Maddə 47, f^də iştirak edən şəxsiərin hüquq və vəzifələri
47.1.
İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual
hüquqlardan vicdanla istifadə elməyə borcludurlar.
47.2.
İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar elmək
və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim və onların tədqiqində iştirak etmək, işdə
iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və
mütəxəssislərə suallar vermək, vəsatətlər.
o cümlədən də əlavə sübutların tələb edilmətti barədə vəsatətlər vermək, məhkəməyə şifahi və
yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə
dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə
qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericiliklə verilən digər
prosessual hüquqlarından istifadə etmək hüququna malikdirlər.
47.3.İşdə iştirak edən şəxslər, mülki məhkəmə icraatı barədə qanunvericiliklə nəzərdə
tutulan, icra olunmaması nəticə yarada bilən hallarda prosessual vəzifələr daşıyırlar.
1.
İşdo iştirak cdon şəxslər prosessual qanunvericiliklə onlara verilmiş hüquqlardan
vicdanla istifadə etməlidirlər.
Prosessual hüquqlardan vicdanla istifadə etmək dedikdə, işdə iştirak edən şəxslərin
MPM-lə onlara verilmiş hüquqlardan istifadə edən zaman sui-istifadənin yolverilməzliyi
nəzərdə tutulur.
Məhkəmənin vəzifəsi yalnız həmin şəxslərə hüquqlarının, azadlıqlarının və qanunla
qorunan mənafelərinin müdafiəsində kömək etmək deyil, həmçinin həmin hüquqları vicdanla
yerinə yetirmələrinə nəzarət etməkdir. İşdə iştirak edən şəxslərin öz hüquqlarmdan vicdanla
istifadə etməmələrinin qarşısı məhkəmə tərəfindən prosessual sanksiyalann tətbiqi yolu ilə
alına bilər.
2.
MPM-in 47-ci maddəsi işdə iştirak edən ayn-ayrı şəxslər üçün səciyyəvi olan hüquqlar
müəyyən etmir, işdə iştirak edən şəxslərin hamısı üçün ümumi hüquqlar nəzərdə tutur.
Ayn-ayrı şəxslərin hüquq və vəzifələri həmin subyektlərin hüquqi vəziyyətini tənzimləyən
normalarda təsbit olunur.
MPM-in 47.2-ci maddəsi işdə iştirak edən şəxslərin aşağıdakı hüquqlarmı nəzərdə tutur:
-
işin materialları ilə tanış olmaq;
-
işin materiallanndan çıxarışlar etmək və onlarm surətlərini çıxarmaq. Materiallardan
çıxarışların həcmini işdə iştirak edən şəxslərin özləri müəyyən edirlər. Çıxarışları yalnız həmin
şəxsə aid olan materiallarla məhdudlaşdırmaq olmaz, şəxsin işdə olan bütün materiallardan
çıxarışlar etmək hüququ var. Materialların surətlərini həm əllə, həm də kserosuratini çıxarmaq
və ya fotoşəklini çəkmək yolu ilə çıxarmaq olar;
-
etirazlar vermək, işdə iştirak edən şəxslərin MPM-in 19-cu maddəsinə uyğun olaraq
hakimə (məhkəmə tərkibinə), ekspertə, mütəxəssisə, tərcüməçiyə, məhkəmə iclasının katibinə
etiraz etmək hüquqları var;
-
sübutlar təqdim etmək və onlarm tədqiqində iştirak etmək. Bura bütün növ yazılı, maddi
və s. sübutlar aiddir. Bu zaman sübutlarm aid edilməsi və mümkünlüyü barədə qaydalar
qüvvədədir;
-
işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək.
Suallar şifahi şəkildə, məhkəmənin müəyyən etdiyi qaydada və hakimin
55