Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə15/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   11   12   13   14   15   16   17   18   ...   114

və ya ənənədən gələn bir xüsusiyyət kimi də ortaya çıxa bilər.
L eksik form aların  üçüncü  tip i  Bu  formalar birinci  tip 
kimi  kök  sözlər  və  ikinci  tip  kimi  leksik  şəkilçilərlə  işlənən 
söz  qəlibləri  deyildir.  Bu  formalar  hər  iki  tipdən  olan  leksik 
formaların  öz  aralarında  birləşməsindən  yaranan  yeni  leksik 
formalardır.
Burada  birləşmə  dedikdə,  birinci  və  ikinci  tip  leksik 
formaların birinci və  ikinci  intellekt obrazlarının deyil,  ikinci 
intellekt  obrazlarının  ekvivalent  olduğu  söz  formalarının  və 
ya qəliblərinin birləşməsi nəzərdə tutulur.  İki  leksik formanın 
ikinci  intellekt  obrazına  ekvivalent  olan  söz  formalarının  və 
ya qəliblərinin müəyyən qrammatik və ya sintaktik vasitələrlə 
öz aralarında birləşməsi  nəticəsində  üçüncü tip  leksik form a­
nın  ikinci  intellekt  obrazına ekvivalent  olan  söz  formaları  və 
ya qəlibləri əmələ gəlir.
Məsələn, şana +pipik  = şanapipik,
ağac+dəl+ən  = ağacdələn, 
quş+əppək+i  = quşəppəyi, 
dəvə+daban+ı  = dəvədabanı, 
ayı+döşək+i  = ayıdöşəyi və s.
Əlbəttə ki, mürəkkəbin mənası  heç də həmişə onu əm ə­
lə  gətirən  sadələrin  məna  cəminə  bərabər  olm ur1.  Bu  yolla 
yaranan  leksik  formaların  birinci  intellekt  obrazı  onu  təşkil 
edən  leksik  formaların birinci  intellekt obrazlarının hər birin­
dən  və  hər  ikisinin  birinci  intellekt  obrazlarının  cəmindən 
əsaslı  surətdə  fərqlənir.  Yəni,  şanapipik  forması  şana  və p i­
p ik  kimi  söz  formalarının  birləşməsindən  yaranmış  olsa  da, 
şanapipik  formasının  birinci  intellekt  obrazı  şana  və  p ip ik
M ayıl В.  ƏSGƏROV.Söz və formaların yaranma  və mənimsənilmə
________________  
mexanizminin linqvopsixoloji modeli
__________
'Баранников А.П.Сдожновербальные глаголы хиндустани.Л.,  1930, с.76 
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 58
formalarının  birinci  intellekt  obrazlarının  cəminə  ekvivalent 
deyil.  Yəni,  bu  formanın  birinci  intellekt  obrazı  nə  şana,  nə 
pip ik formalarının  birinci  intellekt  obrazlan  ilə,  nə  də  bu  ob­
razların  məcmusu  ilə  heç  bir  eyniyyət  təşkil  etmir.  Belə  ki, 
şana  formasının  birinci  intellekt  obrazı  dırmıq,  yaba  və  ya 
daraq  kimi  gerçəklik elementlərinin reallıq obrazlarına, pipik 
formasının  birinci  intellekt  obrazı  quşların  başı  üzərindəki 
daraq  formalı  ət  parçası,  topa  tük  və  ya  kəkil  kimi  gerçəklik 
elementlərinə  ekvivalent  olduğu  halda,  şanapipik  formasının 
birinci  intellekt  obrazı  müstəqil  bir  canlı  varlıq,  quş  kimi  bir 
gerçəklik elementinə ekvivalentdir.
Hər üç tipdən  olan  leksik  formaların ikinci  intellekt ob­
razına ekvivalent olan söz formaları və ya qəlibləri qismən və 
ya  tam  şəkildə  bir-birini  təkrar  etdikdə  belə,  onların  birinci 
intellekt obrazları tamamilə müstəqil olur.
İkinci  intellekt  obrazına  ekvivalent  olan  söz  formaları 
və  ya  qəlibləri  bir-birini  tam  şəkildə  təkrar  edən  leksik 
formaların  ən  geniş  yayılmış nümunəsi dilçilik elmində omo- 
nimlər  adı  ilə  tanınan  leksik  formalardır.  Məsələn,  ikinci  in­
tellekt  obrazına  ekvivalent  olan  söz  forması  və  ya  qəlibi  top 
olan  leksik  formaların  birinci  intellekt  obrazlarından  biri  id­
man  oyunu  aləti  (futbol  topu,  voleybol  topu  və  s.),  digəri  ar­
tilleriya  silahı  kimi;  ikinci  intellekt  obrazına  ekvivalent  olan 
söz  forması  və  ya  qəlibi  qaz  olan  leksik  formanın  birinci  in­
tellekt obrazlarından  biri  maddənin mövcudluq forması, digə­
ri  ev  quşu  (hətta,  bəzi  dialektlərdə  əfəl  adam)  kimi  gerçəklik 
elementlərinə ekvivalentdir.
İkinci  intellekt  obrazına  ekvivalent  olan  söz  forması  və 
ya  qəlibi  bir-birini  qismən  təkrar  edən  leksik  formaların  ən 
geniş yayılmış nümunəsi  dilçilik elmində düzəltmə və mürək-
AMEA  Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri,  III cild,_Bakı1_2ei2_
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 59


kəb sözlər adı  ilə tanınan və yuxarıda leksik formaların ikinci 
və üçüncü tipi kimi nəzərdən keçirdiyimiz formalardır.
Göründüyü  kimi,  leksik  formalann  ikinci  intellekt  ob­
razına  ekvivalent  olan  söz  forması  və  ya  qəlibi  bir-birini  tam 
və  ya qismən təkrar etsə  də,  onların birinci  intellekt obrazları 
tamamilə  fərqli,  müstəqil  gerçəklik  elementlərinin  obrazları­
na ekvivalent olur.
§ 2. Leksik-qrammatik formalar
İstər  dil,  istərsə  də  nitqdə  istifadə  olunan  sözlər  yalnız 
leksik səviyyəli  sözlərdən, yəni,  leksik formalardan ibarət de­
yil.  Am orf  və  ya  kök  dillərdən  başqa  heç  bir  dildə  yalnız 
leksik  formalarla  nə  ünsiyyət  tam  təmin  oluna  bilər,  nə  də 
axıcı  nitq yarana bilər.  Türk dillərində də ünsiyyəti tam şəkil­
də təmin edəcək  dolğun  və  lakonik  dilin,  yaxud  da nitqin  ya­
rana bilməsi  üçün  mütləq  şəkildə  leksik-qrammatik  və  qram­
matik formaların iştirakı  vacibdir.
Təsviri  və  normativ  qrammatikanın  bəzi  xüsusiyyətlə­
rindən danışan L.V.Şerba belə hesab edir ki, “normativ qram­
matikada dil daşlaşmış formada təsvir olunur,  ...{əslində isə -
M.Əsgərov)  dil  daima dəyişir  və təsviri  qrammatikada bu  öz 
əksini  tapmalıdır.  Dilin  bəzi  cəhətləri,  həqiqətən  də,  kifayət 
qədər  uzun  müddət  ərzində  dəyişilməz  olaraq  qalır,  ikincilər 
köhnələrək  işləklikdən  düşür,  üçüncülər isə  yenicə  yaranma­
ğa başlayır” '.
Türk  dillərində  daxili  inkişaf  və  təkmilləşmə  prosesi 
mahiyyət etibarı  ilə dünya dillərində mövcud olan ümumi qa­
nunauyğunluqlar  çərçivəsində  və  əksər  halda  dilçilik  elminə
M a y ıl В.  Ə SG Ə R O V .Söz  və fo rm a la rın  y a r a n m a   və m ə n im sən ilm ə
m exanizm in in   lin q vo p six o lo ji m o d e li
__________
Щ ерба  Л .В .Я зы ковая  система  и  речевая  д еятельн ость.  Л ен инград .  Н аука, 
974,  с.  50.
Q ıpçaq qrupu türk dillərinin  leksikası, səh ifə  60
artıq çoxdan məlum olan yol və üsullarla gedir.Dillərin daxili 
inkişaf prosesində  qrammatik  kateqoriya  yə  şəkilçilərin  lek- 
sikləşməsi  ilə  yanaşı,  bunun  əksinə  olan, proses,  yəni,  leksik 
şəkilçi  və  kateqoriyaların  qrammatikliyə  doğru  dəyişməsi  də 
müşahidə olunur1.
Bu  dəyişkənliklərin  hansının  proqressiv,  hansının  req- 
ressiv, başqa sözlə desək, hansımn dili inkişaf etdirməsi, ham 
sının  inkişafa  mane  olması  ilə  bağlı  heç  bir  polemikaya  yol 
vermədən,  yalnız belə proseslərin mövcudluğu faktını ön pla­
na  çəkmək  istəyirik.  Məhz  bu  kimi  faktların  mövcudluğu  və 
onların zaman-zaman tədqiqatçılarımızı  düşündürməsinin nə­
ticəsidir  ki,  türkologiya  tarixində  bəzən  qrammatik,  bəzən 
leksik kateqoriya kimi təqdim olunan formalarla bağlı on ijlər 
boyu  tədqiqatlar aparılmış2  və bu gün  də həmin  problem tam 
şəkildə öz.həllini tapmamışdır.
Bəzən  müxtəlif müəlliflər tərəfindən  fərqli  şəkildə  şərh 
olunan eyni  bir problemlə  yanaşı,  konkret bir problemin  eyni 
bir  müəllifin  eyni  əsərində  müxtəlif  hissələrə  parçalanaraq 
izah edilməsi halına da rast gəlinir3.  Eyni bir problemin müx­
təlif  müəlliflər  tərəfindən  fərqli  şəkildə  şərhini,  əlbəttə  ki, 
tədqiqatlararası  müddət  ərzində  dilin  əhəmiyyətli  dərəcədə 
dəyişməsi  ilə  izah  etmək  olmaz.  Çünki  mühafizəkar  mahiy­
yətə malik olan dildə ən xırda leksik dəyişkənliklərin baş ver­
məsi  üçün belə,  on illərlə vaxt tələb olunur.
Bütöv  bir  kateqoriyanın  öz  leksik  xüsusiyyətini  qrarn-
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
1  D aha  ətraflı  bax:  R üstəm ov  R .Ə . 
Filologiya  elmləri  doktoru  alimlik  dərəcəsi 
almaq  üçün  təqdim  edilmiş  elmi  məruzə. 
B akı, 
1997, 
s. 
4.; 
Ə fəndiyev 
İ.R. 
M üasir A zərbaycan  d ilin d ə qram m atik   kateqoriyalar. 
DDA, 
B akı, 
1960, 46 
s.
2  B axıM irzəyev  H .A zərbaycan  d ilin d ə   fel.  Baki,  1986,  s.  221;  В елиев  К.  H. 
А ф ф иксы   -кы   в  азер б ай д ж ан ско м   язы ке. 
АКД, 
Баку,  1974,  с.  20
3  M əsələn ,  -ki  şəkilçili  form anın  m ü x tə lif cür  izahı.
Q ıpçaq qrupu tü rk dillərinin leksikası, səh ifə  61


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə