Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutu



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix16.11.2017
ölçüsü0,5 Mb.
#10385
1   ...   11   12   13   14   15   16   17   18   19

64 

 

3.4. Mövzu üzr



ə elmi araşdırmalar və nəşrlər 

Dünya alimləri tərəfindən İnternet mühitində uşaqların 

təhlükəsizliyi problemi ilə bağlı araşdırmalar, demək olar ki, 

son  20  ili  əhatə  edir.  Müxtəlif  elmlər  arasında  sinergetik 

münasibətlər bu sahədə də özünü göstərir. Bu problem tibb, 

pedaqog


ika,  hüquq,  psixologiya  və  s.  sahələr  üzrə  tədqiqat 

aparan  alim  və  mütəxəssislərin  elmi  araşdırma  obyektidir. 

İnternet  mühitinin  uşaqların  sağlamlığına,  psixologiyasına 

vurduqları  zərəri,  kompüterdən,  oyunlardan  asılılığı,  onlayn  

mühitdə  uşaqların  hüquqlarının  pozulmasını,  İnternet 

üzərindən uşaqlara qarşı olan cinsi istismarı, kibercinayətləri, 

zərərli məlumatların və s. yaratdığı problemlərin həlli yolları 

göstərilir.  Aşağıda  adları  çəkilən  alimlərin  tədqiqatlarında 

müxtəlif  yanaşmalara rast gəlmək olur.  

D.A.Boq


danovanın tədqiqatlarını məktəbyaşlı uşaqların 

İnternet  mühitində  qarşılaşdığı  təhlükələrdən    xəbərdar 

olması üçün məktəbin və ailənin birgə aparacağı işlər təşkil 

edir.  Eyni  zamanda  Rusiya  məktəblərində  uşaqların 

İnternetdə təhlükəsizliyinin və hərtərəfli kibertəhlükəsizliyin 

təmin  edilməsi  üçün  Təhlükəsiz  İnternet  Mərkəzinin  rolu 

qeyd olunur. 

 



65 

 

A.A Denisov



un    fikrincə  onlayn-oyunlara    aludəçilik 

təkcə    güclü  psixoloji  amil  deyil,  həm  də  gözəl  kompüter 

qrafikası və insanın ən müxtəlif tələbatlarının reallaşmasında 

geniş  imkanlar  nəzərdə  tutur.  Oyun  zamanı  tələbatın  

reallaşması  sosial  maneələr  törətmir,  yalnız    şəxsiyyət 

tərəfindən öz fikirlərinə görə tənzimlənir.  

ABŞ  Bredford Universitetinin psixoloqu,  dünyada 

İnternet asılılığı üzrə tanınmış mütəxəssis, “İnternet Asılılığı 

Mərkəzi”nin  yaradıcısı,  Kimberly  S.  Young  İnternetdən 

asılılığın  kliniki  və  psixoloji  problemləri,  kibercinayətlər, 

İnternetdən müxtəlif asılılıqlarla bağlı çox sayda məqalələrin 

və  kitabların  müəllifidir.    “3-6-9-12 Parenting Guidelines“ 

yaş  qruplarında  olan  uşaqların  İnternetdən  asılılığının 

qarşısının  alınması  məqsədilə  valideynlər  üçün  təlimatlar 

hazırlamışdır  [48].  Valideynlərə  kömək  məqsədilə  uşaqların 

kompüter  oyunlarından  asılılığın    qarşısının  alınması  və  

vaxtın düzgün seçilməsi, yaşa uyğun vaxt bölgüsü və bir sıra 

məsləhətlər öz əksini tapmışdır [48].  

Amerikalı müəlliflər, “Uşaq cinayətlərinə dair işlər üzrə 

araşdırma  mərkəzi”-nin    tədqiqatçıları  hüquqşünas  Janis 

Wolak, David Finkelhor, Kimberly J. Mitchell öz 

tədqiqatlarını uşaqların İnternet mühitində aldıqları zərbələr, 




66 

 

onlara  qar



şı    cinayətlər,  onlayn  "canavarlar"ın  azyaşlılara 

qarşı  təhdidləri,  İnternet  təhlükələri  ilə  rastlaşan  uşaqları 

cinayətə cəlb etmək istəyən insanlardan xilasetmə modelləri 

təşkil  edir.  Eyni  zamanda  onlayn  cinayətkarların  qurbanına 

çevrilmiş  yeniyetmələr  real  həyatda  görüşlərinin  və  şəxsi 

məlumatlarının  yayılmasının  qarşısının  alınması  üçün 

tövsiyələr  hazırlanmışdır.  Müəlliflər  tərəfindən  pedofillərin 

uşaqlara  olan  basqısı  ciddi  bir  problem  kimi  araşdırılmış, 

onlara  qarşı  ciddi  yanaşmalar  olarsa, qabaqlayıcı  tədbirlərin 

görülməsi,  yaranmış  təhlükə  ilə  bağlı  müvafiq  strategiyanın 

qa

rşısının  alınması    göstərilmişdir.  Hər  üç  müəllifin  ayrı-



ayrılıqda  və  birlikdə  onlayn  uşaq  istismarı  və  onun  həlli 

yolları ilə bağlı bir çox məqalələri vardır. 

Nottingham Trent Universitetinin psixoloqu Mark 

Griffits


in  tədqiqat  maraqlarını  kiberpsixologiya, azartlı 

oyunlardan, v

ideo oyunlardan asılılıq, ümumiyyətlə, İnternet 

asıllığının müxtəlif formaları təşkil edir. 

Türk

iyə  elmi  mətbuatında  uşaqların  İnternetin  zərərli 



təsirlərindən  aldığı  zərbələr,  İnternet  asılılığı,  yaranmış 

təhlükələr,  azyaşlı  məktəblilərin  kompüterin  və  İnternetin 

zərərli  təsirlərindən  qorunması,  Türkiyə  Cumhuriyyətinin  

Avropa EU-

Kids təşkilatının üzvü  olaraq layihə çərçivəsində 



67 

 

aparılan araşdırmalara Fatma Kubra Çelenin yazılarında rast 



gəlmək olur.   

Uşaqlara qarşı olan onlayn cinayətlər, şəkillər vasitəsilə 

İnternet  üzərindən  onların  cinsi  istismarı,  oyunlardan  və  ya 

ümumiyyətlə,  kompüterdən  asılılıq,  zərərli  informasiyanın 

qəbulu  və  s.  bu  tipli  problemlərlə  bağlı  məqalələr  müxtəlif 

elmi jurnallarda şərh olunur. “Journal of Adolescent Health”, 

"Journal of  Korean Academy of  Child Health Nursing", 

"Computers in Human Behavior"  (Elsevier),  "Journal of 

Applied Developmental Psychology" 

(Elsevier), 

"TechTrends"  (Springer),  "Cyberpsychology & Behavior", 

Rusiyada nəşr olunan müəllimlər, valideynlər və psixoloqlar 

auditoriyası 

üçün 


nəzərdə 

tutulmuş 

«Дети 

в 

информационном обществе» və s. jurnalların adını çəkmək 



olar.  

3.5. Az

ərbaycanda uşaqların İnternetdə 

t

əhlükəsizliyi probleminin həlli ilə bağlı  görülən işlər 

Son  illər  İnternetdə  uşaqların  təhlükəsizlik  problemi  

cəmiyyətin,  dövlətin  və  səlahiyyətli  şəxslərin  diqqətini  cəlb 

etməkdədir. İC-nin qurulması, İKT-nin bütün sferalara geniş 

tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət aparılır və bir 

sıra  qanunlar,  dövlət  proqramları  qəbul  edilmişdir. 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə