Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə31/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   27   28   29   30   31   32   33   34   ...   267
    Bu səhifədəki naviqasiya:
  • Maddə

Bu halda təkcə iddialar yox, həm də məhkəmənin artıq qaldırdığı işlər birləşdirilir. 

4.

 



İştirakçıhqda birgə iddiaçılardan birinin hüququ və ya birgə cavabdehlərdən birinin 

vəzifəsi  barədə  məsələni  digər  iştirakçılann  hüquq  və  vəzifələri  barədə  məsələdən  ayrı  və 

müstəqil  həll  etmək  mümkündür.  Başqa  sözlə,  prosessual  İştirakçılıq  olmasaydı,  verilən 

iddialardan  hər  bİri  müstəqil  icraatda  baxıla  bilərdi.  Lakin  iddiaların  birləşdirilməsi  işin 

hallarının hərtərəfli araşdırılması, tərəflərin vaxtına, məhkəmə xərclərinə qənaət edilməsinə 

kömək etməklə yanaşı, eyni mübahisələr üzrə ziddiyyətli qərarların çıxanlmasmın qarşısmm 

alınması baxımından əhəmiyyətlidir. 

Bəzən elə işlərə rast gəlinir ki, bİr iddiaçının tələbi digər iddiaçınm tələbindən və ya bir 

cavabdehə qarşı tələb digər cavabdehə olan tələbdən doğur. Başqa sözlə, birgə iştirakçılardan 

birinin  hüququ  (vəzifəsi)  barədə  məsələnin  həlli  iş  üzrə  digər  iddiaçılann  (cavabdehlərin) 

hüquqlannm (vəzifələrinin) müəyyən olunmasından ası- lıdu". Məsələn, biri digərinə yaşayış 

evinə  mülkiyyət  hüququnun  tanınması  və  həmin  evdə  yaşayan  icarəçilərin  mənzildən 

çıxarılması barədə iddia verir. İcarəçilərin mənzildən çıxarma hüququ mülkiyyət hüququndan 

törəmədir. Həmin tələblərə bir prosesdə, birlikdə baxılması məqsədəuyğundur. 

Eynilə  ümumİ  mülkiyyətin  iştirakçılarmdan  biri  onun  bölüşdürülməsi  barədə  iddia 

veribsə,  işdə  birgə  cavabdehlər  qismində  digər  mülkiyyətçilərin  də  cəlb  edilməsi 

məqsədəmüvafiqdir.  Çünki  ümumi  mülkiyyətin  digər  iştirakçılan  cəlb  etmədən 

bölüşdürülməsi ilə razılaşmayan həmin şəxslərin bu cür bölgünün qanuniliyini məhkəmədə 

mübahisə etmək hüquqları var. 

Ümumi  mülkiyyət,  vərəsəlik  hüququ  və  s.  ilə  bağlı  mübahisələrdən  doğan  işlər  üzrə 

iştirakçılıq mübahisənin düzgün həlli baxımından vacibdir. 

Əgər  iddia  həmin  tələb  üzrə  cavab  verməli  olan  bütün  cavabdehlərə  verilməyib-  sə, 

məhkəmə iddiaçınm razılığı ilə digər şəxsləri bİrgə cavabdeh kimi işdə iştiraka cəlb edə bilər. 

Tələb etmək hüququ olan bütün iddiaçılar məhkəməyə iddia ilə müraciət etmədikləri halda 

İsə,  məhkəmə  qalanları  birgə  İddiaçı  kimi  işdə  iştiraka  cəlb etməyə  haqlı  deyil. Məhkəmə 

həmin  şəxsləri  icraatında  olan  iş  barədə  xəbərdar  etməlidir.  Məsələn,  yaşayış  evinin 

mülkiyyətçilərindən  biri  icarəçinin  mənzildən  çıxarılması  barədə  iddia  verib.  Digər 

mülkiyyətçilər  məhkəmə  tərəfindən  xəbərdar  edilmələrinə  baxmayaraq,  iddiaya 

qoşulmayıblar.  Həmin  şəxslər  mübahisənin  predmetinə  müstəqil  tələblər  irəli  sürməyən 

üçüncü şəxslər qismində işdə iştirak etməyə cəlb oluna bilərlər. 

5.

 

Prosesdə  tərəflərə  məxsus  olan  hüquq  və  vəzifələrdən  başqa  iştirakçılar  əlavə 



hüquqlara  da  malikdirlər.  Belə  kİ,  onlar  işin  apanimasmı  iştirakçılardan  birinə  həvalə  edə 

bilərlər.  Belə  iştirakçılığm  prosessual  vəziyyətinin  özünəməxsusluğu  ondadır  ki,  o,  iki 

funksiyanı yerinə yetirir: öz işi üzrə tərəfdir, digər iştirakçılann işi üzrə isə nümayəndə. 

Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 

52.1.

 

İddiaçı  iddiadan  imtina  edə  bilər.  İddiadan  imtina  etmə  yazılı  formada  ifadə 

edilməlidir. 

65 



52.2.

 

Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona 

qarşı verilən iddianı lam rə ya qismən etiraf etmək hüququna malikdir. 

52.3.

 

Tərə/lər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 

52.4.

 

Məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi 

üzrə barışdırmağa kömək etməlidir. 

52.5.

 

iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəflndən etiraf edilməsi və 

tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüqtıqlanm və qanunla 

qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə 

mübahisəyə mahiyyəti üzrə baxır. 

1.

 



İşdə iştirak edən şəxslər üçün nəzərdə tutulan ümumi prosessual hüquq və vəzifələrdən 

başqa,  MPM  yalnız  tərəflərə  və  mübahisə  predmeti  barəsində  müstəqil  tələblər  irəli  sürən 

üçüncü şəxslərə xas olan hüquqlar müəyyən edib. Bu hüquqlar dis- pozitivdir və bir qayda 

olaraq,  prosesin  obyektinin  üzərində  sərəncam  verilməsinə,  onun  bir  tərəfdən  digərinə 

keçməsinə yönəlib. 

İddianın  predmetinin  dəyişdirilməsi  iddiaçınm  cavabdehə  ünvanladığı  tələbin 

dəyişdirilməsi deməkdir. İddiaçının cavabdehə ünvanladığı tələblərini əsaslandırdığı konkret 

faktiki halların dəyişdirilməsi iddianın əsasının dəyişdirilməsi deməkdir. 

Bundan  başqa,  iddiadan  imtina  iddiaçmm  vacib  dispozitiv  hüququdur  və  iddiaçının 

cavabdehə  qarşı  irəli  sürdüyü  maddi-hüquqi  tələbdən  və  prosesin  davam  etdirilməsindən 

imtina etməsi deməkdir. 

Bir  neçə  iddia  tələbi  irəlİ  sürüldüyü  və  iddiadan  imtina  onlardan  yalnız  birinə 

münasibətdə baş verdikdə, məhkəmə iddiaçının , imtina etmədiyi tələblərə münasibətdə işin 

mahiyyət üzrə baxılmasını davam etdirir. 

İddiadan imtina məhkəməyə göndərilən yazılı ərizədə - həmin hərəkətin nəticəsi aydm 

surətdə şərh olunmaqla - ifadə olunmalıdır (MPM, 191.1-ci maddə). 

2.

 

Cavabdehin iddianı etiraf etməsi və iddiaçının iddiadan imtina etməsi tərəfin mühüm 



sərəncamverici hərəkətidir, lakin iddianm etiraf edilməsi iddiadan imtinadan fərqli nəticələr 

doğurur.  Əgər  birinci  halda  iş  üzrə  icraata  xitam  verilirsə,  cavabdehin iddiam  etiraf  etməsi 

onun iddiaçmm maddi-hüquqi tələbini tanımasmı bildirir, bu halda işə baxılması başa çatdırılır 

və iş üzrə qomamə qəbul edilir. Məhkəmə cavabdehin iddiam etiraf etməsini qəbul edərsə, bu, 

iddia tələblərinin ödənilməsi barədə qəma- mənin əsasma qoyulur.'* 

3.

 



Tərəflər barışıq sazişi bağlamaqda haqlıdırlar. Həmin akt məhkəmə tərəfindən təsdiq 

edildiyi halda qüvvəyə minir. Barışıq sazişi ikitərəfli əqddir  ki, tərəflər bir-birlərinə güzəştə 

getməklə, mübahisəli hüquq münasibətləri üzrə hüquq və vəzifələrini 

“ M PM-in 52.2-ci maddəsinin mətnindən belə başa düşmək olar ki, cavabdehin iddiam 

etiraf etməsİ iki üsulla reallaşdırıla bilər: 1) cavabdehin bu barədə yazılı ərizə verməsi yolu ilə 

və ya 2) bu barədə protokolda qeyd edilməklə. Normanın məzmunundan belə aydın olur ki, 

qanun  ikinci  halda  yazılı  ərizənin  verilməməsinə  yol  verir.  Halbuki  MPM-in  191.1-ci 

maddəsinin göstərişinə görə, cavabdehin iddianı etiraf etməsi məhkəməyə göndərilən  yazılı 

ərizədə - həmin hərəkətin nəticəsi aydın surətdə şərh olunmaqla - ifadə olunmalıdır. 

Göründüyü  kimi,  qanunun  eyni  məsələləri  tənzimləyən  normalan  arasında  ziddiyyət 

mövcuddur və bu cür qeyri-normal hal aradan qaldınlmalıdır. 

66 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə