Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə16/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   12   13   14   15   16   17   18   19   ...   114

matik  xüsusiyyətə  dəyişməsi  və  ya  əksinə,  qrammatik  kate­
qoriyanın leksik kateqoriyaya çevrilməsi üçün isə,  göründüyü 
kimi, əsrlər belə kifayət etmir.
Türk xalqlarının ən qədim  yazılı  abidələrindən olan Or- 
xon-Yenisey,  “Kitabi-Dədə  Qorqud”  abidələrində  rast  gəli­
nən  bəzi  substantiv,  atributiv  və  adverbial  fel  formaları  b u  
gün də m üxtəlif türk dillərində eyni məna və funksiyanı qoru­
yur.  Məsələn,  “Qaradərə ağzında qara buğa dərisindən beşıgi- 
nin yapuğı  olan,  acığı  tutanda  qara taşı  kül  eləyən...  Qaragü- 
ne  çapar  yetdi” 1.  Həmin  abidələrdə  həm  qrammatik,  həm  də 
leksik formalar yaratmağa xidmət edən felin icbar, məchul və 
qayıdış növlərinə kiçik fonetik dəyişkənliklərlə  eyni məna və 
funksiyalarda m üxtəlif müasir türk dillərində rast gəlinir*
 2.
Deməli,  eyni  bir  problemin  m üxtəlif  yönlərdən  şərhi 
vaxt  faktoruna  bağlı  deyil.  Bizcə,  eyni  bir  problemin  həm 
fərqli  şəkillərdə  izah edilməsinin,  həm də fərqli  şəkillərdə ad- 
landırılmasınm səbəbi, haqqında danışılan forma və kateqori­
yaların ikili,  hətta bəzən üçlü və s.  mahiyyət daşımasında,  sa- 
bitləşməməsində,  dəyişmə,  yenilənmə  və  inkişaf  prosesinin 
hələ davam etməsində, amorfluğundadır.
Dünya  dillərindən  heç  biri  keçid  mərhələsində  olan 
amorf formalardan xali  deyil  və  ola da bilməz.  Çünki heç  bir 
dil  birdən-birə  indiki  səviyyəsində  yaranmamışdır.  Bu  səviy­
yəyə tədricən  gəlib  çatmış,  təbii  ki,  uzun bir təkamül və  inki­
Mayıl В.  ƏSGƏROV.Sdz və formaların yaranma və mənimsənilmə
_________________  
mexanizminin linqvopsixoloji modeli
__________
'Ələkbərova  E.N.Dilimizin  ulu  səsi  -   Dədə  Qorqud  abidəsi,Bakı, 
“Nurlan”,  2007,  s. 
121
;  “Kitabi-Dədə  Qorqud”  dilinin  izahlı  lüğəti.  Red. 
Axundov A., Bakı “Elm”,1999,s.  103.
2 Bax:  Mirzəliyeva M.M.  Müasir Azərbaycan dilində felin  məna növləri. 
Filologiya elmləri  namizədi  alimlik dərəcəsi  almaq  üçün təqdim edilmiş 
dissertasiya.  Bakı,  1976.
Q ıpçaq qrupu tü rk dillərinin leksikası, səh ifə 62
şaf  yolu  keçmişdir.  Dillərin  tarixi  aspektdə  araşdırılmasına 
həsr edilən tədqiqat əsərlərinin bəzilərində leksikləşməyə me- 
yil  edən  qrammatik  forma  və  kateqoriyalardan,  digərlərində 
isə  qrammatikləşməyə  doğru meyil  edən  leksik  forma və  ka­
teqoriyalardan  bəhs  olunur1.  Daima  inkişafda  olan  dildə  hər 
iki  istiqamətdə dəyişkənliklərin baş verməsi təbiidir2.
Eksperimental  və  statistik  müşahidələr,  eyni  zamanda 
məntiqi  araşdırmalar əsasında belə  demək olar ki, dillərin  in­
kişafının  ilkin  mərhələsində  leksik  vahid,  forma  və  kateqori­
yaların  qrammatikləşməyə  doğru  meyli  daha güclü  olur.  Psi- 
xolinqvistik  və  funksional-semantik  araşdırmalar  da  təxmi­
nən eyni nəticələri təsdiq edir.
Leninqrad  dövlət  Universitetinin Psixologiya və  Rus  fi­
lologiyası  kafedralarının  əməkdaşlarının  yaxından  dəstəyi  ilə 
rus  dilini  yeni  öyrənməyə  başlayan  xarici  tələbələr  arasında 
tərəfimizdən  qrup  şəklində  test keçirilmiş  və  fərdi  intervyular 
götürülmüşdür.  Əldə  olunan  nəticələrin  statistik-laborator  və 
məntiqi  analizi  mahiyyət etibarı  ilə yuxarıda qeyd olunan  fik­
ri təsdiq  edir.  Belə ki, xarici tələbələr tərəfindən  leksik  vahid, 
forma  və  kateqoriyaların  daha  tez  və  asan  mənimsənildiyi 
(əsasən  kök  sözlərin)  müəyyən olunmuşdur.  Çox  vaxt onların 
qurduğu  “cümlələrdə”  heç  bir  qrammatik  forma  düzgün  ol­
masa  da,  leksik  vahidlər  əsasında  onların  demək  istədikləri 
təxmin  oluna  bilirdi.  Çox  qəribə  də  olsa,  onların  “qurduğu 
cümlələrin” mənasını  rus  dili  daşıyıcısı  olmayan  eksperiment 
təşkilatçıları rus dili daşıyıcılarından daha tez anlayırdı.  Təbii
'Bax:  Məmmədov  İ.  Azərbaycan  dilində  qrammatik  sinonimlik,  (Fel  formaları  əsasında). 
Bakı,  1985,  88  s.;  Mahmudova  R.D.  Azərbaycan  dilində  şəkilçilərin  omonimliyi.  NDA, 
Bakı.  1996, 24 s.
2Cəfərov  S.  Azərbaycan  dilində  sözdüzəldici  və  sözdəyişdirici  şəkilçilər. 
Bakı, 1968,107 s. 
_______________ _
AMEA  Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri,  III cild, Bakı, 2012
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 63


ki, burada analogiya və “mən olsam, belə deyərdim...” prinsi­
pi  aparıcı  rola  malikdir .Bir  haşiyə  çıxaraq  onu  da  qeyd  edək 
ki, istənilən səviyyədə həyata keçirilən təlim-tədris prosesinin 
uğurunu  təmin  edən  başlıca  faktorlardan  biri  məhz  “m ən  ol­
sam,  belə  edərdim...”  prinsipi  olmalıdır.  Dinləyicinin  fərdi 
psixoloji  tipini  və  səviyyəsini  dəqiq  şəkildə  müəyyən  edib 
özünü onun yerində təsəvvür etməyən  və bu halda özünün  ən 
çox  nəyə  ehtiyacı,  həvəsi,  marağı  olacağını  və  nədə  çətinlik 
çəkəcəyini  təxmin  edə  bilməyən  müəllimin  müvəffəqiyyət­
sizliyi şübhəsizdir.
1988-ci  ilin  oktyabr-dekabr  aylarında  Leninqrad  şəhər 
34 saylı Əsəb xəstəlikləri dispanserində və  1990-cı ilin fevral 
ayında  Leninqrad  şəhər  Mərkəzi  Psixoloji  Dispanserində  be­
yin  sinir  sistemində  m üxtəlif  dərəcədə  çatışmazlıqlar  olan 
xəstələrlə qrup şəklində bəzi testlər keçirmiş və fərdi qaydada 
eksperimental  müşahidələr  aparmışıq.  Bu  eksperimentlər  də 
nitqdə  yaranan  qüsurların  ilk  növbədə  qrammatik  qata  təsir 
etdiyini göstərmişdir.
Dillərin  diaxron  aspektdə  tədqiqinə  həsr  olunmuş  araş­
dırmalar  ilkin  mərhələdə  nitqin  kök  sözlər  və  sırf leksik  va­
hidlərdən  ibarət  olması  fikrinə  dəstək  verir.1  Dilin  ayn-ayrı 
qrammatik  fraqmentlərinin  leksik  vahidlərin  ixtisarı  nəticə­
sində  yarandığını  göstərən  araşdırmalar  kifayət  qədərdir. 
Bunlara  nümunə  olaraq  Osmanlı  türkcəsində  şəxs  sonluqla­
rının  inkişafı  probleminə  həsr  olunmuş  bir  tədqiqat  əsərini2 
qeyd  etmək yerinə  düşərdi.  Bu məsələ ilə  bağlı  həmin əsərdə 
şəxs sonluqlarının  şəxs  əvəzliklərindən  yaranması  fikri  əsas-
Mayıt В. ƏSGƏROV.Söz və fo rm a la m  yaranma və mənimsənilmə
mexanizminin linqvopsixoloji modeli
1  Rəcəbli  Ə.  G öytiirk d ilin in   m orfologiyası.  Bakı.  “ N urlan” ,  2002.
2i Iazai  G.  Z u r  Frage  d e r  historischen  E ntw ick lu n g   der  Personalendungen  im
O sm an isch -T ü rk isch .// S tudia turcica B udapest,  1971,  226  s.____________
Qıpçaq qrupu tiirk dillərinin leksikası, səhifə 64
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri,  III cild, Bakı, 2012
landırılır.
Əvəzliklərin  insanın  bəlkə  dil  açdığı  gündən  müraciət 
etdiyi  ən  ilkin  sözlərdən  olması  şübhə  doğurmamalıdır.  İlkin 
nitqin “o”,  “sən” və  “mən” əlifbasından başlanmış olması  ar­
tıq  dilçilik elminin  sübuta  ehtiyacı  olmayan  aksiomlarından- 
dır.
Dillərin müasir səviyyəsində hər hansı yeni əşya,  varlıq 
və  ya  məfhum  adını  bildirən  söz,  əksər  hallarda  isə  termin 
bəzən bir nəfərin (istisna hal kimi), bir sıra hallarda isə xüsusi 
komissiyanın  müzakirəsi  və  qərarı  ilə  dilə  gətirilə  bildiyi 
halda1,  istər  qrammatik  formaların  leksikləşməsi,  istərsə  də 
leksik formaların  qrammatikləşməsi  qəfildən və bir vahid qə­
rarla  baş  vermir.  Belə  dəyişkənliklərin  yolu  mütləq  şəkildə 
okkazionallıq  və  polifunksionallıqdan  keçir.  Dildə  mövcud 
olan hər hansı  bir  forma  və  hətta bütövlükdə  tam  bir kateqo­
riya  eyni  zamanda  həm  leksik,  həm  də  qrammatik  məna  və 
funksiyalara  malik  olur.  Belə  hallar  dilin  “gəncliyini”,  “hələ 
tam  formalaşmadığını”  deyil,  inkişafda  və  özü  də  aktiv 
inkişafda  olduğunu  göstərir.  Bizcə,  dildə  bu  cür  formaların 
olmasını  yox,  olmamasını  dilin  çatışmazlığı  hesab  etmək  da­
ha doğru olardı.  Belə ki,  bu formaların olmaması dilin bu cür 
aktiv  və  çevik  imkanlardan  məhrum  olması  kimi  qəbul  edil­
məlidir.  Artıq  dəfələrlə  qeyd  olunduğu  kimi,  bu  cür  forma­
lardan  xali  olan  dillər, yalnız  inkişafı  tam  şəkildə  dayanan,  o 
dildə  danışan  insan topluluğu olmayan  dillər,  yəni,  ölü dillər­
dir.
Dilçilikdə,  o  cümlədən,  türkologiyada  bir  sıra kateqori­
ya  və  formaların  həm  leksik,  həm  də  qrammatik  mahiyyətə
'S a d ıq o v a   S.  A zərbaycan  dili  term inologiyasının  nəzəri  problem ləri.  Bakı, 
“ E lm ” ,  2002.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 65


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə