Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutu



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix16.11.2017
ölçüsü0,5 Mb.
#10385
1   ...   11   12   13   14   15   16   17   18   19

60 

 

xidmət göstərir. 2012-ci ildən Rusiya itkin düşmüş uşaqların 



məlumat  bazasına  inteqrasiya  edilmişdir.  www.nedopusti.ru 

saytı vasitəsilə axtarışda olan uşaqların elanı verilir. 

Yuxarıda  qeyd  olunan  TİM-lərin  hər  biri  TİMŞ-ə 

qoşulmuş 30 Təhlükəsiz İnternet  Mərkəzi ilə əlaqəli işləyir. 

Onlar hər il fevral ayında “Təhlükəsiz İnternet günü”nü qeyd 

edir, Forumlarda iştirak edərək birgə informasiya və təcrübə 

mübadiləsi  həyata  keçirirlər.  Hesabatlar  hazırlayır  və  sosial 

sorğular keçirməklə daha yaxşı təhlükəsiz İnternet  mühitinə 

nail olmağa çalışırlar. 

Qeyd  etmək  lazımdır  ki,  bütün  TİM-lər  uşaqların 

onlayn  mühitdə  təhlükələrlə  qarşılaşmasının  qarşısını  almaq 

və  təhlükəni  vaxtında  zərərsizləşdirmək  missiyasını  daşıyır. 

Eyni zamanda,  

maarifləndirici tədbirlər həyata keçirir. 



 

3.3. 

Uşaqların təhlükəsizliyinə dair keçirilən 

konfranslar 

Uşaqların  İnternetdə  təhlükəsizliyi  məsələsi  çox  vaxt 

İnternet  Təhlükəsizliyi  konfranslarının  tərkibində  bir 

istiqamət  kimi  qoyulur.    Onlayn  mühitdən  qaynaqlanan  

təhlükələrin  yaratdığı  problemlər  və  onların  aradan 

qaldırılması yolları bütün konfranslarda öz əksini tapır.  




61 

 

 



“Təhlükəsiz 

İnternet 

Proqramı” 

çərçivəsində 

Təhlükəsiz  İnternet  Forumu  tərəfindən  2004-cü  ildən 

ba

şlayaraq  ənənəvi  olaraq  hər  il  təhlükəsizlik  üzrə  onlayn 



konfrans  təşkil  edilir.  Forumun  mövzuları  uşaq 

təhlükəsizliyindən mobil telefonlara, qanunazidd kontentlərlə 

mübarizəyə,  maarifləndirmənin  artırılması  mexanizmlərinə, 

yaş  fərqləndirilməsinə  və  sosial  şəbəkələrə,  uşaq  və  onlayn 

təhlükəsiz  təhsilə  kimi  genişlənir.  6-7 noyabr 2014-cü il 

tarixdə  Brüsseldə  ‘Growing  Up  Digitally”  (“Rəqəmsal 

şəkildə  böyümə”)  adlı    11-ci  Təhlükəsiz  İnternet  Forumu 

keçirilmişdir.  Dünyanın  təxminən  40  ölkəsindən  260 

nəfərdən  çox  uşaq  təhlükəsizliyi  sahəsində  maraqlı  olan 

gənclər,  alimlər,  sənaye  nümayəndələri,  müəllimlər,  QHT-

lər,  Avropa  Komissiyasının  nümayəndələri  Foruma 

qatılmışdır.  Konfransda  uşaq  onlayn  təhlükəsizliyi  ilə  bağlı 

so

n  tendensiyalar,  risklər  və  onların  həlli  yolları  müzakirə 



edilmişdir [43]. 

2010-


cü  ilin  fevralın  9-da,  Beynəlxalq  Təhlükəsiz 

İnternet günündə Moskvada "İnternetin inkişafı və Dostluq" 

Runet fondlarının dəstəyi ilə “Təhlükəsiz İnternet” adlı illik 

forum keçirilmişdir. 

2012-ci il 6-

9  noyabr  tarixlərində  Bakıda  keçirilən 




62 

 

İnternet  İdarəçilik  Forumunda  (İİF)  uşaqların  İnternetdə 



təhlükəsizliyi ilə bağlı problemə diqqət yetirilmişdir.  

23 sentyabr 2013-

cü ildə Mançestrdə "Child Protection 

in the Digital Environment Conference" (

Rəqəmsal mühitdə 

uşaqların müdafiəsi) konfransı keçirilmişdir. Konfransda cəlb 

olunma  problemləri  (uşaq,  valideyn  və  himayədarların 

mübarizəyə  cəlb  olunması),  tətbiqetmə,  yeni  proqramlar 

vasitəsilə  çağırışlar,  onlayn  və  oflayn  mühitdə 

kibercinayətkarlara  qarşı  mübarizədə  gənclərin  birliyi, 

gənclərə  tövsiyələrin  və  dəstəyin  təmin  olunması,  onlayn 

mühitdə  zərbə  almış  insanların  cəmiyyətə  qaytarılması 

problemlərini  əhatə  etmişdir.  Konfrans  CAPITA  (onlayn 

təhlükəsizliklə  bağlı  konfransların  təşkilatçısı)  tərəfindən 

təşkil edilmişdir [44]. 

12 noyabr 2013-

ci  il  tarixdə  Brüsseldə  Forum  Europe 

(www.forumeurope.com

)    təşkilatçılığı  ilə  (The  2013 

European Child Safety Online Conference ) “2013 Avropa 

Onlayn  mühitdə  Uşaqların  təhlükəsizliyi”  konfransı 

keçirilmişdir.  Bir  çox  ölkədən  iştirakçılar  qatılmışdır. 

Qanunvericili

k,  valideyn  və  uşaqların  rəqəmsal  ədəbiyyatla 

təmin  olunması,  beynəlxalq  strategiyaya  (uşaq  istismarı  və 

qeyri-


qanuni  kontentə  qarşı)  aid  problemlər  konfransın 


63 

 

mövzusunu əhatə etmişdir [45]. 



3-4 mart 2014-

cü  ildə  Avstraliyanın  Sidney  şəhərində 

"Child Online Safety and Protection Conference" (

Uşaq 


Onlayn 

Təhlükəsizlik və Müdafiəsi) konfransı keçirilmişdir. 

Onlayn  mühafizə  üçün  çərçivənin  hazırlanması,  İnternet 

təhlükələri  və  kibercinayətkarlıq,  təhsil,  onlayn  monitorinq 

və  data  mərkəzlərin  mühafizəsi  və  kibercinayətkarlığın 

psixoloji 

təsirləri  konfransın  mövzularına  daxil  olmuşdur  

[46]. 


 23 sentyabr 2014-

ci ildə Londonda (Child Protection in 

the Digital Envi

ronment)  “Rəqəmsal  mühitdə  uşaqların 

mühafizəsi”  konfransı  keçirilmişdir.  Konfransda  inkişafda 

olan  sosial  media  tətbiqləri  bazarının  riskləri,  kurikulum 

proqramına  İnternet  təhlükəsizliyin  daxil  edilməsi, 

İnternetdən  uyğunsuz  istifadə,  kiberxuliqanlıq  və  onlayn 

cinsi  istismarın  idarə  edilməsi  məsələlərinə  baxılmışdır. 

Konfransın təkilatçısı  CAPITA şirkəti olmuşdur [47]. 

Bütün  konfranslarda  qoyulan  məsələlər  və  problemlər 

gənc  nəslin  təhlükəsizliyinə  yönəlmiş  və  onların  həlli 

y

ollarını araşdırmaqdan ibarət olmuşdur. 



 

 


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə