Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutu



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə11/19
tarix16.11.2017
ölçüsü0,5 Mb.
#10385
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

43 

 

çünki  onlar  öz  dostları,  həmkarları,  həmfikirləri  və  s.  ilə 



söhbət  edir,  informasiya  paylaşırlar.  Uşaqlara  gəldikdə  isə, 

fərqli  vəziyyət  yaranır,  onlar  şəbəkənin  o  biri  ucunda  olan 

şəxsin  cinayətkar,  yoxsa  mədəni,  faydalı  bir  insan  olduğu 

haqda  məlumatsızdırlar. 

Uşaqları  cinayətə,  yolverilməz  vərdişlərə,  terrora  cəlb 

edən insanlar ən çox sosial şəbəkələrdə ünsiyyət qurur, onları 

dini  qurumlara,  icmalara,  müəyyən  pisniyyətli  insanların 

təsiri  altına  salan  qruplara  cəlb  edərək  uşaqların 

psixologiyasını  dəyişməyə  çalışır,  bununla  da onun 

mənəviyyatını  zəhərləyir.  Uşaqların  sosial  şəbəkələrdə 

ünsiyyət  qurduğu  insanlarla  münasibəti  valideyn  nəzarəti 

altında  olmadıqda,  zaman  keçdikcə  pis  nəticələrə  gətirib 

çıxara  bilər.  Uşaqlar  üçün  nəzərdə  tutulan  bir  neçə  məhşur 

sosial şəbəkələri və onların missiyalarını  aşağıda  qeyd  edə 

bilərik  [27].  

Grom Social  – 

Uşaqlar  üçün  yeni  və  əyləncəli  sosial 

şəbəkədir  [28]. 5-16  yaşda  olan  uşaqlar  üçün  nəzərdə 

tutulmuşdur. Burada təhsil mövzuları, cizgi filmləri, video və 

həftəlik  məqalələr  eksklüziv  oyunlarla  zəngin  və 

təhlükəsizliyi  təmin  olunmuş  mühitdir.  İnternet  asılılıq, 

sataşma  və  şiddətə  qarşı  maarifləndirmə  layihələri  nəzərdə 



44 

 

tutulub.  Sosial  məsuliyyət  və  təhlükəsizlik  divar 



mövzularında  öz  əksini  tapır.  Etik  normaya  uyğun  olmayan 

ifadələr, söyüş və yersiz mesajlaşmanın qarşısını almaq üçün 

saytda  filtr  qoyulmuşdur.  Təhsil  mövzuları,  sağlamlıq  və 

fitness,  yaradıcı  layihələr  və  təlim  fəaliyyəti  ilə  bağlı 

məqalələr  şəbəkədə  paylaşılır.  Valideynlər  uşaqların 

hesablarına  (hətta  dostu  kimi  təsdiq  etdiyi  insanlara  belə) 

baxa bilir, deməli, onların bütün fəaliyyətlərini izləyə bilirlər. 

Saytda uşağın iştirakını təsdiq etmək üçün valideynlə onlayn 

sənəd imzalanır.  

Everloop

 

– 

İdman, musiqi və zarafatlar  ətrafında silsilə 

yaradara


q, uşaqların əlaqə və maraqlarını təmin edir. Saytda 

valideyn  nəzarəti  təmin  edilir.  Uşaqlar  dostlar  əlavə  edə  və 

digər  uşaqlarla  əlaqə  yarada  bilərlər,  amma  həmişə  onların  

hesablarının  monitorinqi  valideynlərinin  ciddi  nəzarəti 

altında olur. Bu sayt yeniyetmələr üçün nəzərdə tutulub. 

Fanlala  

Sayt yeniyetmələr üçün nəzərdə tutulub [29]. 

Sosial şəbəkə kimi ən çox reklam, televiziya, kino və musiqi 

ilə  bağlı  oyunlar,  viktorinalar  və  müxtəlif  məzmunlu 

materiallar yerləşdirilir. Fanlala sosial şəbəkəsi tələb edir ki, 

13  yaşına  çatmamış  uşaqların  şəbəkəyə  qoşulması  üçün 

nizamnaməyə  uyğun  olaraq  valideynin  icazəsi  vacibdir. 



45 

 

Bundan sonra onlar fanklublara qoşula və ya  öz dostları  ilə 



qruplar yarada bilərlər.  

Yoursphere  – 

Bu  sayt  da  uşağın  hesabının  işə 

düşməsindən  əvvəl    valideyn  icazəsini  tələb  edən  saytdır. 

Uşaqlara idman, televiziya verilişləri və onlayn oyunlar kimi 

maraqlara  əsaslanan  "sahələri"  və  şəxsi  bloqları  yaratmağa 

imkan  verir.  18  yaş    altında  olan  yeniyetmələri  qeydiyyata 

alır.  

Yoursphere.com  saytı  ən  çox  gənclərin  özünü  təqdim 



etməsini,  onların  səsini,  maraqlarını,  istedad  və  istəklərini 

təmsil  edir.  Bu  dünya  ictimaiyyətinə  öz  fikirlərini, 

ideyalarını,  sosial  qarşılıqlı  əlaqələrini,  dostluq  "sahələri" 

vasit


əsilə  dünya  ilə  qarşılıqlı  maraq  yaratmaq,  birləşdirmək 

və  paylaşmağa  razılıq  verən  gənclər  platformasıdır. 

Valideynlər  arasında  körpülər  yaradır.  Onların  övladları 

arasında  rəqəmsal  savadlılığı  artırmaqla,  alətlər  və 

informasiya  ilə  təmin  etmək,  yaranmış  boşluğu  sağlam  və 

müsbət onlayn təcrübə ilə doldurur. 



Kidzworld

 

–  Sayt 9-



14  yaş  intervalında  olan  uşaqları 

qeydiyyata alır. Müxtəlif əyləncə, məsləhətləşmələr, oyunlar, 

bloqlarda saytın sosial şəbəkələr hissəsi, lövhə və dostları ilə 

əlaqə yaratmaq  moderatoru və s. təqdim olunur [30]. 




46 

 

giantHello – 

Bu  sosial şəbəkəni çox vaxt  Facebook-la 

müqayisə  edirlər.  giantHello  sosial  şəbəkəsi  özünü 

təqdimetmə,  bəyənmə,  foto,  video  yükləmələr,  statusun 

yeniləşməsi və s. kimi xüsusiyyətlərə malikdir. Uşaqlar fərdi 

məlumatlarını  yerləşdirməzdən  əvvəl,  giantHello  valideyn 

təsdiqlənməsi tələb edir. Onlar yalnız elektron poçt vasitəsilə 

dostlar  dəvət  edə  bilərlər.  7-13  yaş  arası  uşaqları  ətrafında 

birləşdirir  [31]. 

Şəbəkələrdə  ünsiyyətin  müsbət  cəhətləri  odur  ki, 

uşaqları  dünyaya  inteqrasiya  edir,  onların  insanlarla  virtual 

ünsiyyət  qurmaq  bacarığını  formalaşdırır,  qısa  zaman 

kəsiyində  hər  hansı  bir  problemin  həllində  yardım  almaq,  

uğurlarını  nümayiş  etdirmək    yaxud    biliklərini  bölüşmək 

imkanı və s. yaradır. 



2.3. 

Əşyaların İnterneti və uşaqlar 

Son  zamanlar  “Əşyaların  İnterneti”  termini  geniş 

istifadə  olunur.  Əşyaların  İnterneti  (Əİ)  rəqəmsal 

texnologiyaların  gündəlik  həyatımıza  nüfuz  etməsinin 

təzahürüdür. Bir-biri ilə əlaqəli kompüterlərin eyni zamanda 

əşyalar  ilə  bağlılığını  göstərir.  Zaman  keçdikcə  indiki 

İnternet  mühitindən  fərqli  olaraq,  bizi  əhatə  edən  bütün 

əşyaların İnternetə qoşulması Əİ-ni (Internet of Things - İoT) 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə