o cümlədən prokuror məhkəməyə 

ərizə ilə öz maraqlarmm müdafiəsi məqsədilə yox, başqa şəxslərin hüquqlarmm və qanunla 

qorunan mənafelərinin müdafiəsi üçün müraciət edirlər. Onlar məhkəməyə ərizə ilə müraciət 

etdikdə, maddi-hüquqi mənada deyil, prosessual-hüquqi mənada iddiaçı olurlar. 

Şərh olunan maddənin göstərişinə görə, prokuror: 1) yalnız təsisçisi dövlət və ya dövlət 

idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda və 2) dövlət 

mənafeyinin müdafiəsi üçün məhkəmədə iddia qaldıra bilər.- 

- Mülki Məcəllənin 64.6-cı maddəsinin göstərişinə görə, «dövlət orqanlan və yerli 

özünüidarə orqanları təsərrüfat ortaqlıqlannm və cəmiyyətlərinin iştirakçılar kimi çıxış edə 

bilməzləri). 

62 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə