51
uşaqların həyatına inteqrasiya edir. Bu problemlərin daha
dərindən tədqiq edilməsinin vacibliyi ortaya çıxır.
52
III.
UŞAQLARIN
TƏHLÜKƏSİZLİYİNİN
QORUNMASI
SAHƏSİNDƏ
ÖLKƏLƏRİN
SİYASƏTİ
Virtual məkanda uşaqların müdafiəsi, onların
təhlükəsizliyinin qorunması üçün yalnız valideynlər, məktəb,
müəyyən qurumların gördükləri işlər kifayət etmir. Bir sıra
dünya ölkələrində uşaqlara qarşı olan zorakılıqların,
kibercinayətlərin və s. qarşısını almaq məqsədilə müxtəlif
qanunlar, kodekslər, normativ aktlar tətbiq edilir.
Milli Təhlükəsiz İnternet Mərkəzləri tərəfindən
uşaqların İnternet mühitində təhlükəsiz qalması üçün
müxtəlif tədbirlər həyata keçirilir, o cümlədən bu problemin
geniş təbliği ilə məşğul olurlar. Cəmiyyətdə onlayn
t
əhlükəsizlik məsələlərinin qabardılması, problemin həlli
yollarının axtarılması və maneələrin aradan qaldırılması
məqsədilə fikir mübadiləsi aparmaq və təcrübələri paylaşmaq
üçün konfranslar, forumlar keçirilir.
53
3.1.
İnternet mühitində uşaqların təhlükəsizliyinin
qorun
masına aid normativ sənədlər və ölkələrin siyasəti
Bəzi ölkələrdə, məsələn, Finlandiyada artıq
qanunvericiliyə müvafiq olaraq vətəndaşların İnternetdən
istifadə hüquqlarını tənzimləyən normalar mövcuddur
Böyük Britaniyada da buna bənzər qanuna baxılır.
Uşaqların İnternet mühitində təhlükəsizliyi ilə bağlı
qanunların tətbiqi müəyyən dərəcədə qarışıqlıq yaradır. Bu
mənada ki, o həm cinayət məcəlləsini, həm də digər
məcəllələri bir neçə prizmadan əhatə edir:
Sekstinq (seksual kontentli mesajlaşma) və kiber
zorakılıq dəyişik xarakterli və dəyişik səviyyədə zərərverən
mesajlaşmadır ki, bunu bir neçə ayrı-ayrı məcəllələrə aid
etmək olar. Beləliklə, burada hər bir insidentə geniş
miqyasda cinayət və qeyri-cinayət aktlarını aid etmək olar.
Bu tip aktlar əksər hallarda azyaşlıların digər bir
azyaşlıya tətbiq etdiyi aktlardır. Beləliklə, həm cinayətkarın,
həm də qurbanın azyaşlı olması azyaşlılar üçün cinayət
məcəlləsini, uşaq mühafizə proqramını və məktəb proqramını
da əhatə edir.
Mobil qurğular (cib telefonları və İnternet) üzərindən
həyata keçirilir. Bu isə hazırkı qanunvericilikdə sadəcə
54
fərdlər tərəfindən istək olduqda bu tip məlumatlardan
qorunma operatorlar və ya İnternet provayderləri tərəfindən
təklif edilə bilər.
Məhz yuxarıda sadalananlara görə bu tip kontentlərlə
mübarizənin sadəcə cinayət qanunvericiliyi üzərindən
aparılması gözlənilən effektivliyi verməyəcəkdir. Uşaqların
elektron mühitdə aldığı ziyanların, psixoloji zərbələrin
qarşısını almaq məqsədilə müxtəlif yanaşmalardan istifadə
etməklə və onun qanunlarla tənzimlənməsi daha doğru olardı.
Müxtəlif ölkələr bu siyasəti fərqli şəkildə həyata keçirir. Biz
aşağıda bir neçə ölkənin bu məsələyə yanaşması ilə bağlı
normativ sənədləri nəzərdən keçirəcəyik.
Avropada şagirdlərin və məktəb şəbəkələrinin
müd
afiəsi üçün bir sıra inzibati və texnoloji tədbirlər tətbiq
edilir ki, İngiltərə parlamenti hökumətin təklif etdiyi
proqrama
əsasən 2011-ci ilin sentyabr ayından başlayaraq
ingilis məktəbliləri tədris proqramının çərçivəsində 5 yaşdan
böyük olan uşaqlar üçün kibertəhlükəsizlik üzrə təlimlər
aparılır. Eyni zamanda, uşaqların İnternet təhlükəsizliyi üzrə
Britaniya Şurası yaradılmışdır. Bu cür təhlükəsizlik proqramı
Avstraliyada da yaradılmışdır.
2006-
cı ildə İtaliyada “Cinsi istismar və İnternetdə uşaq
55
pornoq
rafiyası ilə mübarizəyə dair Qanun” qəbul edilmişdir.
27 iyul 2006-
cı ildə ABŞ-da "Uşaq muhafizəsi və
təhlükəsizliyi Qanunu" (Adam Walsh Child Protection and
Safety Act) qəbul olunmuşdur. Məqsədi uşaqları istismar və
zorakı cinayətlərdən qorumaq, uşaq pornoqrafiyasının
qarşısının alınmasını bütün səviyyələrdə həyata keçirmək,
cinsi istismarçıların uşaqlara əlçatarlığının qarşısını almaq,
uşaqların İnternetdə təhlükəsizliyini təmin etməkdir.
Qanunvericiliyə əsasən, son 5 ildə bu tip cinayətdə iştirak
etmiş şəxslərin barmaq izləri Cinayətlərin Milli məlumat
bazasına daxil edilir [37].
2011-
ci ildə Ukraynada “Auditoriyası uşaqlar olan
veb-
resursların sahibləri üçün tövsiyələr” adlı sənəd qəbul
olunmuşdur [38]. Sənəddə uşaqların yaşını və digər psixi-
fizioloji xüsusiyyətlərini nəzərə alaraq, uşaq veb-resurslarının
yaradılması zamanı əməl edilməsi vacib olan tövsiyələr
nəzərdə tutulur.
2011-
ci ildə Rusiyada “Uşaqların sağlamlığına və
inkişafına zərər verən informasiyadan qorunması Qanunu”
qüvvəyə minmişdir. Qanuna əsasən, uşaqlarda qorxu,
vahimə, çaxnaşma yaradan informasiya qadağan olunmuşdur.
30 noyabr 2013-
cü ildə “Uşaqların informasiya təhlükəsizliyi
Dostları ilə paylaş: |