Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə13/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   9   10   11   12   13   14   15   16   ...   114

istər  forma,  istər  nitq,  istərsə  də  dil  ilə  bağlı  danışarkən  və 
onların  həm  yaranma,  həm  də  fəaliyyət  mexanizmini  linqvo­
psixoloji  mövqedən  analiz  edərkən  appelyasiya  vahidi  kim i 
leksik  səviyyəli  sözlərdən  və  məhz  ilkin  variantda  m üəyyən 
leksik m əna ifadə  edən (kök) sözlərdən istifadə etmişik.  B aş­
qa  sözlə  desək,  indiyə  qədər  deyilənlərin  hamısı  dil  struktur 
vahidlərinin kök  söz səviyyəsində  linqvopsixoloji analizi  idi. 
Bu  səbəbdən  həmin  məsələni  təkrarən  nəzərdən  keçirməyə 
heç  bir  ehtiyac  duymuruq.  Lakin  bununla  belə,  ilkin  variant­
da müəyyən  leksik məna  ifadə edən  sözlərlə  və  ümumiyyətlə 
leksik  formalarla  bağlı  yarana  biləcək  bəzi  sualları  və  sual 
doğurma  ehtimalı  olan konkret məsələləri nəzərdən keçirm ə­
yi  lazım bilirik.
Bəzən  göz  önündə  canlandırılan  görüntü  birinci  intel­
lekt  obrazı  hesab  edilməklə  belə  bir  yanlış  təsəvvür  yarana 
bilər ki,  abstrakt isimlərin birinci intellekt obrazı yaranmır və 
bu  səbəbdən düşünmə prosesində  onların birinci  deyil,  ikinci 
intellekt obrazı iştirak edir.
Nəzərə  almaq  lazımdır  ki,  masanın  səth  və  ayaqlarının 
birləşməsindən  ibarət  olan  cismani  və  ya  əşyavi  obrazı  onun 
birinci  intellekt  obrazı  deyil.  Daha  doğrusu,  birinci  intellekt 
obrazı  sadəcə  buna ekvivalent olan obraz deyil.  Birinci intel­
lekt obrazı gerçəklik elementi  ilə bağlı  dərk olunan bütün cə­
hətləri  özündə  birləşdirən,  yəni,  onun  xarici  görünüşünün, 
hissələrinin,  funksiyalarının,  mahiyyətinin  ümumi  obrazları 
cəminə  ekvivalent  olan  təfəkkür  vahididir.  Kompüterin  yad­
daş qutusunu açıb  baxan  “maraq əsirləri” onun  içində heç  bir 
rəsm, rəqəm və ya yazıya rast gəlmədiyi kimi, insan beynində 
əməliyyat  aparan  cərrahlar  da  indiyə  qədər  beyində  heç  bir 
rəsm, rəqəm, yazı və s.-yə rast gəlməmişlər.
M  ayıl В.  ƏSGƏROV.Söz və formaların yaranma və mənimsənilmə
____________________
mexanizminin linqvopsixoloji m odeli
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 50
Əgər  intellekt  obrazı  gerçəklik  elementinin  və  ya  onun 
hissələrinin  görüntü  obrazı  olsaydı,  o  halda  gözlə  görünmə­
yən,  yəni,  vizual  şəkildə  müşahidə  olunmayan  heç  bir  şeyin 
birinci  intellekt  obrazı  yarana  bilməz,  onlar  dərk  oluna  bil­
məzdi.  Bu isə nihilizmdən,  “görmürəmsə, yoxdur” fəlsəfəsin­
dən başqa bir şey deyildir.
Obyektiv  aləmdə  elə  gerçəklik  elementləri  var ki,  onla­
rın  nə  təsəvvür  oluna  bilən  görüntü  obrazı,  nə  də  adı  olmur, 
bununla belə  həmin  gerçəklik elementləri dərk olunur.  Məsə­
lən,  səsin  görüntü  obrazı  ümumiyyətlə  yoxdur.  İkinci  intel­
lekt  obrazı  isə  onlardan  təxminən  5-8%  hissəsində  var  və 
bunlar  da  səs  təqlidi  sözlərin  dərk  olunması  nəticəsində  ya­
ranmışdır.  Yerdə  qalan  92-95%  səsin  ikinci  intellekt  obrazı 
da yoxdur.
Məsələn,  quş səsinin təqlidi  kimi  “cik-cik”  sözü  və  hə­
min  sözə  uyğun  ikinci  intellekt  obrazı  vardır.  Amma  buna 
baxmayaraq ayrı-ayrılıqda sərçənin,  qaranquşun,  alacəhrənin, 
sığırçının,  şanapipiyin,  qaratoyuğun və  s.  quşların  səsinin  vi­
zual  obrazı olmadığı kimi,  səs təqlidi formasında yaranan söz 
qarşılığı da yoxdur.  Çünki  əlifbadakı hərflərin səs qarşılığı  bu 
quşların hər birinin  səsini  fərqli  şəkillərdə  əks  etdirməyə  im­
kan  vermir.  Amma bununla belə,  biz eşitdiyimiz  səsləri  fərq­
ləndirə  və  hansı  quşa  aid  olduğunu  müəyyənləşdirə  bilirik. 
Deməli,  biz bu  səsləri  ayrı-ayrılıqda vokal  dərketmə  üsulu ilə 
dərk  etmişik  və  şübhəsiz  ki,  onları  nə  vizual  obrazlar,  nə  də 
ikinci  intellekt  obrazları  ilə  deyil,  gerçəklik  elementinin  dərk 
oluna  bilən  bütün  xüsusiyyətlərini  məcmu  halda  özündə 
birləşdirən  təfəkkür  vahidlərinin  köməyi  ilə  dərk  etmişik  ki, 
biz  bu  tədqiqat çərçivəsində onlara  birinci  intellekt obrazı  de­
yirik.
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, U l  cild, Bakı, 2012
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 51


“Kitab”  sözünü  eşidən  və  ya  oxuyan  insanın  gözləri 
önündə  “cildi  və  səhifələri  üzərində  müəyyən  yazılar  yazıl­
mış  əşya”  obrazı  canlanır.  Həmin  obrazın canlanma  səbəbini 
araşdıraq:
1)  Söz və ya forma müstəqil gerçəklik elementi kim i  in­
san  tərəfindən  dərk  olunmalıdır.  Yəni,  söz  forması  dil  struk­
tur vahidi kimi həmin şəxsə məlum olmalıdır.  İnsan ona tanış 
olmayan  dil  struktur vahidini  qəbul  etməklə  heç  bir  şey  dərk 
edə, mənimsəyə bilməz, yəni,  yuxarıdakı 5  hərfin ixtiyari  bir­
ləşməsindən yaranan “kabit”,  “kibat”,  “kitba” yazısı müstəqil 
dil  struktur vahidi  kimi  dərk  olunmadığına görə,  bu  formalar 
heç bir məna ifadə edə bilməzlər.
2)  Dərk  olunmuş  dil  struktur  vahidi  obyektiv  aləmdə 
mövcud  olan konkret bir  gerçəklik  elementi  ilə  bağlı  olmalı­
dır.  Yuxarıda  birinci  bənddə  gördüyümüz  “kitab”  sözündə 
hərflərin  yerini  dəyişməklə  çoxsaylı  yeni  söz  formaları  “icad 
edə  bilərik”.  Bü  yolla  süni  şəkildə  yaradılmış  “kabit”,  “ki­
bat *,  “kitba”  yazısını  biz  bir-neçə  dəfə  oxumaqla  əzbərləyə, 
yəni, dil struktur vahidi kimi yadda saxlaya da bilərik.
Amma  bununla  belə  yenə  də  bu  “sözlər”  bizim  üçün 
heç  bir məna ifadə  edə  bilməz.  Bunun səbəbi  odur ki,  həmin 
formalar obyektiv  aləmdə mövcud olan heç bir gerçəklik  ele­
menti  ilə bağlı deyil.
Deməli,  bu və ya digər formanın müəyyən bir məna ifa­
də  edə  bilməsi  üçün,  əvvəla,  həmin  forma  hər  hansı  bir  ger­
çəklik  elementinə  bağlı  və  ya  ekvivalent  olmalıdır,  ikincisi, 
həmin  forma  müstəqil  gerçəklik  elementi  kimi  mənimsənil­
miş olmalıdır.
Leksik formaların hər üç  tipi  bağlı  olduqları,  daha doğ­
rusu,  dildə  əks  etdirdikləri  birinci  intellekt obrazlarına əsasən
Mayıl В.  ƏSGƏROV.Söz və formaların yaranma vsm snim ssnilm s
mexanizminin linqvopsixoloji m o d e l i
_____
Qıpçaq qrupu türk dillərinin leksikast, səhifə 52
böyük söz siniflərinə -  nitq hissələrinə ayrılırlar.
Nitq hissələrini xarakterizə edən bir sıra semantik xüsu­
siyyətlərin1,  qrammatik və sintaktik şərtlərin*
 2 və hər iki  cəhə­
tin eyni zamanda nəzərə alınması nəticəsində formalaşan ənə­
nəvi bölgü prinsipinin də olmasına baxmayaraq3,  qeyd etmək 
istəyirik  ki,  əsas  və  ya  aparıcı  cəhət  həmin  sözün  obyektiv 
aləmdə  bağlı  olduğu  gerçəklik  elementinin  insan  beynində 
əks olunan birinci  intellekt obrazıdır.  Yəni, həmin sözün bağ­
lı  olduğu  gerçəklik  elementi  insan  tərəfindən  dərk  olunarkən 
onunla bağlı  yaranan intellekt obrazı  əşya və ya varlığa ekvi­
valent  olursa,  bu  forma  isim ,  əşya  və  ya  varlığa  aid  əlamət, 
keyfiyyət və ya xüsusiyyətə ekvivalent olursa, bu forma sifət, 
əşya  və  ya varlığa aid miqdar və  ya  sıraya ekvivalent olursa, 
bu  forma şay,  əşya və ya varlığa  aid hərəkət və  ya vəziyyətə 
ekvivalent  olursa,  bu  forma  fel,  hərəkət  və  ya  vəziyyətə  aid 
əlamət, keyfiyyət və ya xüsusiyyətə  ekvivalent olursa, bu for­
ma zərf kimi qəbul olunur.
Əvəzliyin  birinci  intellekt  obrazı  isə  həm  əşya  və  ya 
varlığa,  həm  əşya  və  varlığa  aid  əlamət,  keyfiyyət,  xüsusiy­
yət,  miqdar və ya sıraya, həm də hərəkət və vəziyyətə aid əla­
mət  və  ya xüsusiyyətə  ekvivalent  olur.  Təbii  ki,  nitq  hissələ­
rində  bəzən müşahidə  olunan  keçid  prosesləri4,  yəni,  bir  nitq 
hissəsi kimi qəbul  olunmuş sözün başqa bir nitq hissəsinə aid 
sözlər  qrupuna  keçməsi,  həmin  sözlə  bağlı  olan  intellekt  ob­
razının  dəyişməsi,  yenilənməsi,  əksər  hallarda  isə  yeni  məz-
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologlyası məsələləri, 111 cild, B akijfO lf^
'M əşəd iy ev   Q.  M üasir  A zərbaycan  dilində  nitq  hissələrinin  sem antikası.  Bakı, 
1998,  106  s.
2  H üseynzadə  M .M üasir A zərbaycan  dili,M orfologiya,III  hissə,  B akı,  1983,  s.16.
3 Z eynalov  F.R .T ürk dillərin d ə nitq  hissələrinin  ənənəvi  bölgüsÜ.Bakı, 1957,64  s.
4  Bax:  Cəfərov  C.  Nitq  hissələrində  keçid  prosesləri  (Azərbaycan  dili  materialları
əsasında).  Bakı,  1983, 96 s. 
_______________________
Qıpçaq qrupu türk dilləriMn leksikası, səhifə 53


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə